Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2553/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-585/2023 saylı mülki iş üzrə 01 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Elmin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli, 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4-xx/xx-093003 reyestr nömrəli çıxarışın, Cavabdeh2 tərəfindən həmin mənzili Cavabdeh3 satılmış xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** reyestr nömrəli çixarişin, Cavabdeh3 ilə X2, arasında bağlanmış Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 66 №-li evin 19 saylı mənzilinin alqı-satqıs ına dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 reyestr №-li müqavilənin, həmin müqavilə əsasında X2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** reyestr №-li çıxarışın etibarsız hesab olunması və İddiaçı2 və İddiaçı1 mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla mənzilə köçürülməyi barədə qətnamə və mənzilin saxta sənədlər əsasında alqı-satqısının və çıxarışların əldə olunmasında cinayət əməli törətmiş, fiziki və rəsmi icra hakimiyyəti orqanlarının əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsinin xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 iyul 2022-ci il tarixli, e-2(011)-3320/2022 nömrəli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilməmişdir.
3. İddiaçılar apellyasiya şikay əti verərək, həmin qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-585/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X3) iddiaçılarin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddiaçıların “Cavabdeh2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4xx/xx-093003 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” his səsində iddia tələbi üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçılara bu tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li order inzibati akt sayılır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılması qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işl ər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
7. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolver ilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçılara aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
9. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırda iddiaçların bir tələbi də inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi barədə olduğundan, həmin məsələyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddia tələbinin həmin hissəsinə münasibətdə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli və iddiaçıya bu tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 10.Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.1, 384.0, İPM-nin 2.2.1, 2.2.5 maddələrinə və istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(103)-585/2023 nömrəli qərardadının – “İddiaçı1 və İddiaçı2 Cavabdeh2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli, 231 nömrəli orderin və order əsasında verilmiş xx.xx.2007-ci i l tarixli, ********* qeydiyyat nömrəli **********4-xx/xx093003 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi”- hissəsində ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə iddiaçıların mülkiyyət hüquqlarını kobud formada pozmuşdur. Çünki məhkəmənin qəbul etmiş olduğu qətnamə ilk növbədə Konstitusiyanın 13 və 29-cu maddələrinin pozulmasını özündə əks etdirir. İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, mübahisələndirilən order iddiaçının gözlənilən mülkiyyət hüquqlarını kobud şəkildə pozur və onun etibarsızlığından çıxış edən iddiaçı bunu tam əsaslandırmışdr. Ancaq məhkəmə qəbul etmiş olduğu qərardadla mahiyyətdən yayınmaq və işin düz yolda olmadığını ortaya qoymaq istəməsidir. Nəticədə, Konsti tusiyanın qeyd olunan normaları iddiaçılara münasibətdə tətbiq olunmaqla, onun bu hüquqlarını qoruyucu rolunu oynayır. Məhz bu səbəbdən, Konstitusiyasının 13-cü maddəsi ilə mülkiyyətin toxunulmazlığının dövlət tərəfindən bəyan edilməsinə və bunun da dayaqlarının (toxunulmazlığının) 29-cu maddə ilə təsbit olunmasına baxmayaraq, bu hüquq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qəbul edilmiş qərardadın hüquqi əsası kimi işə baxan məhkəmə mübahisləndirilən orderin (Xaçmaz şəhəri, N.Nərimanov kümçəsi, ev 66, 19 saylı mənzilə dair verilmiş) inzibati akt kimi qeyd etməsidir. Belə ki, işə baxan məhkəmə bir başa qərardadda göstərir ki, istinad edilən order inzibati akt olduğundan, həmin orderin mübahisələndirilməsinin prosessual hüquqi tərəfi kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi nin müddəaları əsasında inzibati məhkəməyə müraciət olunmalıdır. Buna görə də məhkəmə göstərilən qərardadla iddia tələbinin bu hissəsində işə MPM-nin 261-ci maddəsinin müvafiq bəndələrinə istinad etməklə xitam vermişdir. Ancaq məhkəmə mənzilə dair verilmiş orderin niyə inzibati akt olması barədə bir dənə də olsun qərardadda qeyd etmir. Sadəcə qərardadın 2-ci səhifəsinin 7-ci abzasında bunu göstərməklə kifayətlənir. Bunun arxasınca da, ancaq mübahisənin prosessual hüquqi tərəflərini müəyyən edən normaları göstərməklə, öz fikrini “əsaslandırmağa” çalışmışdır. Lakin bəllidir ki, orderlərlə bağlı hüquq münasibətlərinin tətbiqi maddi hüquq münasibətlərindən əmələ gələ bilər və onunla bağlı mübahisənin olduğu təqdirdə, həmin mübahisəyə baxılması qaydası isə prosessual tərəflərə görə müəyyən ol unur. Ancaq məhkəmə yalnız prosessual tərəfləri göstərməklə kifayətlənmiş və qeyd edilən orderin hansı maddi hüquq normaları əsasında inzibati akt olmasını işıqlandırmamış və yaxud da qəsdən özü göstərməmişdir. Çünki inzibati akt anlayışı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində birbaşa qeyd olunur. Bu isə onu bildirir ki, bu normativ akt maddi hüquq münasibətlərinin tənzimini özündə müəyyən edir. Məhkəmə qeyd olunan qanuna istinad etmək əvəzinə, sanki belə bir qanun və norma olmamış kimi işə yanaşmışdır. Həmin maddədə deyilir: “inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir”. Göründüyü kimi, burada orderin özünün inzibati akt olması tam aradan qalxmış olur. Orderin verilməsinin hüquqi əsası kimi vaxtı ilə iştirak edə biləcək sərəncam və ya buna bənzər hansısa bir akt isə inzibati akt hesab olunur. Nəticədə order inzibati aktın əsasında tərtib olunan və hüquq müəyyən edən yekun sənəddir. Çünki orderin özü mənzilə dair mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin ilkin hüquqi əsası sayılır. Nə qədər ki, həmin orderin verilməsi üçün əsas olmuş inzibati akt varsa, onun (orderin özünün) inzibati akt kimi qiymətləndirilməsi yanlış olmaqla bərabər, həm də qanun pozuntusudur. Hətta, orderin özündə belə hansı hüquqi əsasla onun verilməsi (tərtib edilməsi) çox hallarda qeyd olunur. Əgər belədirsə, onda nəyə görə orde r inzibati akt sayılmalıdır? Digər tərəfdən, iddiaçı tərəfindən verilmiş iddia tələbləri həmin orderin etibarsızlığı olmuş və bunun hüquqi əsasları barədə də iddia ərizəsində və hətta sonra məhkəmə qərarlarında tam göstərilmişdir. İşə baxmış apellyasiya instansiyası xitamın əsasları kimi həm haqqında danışılan orderə, həm də onun əsasında alınmış (əldə edilmiş) mülkiyyət hüquqları barədə olan çıxarışa münasibətdə işə xitam vermişdir. Qərardadda da ancaq orderə görə münasibət bildirilmişdir. Çıxarışa münasibətdə buna hüquqi qiymət verilməsə də, qərardadın qərara aldı hissəsində xitamı həm orderə, həm də onun əsasında əldə edilmiş çıxarışa görə olduğunu göstərir. Ancaq qərardadın müəyyən etdi hissəsində çıxarışa görə niyə xitam verilməsi barədə bir dənə də olsun bir söz belə açılmır. Bunu ne cə başa düşək, orderi inzibati akt aldanıraraq başqa sənədə isə qiymət verməyən məhkəmə qiymət vermədiyi sənədə də yekun qərarla münasibət bildirir? Tamamilə əsassız və qanunvericiliyin normalarını kobud şəkildə pozulması ilə müşayiət olunan yekun məhkəmə qərarı olan bu qərardad ləğv olunmalı və işə normal və lazımi qaydada yenidən araşdırılması üçün yenidən baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Kassasiya şikayətinə qarşı Cavabdeh2 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş etirazda kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-585/2023 saylı, 01 mart 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: 14.Maddə 31.1. Aidiyyət qaydalarının pozu lmasına yol verilmir. 15.Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 16.Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 17.Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 18.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 19.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 20.Məhkəmə kollegiyası, qərardadı tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 21.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 22.Belə ki, apellyasiya məhkəməsi “Cavabdeh2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4- xx/xx-093003 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinin inzibati xarakterli olması qənaətinə gələrək həmin hissədə işin icraatına xitam vermişdir. 23.Kassasiya məhkəməsi bu qənaətlə razılaşaraq bildirir ki, müvafiq inzibati orqan tərəfindən çıxarılan akt əsasında yaşayış sahəsinə dair orderin verilməsi publik hüquq müna sibətlərinə aid olduğu üçün həmin orderin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması tələblərinə inzibati məhkəmə icraatında baxılmalıdır. 24.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə rey estrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. 25.Həmin qərarın 15.4-cü bəndinə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə s əlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
26. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
27. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 28.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-585/2023 saylı mülki iş üzrə 01 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.