Məhkəmə qərarları › İş №2(102)-2551/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2551/2024

28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2551/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi, mirasın faktiki qəbulu ilə bağlı mübahisələr, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddialar üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-355/2*24 nömrəli, 16 yanvar 2*24-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh3 Astan oğlu ilə X8 13.*6.1957-ci ildə rəsmi nikah qeyd etməklə ai lə həyatı qurmuşlar. Birgə nikahdan 3 övlad doğulmuşdur: xx.xx.1959- cu il təvəllüdlü Məmmədova (Əliyeva) İradə Əli qızı və xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1.

2. Cavabdeh3 Astan oğlu 24.*7.2**6-cı il tarixdə, X11 11.*2.2*19-cu il tarixdə, X17 isə 3*.12.2*22-ci il tarixdə vəfat etmişlər. 3. ünvan 1 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evi Cavabdeh3 Astan oğlunun xüsusi mülkiyyətindədir. 4. ünvan 1 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evinin 1/3 hissədə pay hüququ Cavabdeh1, 1/3 hissədə pay hüququ Cavabdeh2 və 1/3 hissədə pay hüququ Cavabdeh3 məxsusdur. 5. ünvan 2 ünvanında yaşayan İddiaçı2 həyat yoldaşı *2.*5.2*18-ci ildə ölən X5 vərəsəsidir və ona məxsus ünvan 2ndə *,*7 ha həyətyanı torpaq sahəsi və içərisində 1968-ci ildə inşa edilmiş fərdi yaşayış evindən pay almışdır.

6. Gəncə şəhəri 2 saylı Notariat ofisində *4.*3.2*23-cü il tarixdə, 2V-55 reyestr nömrəsi ilə təsdiq edilmiş notariat işinə əsasən, Cavabdeh3 Astan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2dır, miras əmlak Cavabdeh3 Astan oğlunun tam mülkiyyətində olmuş, ünvan 1 ünvanda *,*32 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 121,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir, 24.*7.2**6-cı il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlunun vərəsəsi Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 5 ünvanında qeydiyyatda olan oğlu X13r, o isə mirası qəbul etmiş, lakin adına rəsmiləşdirmədən 3*.12.2*22-ci il tarixdə vəfat etdiyi üçün ona çatası miras payın vərəsələri Cavabdeh1, Cavabdeh3 və Ca vabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. 7. ünvan 3 ünvanlanmış 248 nömrəli, *8.*3.2*23-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mərhum Cavabdeh3 Astan oğlundan miras qalmış əmlaka dair vərəsəlik işinin aparılması üçün mərhumun oğlu - X12 ailəsinin vəkili tərəfindən 13.*2.2*23-cü ildə notariat ofisinə müraciət edilmiş, onun verdiyi məlumata əsasən məlum olmuşdur ki, mərhumun oğlu - X17 3*.12.2*22-ci ildə vəfat etmişdir və ondan başqa Cavabdeh3 Astan oğlunun iki övladı qalıb. Lakin miras qalan əmlakda sağlığından öldüyü günə kimi yalnız mərhum oğlu X17 olub və hazırda pasport qeydiyyatında yalnız onun ailə üzvləri olan arvadı Cavabdeh1, qızı-Cavabdeh2 və oğlu - Cavabdeh3dur. Həmin gün iddiaçılar notariat ofisinə müraciət edərək, vərəsəlik işinin aparılması üçün qarşı t ərəfin müraciətindən məlumatlı olduğunu bildirdi və həmin əmlakdan pay istədiyinizi məlum etdilər. Onlara izah edilmişdir ki, həmin ünvanda pasport qeydiyyatında deyillər və mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ərizində notariat ofisinə müraciət etməyiblər. Bu səbəbdən iddiaçıları vərəsə kimi tanıyaraq, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Buraxılmış müddətin bərpası ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarını və bununla bağlı notariat ofisinə işin məhkəmə icraatına götürülməsi haqqında bildiriş təqdim etmək lazım olduğu onlara bildirilmişdir. Əks təqdirdə 1* gün ərzində məhkəmə bildirişini təqdim etmədikləri halda, qanuna müvafiq olaraq iştirakları olmadan digər vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamə nin verilməsi üçün müraciət etdikdə onların müraciətinin təmin olunacağı qeyd edilmişdir. 14.*2.2*23-cü ildə iddiaçılar tərəfindən notariat ofisinə göndərilən teleqram daxil olmuş, həmin teleqramda bildirilmişdir ki, miras qalmış əmlakla bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilib.Teleqram daxil olduqdan təxminən bir həftə sonra iddiaçıların vəkili ilə telefon əlaqəsi saxlayaraq ona bildirilmişdir ki, müddətin başa çatmasına az bir vaxt qalıb və bu məlumatın iddiaçılara çatdırılması ondan xahiş olunub. Beləliklə, işin məhkəmə icraatına qəbul edilməsi haqqında bildiriş iddiaçılar tərəfindən qanuna müvafiq müddət ərzində təqdim edilmədiyi üçün, *4.*3.2*23-cü ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müraciəti əsasında 24 iyul 2**6-cı ildə vəfat etmiş Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 4 ünvanda yerləşən mülkə dair 3*.12.2*22-ci ildə vəfat etmiş X14 bütövlükdə çatası miras hissə transmissiya qaydasında onların adına rəsmiləşdirilmişdir və onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

8. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Səhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 2*.*4.2*23-cü il tarixli, 1377 nömrəli arayışdan müəyyən olunmuşdur ki, İddiaçı1 həqiqətən xx.xx.1959-cu il təvəllüdlü bacısı İddiaçı2 ilə ünvan 5 ünvanında yaşayır.

9. İddiaçı1 tərəfindən *7.*3.2*14-cü il, 1*.*2.2*15-ci il, 12.*3.2*15-ci il, 25.*3.2*15-ci il, 13.*4.2*15-ci il, 28.*4.2*15-ci il, *6.*5.2*15-ci il, 16.*5.2*15-ci il, 27.*5.2*15-ci il, 24.*6.2*15ci il, 18.*7.2*15-ci il, 29.*7.2*15-ci il, 21.*8.2*15-ci il, 27.*8.2*15-ci il, *1.*9.2*15-ci il, *7. *9.2*15-ci il, *5.*6.2*17-ci il, 15.*6.2*17-ci il, *1.*7.2*17-ci il, *7.*7.2*17-ci il, 12.*7.2*17-ci il, 24.*7.2*17-ci il, *5.*8.2*17-ci il, *9.*8.2*17-ci il, 13.*8.2*17-ci il, 21.*8.2*17-ci il, 24.*8.2*17-ci il, *6.*9.2*17-ci il, 14.*9.2*17-ci il, 19.*9.2*17-ci il, 22.11.2*17-ci il, *1.12.2*17ci il, 19.12.2*17-ci il, 2*.*4.2*18-ci il, 2*.11.2*18-ci il, *5.12.2*19-cu il, 28.12.2*19-cu il, 22.*1.2*2*-ci il, *4.*2.2*2*-ci il tarixlərdə X12 və Cavabdeh2 hesablarına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2**6-cı il tarixdə vəf at etmiş Cavabdeh3 Astan oğlunun miras qoyduğu ünvan 6 ünvanında yerləşən evin (miras əmlakın) birinci növbə vərəsə kimi iddiaçıların qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair X2, Cavabdeh2 və Cavabdeh3 adına Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında X2, Cavabdeh2 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, mərhum ataları Cavabdeh3 Astan oğlundan qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, atalarının ölüm ündən sonra ondan ünvan 6 ünvanında miras ev qalmışdır və həmin evdə faktiki olaraq onlar və qardaşları Hamlet yaşamışlar. İddiaçılar atalarının sağlığında ailə qurub başqa ünvanda yaşasalar da, atalarının ölümündən sonra həmin evə qayıtmış, anaları ilə birlikdə yaşamış və miras əmlakı faktiki qəbul edərək idarə etmişlər. Anaları vəfat etdikdən sonra da onlar miras əmlakı idarə etməkdə davam etmişlər. Miras əmlaka dair bütün xərcləri iddiaçılar ödəmişlər. Həmin ünvanda yaşayan X3na və ailəsinə həmişə maddi və mənəvi yardım etmişlər. X3 vəfat edəndən sonra atasından miras qalmış əmlakla bağlı müəyyən problemlər yaranmağa başlandı. Onlara məlum olmuşdur ki, mərhum X3nun arvadı X9 miras əmlakı tam şəkildə öz adına keçirmək istəmişdir. 14 fevral 2*23-cü il tarixdə iddiaçılar Gəncə şəhəri 2 say lı Notariat Ofisinə ərizə ilə müraciət edərək bildirmişlər ki, ataları Cavabdeh3 Astan oğlu 24 iyul 2**6-cı il tarixdə vəfat etmişdir və xahiş etmişlər ki, iddiaçıların iştirakı olmadan vərəsəlik işi açılmasın və bu barədə ayrıca teleqram da vurmuşlar. Mütəmadi olaraq notariusla əlaqə saxlamışlar, lakin notarius iddiaçılara hər hansı bir məlumat verməkdən imtina etmişdir. Ərizənin belə bir məzmunda yazılması iddiaçıların günahı deyildir, həmin ərizə Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tərtib olunaraq təsdiq edilmişdir. Lakin, sonradan iddiaçılar *9 mart 2*23-cü il tarixdə yeni ərizə yazaraq, bildirmişlər ki, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş ataları Cavabdeh3 Astan oğlunun vərəsəsidirlər. Miras əmlaka vərəsəlik hüququnu qəbul etmişlər və paylarına düşə n hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirlər. Ərizələri 1* mart 2*23-cü il tarixdə Gəncə şəhəri 2 saylı Notariat Ofisinə daxil olmuşdur. Onlara sonradan məlum olmuşdur ki, notarius digər vərəsələr barəsində 14.*2.2*23-cü il tarixdən notariat ofisində məlumat olmasına baxmayaraq, *4.*3.2*23-cü il tarixdə mərhum X3nun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və bu barədə iddiaçılara məlumat verməmişdir. İddiaçılara ünvanlanan cavab məktubunda notarius onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən yazılı imtina vermək əvəzinə guya iddiaçıları şifahi məlumatlandırdığını göstərmişdir. Notarius “Notariat haqqında” Təlimatın 36-cı maddəsinin tələblərini pozmuş, iddiaçılara imtina barədə əsaslandırılmış cav ab verməmişdir. Bununla da onların mirasdan pay almaq hüququnu pozmuşdur.

12. Cavabdehlərin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianın əsassız olduğunu qeyd etmiş və bildirmişdir ki, miras qoyan Cavabdeh1 qayınatası, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə babasıdır. Cavabdeh1 1994cü ildə miras qoyanın oğlu X17 ilə ailə qurmuş və həmin vaxtdan da sözügedən miras əmlaka köçərək orada yaşamış və hazırda da yaşayır. Onların birgə nikahlarından 2 övladları, iş üzrə cavabehlər Cavabdeh2 və Cavabdeh3 dünyaya gəlmişlər. Hər ikisi dünyaya gələn gündən hazırki vaxta kimi həmin mülkdə yaşamışlar. Cavabdeh3 Astan oğlu 24 iyul 2**6-cı il tarixdə vəfat etdikdən sonra sözügedən miras mülkdə vərəsələrindən yalnız oğlu X17 ailəsi ilə birlikdə yaşamışdır. Digər vərəsələr olan iş üzrə iddiaçılar isə hələ atalarının sağlığından daimi yaşamaq üçün başqa yerə köçüb getmişlər. Belə ki, İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşamışdır. İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir (onların hətta evdə pasport qeydiyyatları belə yoxdur). Yəni atasından qalmış miras əmlakı yalnız X17 qəbul etmişdir. X7 mirası faktiki olaraq qəbul etsə də, onu öz adına rəsmiləşdirmədən 3* dekabr 2*22-ci il tarixində vəfat etmişdir. Buna qədər isə X1 miras mülkü öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət edərək vərəsə tanınması üçün miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin vərəsəliyi r əsmiləşdirməyə macal tapmadan vəfat etmişdir. Onun vəfatından sonra isə miras əmlak irsi transmissiya qaydasında iş üzrə cavabdehlər tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmişdir. Lakin iddiaçılar yalnız miras qoyanın övladları olduğuna görə hesab etmişlər ki, həmin mülkdə onların da payı vardır. İddia ərizəsində guya iddiaçıların atalarının vəfatından sonra sözügedən miras əmlakda yaşamaqla onun idarə etmələri barədə göstərilənlər tamamilə yalandır və heç bir sübuta söykənmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gə dəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir. Yəni onların heç biri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası hər hansı bir formada qəbul etməmişlər. Elə iş materiallarından da görünür ki, iddiaçıların mirası hər hansı bir formada qəbul etmələri barədə onlar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Hamlet və yoldaşından başqa 2**2-ci ildən 2*13-cü ilə qədər mübahisəli əmlakda heç kəsi görməmişdir, keçən il Hamlet öləndə oğlu Əli onu İlqar əmisi ilə tanış etmiş və demişdir ki, “İlqar əmimdir, Rusiyada yaşayır”. Hamletin bacısı isə deyilənə görə Gədəbəydə yaşayır.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahi d2 ifadəsində bildirmişdi ki, 199*-cı ildən bəri Hamletlə qohumdur, yəni qardaşı ilə bacanaqdır. Hamletlə 2**2-2**3-cü illərdə iş birlikləri olmuş, taxıl, günəbaxan toxumu əkmişlər. Mübahisəli əmlakda, Hamlet, yoldaşı və Püstə xanım yaşamışdır. Qardaşı İlqarı həmin evdə görməmişdir, onu Püstə və Hamlet rəhmətə gedəndə görmüşdür. Bacıları İradənin isə Gədəbəydə evli olduğunu eşitmişdir.

15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən cavab məktubunda bildirilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 2**6-2**8-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 15.*6.2**6-cı il giriş, *2.*8.2**6-cı il çıxış, *4.*6.2**7-ci il giriş, *1.*9.2**7-ci il çıxış, *5.*4.2**8-ci il giriş, 15.*9.2**8-ci il çıxış olmuşdur.

16. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3635/2*23 saylı mülki iş üzrə 11.1*.2*23- cü il tarixli qətnaməsi ilə (hakim:Fuad Fərhadov) iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar ataları vəfat etdiui vaxtdan sonra sözügedən miras əmlakda yaşamaqla və onu idarə etməklə miras əmlakı həmin vaxtdan digər qardaşları olan X17 ilə birgə qəbul etdiklərini iddia etsələr də, işin müəyyən edilmiş hallarından da görünür ki, İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayır. Digər idiaçı İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüş və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir, onların heç biri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində m irası hər hansı bir formada qəbul etməmişlər. Başqa sözlə, iddiaçılar sözügedən miras əmlakı hər hansı bir formada qəbul etmələri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişlər.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, miras qoyan Cavabdeh3 Astan oğlunun öldüyü vaxtdan mirasın açıldığı iddiaçılara bəlli olmuşdur. Lakin, iddiaçılar qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmiş, miras əmlaka sahiblik və onu faktiki idarə etməmişlər. Bununla da, iddiaçılar mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür.

19. Həmçinin, İddiaçı1 başqa ölkədə olması da mirası qəbul etməməsi üçün əsas ola bilməzdir. Belə ki, iddiaçının başqa ölkədə olması onu digər hü quqlarından məhrum etməmiş, o başqa ölkədə olduğu vaxt mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. Digər tərəfdən, İddiaçı1 iddia etmişdir ki, başqa ölkədə olsa da mirasın açıldığı vaxtdan mirası oradan idarə etmişdir. Lakin bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı bu qeyd etdiklərini təsdiq edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, əksinə cavabdehin təqdim etdiyi, mötəbər sübutlarla təsdiq olunmuşdur ki, İddiaçı1 yalnız yas mərasimlərində müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlmiş, daima Rusiya Federasiyasında olmuş, digər İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüş və miras açıldıqdan sonra da uzun müddə t ərzində orada yaşamağa davam etmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçıların sözügedən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində iddia tələbi əsassız olduğundan bu hissədən birbaşa asılı olan digər tələblər - qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi tələbləri də təmin edilməməlidir.

21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1, 1272-ci maddələrinə, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsi nə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1 vəə 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar miras əmlakı vaxtında faktiki olaraq qəbul edərək idarə etmişlər. Məhkəmə qətnamədə göstərdiyi və istinad etdiyi sənədlərə düzgün qiymət verməmişdir: Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavabda göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 15 iyun 2**6-cı il tarixdə Azərbaycan Respublikasına daxil olmuş və *2 avqust 2**6-cı il tarixdə Azərbaycan Respublikasından çıxmışdır. Yalnız bu fakt onu göstərmişdir ki, İddiaçı1 hələ atasının ölümündən qabaq Azərbaycana gəlmiş, atasının ölümü vaxtı (24.*7.2**6) Gəncə şəhərində olmuş və onu dəfn etdikddən sonra Azərbaycanı tərk etmişdir. Atasının ölümü vaxtı onun yanında olması artıq o deməkdir ki, o, miras açıldığı vaxtdan mirası qəbul etmişdir. Həmin sənədə əsasən, o, *4.*6.2**7-ci il tarixdən *1.*9.2**7-ci il tarixə kimi (3 ay), *5.*4.2**8-ci il tarixdən 15.*9.2**8-ci il tarixə kimi (5 ay) Azərbaycan Respublikasında olmuş və ata mülkündə yaşamışdır. Nədənsə məhkəmə sonrakı illər barədə məlumat əldə etməkdə maraqlı olmamışdır. Bütün bu müddət ərzində İddiaçı1 miras əmlakda özünə məxsus olan evin 1ci mərtəbəsində olan otaqda yaşamışdır. Bacısının da 1-ci mərtəbədə yaşadı ğı (halhazırda da) otaq vardır. Məhkəmə, İddiaçı1 həqiqətən xx.xx.1959-cu il təvəllüdlü bacısı İddiaçı2 ilə ünvan 8 ünvanında yaşamasına dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Səhər İƏD üzrə nümayəndəsi tərəfindən verilən 2*.*4.2*23-cü il tarixli arayışına hər hansı bir münasibət bildirməmişdir. Sənəddə göstərilənlər araşdırılmamış və həmin sənədə hüquqi qiymət verilməmişdir.

24. Bundan başqa, məhkəmə tərəfindən şahid ifadələrinə də düzgün qiymət verilməmişdir. Həmçinin məhkəmə tərəfindən iş materiallarında olan 2*14-cü ildən 2*2*-ci ilin fevral ayı daxil olmaqla X12 və Cavabdeh2 adlarına pul köçürmələri haqqında sənədlərə də qiymət verilməmişdir. Belə ki, qardaşı Hamlet Əliyev işləməmiş və onun ailəsinə İddiaçı1 baxmışdır və evin saxlanması xərcləri də onun tərəfindən ödən ilmişdir. Bu isə o deməkdir ki, İddiaçı1 miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlər də (həmçinin X17) miras açıldığı vaxt ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Miras açılan vaxt vərəsə yalnız X17, İddiaçı1, İddiaçı2 və anaları X11 olmuşlar və onlar birlikdə faktiki olaraq miras əmlakı qəbul etmiş və idarə etmişlər. Hal-hazırda cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan mərhum X12 payına vərəsədirlər. Məhkəmə tərəfindən bu fakta da qiymət verilməmişdir.

25. Bundan əlavə, məhkəmə iş materiallarında göstərilən bir faktın üzərindən sükutla keçmiş və həmin fakta hər hansı bir münasibət bildirməmişdir. Belə ki, 24.*7.2**6-cı ildə Cavabdeh3 Astan oğlu vəfat edən zaman onun arvadı X4 olmuş, həmin ünvanda yaşamış və o da miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. İddiaçı2 daimi olaraq 2*18-ci il tarixdən anasının yanında yaşayaraq miras əmlakdan anasına düşən payı miras olaraq qəbul etmiş və hal-hazırda da idarə etmişdir. Məhkəmə burada X6 miras əmlakdakı payını da müəyyən etməmişdir. Belə ki, miras əmlaka dair mərhum Cavabdeh3 Astan oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 23.1*.2*21-ci il tarixlidir. Məhkəmə işə baxarkən həmin əmlakın birgə nikah dövründə alınıb-alınmadığını, həmin əmlakda X1* mülkiyyət payının olub-olmaması faktını yoxlamalı idi. Lakin, məhkəmə iş materiallarında X11 barədə məlumatlar olmasına baxmayaraq, həmin məsələni araşdırmamış, onlara aydınlıq gətirməmiş və həmin məsələyə hüquqi qiymət verməmişdir. Bununla da birinci növbə vərəsələr barədə qanunvericili yin tələblərini pozmuşdur. Həmçinin iş materiallarından olan ünvan 10 ünvanlanmış ərizələrinə cavab məktubundan görünür ki, notariat ofisinin digər vərəsələr barədə məlumatı olmuş və vərəsələr arasında mübahisə olduğu barədə o, məlumatlı olmuşdur. Belə olan halda notarius miras əmlakla bağlı mübahisə olduğundan notariat hərəkətini etməkdən imtina barədə qərar qəbul etməli və tərəflərə mübahisəni məhkəmədə həll etməli olmalarını bildirməli idi. Lakin, notarius bütün bu faktları bilə-bilə iddiaçıların hüquqlarını pozmuşdur Həmin cavab məktubundan görünür ki, notarius iddiaçıların birinci yazılı müraciətlərinə yazılı formada deyil, şifahi formada cavab vermişdir, bu isə kobud qanun pozuntusu omuşdur. Bu sənəd iş materiallarında olduğu halda məhkəmə həmin sənədin yalnız məzmununu qətnaməyə köç ürməklə kifayətlənmiş, notariat haqqında qanunvericiliyin tələblərinin pozulması halına göz yummuş və bununla da notarius kimi qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə sübutları tam araşdırmadığından və tam yoxlamadığından öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

26. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*4)-335/2*24 nömrəli iş üzrə 16 yanvar 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmişdir. 24 iyul 2**6-cı il tarixdə ölmüş Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 5 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evinin 3/9 hissəsi üzərində İddiaçı1, 3/9 hissəsi üzərində İddiaçı2, 1/9 hissəsi üzərində Cavabdeh1, 1/9 hissəsi üzərində Cavabdeh2 və 1/9 hissəsi üzərində Cavabdeh3 paylarının müəyyən edilməsi, iddianın qalan hissədə iddia təmin olunmaması qət edilmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi miras qalmış əmlakın birinci dərəcə vərəsələr olan iddiaçılar tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə qəbul etmədiklərinə əsaslanaraq iddia tələbini rədd etsə də, iddiaçılar atalarının ölümündən sonra ondan miras q almış əmlakdan imtina etdikləri barədə notariat orqanına müraciət etmədiklərindən mirası qəbul etmiş hesab olunurlar.

28. Məhkəmə kollegiyası iddianın miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddianın həmin hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestrini aparan İnzibati Orqanın üzərinə inzibatı vəzifə qoyulması barədə olduğundan, mülki məhkəmə icraatı çərçivəsində bu məsələ həll oluna bilməz.

29. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243, 1252, 1255, 1256-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun 26 dekabr 2*23-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublik ası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2*23-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras əmlakın qəbul edilməsi ilə bağlı iddiaçılar heç bir addım atmamışdır. Bununla bağlı iddiaçılar məhkəməyə heç bir subut təqdim etməmişlər. İddiaçı İlqar Rusiya Federasiyasının vətəndaşı olmu ş və o 1985-ci ildən Azərbaycandan Rusiyaya Federasiyasına köçüb yaşamışdır. Evin uçub dağlmasının qarşısını miras əmlakda yaşayan həyat yoldaşı almış, miras əmlakda həmişə təmir işlər görmüşdür. Digər iddiaçı İradə isə 1999-cu ildən Gədəbəy rayonuna ərə köçüb getmişdir. Yəni bu şəxslər mirasın qəbulu ilə bağlı heç bir addım atmamışlar. Həmçinin, iddiaçılar 24.*7.2**6-cı il tarixdə vərəsəlik açılandan qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, miras payın qəbul edilməsi ilə bağlı miras açıldığı yer üzrə notariat ofisinə müraciət etməmiş, miras əmlaka sahiblik və onu faktiki idarə etməmişlər. Bununla da, iddiaçılar mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşlər. Miras əmlak cavabdehlərin mülkiyyətində olası və bununla bağlı çıxarışın olmasına baxmayaraq, məhkəmə kollegiyası həmin mülkiyyətin bölgüsünü aparmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin, qətnamədə sübutları əsaslı şəkildə şərh etmədən, bu və ya digər subutun qəbul edilib edilməməsinin səbədlərini göstərmədən apellyasiya şikayətini təmin etmişdir.

32. Kassasiya şikayəti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi işi 26 dekabr 2*23-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 1133.1, 1134.1, 1243, 1246-cı maddələr, MPM-nin 88-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2**5-ci il 24 noyabr tarixli Məhkəmə qərarının 6.3-cü bəndinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçıların vəkili Nümayəndə Əhməd oğlu etiraz göndərərək cavabdehlərin kassasiya şikayətinin əsass ız olduğundan təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2*24-cü il tarixli 2(1*4)-355/2*24 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

35. Maddə 1243.2. vərəsə mirasın azıldığı yer ğzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

36. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edil məsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

37. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

38. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

39. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmas ına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2*23-cü il tarixli qərarı.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri -mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2**4-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-355/2*24 nömrəli, 16 yanvar 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar