Məhkəmə qərarları › İş №2(102)-2555/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2555/2020

20.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2555/2020 20.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, xxxx Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti X4 vəkili X7 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12466/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 2(001)-4 828/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xxxx QSC Həkim-Sanitar Xidməti X4 112 saylı xx.xx.2019-cu il tarixli əmrin etibarsız hesab edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə xxxx QSC Həkim-Sanitar Xidməti Mərkəzi X2-Poliklinika şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin 1,0 ştat vahidi ilə tibb qeydiyyatçısı işinə bərpa olunması, xxxx QSC Həkim-Sanitar Xidməti X5n vurulmuş mənəvi ziyana görə 300 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışsinki - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh xxxx QSC-nin tərəfindən verilən apel yasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti nin X19 Xəstəxanasının Baş həkiminin xx.xx.2019-cu il tarixli 112 №-li əmrinin etibarsız hesab edilməsi, işəgötürən tərəfindən işə buraxılmadığı günlər hesablanmaqla əmək haqqının "xxxx” QSC nin X19 Xəstəxanasından tutularaq ödənilməsi və işə bərpa olunması və cavabdeh xəstəxanadan 2000 manat mənəvi zərərin onun xeyrinə tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə və cavabdehin xx.xx.2009-cu il tarixli əmrinə əsasən o, xxxx QSC X4 irinli cərrahi yyə şöbəsinə kiçik tibb bacısı işinə işə qəbul edilmiş, bu müəssisədə 10 illik əmək stajına malikdir. xx.xx.2017-ci il tarixdə o, Tibb xidmətinin təşkili bölməsinə tibb qeydiyyatçısı işinə keçirilmişdir. İşlədiyi dövrlərdə heç bir töhmət almamış, əksinə işini layiqincə yerinə yetirdiyinə görə ona müxtəlif formalarda təşəkkürnamələr verilmişdir. Onunla yaşayan və şəkər xəstəliyindən əziyyət çəkən dayısı X3 Dəmiryol Xəstəxanasında əməliyyat olunduqdan sonra evə yazılmış, lakin vəziyyəti ağır olduğundan dayısı xx.xx.2019-cu il tarixdə gecə saat 20-20 radələrində onun evində vəfat etmişdir. xx.xx.2019-cu il tarixdə bazar günü o, xəstəxananın baş həkimi M.H.Mirzəyevə zəng edərək 15 və 16 aprel tarixləri üçün icazə almış, əlavə olaraq öz rəisi X28ə də hüzürünün düşməsi, baş həkimdən icazə alma sı barədə məlumat vermişdir. Həmin vaxt heç kim ona etirazını bildirməmişdir. xx.xx.2019-cu il tarixdə o, işinə gəlmiş öz vəzifəsini icra etmişdir. İşə gələrkən X27 ondan niyə bazar günü baş həkimə zəng edib onu narahat etməsini soruşmuşdur. xx.xx.2019-cu il tarixdə səhər işə gələrkən baş həkimin katibəsi ona zəng vurub “baş həkimin kadrlar şöbəsinə gedərək işdən çıxması barədə ərizə yazmasını” ona demişdir. Bundan sonra ona işdən çıxarılmasının səbəbi baş həkimə zəng etməsinin olması məlum olmuşdur. O, baş həkimə xx.xx.2019-cu il tarixdə ərizə yazsa da, kadrlar şöbəsində həmin ərizə qəbul olunmamışdır. Həmin ərizənin şəklini çəkərək özündə saxlamışdır. xx.xx.2019-cu il tarixdə o, X15 Xidmətinə müraciət etmiş, müraciətinə cavab verilmədiyini görüb xx.xx.2019-cu il tarixdə təkrar müraciət e tmiş, lakin onun müraciəti işdən azad olunduqdan sonra araşdırılmağa başlanmışdır. xx.xx.2019-cu il tarixdən etibarən işəgötürən ondan öz xahişi ilə işdən azad olunması barədə ərizə yazılmasını tələb edərək onu öz iş yerinə buraxmamış, xx.xx.2019-cu il tarixdə o X4 Həmkarlar İttifaqı Komitəsinə dəvət olunmuş, lakin heç bir iclas olmamış, HİK üzvləri yığılmamış, ondan isə yenidən öz xahişi ilə işdən çıxması barədə ərizə yazması tələb olunmuşdur. Barəsində tərtib olunan aktlarla o, tanış edilməmiş, ondan izahat alınmamışdır. xx.xx.2019-cu il tarixdə isə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə X4 rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsi qanunsuz olaraq Əmək Məcəlləsinə zidd qaydada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini n “ç” bəndinə əsasən və 72-ci maddənin “a” bəndinə əsasən ləğv edilmişdir. O, əmək funksiyaları üzrə öhdəliklərini layiqincə yerinə yetirməklə yanaşı əmək vəzifələrini pozmamış və işə gəlməməsinin səbəbi dayısının vəfat etməsi olmuş, 2 gün işə gəlməyəcəyi barədə telefon vasitəsilə işəgötürənə məlumat vermiş, ona işdən heç bir narahatçılığın olmaması bildirilmişdir. Lakin bir müddət sonra o, faktiki olaraq işdə olduğu və işəgötürən tərəfindən işə buraxılmadığı günlərə görə Əmək Məcəlləsinin iki maddəsi ilə işdən azad edilmişdir. Bundan başqa Əmək Məcəlləsinin hər iki maddəsi ilə onun işdən azad olunması qanunvericiliyin tələblərinə zidd olduğundan cavabdehin əmri qanunsuzdur və əsassızdır. O, Zəngilan rayonundan məcburi köçkündür, himayəsində azyaşlı uşağı olmaqla tək anadır. Bu iş yeri onu n və övladının yeganə qazanc yeridir. Cavabdehin hərəkətləri nəticəsində o, əmək haqqı ilə yanaşı mənəvi ziyanda çəkmişdir. Belə ki, onunla bağlanan əmək müqaviləsi qanunsuz olaraq ləğv olunmuş, hüquqlarının pozulmasını görüb mənəvi iztirab və sarsıntılar keçirmişdir. Ona görə də xxxx QSC Həkim-Sanitar Xidməti X4 xx.xx.2019-cu il tarixli 112 saylı əmrinin etibarsız hesab edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla işə bərpa olunmasına, vurulmuş mənəvi ziyana görə 2000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Kooperativikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın xx xxxxxx 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. O, əmək funksiyaları üzrə öhdəliklərini layiqincə verinə yetirməklə yanaşı əmək vəzifələrini pozmamış və işə gəlməməsinin səbəbi dayısının vətat etməsi olmuşdur. 2 gün işə gəlməyəcəyi barədə telefon vasitəsilə işəgötürənə məlumat vermiş, ona işdən heç bir narahatçılığın olmaması bildirilmişdir. Lakin bir müddət sonra o, faktiki olaraq işdə olduğu və işəgötürən tərəfindən işə buraxılmadığı günlərə görə Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işdən azad edilmişdir. Onunla bağlanan əmək müqaviləsi qanunsuz olaraq ləğv olunmuş, hüquqlarının pozulmasını görüb mənəvi iztirab və sarsıntılar keçirmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. xxxx QSC Həkim-Sanitar Xidməti X4 vəkili X14 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2009-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X5 İrinli cərrahiyyə şöbəsinə kiçik tibb bacısı işinə qəbul olunmuşdur. X4 mühafizə müdiri X16un X4 baş həkimi X17ə ünvanladığı xx.x x.2019-cu il tarixli məlumatdan müəyyən olunur ki, xəstəxananın tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə dayısının ölməsini söyləyərək icazə almış, ona kadrlar şöbəsinə yaxınlaşıb ərizə formasını doldurması bildirilsə də, İddiaçı kadrlar şöbəsinə gəlmədən xəstəxananı tərk etmişdir. X4 təsərrüfat müdiri N.S.Məmmədovun X4 baş həkimi X17ə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, tibb qeydiyyatçısı İddiaçı heç bir ərizə yazmadan dayısının vəfat etməsi haqqında şifahi xəbərdarlıq edib 3 gün müddətində işə gəlməmiş və məlum olmuşdur ki, həmin dövrdə İddiaçı dayısı vəfat etməmişdir. Ona görə də işçi haqqında ölçü götürülməsi xahiş olunur. X4 Mühafizə müdiri X16un X4 baş həkimi X17ə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, Konsulta tiv Poliklinika şöbəsinin tibbi xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə heç bir xəbər vermədən saat 11:00-da öz iş yerini tərk edərək çıxıb getdiyi üçün işçi haqqında ölçü götürülməsini xahiş etmişdir. X4 baş meneceri X11, baş tibb bacısı X13, dəftərxana müdiri X18, kompyuter üzrə operator L.Fazilzadə tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində kadrlar şöbəsinə gələrək işdən çıxmaq üçün ərizəsini təqdim etmiş, ərizə X4 ərizə formalarına uyğun olmadığı üçün onlar təqdim olunan ərizəni qəbul etməyərək işdən çıxmaq istədiyi halda həmin formalı ərizəni doldurmalı olmasını bildirmişl ər. İddiaçı ərizəsində “özü istəmədən, yası düşdüyü” sözlərini qeyd etmişdir. X4 təsərrüfat müdiri N.Məmmədovun X4 baş həkimi X17ə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, xəstəxananın tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə naməlum səbəbdən işə gəlməmişdir. X4 baş meneceri X11, HİK sədri X12, baş tibb bacısı X13, təsərrüfat müdiri N.Məmmədov, mühafizə müdiri X16, gözətçi X15, tibb qeydiyyatçısı X14 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrinə heç kəsə məlumat vermədən özbaşına iş yerini yarımçıq tərk etmişdir. X4 baş meneceri, baş tibb bacısı, dəftərxana müdiri tərəfindən tərti b olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 09-20 radələrində xəstaxanaya gəlmiş, ona əmək kitabçası korlanmamaq üçün öz xahişi ilə ərizə yazaraq işdən azad olunması təklif olunsa da, İddiaçı “mənim günahım yoxdur, şikayət edəcəyəm” deyərək otağı tərk etmişdir. X4 baş meneceri a, HİK sədri baş tibb bacısı, tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə xəstəxanaya gəlmiş, ondan xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində işdə olmaması haqqında izahat yazması tələb olunsa da, o bundan imtina edərək heç bir izaha t yazmamışdır. X4 baş meneceri X19, HİK sədri X21, arxiv müdiri X23, dəftərxana müdiri X25, kompyuter üzrə operator X20 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı saat 10:27, 13:06 radələrində zəng edilməsinə baxmayaraq heç bir telefon zənginə cavab verməmiş və xx.xx.2019-cu il tarixdə naməlum səbəbdən işə gəlməmişdir. X4 baş meneceri X19, HİK sədri X21, baş tibb bacısı X22 tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11-50 radələrində baş həkimin otağında anasının və dayısının yanında baş həkim tərəfindən başqa şöb əyə keçməsi, sanitar və xadimə işi təklif olunmuş, lakin E.N. Məmmədova təkliflə razılaşmamışdır. X4 baş meneceri X19, HİK sədri X21, baş tibb bacısı X22, baş mühasib X24, arxiv müdiri X23 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətinin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 10:15 radələrində əmisi və dayısı inzibati binaya daxil olaraq nizam-intizam qaydalarını pozaraq səs-küy salmış, səbəb isə guya İddiaçı ixtisara salınmasını qeyd etmişlər. Halbuki qeyd olunan şəxs ixtisara düşməmiş, 7 gün müddətində heç kəsə məlumat vermədən naməlum səbəblərdən işə gəlməmiş, məcburi olaraq ona heç bir ərizə yazdırılmamışdır. X4 baş meneceri X19, arxiv müdiri X23 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 15:25 radələrində zəng edilərək xx.xx.2019cu il tarixdə saat 09:00-da kadrlar şöbəsinə anası ilə birlikdə gəlməsi haqqında məlumat verilmişdir. X4 baş meneceri X19, baş tibb bacısı X22, tibbi statistik R.K.Quliyeva, arxiv müdiri X23, kompyuter üzrə operator X20, dəftərxana müdiri X25 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı yenidən zəng vurularaq İntensiv Terpiya blokuna kiçik tibb bacısı vəzifəsi yenidən təklif olunsa da, İddiaçı imtina etmişdir. xxxx QSC Həkim-Sanitar Xidməti X4 112 saylı xx.xx. 2019-cu il tarixli əmrinin surətindən müəyyən olunur ki, X1 şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2019cu il tarixdə xitam verilmiş, əmrin verilməsinə əsas məlumat, aktlar və HİK-in 1 saylı xx.xx.2019-cu il tarixli protokolu olmuşdur. X4 HİK-in yığıncağının 1 saylı protokolundan müəyyən olunur ki, Xəstəxananın tibbi qeydiyyatçısı İddiaçı öz başına, heç kimə məlumat vermədən əmək intizamını ciddi pozaraq xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərdə işdə olmadığına görə onun işdən azad edilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 5 Xidmətinin 6 saylı region üzrə X15 tərəfindən məhkəməyə təqdim olunan əmək müqaviləsinin ləğv edilməsi barədə ərizədən müəyyən olunur ki, İddiaçı özü istəmədən yasının düşməsi səbəbindən xx.xx.2019-cu il tarixdə ərizə yazmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixli ərizənin foto surətindən müəyyən olunur ki, İddiaçı X4 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində hüzürü düşdüyü üçün o, baş həkimə və müdiri X28ə zəng edərək 2 gün icazə almış və ona icazə verilmiş, xx.xx.2019-cu il tarixdə səhər işə gələrkən X26və X27 adlı işçilər niyə baş həkimə zəng edərək icazə almasını, X27 isə onun işdən rədd edilməsini demişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin qaynar xəttinə x x.xx.2019-cu il tarixdə saat 14-15 radələrində etdiyi müraciətindən müəyyən olunur ki, İddiaçı yaxın qohumunun ölümü ilə bağlı Dəmiryol Xəstəxanasının baş həkiminə şifahi olaraq məlumat vermiş, ona 2 gün müddətinə şifahi olaraq icazə verilmiş, daha sonra işə qayıdarkən ondan öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazıb işdən çıxması tələb olunmuş, imtina etdiyi üçün ona maddə ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. X4 baş meneceri X19, kompyuter üzrə operatoru X20, dəftərxananın müdiri X25 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı verdiyi ev telefonu və ünvanı dəqiq olmadığı üçün xx.xx.2019-cu il tarixdə saat 14:48-də mobil telefon vasitəsil ə əlaqə saxlayaraq ona əmək kitabçasını aparması barədə xəbərdar edilmişdir. X4 Baş meneceri X19, kompyuter üzrə operatoru X20, xəstəxananın statistiki K.F.Quliyeva, arxiv müdiri R.Ş.Xalilovna tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə 14:15 radələrində xəstəxananın keçmiş tibb qeydiyyatçısı İddiaçı zəng edərək ona xəstəxanaya gəlib əmək kitabçasını götürməsi bildirilmişdir. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X6 adına xx.xx.2019-cu il tarixdə daxil olan çağırışa əsasən ünvana gələn həkim S.Qafarov həkimə qədər ölüm kişi cinsli meyid aşkar etmişdir. Bakı şəhəri 1 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 0 13047 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 895 nömrəsi ilə qeyd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehin 112 saylı xx.xx.2019-cu il tarixli əmrini mübahisələndirir və əmrin etibarsız hesab edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə xxxx QSC Həkim-Sanitar Xidməti Mərkəzi X2-Poliklinika şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin 1,0 ştat vahidi ilə tibb qeydiyyatçısı vəzifəsinə bərpa olunmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilmir. İddia tələbini rədd edən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmış dır ki, iddiaıçı tələbində əmək müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, apelyasiya icraatı zamanı da bu iddianın müdafiə edilməsində israrlı olmuşdur. İddiaçı tələbdə əks etdirdiyi əmrin etibarsızlığına müvafiq olaraq əmrin məzmununa dair nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin və ya bir neçəsinin əmrdə göstərilmədiyini iddia ərizəsində təsbit etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehin qəbul etdiyi əmrin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməməsini nəzərə alıb əmrin iddiaçı ilə bağlanan əmək müqaviləsinin ləğv edilməsinin əsasının faktiki olaraq mövcud olmaması əsası ilə etibarsız əmr olması qənaətinə gəlmiş, lakin qətnaməni Əmək Məcəlləsinin 84.1-ci maddəsinə müvafiq əsaslandırmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa və əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasına dair əsaslar və sübutlar müzakirəyə təqdim edilməmişdir. Tələbin digər hissələri ilə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hissələr əmrin etibarsızlığı ilə bağlı olduğundan, habelə iddia tərəfinin araşdırmaya digər əsaslar təqdim etmədiyindən onların da təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən Əmək Məcəlləsinin 84.1-ci maddəsinə istinad etmiş və qeyd edilən normada göstərilən hallardan hər hansı birinin mövcud olduğu halda ancaq əmrin etibarsızlığının mübahisələndirilə biləcəyini göstərmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi hüquq normasının səhv təfsir etmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə isə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; iş çinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Göstərilən məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbində normanın 1-ci hissəsində göstərilən məlumatlardan hər hansı birinin olmamasının göstərilmədiyini qeyd etmiş, bu səbəbdən əmrin etibarsızılığı üçün əsasların olmama sı qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsin barədə əmr həmin normada göstərilməyən digər əsaslarla da etibarsız hesab edilə bilər. Əmrin etibarsızlığının həmin normada göstərilməyən hallarda da mübahisələndirilməsi məhdudlaşıdırıla bilməz. Bu norma imperativ olmaqla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunan zaman əmək qanunvericiliyinin digər tələblərinə riayət olunub-olunmamasından asılı deyildir. Belə ki, əmək müqaviləsinin xitamı zamanı Əmək qanunvericiliyində təsbit olunmuş bır sıra prosedur qaydalara əməl edilməməsi, əmr verilərkən Əmək Məcəlləsinin normalarının tələblərinin pozulması hallarında da əmrin mübahisələndirilə bilməsi təsbit edilmişdir. (Məsələn: işçidən izahatın alınmaması, intizam tənbehi verilməsi müddə tlərinin keçməsi, Həmkarlar İttifaqının üzvü olan işçi ilə əmək müqaviləsinə xitam verilməsi zamanı Həmkərlar İttifaqının rəyinin alınması və s.) Məhkəmə normanın tələbini yalnış təfsir edərək maddi hüquq normasının tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bundan başqa işdən görünür ki, məhkəmə iddia tələbini rədd edərkən iddiaçı tərəfindən iddia tələbində əmrin etibarsızlığı deyil əmrin ləğv edilməsini xahiş etdiyini və əmrin etibarsızılığı üçün əsasların olmamasını qeyd etmişdir Apelyasiya inst ansiyası məhkəməsi məhkəmənin bu mövqeyini də əsaslı hesab etmir. Belə ki Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddi ası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qanunun mənasından göründüyü kimi, işə baxan məhkəmə işəgötürən tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq və ya işəgötürən tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş qaydalara əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Buna görə də, iddia tələbində əmrin ləğvi vaxud etibarsızlığı qoyulmasının əhəmiyyəti yoxdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi ye nidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12466/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar