Məhkəmə qərarları › İş №2(103)-7109/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7109/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7109/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1446/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X2, X3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, qeyd edilən əmlakların iddiaçı şəxslərin sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair” iddia ərizəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmınədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə 100 kv.metr olmaqa, toplum 200 kv.metr olan qeyri-yaşayış sahələrinə İddiaçı1; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Mənımədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 131 nömrəli mənzilə, həmin evin C girişi, yaşayışın 4- cü mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 140 nömrəli mənzilə X1; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi 1-ci və 2-ci mərtəbəsi, hər mərtəbədə 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.met olan qeyri-yaşayış sahələrinə İddiaçı3; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan izolə olunmuş, 4 otaqdan ibarət 13 nömrəli mənzilə,həmin evin 1-ci girişi, 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı 16 nömrəli mənzillərə İddiaçı4; Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli 16 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 10-cıı mərtəbəsi, ümumi sahəsi 212 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 228 saylı mənzilə, həmin evin C girişi, yaşayışın 10cu mərtəbəsi, ümumi sahəsi 139 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 162 nömrəli mənzilə, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, izolə olunmuş, ümumi sahəsi 162 kv.metr olan, 3 otaqlı 168 nömrəli mənzilə İddiaçı5; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, izolə olunmuş, 3 otaqdan ibarət 78 nömrəli mənzilə İddiaçı6; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 3-cü mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 7 nömrəli mənzilə İddiaçı7; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımov küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 15 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 263 nömrəli mənzilə İddiaçı8; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsində, ümumi sahəsi 313 kv.metr olan, 5 otaqlı, 15 nömrəli mənzilə İddiaçı9; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımov küçələrinin kəsişməsində inşa edilən 6 girişli, 16 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 87,6 kv.metr, 2 otaqlı, 257 nömrəli, həmin binanın E girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 87,6.kv.metr, 2 otaqlı, 293 nömrəli mənzillərə İddiaçı10; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan, 16 mərtəbəli yaşayış binasının D girişi, yaşayışın 15-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.metr olan, 2 otaqlı, 239 nömrəli, həmin binanın C girişi, yaşayışın 14-cü mərtəbəsində, ümumu sahəsi 162 kv.metr olan, üç otaqlı, 180 nömrəli mənzillərə İddiaçı11 və Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən, 16 mərtəbəli yaşayış binasının C girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan, 2 otaqlı, 179 nömrəli, həmin binanın B girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 126 nömrəli mənzillərə İddiaçı12 istifadə və sahiblik hüquqlarının tanınması, mənzil və qeyri-yaşayış sahələrinin sahiblik və istifadələrinə verilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Bakı şəhəri, Nəriınanov rayonu, M.Sənani küçəsində və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində Cavabdeh tərəfindən inşa edilən yaşayış evində mənzil və qeyri-yaşayış sahələrinin tam dəyəri ödənilməklə mənzil və qeyri-yaşayış sahələrini almışlar. Əmlakların dəyərləri tam olaraq ödənilmişdir. Cavabdeh cəmiyyət tərəfindən əmlakların dəyərinin ödənilməsi barədə maliyyə arayışları verilmişdir. Müqavilələrdə göstərilən mənzil və qeyri-yaşayış sahələrinin təmir edilməsi, dəyəri tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahələri barəsində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi Cavabdeh tərəfindən məhdudlaşdırılır. Cavabdeh cəmiyyətə yaşayış və qeyriyaşayış sahələri barəsində sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması barədə pretenziya verilmiş, lakin münasibət bildirilməmişdir. Cavabdeh rəhbərliyi tərəfindən qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada alqı-satqı etmələrinə etiraz etməməklə sahiblik hüquqlarının həyata keçirilməsinə razılıq verilsə də, həmin hüququn reallaşmasına imkan verilməmişdir. Qeyd olunan hal onların hüquqlarını pozduğundan məhkəmə müdafiəsindən istifadə elmək məcburiyyətində qalmışlar. Onlar cavabdeh cəmiyyətin qanunsuz hərəkətləri nəticəsində dəyəri tam ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə öz istədikləri kimi sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmirlər. İddiaçı10 22 fevral 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə mühahisənin həll olunmasını, iddia tələbindən imtina edərək, ona münasibətdə mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 may 2021-ci il tarixli, 2(005)-1446/2021 saylı qərardadı ilə İddiaçı10 iddiadan imtinası qəbul edilərək, iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi tələbinə dair” mülki iş üzrə İddiaçı10 münasibətdə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1446/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli 16 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 16 saylı mənzilinə və xx.xx.2016-cı il tarixli 21 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 13 saylı mənzilinə İddiaçı4; xx.xx.2018-ci il tarixli 14 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 12-ci mərtəbəsində ümumi sahəsi 212 kv. m. olan izolə olunmuş 4 otaqdan ibarət 228 saylı mənzilinə, xx.xx.2018-ci il tarixli 12 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 9-cu mərtəbəsində ümumi sahəsi 139,3 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 162 saylı mənzilinə və xx.xx.2018-ci il tarixli 11 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 162 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 168 saylı mənzilinə İddiaçı5; xx.xx.2019-cu il tarixli 141A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 161,7 kv. m. olan izolə olunmuş 3 otaqdan ibarət 126 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 142A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 106 kv. m. olan izolə olunmuş 2 otaqdan ibarət 179 saylı mənzilinə İddiaçı12 oglunun; xx.xx.2019-cu il tarixli 147A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 140 saylı mənzilinə X1; xx.xx.2019-cu il tarixli 144A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D girişi,yaşayışın 15-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 239 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 143A saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət 180 saylı mənzilinə İddiaçı11; xx.xx.2017-ci il tarixli 70 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət 7 saylı mənzilinə İddiaçı7; xx.xx.2018-ci il tarixli 24 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 15 mərtəbəli yaşayış evinin E girişi, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 161,7 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət 263 saylı mənzilinə İddiaçı8 sahiblik və istifadə hüquqlarının tanınması və əmlakların təhvil verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı9, İddiaçı6 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2116/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1446/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4686/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 2(103)- 2116/2022 nömrəli qərardadının qismən, Cavabdeh apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması hissəsində ləğv edilməsi, apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2116/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1446/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alındığından mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360-366-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi tələbinə dair” mülki iş iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 04 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar