Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5040/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 cavabdeh "xxxx" MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, qeyd edilən əmlakların iddiaçı şəxslərin sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin olunmuş, xx.xx.2016-cı il tarixli 16 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 16 saylı mənzilinə və xx.xx.2016-cı il tarixli 21 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 13 saylı mənzilinə İddiaçı4; xx.xx.2018-ci il tarixli 14 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 12-ci mərtəbəsində ümumi sahəsi 212 kv. m. olan izolə olunmuş 4 otaqdan ibarət 228 saylı mənzilinə, xx.xx.2018-ci il tarixli 12 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 9-cu mərtəbəsində ümumi sahəsi 139,3 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 162 saylı mənzilinə və xx.xx.2018-ci il tarixli 11 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 162 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 168 saylı mənzilinə İddiaçı5; xx.xx.2019-cu il tarixli 141A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 161,7 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 126 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 142A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 106 kv. m. olan izolə olunmuş 2 otaqdan ibarət 179 saylı mənzilinə İddiaçı12 oglunun; xx.xx.2019-cu il tarixli 147A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 140 saylı mənzilinə X2; xx.xx.2019-cu il tarixli 144A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D girişi,yaşayışın 15-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 239 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 143A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət 180 saylı mənzilinə İddiaçı11; xx.xx.2017-ci il tarixli 70 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 7 saylı mənzilinə İddiaçı7; xx.xx.2018-ci il tarixli 24 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 15 mərtəbəli yaşayış evinin E girişi,yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 161,7 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət 263 saylı mənzilinə İddiaçı8 sahiblik və istifadə hüquqları tanınmış və əmlakların təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilmiş, qalan hissədə iddia təmin olunmamış, məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat cavabdeh "xxxx" MMC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Həmin qətnamədən iddiası təmin edilməyən iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı9, İddiaçı6 xx.xx.2022-ci il tarixdə birgə apellyasiya şikayəti vermişdir. Qətnamədən həm də Cavabdeh MMC də xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC (Vəkil1) kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2553/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilib, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətinin nəticə hissəsində apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Halbuki, iş materiallarında belə bir məhkəmə aktı mövcud deyil. Cavabdeh MMC (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın cavabdehə aid hissədə ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4686/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadı qismən, Cavabdeh apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması hissəsində ləğv edilmiş, apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7109/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı (X1 (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Namiq Şamil oğlu) ilə iddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi tələbinə dair” mülki iş iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün apellyasiya baxışından çıxarılması və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materiallarının Nərimanov Rayon Məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 04 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı (X9) ilə Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(005)- 1446/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, X4, X7, İddiaçı6 və İddiaçı9, həmçinin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh MMC şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(005)-1446/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra, Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(005)- 1446/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən Nərimanov Rayon Məhkəməsindən 2(005)-1446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli sorğu daxil omuş, həmin sorğuda iddiaçıların vəkili Vəkil2 tərəfindən rayon məhkəməsinin 1446/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizənin iş materiallarına əlavə edilərək baxılması məqsədilə işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-996/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli sorğusuna əsasən, iddiaçıların vəkili tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmış və Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, X4, İddiaçı6 və İddiaçı9 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3, X4, İddiaçı6 və İddiaçı9 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC tərəfindən verilmiş şikayət Məhkəmənin eyni saylı, 13 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 saylı, 03 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, rayon məhkəməsinin müddətin buraxılması səbəbi kimi apellyasiya şikayəti vermiş iddiaçıların məhkəmənin qətnaməsindən məlumatsız olmaları barədə dəlili əsaslı olmamışdır, çünki həmin iddiaçıların nümayəndəsi və vəkili qətnaməni almasına dair qəbzə imza etmiş, başlıcası isə onların adından həmin vaxt qətnamədən apellyasiya şikayəti də vermişdir, demək ki, onların məhkəmənin qətnaməsindən məlumatları olmuşdur, belə olan halda isə məlum olur ki, onların qətnamədən məlumatsız olmaları barədə dəlili əsassızdır. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçılar İddiaçı3 və İddiaçı1 şikayətlə razılaşmayaraq ayrılıqda bildirdilər ki, onlar Rusiya Federasiyasında, Moskva şəhərində yaşayırlar, onlar hazırkı məhkəmə işləri ilə bağlı bir nəfərə etibarnamə vermişlər və işlərinin aparılmasını ona tapşırmışlar, həmin şəxs də Əliyev Ramil adlı vəkillə müqavilə bağlamışdır, onlar həmin vəkili ümumiyyətlə tanımırlar, onlara bu barədə məlumat belə vermişdir ki, apellyasiya şikayəti vaxtında verilib və apellyasiya şikayətlərinə məhkəmədə baxılır, onların apellyasiya şikayətinin qeyri-mümkün olmasından, ümumiyyətlə məlumatları olmamışdır. Sonradan bu işin bu qədər uzanmasından narahat olmuş, hər dəfə də onlara işlərinin yaxşı getdiyini, narahatlıq üçün əsas olmadığını bildirmişlər, buna baxmayaraq onlar nümayəndələrinin hərəkətlərindən şübhələnərək nəhayət bu yaxında Azərbaycan Respublikasına gələrək başqa vəkillə müqavilə bağlamışlar, bundan sonra onlara məlum olmuşdur ki, onların əvvəlki vəkili onları aldadıb və qarşı tərəfə satılıb, onların xeyrinə işləməyə başlayıb (bu məsələni onlar ayrıca araşdıracaqlar), eləcə də müəyyən etmişlər ki, apellyasiya məhkəməsində onların apellyasiya şikayətlərinə baxılmır, bunu biləndən sonra dərhal prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Son anadək onlar vaxtında verdikləri ilkin apellyasiya şikayətlərinin baxıldığını bilmişlər, şikayətlərinin geri qaytarılması barədə onlarda hər hansı məlumat olmamışdır. Bu səbəbdən, qərardadın əsaslı olduğunu, şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 şikayətlə razılaşmayaraq bildirmişdir ki, iddiaçılar məhkəmə proseslərində iştirak etməmişlər, onların vəkilin qətnaməni iki gün sonra alması da inandırıcı deyil, bununla belə onlar ilkin apellyasiya şikayətini vaxında təqdim etdiklərindən, onlara şikayətlərinə baxıldığı bildirilmiş, məhkəmə qərarlarından xəbərdar olmamışlar, həmin zamanlarda iddiaçılar Azərbaycan Resublikasında da olmamışlar, özləri ölkə xaricində yaşayırlar, həmçinin keçən müddət ərzində işlərinə baxıldığını düşünmüşlər, onlar şikayətlərinə baxılmasında müddətin çox keçməsindən şübhələnmiş, xx.xx.2023-cü il tarixdə vəkil kimi ona müraciət edərək müqavilə bağlamış, o, iddiaçıların vəkili olaraq xx.xx.2023-cü il tarixdə işlə tanış olarkən iddiaçıların apellyasiya şikayətinin qeyri-mümkün olması barədə onlara məlumat vermiş, dərhal elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Həmçinin qeyd etdi ki, ilkin apellyasiya şikayəti vaxtında verilmiş, lakin iddiaçılar Azərbaycan Respublikasının vətəndaşları olmadığından həmin vaxt qanun yeni qəbul edildiyindən elektron kabinet vasitəsi ilə deyil, ümumi qaydada apellyasiya şikayətini vermişlər, apellyasiyanın qeyri-mümkün olmasından da iddiaçıların hər hansı məlumatları olmayıb, həmin qərardadlar qanunla müıyyən olunmuş qaydada onlara təqdim olunmamışdır, buna görə də hazırda apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsi səbəbi üzürlü olmuşdur, rayon məhkəməsi də mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin materiallarını birlikdə nəzərdən keçirib, gəlmiş tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə başqa əsasla təmin edilməlidir. Belə ki, ərizəni təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçılardan üçü Rusiya Federasiyası vətəndaşlarıdır, ikisi 2021-ci ildən ölkədən çıxmış, qayıtmamışlar. İşdən də görünür ki, iddiaçılar vəkili X6 ilə 24 may 2023-cü il tarixdə müqavilə bağlamışlar və xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayətini göndərmişdir. Göründüyü kimi tərəf qətnamədən məlumatlı olmamış, prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Mülki iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsini xx.xx.2021-ci il tarixdə Ramil Əliyev (iddiaçıların vəkili) imza edərək qəbul etmişdir (2-ci cild, i/v 41). Həmin qətnamədən iddiası təmin edilməyən iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı9, İddiaçı6 xx.xx.2022-ci il tarixdə birgə apellyasiya şikayəti vermişdir. Qətnamədən Cavabdeh MMC də xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçıların apellyasiya şikayətinin qeyri-mümkün olması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadının iddiaçılara çatdırılması müəyyən edilmir. Belə ki, həmin qərardadın İddiaçı9 və qeyrilərinə çadırılması barədə mülki işdə olan xəbərnamədə “qardaşı İddiaçı1” adlı şəxsin imza etməklə qəbul etməsi qeyd olunmuş (2-ci cild, i/v 88), lakin həmin şəxsin kimliyi müəyyən edilmir. Halbuki, MPM-in 135.3-cü maddəsinə görə, Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Beləliklə, həmin qərardadın iddiaçılar X4, İddiaçı3, İddiaçı9, İddiaçı6 tərəfindən alınmasına dair hər hansı bir məlumat mövcud deyildir. Bundan əlavə, mülki işdə olan bildiriş və məhkəmə aktlarının, xüsusən də iddiaçılar İddiaçı1, X4, X7, İddiaçı6 və İddiaçı9, həmçinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının apellyasiya şikayəti vermiş iddiaçılara çatdırılması barədə hər hansı məlumat yoxdur. Eyni zamanda, müəyyən olunur ki, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçıların nümayəndəsi və vəkili R.Əliyevə İddiaçı7, X4, İddiaçı6, İddiaçı4 tərəfindən verilmiş etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə (1-ci cild, i/v 136), İddiaçı8, İddiaçı5 tərəfindən verilmiş etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə (1-ci cild, i/v 137), İddiaçı12, İddiaçı11 tərəfindən verilmiş etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə (1-ci cild, i/v 138-139) bitmiş, yalnız İddiaçı1 tərəfindən verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixədək olmuşdur (1-ci cild, i/v 140). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4686/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, ...apellyasiya instansiyası ədalət mühakiməsinin həyata keçirilməsinin növbəti mərhələsidir. Konkret əsas göstərmədən, formal əsaslarla şikayətin qeyri-mümkün hesab olunması şəxsin məhkəmə müdafiəsi hüquqlarını pozmuş olur. Məhkəmənin qərarı aydın, səlis, konkret və başa düşülən olmalıdır. Qərarın aid olduğu şəxs həmin qərarı oxuduqda onun şikayətinin konkret olaraq hansı əsaslarla icraata qəbul edilməməsini aydın surətdə anlamalıdır ki, həmin səhvləri aradan qaldırmaqla hüquqlarını həyata keçirə bilsin. Apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadı həmin tələblərə cavab vermir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, şəxsin məhkəmə aktını yuxarı məhkəmələrdə mübahisləndirmə imkanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş Ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1446/2021 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(005)-1446/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə X1 (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə xx.xx.2022-ci il tarixdə MMC-nin apellyasiya şikayətini mümkün hesab edərək, məhkəmə iclasını xx.xx.2023-cü il tarixə təyin etmişdir. Daha sonra hakim E.Mehdiyev Cinayət Kollegiyasına keçdiyinə görə xx.xx.2023-cü il tarixdə mülki iş təqrirlə Hakimlər Şirinov İkram Sabir oğlunun (sədrlik edən və məruzəçi), Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət məhkəmə tərkibinə verilmişdir. Bundan sonra məhkəmə iclası yeni məhkəmə tərkibi tərəfindən xx.xx.2023-cü il tarixə təyin edilmiş, Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixdəki iclasında MMC-nin nümayəndəsi iştirak etsə də, iddiaçılar gəlmədiyi üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır (3-cü cild, i/v 12). Həmin iclaslar barədə bildirişləri də 3 nəfər başqa şəxs alması, lakin şikayət edən iddiaçılara çatmadığı müəyyən olunur. Daha sonra xx.xx.2023-cü il tarixdə keçirilən növbəti məhkəmə iclasında yenə də iddiaçılar iştirak etməmiş, cavabdehin nümayəndəsi Vəkil1 iddiaçıların iştirakının zəruri olduğunu bildirərək məhkəmə iclasının onların iştirakının təmin edilməsi üçün təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır (3-cü cild, i/v 23). Bu mərhələdə cavabdeh MMC tərəfindən ekspertiza keçirilməsi barədə yazılı vəsatət göndərilmiş, xx.xx.2023-cü il tarixdəki məhkəmə iclasında heç bir tərəf iştirak etməmiş, cavabdeh MMC-nin vəsatəti təmin edilərək, məhkəmə kollegiyasının həmin tarixli qərardadı ilə sənədlərin texniki eskpertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixdə iş üzrə icraat təzələnmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Mülki işin materiallarında məlum olur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı3 və onun, həmçinin iddiaçılar İddiaçı6, İddiaçı9, İddiaçı1, A.Xəlilovanın nümayəndəsi və vəkili Vəkil2 mülki işlə tanış olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsi iddiaçıların vəkili Vəkil2 tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin mülki iş materiallarına əlavə edilərək baxılması üçün mülki işi sorğu etmiş, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında rayon məhkəməsinin sorğusuna əsasən mülki iş baxışdan çıxarılıb, rayon məhkəməsinə göndərilmişdir. Beləliklə də, mülki işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçıların nümayəndəsi və vəkili R.Əliyev rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini xx.xx.2021-ci il tarixdə qəbul etməsi barədə qəbzə imza etmiş, başlıcası isə iddiası təmin olunmayan iddiaçıların adından həmin qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin qətnaməsinin elan olunduğu gündən iki gün sonra iddiaçıların vəkilinin həmin qətnaməni həqiqətən də almasının real olmaması barədə mülahizələrlə bağlı qeyd edir ki, bu dəlil qəbul olunmuş olsa belə, bu hal məsələnin mahiyyətini dəyişmir, çünki iddiaçıların həmin nümayəndəsi və vəkili rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində ikin olaraq vaxtında apellyasiya şikayəti vermiş və onların həmin şikayəti baxılması üçün rayon məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçılar özləri və onların yeni vəkili də iddia tələbləri təmin olunmayan iddiaçıların rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən ilkin olaraq vaxtında apellyasiya şikayəti verdiklərini bildirirlər. Demək ki, rayon məhkəməsinin müddətin buraxılmasının üzürlü səbəbi kimi cavabdehlərin məhz mübahisələndirilən məhkəmə qətnaməsindən- aktından məlumatsız olmalarını qeyd etməsinin doğru olmaması barədə cavabdehin şikayətinin dəlili əsaslı hesab edilməlidir. Bununla belə, aparılmış məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçılar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən ilkin mərhələdə vaxtında apellyasiya şikayəti vermiş, lakin həmin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadının, xüsusən də iddiaçılar İddiaçı1, X4, X7, İddiaçı6 və İddiaçı9, həmçinin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının apellyasiya şikayəti vermiş iddiaçılara çatdırılması barədə mülki işin materiallarında hər hansı məlumat yoxdur. Həmin məhkəmə aktlarının, eləcə də sonrakı prosessual hərəkətlərlə, o cümlədən hazırkı apellyasiya icraatı ilə bağlı olan məhkəmə aktlarının və məhkəmə bildirişlərinin iddiaçılara prosessual qanunvericiliyin tələbləri qaydasında çatdırılması müəyyən edilmədiyindən, məhkəmə kollegiyası iddiaçıların onların ilkin apellyasiya şikayətlərinə baxılmasını güman etdikləri və əvvəlki nümayəndələr tərəfindən onlara verilmiş tapşırığın vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmələri barədə bildirdiklərini inandırıcı və ağlabatan hesab edir. Kollegiya həmin dəlillərlə razılaşaraq, qeyd edir ki, məhz bu fakta görə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması başqa əsasla, yəni həmin iddiaçılar tərəfindən vaxtında verilmiş apellyasiya şikayətinin sonradan apellyasiya qaydasında qeyri-mümkün hesab edilərək geri qaytarılmasına dair qəbul olunmuş məhkəmə aktlarından iddiaçıların məlumatlı olmaması səbəbindən üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, iddiaçılar qeyd edir ki, işin uzun müddət uzanmasından şübhələnərək başqa vəkillə müqavilə bağladıqlarını bildirmiş, xx.xx.2023-cü il tarixdə həmin vəkilin işlə tanış olmasından sonra hazırda onların apellyasiya şikayətinə baxılmamasından xəbərdar olmuş, dərhal xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müdətin bərpası barədə ərizə ilə rayon məhkəməsinə müraciət etmişlər. Nəticə: Belə olan halda, iddiaçıların apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi məhz onların ilkin verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadının və onunla bağlı olan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının apellyasiya şikayəti vermiş iddiaçılara çatdırılmasına dair mülki iş materiallarında sübut olmaması əsası ilə üzrlü hesab edilərək bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) İddiaçıların ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair ərizəsinə baxan rayon məhkəməsi isə qərardadında aşkar üzrlü olan bu hallara deyil, səhvən məhkəmə qətnaməsinin alınmaması halına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinin tələbinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş üzrə yeni qərardad qəbul edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, X4, İddiaçı6 və İddiaçı9 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması başqa əsasla, yəni həmin iddiaçılar tərəfindən vaxtında verilmiş apellyasiya şikayətinin sonradan apellyasiya qaydasında qeyri-mümkün hesab edilərək geri qaytarılmasına dair qəbul olunmuş məhkəmə aktlarından iddiaçıların məlumatlı olmaması səbəbindən üzrlü hesab edilərək bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2(103)-5040/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5040/2023
08.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver