Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2552/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(103)-1665/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 01 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1994-cü il tarixdə Cavabdeh2 dünyaya gəlmişdir. İddiaçı ilə Cavabdeh1 arasında olmuş nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********44-05101-093051 reyestr nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində vərəsəlik əsasında hüquq qeydiyyata alınmışdır.
3. Bakı şəhəri 85 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 69 saylı arayışına əsasən mübahisəli mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. 4. “X3 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli YDQM 004-070/2023 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilin bazar dəyəri 165.950 manat, aylıq kirayə haqqı 620 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı ( bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47-ci mənzildən istifadə hüququna 11.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, həmçinin 50 manat mediasiya və 50 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərin onun mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququna 28.000 manat məbləğində kompensasiya ödənilməklə x itam verilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdə rəsmi nikahla İlhamə Fətəliyeva ilə ailə qurmuşdur. Ailə qurduqları gündən iddiaçının atası X1 məxsus ünvan 1 ünvanında yaşamışlar. xx.xx.2013-cü il tarixdə onun atası Əşrəf Fətəliyev vəfat etmişdir. Bundan sonra mübahisəli mənzili vərəsəlik əsasında iddiaçının adına keçirilmiş, onun daşınmaz əmlaka dair hüquqları xx.xx.2014-cü il tarixli, ******* nömrəli dövlət reyestr qeydiyyatı ilə təsdiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında iddiaçı ilə İlhamə Fətəliyeva arasında olan nikah pozulmuşdur. Lakin tərəflər arasın da nikahın pozulmasına baxmayaraq bu günədək həmin mənzildə Cavabdeh1, Cavabdeh2 və iddiaçının anası X2 iddiaçı ilə birlikdə yaşayırlar. Əlavə olaraq qeyd edir ki, iddiaçının birgə nikahından Fidan Fətəliyeva, Cavabdeh2 və Kamal Fətəliyev dünyaya gəlib. Fidan Fətəliyeva və Kamal Fətəliyev ailə quraraq mənzili tərk etmişlər. İddiaçının hazırda cavabdehlərlə eyni mənzildə yaşaması mümkünsüzdür. Mənzildə yaşayan iş üzrə cavabdehlər olan İlhamə Fətəliyeva və Cavabdeh2 iddiaçı tərəfindən mənzilə heç vaxt istifadə hüququ verilməmişdir.
8. Cavabdehlər iddia ərizəsinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, “mənzildə yaşayan cavabdehlərə iddiaçı tərəfindən mənzilə heç vaxt istifadə hüququ verilməmişdir” arqumenti əsassızdır. Belə ki, Cavabdeh1 həmin mənzilə istifadə hüqu qu 1991-ci ildən, yəni ailə qurduqdan bəri yaranıb və övladlarının istifadə hüququ isə doğulduğu vaxtdan artıq yaranmışdı (faktiki yaşamaq və qeydiyyatda olmaqla). Bu faktlar iddiaçı tərəfindən də mübahisələndirilməyən faktlar kimi qəbul olunmuş və iddia öz əksini tapmışdır.
9. Həmçinin cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə verərək bildirmişdir ki, iş üzrə qiymətləndirilmiş daşınmaz əmlaka görə nümayəndəsi olduğu şəxslərə (cavabdehlərə) 80.000 manat məbləğində kompensasiya və ya daşınmaz əmlakın rəsmi qaydada satılaraq əldə olunan məbləğin 40%-nin ödənəcəyinə dair razılaşma imzalandığı təqdirdə iddiaçının buna uyğun təklifini qəbul etməyə hazırdırlar.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(007)-1603/2023 nömrəli, 03 noyabr 2023-cü ilə tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbi təmin edilmiş, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mübahisəli mənzilindən çıxarılmaları, iddiaçıdan 28.000 manat kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı kompensasiya məbləğini təklif edərkən real bazar qiymətlərini, həmi ərazidə oxşar şəraitli mənzilin aylıq kirayəsini, özünün mülkiyyət, cavabdehlərin isə istifadə hüquqlarını nəzərə almış və tələbin həcmini artıraraq 28.000 mana t kompensasiya təklif etmişdir. Həmin məbləğ ağlabatan və real qiymət olmaqla, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. O cümlədən, nəzərə alınmalıdır ki, təklif olunan kompensasiya məbləği faktiki olaraq sözügedən mənzilin bazar dəyərinin 1/6 hissəsindən artıq təşkil edir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 220.6-cı ma ddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən birinci Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, cavabdehlərin mənzildən istifadə hüququnun saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, İddiaçılə Cavabdeh1 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış və sonuncunun ünvan 1 ünvanında yerləşən əmlaka istifadə hüququ müvafiq olaraq bu tarixdən etibarən yaranmışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verən zaman Mənzil Məcəlləsinin 123-cü maddəsinə ə sasən istinad etməli olduğu halda buna məhəl qoymamış, qərarı Mülki Məcəllənin 228.2-ci maddəsinə istinadən qəbul etmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olacağı halda faktiki olaraq mülkiyyət hüquqlarından məhrum olunacağını və həmçinin, iddiaçı tərəfindən təklif edilən 28.000 manat məbləğin mövcud iqtisadi durumu əsas götürüldükdə, sadəcə müvəqqəti yaşayış hüquqlarının təminatı qismində çıxış edəcəyini nəzərə almamışdır.
15. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdeh tərəfindən qeyd olunan əmlakın birgə nikah dövründə əldə olunduğundan istifadə hüququnun saxlanması arqumenti əsassızdır. Belə ki, müvafiq mülkiyyət hüquqları iddiaçıya vərəsəlik qaydasında keçmişdir. Lakin bununla belə məhkəmə yə ərizə təqdim edilərək bildirmişdir ki, hazırda cavabdehlərə 40.000 manat həcmində kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə razıdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1665/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ödəniləcək kompensasiya məbləği hissəsində dəyişdirilərək, iddiaçıdan cavabdehlərə birlikdə 40.000 manat kompensasiya ödənilməklə cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 5 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə mənzilin ümumi bazar qiyməti nəzərə alındığında ağlabatan məbləğ kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə aldığını qeyd etmişdir ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırıl mamalıdır.
18. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı ona məxsus mənzillə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlı olduğundan və apellyasiya baxışı zamanı bunun müqabilində təklif etdiyi 40.000 manat məbləğində kompensasiya məbləği işin hallarına müvafiq olaraq ədalətli olduğundan, apellyasiya şikayəti kompensasiyanın məbləği hissəsində qismən təmin edilməli və ödəniləcək məbləğin miqdarı artırılaraq 40.000 manat müəyyən edilməklə cavabdehlərin mübahisəli mənzildəki istifadə hüquqlarına xitam verilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.3, 152.4, 152.5, 228.2-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
20. Qətnamədən birinci cavabdehlər (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətində cavabdehlərin ayrı-ayrı fərdlər olması və bununla da onların ayrılıqda hər birinə 28.000 manat məbləğin verilməli olmasını nəzərə almamış, həmçinin anası Cavabdeh1 iddiaçı i lə boşansa da, mübahisəli mənzildə 1991-ci ildən yaşaması, iddiaçı ilə birlikdə mənzilin saxlanması, təmiri, yaxşılaşdırılması və s. hallara diqqət verməmişdir. Cavabdeh2 münasibətdə isə qeyd olunmalıdır ki, doğulduğu gündən bu evdə valideynləri ilə birgə yaşayan, həyatını həmin evə bağlayan və heç bir yaşayış sahəsi əldə etmək imkanı olmayan övlada təklif olunan kompensasiya məbləği onun doğma ata evinə olan və məhdudlaşdırılan hüquqlarına uyğun deyildir.
22. Həmçinin, apellyasiya baxışında məhkəmə iddiaçıya 50.000 manat kompensasiyanın ödənilməsini təklif etsə də, sonradan iddiaçının ərizəsi ilə həmin məbləğin 40.000 manat olmasını uyğun hesab etmişdir. Evin dəyəri real qiymətindən daha ucuz qiymətləndirilmişdir. Belə ki, 2021-ci ildə iddiaçı evin satışı ilə bağlı elanda mənzilin dəyərin i 159.000 manat göstərmişdir. Həmin vaxtdan 4 il keçdikdən sonra isə mənzilin 165.950 manat dəyərləndirilməsi real olmamışdır. Beləliklə, istifadə hüququna daha ədalətli və bazar qiymətinə uyğun kompensasiya (ən azından ayrı-ayrılıqda 28.000 manat) verməklə xitam verilməsi, bu mümkün olmadıqda isə iddianın rədd olunması barədə qətnamə qəbul edə bilərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
24. Maddə 13 (İ hissə). Azərbaycan Respu blikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.
27. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi
30. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlər inin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
31. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
32. Maddə
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış s ahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bils in. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
49. Qeyd olunmalıdır ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 50. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istif adəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. 53. “R.Ağalar ovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
54. Apellyasiya instansiya məhkəməsi birinci instansiy a məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək, məhkəmənin iddianı təmin etməkdə haqlı olması qənaətinə gəlmişdir.
55. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, birinci cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilməklə kompensasiya məbləği artırıldığı üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qe yd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğ una görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1665/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.