Məhkəmə qərarları › İş №2(102)-2551/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2551/2021

17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2551/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nəsimi rayon şöbəsi) ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, əmək stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Ərizəçi qızının, maraqlı şəxsin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-4348/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 may 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.1957-ci il tarixdə Laçın rayonunda anadan olmuş Ərizəçi (bundan sonra ərizəçi) 1992-ci il tarixdən həmin rayondan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 25.11.2019-cu il tarixli məktubda qeyd ed ilmişdir ki, yaşa görə əmək pensiyası əmək kitabçasına əsasən hesablanır. Ərizəçi 1974-1984-cü illərdə Laçın rayonunda işlədiyinə görə iş stajının düzgünlüyünü yerində yoxlamaq mümkün olmadığından bu illərə aid iş stajının pensiyanın hesablanmasında sığorta stajı kimi nəzərə almaq qanuna müvafiq deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.12.2019-cu il tarixli arxiv arayışına əsasən, ərizəçinin 1974-1984-cü illərdə Laçın rayon Rabitə şöbəsində telefonçu işləməsi barədə arxiv sənədləri Laçın rayonunun işğalı ilə əlaqədar işğal ərazisində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi qeyd etmişdir ki, 1974-cü ildən əmək fəaliyyətinə başlamış və 1984-cü ilə kimi Laçın rayon Rabitə şöbəsində telefonçu işləmişdir. Ərizəçi həmin faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1432/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edən, yəni 1974-1984-cü illərdə onun Laçın rayon Rabitə şöbəsində telefonçu işləməsini tə sdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 307.1, 308-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Qətnamədən ərizəçi apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Ərizəçi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi ona sübutlarını təqdim etməyə şərait yaratmadan, şahidlərini çağırıb dinləmədən onun ziyanına qətnamə çıxarmışdır. O, işlədiyi Laçın rayon Rabitə şöbəsindən kurs keçmək üçün Bakı şəhərinə göndərilmiş və bu kurslarda iştirak etmişdir. Belə ki, onun əlində kurs keçməsi ilə bağlı sənədi vardır, lakin hakim həmin sənədi sübut kimi məhkəməyə təqdim etməyinə şərait yaratmamışdır. Həmçinin, onunla rayonda işləyən iş yoldaşlarının da məhkəmədə şahid qismində iştirak etməsinə hakim heç bir imkan yaratmamışdır. İşə baxılarkən ərizəçi 10 may 1979-cu il tarixdən 04 iyun 1979-cu il tarixədək olan müddət ərzində teleqrafçı peşəsi üzrə ixtisasartırma kurslarında iştirak etməsi və kursları müvəffəqiyyətlə başa vurması barədə 04.06.1979-cu il tarixli 1679 saylı vəsiqəni məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 rayon Rabitə şöbəsində 1962-ci ildən 1992-ci ilə kimi baş telefonçu vəzifəsində işlədiyini, ərizəçinin də 1974-cü ildən 1984-cü ilə kimi həmin şöbə də telefonçu vəzifəsində işlədiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş X2 rayon Rabitə şöbəsində 1973-cü ildən texnik vəzifəsində işlədiyini, ərizəçini də həmin işlədiyi vaxtda tanıdığını, onun 1974-cü ildən 1984-cü ilə kimi həmin şöbədə telefonçu vəzifəsində işlədiyini bildirmişdir. Şahid qismində dindirilmiş X9 ərizəçi ilə birlikdə Laçın rayon Rabitə şöbəsində işlədiklərini, ərizəçinin Laçın rayon Rabitə şöbəsində telefonçu vəzifəsində işlədiyini qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4348/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin q ətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq ərizə təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizəçidən asılı olmayan səbəblərdən (rayonun işğal altında olması) onun Laçın rayonunda işləməsini təsdiq edən sənədləri əldə etmək mümkün olmamışdır. Belə ki, ərizəçinin Milli Arxiv İdarəsinin Laçın Rayon Dövlət Arxivinə sorğu məktubuna cavab olaraq onun 1974-1984-cü illərdə Laçın rayon Rabitə şöbəsində telefonçu işləməyi barədə arxiv sənədlərinin 18 may 1992-ci ilə qədər Laçın rayonunun işğalı ilə əlaqədar işğalda qalması bildirilmişdir. Bununla belə, məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçi ilə bir müəssisədə işlədiklərini, ərizəçinin həqiqətən də, ərizədə qeyd edilən müddət ərzində Laçın rayon Rabitə şöbəsində telefon çu vəzifəsində işlədiyini təsdiq etmişlər. Məhkəmə iş üzrə şahid kimi dindirilmiş şəxslərin ifadələrinə sübut növü kimi qiymət verərək qeyd etmişdir ki, adıçəkilən şəxslər və ərizəçinin özü məcburi köçkündürlər və onların yaşadıqları rayonu tərk edərkən özlərinə aid hüquqmüəyyənedici sənədləri, o cümlədən əmək kitabçalarını özləri ilə həmin ərazidən çıxararaq gətirməsi az ehtimal olunandır. Həmçinin, bu şəxslərin yaşadıqları və işlədikləri Laçın rayonuna aid arxiv sənədlərinin işğal altında olan ərazilərdə qalması arxiv idarəsi tərəfindən verilmiş arayışla təsdiq olunur. Eyni zamanda, məhkəmə ərizəçinin 10 may 1979-cu il tarixdən 04 iyun 1979-cu il tarixədək müddətdə teleqrafçı peşəsi üzrə ixtisasartırma kurslarında iştirak etməsinə dair sübut kimi təqdim etdiyi 04.06.1979-cu il tarixli 16 79 saylı vəsiqə ilə bağlı qeyd etmişdir ki, bu cür kurslar, bir qayda olaraq, müvafiq peşə üzrə çalışan şəxslərin peşə ixtisasının artırılması məqsədi ilə təşkil olunur. Bu baxımdan, ərizəçinin belə kurslarda iştirak etməsi, üstəlik həmin müddətdə Laçın rayonunda daimi yaşamasının mübahisəsiz olması onun həmin rayonda rabitəçi işləməsinə dair dəlillərini dolayısı ilə bir daha təsdiq edir. Məhkəmə öz mövqeyini MPM-in 14.1, 77.3, 305.1.1, 307.1, 307.2.11, 308-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının müddəalarına istinadla əsaslandırmışdır. Qətnamədən maraqlı şəx s kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs (vəkil X5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassızdır, ona görə də ləğv edilməlidir. Kassator qeyd etmişdir ki, ərizəçi birinci instansiya məhkəməsində müəyyən edilməsini xahiş etdiyi hüquqi fakta dair heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni rədd etmişdir. Sonradan ərizəçi guya Bakı şəhərində kurslarda iştirak etməsi ilə əlaqədar sübutun təqdim edilməsi, h əmçinin şahidlərin ifadələrinin dindirilməsi əsası ilə apellyasiya şikayəti vermişdir və göstərmişdir ki, məhkəmə bu sübutların təqdim edilməsinə əngəl olmuşdur. Halbuki bu halların heç biri olmamışdır. Qanunvericiliyə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar yalnız o zaman qəbul edilə bilər ki, həmin sübutları şəxs birinci instansiya məhkəməsində təqdim edilməsinin qeyri-mümkünlüyünü əsaslandırsın. Ərizəçi bununla bağlı heç bir əsas gətirməmişdir və maraqlı şəxs bununla bağlı öz etirazını məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi qeyd olunan halları nəzərə almadan MPM-nin 361.4, 371-ci maddələrinin tələblərini pozmuşdur. Kassator qeyd etmişdir ki, müəssisələrə dair arxiv sənədlərinin əldə edilə bilinməməsi səbəbləri tam araşdırılmamış, müstəqillik dövründən sonrakı dövrə aid edilən iş stajına dair əmək kitabçasında qeydlərin aparılmaması səbəbləri aydınlaşdırılmamışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini tam şəkildə icra etməmiş, mübahisəni obyektiv araşdırmamışdır. Şikayətdə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1, 23-cü maddələrinə istinadən qeyd edilmişdir ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-nin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq MPM Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.11). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (418.3). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı... nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir....əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası MPM-in 418.3-cü maddəsinin tələblərini, habelə hazırkı işin xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasına aid olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4348/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar