Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2553/2022 11.05.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3 Ramiz oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdeh MMC-yə qarşı yaşayış və qeyriyaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 2(103)-2116/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 04 fevral 202-ci il tarixli, 2(103)2116/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1446/2021 saylı işi üzrə 22.12.2021-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan kassasiya şikayəti verərək ona aid hissədə ləğv edilməsini, mülki işin baxılması üçün apel yasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti 28.03.2022-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Bununla belə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin kassasiya şikayəti prosessual qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 407.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir. Cavabdeh MMC-nin kassasiya şikayətinin nəticə hissəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2116/2022 saylı, 02.02.2022-ci il tarixli qərardadının ləğv edilməsi xahiş olunur. Halbuki, iş materiallarında belə bir məhkəmə aktı m övcud deyil. Bu hal şikayətin məzmununa dair MPM-nin 407.1-ci maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasi ya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd edilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, Cavabdeh MMC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 2(103)-2116/2022 nömrəli qərardadından Cavabdeh MMC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(102)-2553/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2553/2022
11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver