Məhkəmə qərarları › İş №2(102)-2555/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2555/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2555/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:evə köçürülmə 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)974/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron k üçəsi, istifadədə olan 0,1164 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 228,27 kv.metr olan 85 saylı fərdi yaşayış evi Reyestr Xidməti tərəfindən verilmiş 22 avqust 2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. 17 yanvar 2013-cü il tarixdə İddiaçı anası Cavabdeh mülkiyyətində olan sözügedən evə daimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdehə) qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan 16 oktyabr 2020-ci il tarixdə doğulmuş X1 ilə birlikdə anası Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsində yerləşə n 85 saylı evə köçürülməsi, onun həmin evdən istifadə hüququnun bərpa edilməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərclərə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat, mütəxəsissə çəkilmiş xərclərə görə 500 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, anasına məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və onun həmin əmlakdan istifadə hüququ vardır. İddiaçının sözügedən daşınmaz əmlakdan istifadə hüququ olsa da, o faktiki olaraq həmin hüquqdan bəhrələnə bilmir. Belə ki, o, ailə həyatı qurduqdan sonra onun anası onu evdən qovmuş və evin açarını dəyişdirərək onun əmlakdan istif adə hüququnu məhdudlaşdırmışdır. Bundan sonra o, uzun müddət kirayə mənzillərdə yaşasa da hal-hazırda onun kirayə mənzildə yaşamaq imkanı yoxdur. Hazırda qeyd olunan yaşayış evindən həmin evdə qeydiyyatda olan bütün şəxslər istifadə edə bilsədə, o, öz himayəsində olan azyaşlı uşaqla birlikdə bunu həyata keçirə bilmir. Cavabdeh və digər şəxslər onun yaşayış sahəsinə daxil olmasına maneəçilik törədirlər və bununla da onun əmlakdan istifadə hüququnu məhdudlaşdırırlar. Mübahisə predmeti olan ev 20 sot torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 320 kv.m ibarət olan villadır. Yəni, onun öz övladı ilə həmin mənzildə yaşaması üçün hər bir şərait olsa da, mülkiyyətçi buna heç bir şərait yaratmır və bununla da istifadə hüquqları məhdudlaşdırılır. Cavabdeh məhkəməyə qarşılıqlı iddi a ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi və iddiaçıya 5.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 saylı ev mülkiyyət sənədinə əsasən onun mülkiyyətində olsa belə həmin fərdi yaşayış evi ona məxsus deyil. Lakin, buna baxmayaraq hazırda həmin evdə qeydiyyatda olan iddiaçının istifadə hüquqlarına xitam verilməsi üçün məhkəməyə hazırki qarşılıqlı iddia ərizəsilə müraciət etmişdir. "xxxx" MMC-nin 10 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşaması üçün öxşar fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 3.000 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(003)-359/2022 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) ilk iddia təmin edilərək, iddiaçının himayəsində olan azyaşlı uşağı 16 oktyabr 2020-ci il tarixdə doğulmuş X1 ilə birlikdə cavabdehə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanda olan evə köçürülməsi, iddiaçının həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş xərclərə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat, mütəxəssisə ödənilmiş xərcə görə 500 pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin oğludur və o, mübahisəli fərdi yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsdir. Tərəflər arasında mübahisə olana qədər iddiaçı sözügedən evdə yaşamış və həmin ünvan üzrə pasport qeydiyyatında olmuşdur. Həmin yaşayış evindən onun iradəsinə zidd olaraq istifadəsinə maneə yaradılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının fərdi yaşayış evindən istifadə hüququ mülkiyyətçi tərəfindən pozulmuşdur və onun hüquqları bərpa edilməlidir. Məhkəmə, cavabdehin iddiaçıya 5000 manat kompensasiya ödənilməklə mübahisəli evdən istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində cavabdeh tərəfindən təklif edilən 5.000 manat kompensasiya, onun davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli evlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanını təmin edə biləcək məbləğ deyildir. Belə ki, mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi ünvan 1 fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşaması üçün öxşar fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 3.000 manat təşkil edir. Beləliklə, məhkəmə təklif olunan kompensassiya məbləğini işin faktiki halları ilə müqayisə edərək, təklif olan məbləğ müqabilində qarşılıqlı iddia üzrə iddiaçının əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamasının mümkünsüz olacağını nəzərə alaraq h esab etmişdir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəllənin 5.3 və 30.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2, 228.3, 228.5-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 107.1, 119.1, 121.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən evdə ümumiyyətlə heç bir zaman yaşamamışdır, çünki iddiaçı evin faktiki sahibinin başqa şəxs olduğunu bilir. Buna baxmayaraq iddiaçıya tələbinin qarşılığında kompensasiya məbləği təklif edilsə də, məhkəmə ədalətsiz olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə tərəfindən işin hərtərfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Məhkəmə tərəfindən xüsusi olaraq iddiaçının tələb etdiyi evdə yaşayıb-yaşamaması, evə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmadan, qanunvericilik normalarına formal olaraq istinad edilmişdir. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmeti olan evə dair istifadə hüququnun yaranma əsası formal olaraq müəyyən edilmiş, ətraflı şəkildə araşdırma aparmadan, yəni iddiaçının evdə yaşayıb-yaşamaması müəyyən edilmədən çıxarılan qətnamədə iddiaçının evə istifadə hüququnun olması əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin icraatı zamanı cavabdeh vəsatətlə birlikdə məhkəməyə təqdim etd iyi “X3” MMC-nin 22 yanvar 23-cü il tarixli hesabata əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 228.27 kv.m-dən ibarət olan fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşaması üçün öxşar fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 570 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)974/2023 saylı qətnaməsi ilə ( hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıql ı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlmişdir ki, iddiaçı mübahisələndirilən yaşayış evində istifadə hüququnun olduğunu iddia etsə də, bunu təsdiq edən öz izahatından başqa hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, yalnız iddiaçının cavabdehin ailə üzvü olub həmin yaşayış evində pasport qeydiyyatında olmaqla, istifadə hüququnun olması barədə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçının mübahisələndirdiyi yaşayış evində istifadə hüququnun mövcud olduğu müəyyən edildiyi halda, ona mülki qanunvericiliyin tələbinə uyğun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi müzakirə edilə bilərdi. L akin hazırki işdə iddiaçının istifadə hüququ müəyyən edilmədiyi üçün, onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qarşılıqlı iddianı müzakirə üçün də hüquqi əsaslar olmamışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 5.3, 30.130.4cü maddələrinə və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnamə sinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh özü də təsdiq edir ki, iddiaçı 9-cu sinifdə oxuduğu vaxtdan etibarən (təxminən 2010-cu ilə təsadüf edir) həmin evdə yaşayır, 17 yanvar 2013-cü ildən həmin evə daimi pasport qeydiyyatına düşüb. Yəni, iddiaçı anasının ailə üzvü qismində həmin evdə yaşayıb, həmin evə qeydiyyata düşüb, həmin evdən istifadə hüququ yaranıb. İddiaçının istifadəsində başqa yaşayış sahəsi olmayıb. Digər tərəfdən həmin yşayış ev üzərində onun istıfadə hüququnun yaranması onun hələ anasının himayəsində olduğu dövrə təsadüf edir. Bundan başqa kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə qarşı etirazın daxil olmamasını qeyd etdiyi halda, onun tərəf indən apellyasiya şikayətinə qarşı etirazın 26 dekabr 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əməl ə gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

2. Şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış ye rləri başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nətic ə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsə bəsi, Albalılıq massivi, Abşeron küçəsi, istifadədə olan 0,1164 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 228,27 kv.metr olan 85 saylı fərdi yaşayış evi Reyestr Xidməti tərəfindən verilmiş 22 avqust 2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır. 17 yanvar 2013-cü il tarixdə iddiaçı cavabdehin mülkiyyətində olan sözügedən evə daimi qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan ilk iddia ərizəsinin dəlillərini, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlmişdir ki, idd iaçı mübahisələndirilən yaşayış evində istifadə hüququnun olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, yalnız iddiaçının cavabdehin ailə üzvü olub həmin yaşayış evində pasport qeydiyyatında olmaqla, istifadə hüququnun olması barədə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan ilk iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar