Məhkəmə qərarları › İş №2(102)-4686/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4686/2022

30.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4686/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdeh MMC-yə qarşı yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquql arının tanınması, sahiblik və istifadəyə verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2116/2022 nömrəli iş üzrə 04 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdeh MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, qeyd edilən əmlakların iddiaçı şəxslərin sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət et mişlər.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1446/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı9, İddiaçı6 və Cavabdeh MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2116/2022 nömrəli iş üzrə 4 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyrimümkün hesab edilmiş, Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətləri “Elektron məhkəmə” informasiya sistemi ilə müəyyən edilmiş qaydalara uyğun verilməmişdir. Belə ki, sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur.

6. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş şikayətin məzmununda barəsində şikayət verilən qətnamə kimi birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mövcud deyil.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2, 10-1.3, 10-1.7, 361.2, 363.1.1, 363.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh MMC (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2553/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilib, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətinin nəticə hissəsində apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qəra rdadının ləğv edilməsini xahiş etmişdir. Halbuki, iş materiallarında belə bir məhkəmə aktı mövcud deyil.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1.3, 408.1.1, 417.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri d) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh MMC (Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın cavabdehə aid hissədə ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, “xahiş etdi” hissəsində cavabdehin şikayət verdiyi qərardadın tarixi xx.xx.2022-ci il deyil, xx.xx.2022-ci il kimi qeyd edilməsi texniki səhvdir.

14. Cavabdeh apellya siya instansiya məhkəməsinin qərardadı ilə tanış olduqdan sonra problemin nədən ibarət olmasını öyrənmək üçün çağrı mərkəzinə zəng etmişdir. Ona bildirilmişdir ki, elektron ərizəsi “adoc” formasında sistemə düşdüyü üçün məhkəmə elektron şikayətini görməmişdir. Bundan əlavə, elektron sistemə sənədin hansı formada düşüb-düşməməsi cavabdeh tərəfindən həll edilən bir məsələ deyil.

15. Cavabdeh elektron qaydada apellyasiya şikayətini təqdim etmiş və həmin vaxt düzgün olmayan qətnamədən şikayət etsə və ya elektron sistemdə hər hansısa bir səhvlik olsa idi, həmin şikayətin sistemdə göndərilməsi mümkün olmazdı.

16. Kassator şikayətini “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 15 iyul 2019-cu il tar ixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron Məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərinə, MPM-nin 9.3, 10-1.3, 88, 363-cü maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

19. Mad də 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

21. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermə k hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərardadının məzmunundan görünür ki, şikayətin qeyri-mümkün hesab edilməsinin əsası onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədə n verilməsidir. Qərarda qeyd edilmişdir ki, Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

30. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minən MPM-ə 2 saylı Əlavə ilə müəyyən olunmuş formada tərtib olunmamasını qeyd etmişdir ki, həmin mövqe əsaslı sayıla bilməz. Belə ki, iş materiallarından görünür ki, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə rəsmi qaydada verilmişdir. Yən i apellyasiya şikayəti sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə qanunverciliyin tələblərinə uyğun olaraq imzalanmışdır.

31. Apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardadın məzmunundan kassatorun şikayətinin konkret olaraq hansı əsaslarla qeyri-mümkün hesab edilməsi aydın deyil. Məhkəmə, şikayətin verilməsi qaydaları və “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi qaydalarını nizama salan normaları sadalamaqla şikayəti geri qaytarmışdır.

32. Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası ədalət mühakiməsinin həyata keçirilməsinin növbəti mərhələsidir. Konkret əsas göstərmədən, formal əsaslarla şikayətin qeyri-mümkün hesab olunması şəxsin məhkəmə müdafiəsi hüquqlarını pozmuş olur. Məhkəmənin qərarı aydın, səlis, ko nkret və başa düşülən olmalıdır. Qərarın aid olduğu şəxs həmin qərarı oxuduqda onun şikayətinin konkret olaraq hansı əsaslarla icraata qəbul edilməməsini aydın surətdə anlamalıdır ki, həmin səhvləri aradan qaldırmaqla hüquqlarını həyata keçirə bilsin. Apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadı həmin tələblərə cavab vermir.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) -2116/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərardadı qismən, Cavabdeh apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması hissəsində ləğv edilsin. Apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar