Məhkəmə qərarları › İş №2(102)-2555/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2555/2025

26.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2555/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ağcabədi “Asan Xidmət” mərkəzinin Notariat Ofisi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlə r İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ağcabədi “Asan Xidmət” mərkəzinin Notariat Ofisi cəlb edilməklə) “alğısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 may tarixli 2(106)-768/2025 nömrəli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan R espublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 №-li qərarı ilə İddiaçı1, X1, X6, İddiaçı3 və X3 mülkiyyətinə Ağcabədi rayonu, Ağabəyli kəndinində 4,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları, torpağa mülkiyyət hüququna dair JN-0061 kod 60804048 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. 2. 12 iyun 2014-cü il tarixdə həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən hüquqların X5 RX seriyalı ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, mülkiyyətçilər kimi İ ddiaçı1, İddiaçı4, X6, İddiaçı3 və Nağıyeva (Abışova) Nuranə Səyyaf qızı qeyd olunmuşdur.

3. Bu mülkiyyətçilərdən İddiaçı1 və İddiaçı2 20 iyun 2014-cü il tarixdə Cavabdeh2 ilə bağlanmış və Ağcabədi rayon notariat kontorunda təsdiqlənmiş alğı-satqı müqaviləsinə əsasən, qeyd olunan torpaq sahəsinin 2/5 hissəsini 4.000 manata Cavabdeh2 satmışlar.

4. Alğı-satqı müqaviləsi bağlanandan əvvəl digər mülkiyyətçilər - İddiaçı3, İddiaçı4 və İddiaçı5 yazdıqları və Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizələri notariat işinə əlavə edilmişdir. İddiaçı3 xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsində bildirmişdir ki, atası İddiaçı1 və bacısı İddiaçı2 öz pay torpaqlarını satmasına razıdır, bu torpağı almaq ona təklif olunmuş, istəməmişdir. İddiaçı4 xx.xx.2014cü il tari xdə yazılmış ərizəsində qeyd etmişdir ki, əri İddiaçı1 və qızı İddiaçı2 məxsus olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən pay torpaqlarının başqasına satılmasına razıdır. Ərizə Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı5 xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsində qeyd edilmişdir ki, atası İddiaçı1 və bacısı İddiaçı2 öz pay torpaqlarını başqasına satmasına razıdır və almaq ona təklif olunmuş istəməmişdir.

5. Satılan 1,76 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 01 aprel 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı5 və İddiaçı4 iddia ərizəsi və daha sobra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü ildə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hall arına istinadən bununla əsaslandırılmışdır ki, ailə üzvlərinə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən, JN 0061, kod 60804048 saylı dövlət aktı ilə 4.40 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsindən 2 payı icarəyə verilmişdir. Hazırda isə məlum olmuşdur ki, həmin torpaq sahəsi alğı-satqı edilərək, Cavabdeh2 adına keçirilmişdir. Halbuki, İddiaçı1 və İddiaçı2 torpağı satmamış, yalnız icarəyə vermiş və sonradan başqa adamın adına olması onlara məlum olmuşdur. Belə ki, digər ailə üzvləri də torpağın icarəyə verilməsinə heç vaxt razı olmamış, İddiaçı1 və İddiaçı2 tərəfindən Elmana 10 il müddətinə icarəyə vermişlər. Cavabdeh isə icarəyə verilmiş yeri istəmir və onların digər yerini də zəbt edib, həmin yeri də qanunsuz olaraq ölçdürmüşdür. Beləliklə də, ümumi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsinin satılmasına onların razılığı olmamış, notariat kontorunda onların adından verilmiş, torpaq sahəsinin satılmasına guya razılıqlarını ifadə edən ərizələr onlar tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Qeyd olunanlar onların hüquqlarını kobud şəkildə pozmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətdə olan paylarını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə bildiriş verməlidir. Əgər onlar torpaq sahəsinin qeyd olunan hissəsini satın almaqdan imtina edərdisə, satıcı öz payını istədiyi şəxsə sata bilərdi. Lakin həmin torpaq sahəsinin alğısatqısı ilə bağlı qeyd olunan m üqaviləyə əlavə olunmuş onların adından tərtib olunmuş ərizələrdən görünür ki, torpaq sahəsini satın almaq guya onlara təklif olunmuş və onlar imtina edərək torpaq sahəsinin üçüncü şəxsə satılmasına razılıqlarını bildirmişlər. Həmin ərizələrdən onların xəbəri olmamış və ərizələrdəki imzalar başqa şəxslər tərəfindən icra olunmuşdur.

8. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirib ki, iddiaçılar tərəfindən məhkəmədə mübahisələndirilən alğı-satqı müqaviləsi 20 iyun 2014-cü ildə rəsmi qaydada bağlanmış və ailə üzvlərinin heç bir etirazı olmamışdır. İddiaçılar tərəfindən qeyd edilən müqavilənin 10 ildən artıqdır mübahisələndirilməməsi artıq iddiaçıların müqavilədə göstərilən torpaq sahəsinin satılması faktının daxilən qəbul edilməsidir. Hazırki mübahisədə iddiaçının birinin alğı-satqı müqavi ləsini imzalayarkən biraz fərqli formada imza etməsi sübut kimi təqdim edilir. Ona görə də, qeyd etdiklərini nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmənin xətşünaslıq ekspertizası təyin edilməsi haqqında qəraradı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 14 avqust 2024-cü il tarixli, 4/834 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, notariat işinin 4-cü vərəqəsində 18 iyun 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza - İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, notariat işinin 5-ci vərəqəsində 18 iyun 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza İddiaçı4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, notariat işinin 6-cı vərəqəsində olan 18 iyun 2014-cü il tarixli ərizədə “imza” qrafasındakı imza Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

10. Məhkəmənin təkrar xətşünaslıq ekspertizası təyin edilməsi haqqında qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 05 dekabr 2024-cü il tarixli, 4/1779 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 4ə-183 nömrəli Notariat işinin 6-cı vərəqəsində İddiaçı5 adından olan 18 iyun 2014-cü il tarixli ərizədə imza qrafasında imza - Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

11. Xocavənd Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(069)-97/2024 nömrəli 14 may 2024 -cü il tarixli qərardadı ilə (hakim İlqar Əliyev) iddiaçılar İddiaçı4 və İddiaçı5 cavabdehlər Ağcabədi rayon Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 6 saylı Beyləqan Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(069)-97/2024 nömrəli mülki işin Xocavənd Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, “Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X9 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(069)-9/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi, həmin mülki işlərə 2(069)-9/2024 saylı nömrə altında baxılması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Belə ki, Cavabdeh2 mübahisəli Ağcabədi rayonu, Ağabəyli kəndinində yerləşən 1,76 ha torpaq sahəsini 20 iyun 2014-cü il tarixdən qanuni əsaslarla əldə etmişdir. Göründüyü kimi mübahisəli Ağcabədi rayonu, Ağabəyli kə ndinin ərazisində 1,76 ha torpaq sahəsi Cavabdeh2 20 iyun 2014-cü il tarixdən qanuni əsaslarla əldə etmiş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olması, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqlardır.

14. Belə ki, mülki işin hallarından görünür ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçılarla cavabdeh arasında 20 iyun 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, həmin vaxtdan etibarən torpaq sahəsi cavabdehin aşkar sahibliyində və istifadəsində olmuşdur. Tərəflər arasında doqquz il müddətində torpaqla bağlı hər hansı mübahisə olmamış, qonşuluq şəraitində əkilib-becərilmiş, cavabdehin aldığı torpaq sahəsinin xidmət haqları onun tərəfindən ödənilmiş və mübahisəli torpaq sahəsinin 2014-cü ildən etibarən Cavabdeh2 faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamışdır. Bundan başqa iddiaçılar iddia ərizələrində mübahisəli torpaq sahəsini 2014cü ildə cavabdehə satmadıqlarını, ona icarəyə verdiklərini qeyd etsələr də, lakin bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Göründüyü kimi torpaq sahəsinin Cavabdeh2 qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir.

15. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində yerləşən 1,76 ha mübahisəli kənd təsərrüfatlı torpaq sahəsi 2014-cü ildən Cavabdeh2 faktiki istifadəsindədir. Cavabdeh2 həmin torpaq sahəsini əkib becər miş, torpaqda yaxşılaşdırma işləri aparmış və fasiləsiz istifadə etmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir.

16. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin 2014-cü ildən etibarən Cavabdeh2 faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamış, həmin torpaq sahəsinin Cavabdeh2 qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilmişdir.

17. Göründüyü kimi iddiaçıların mübahisəli torpaq sahəsinin yerləşdiyi Ağcabədi rayonu, Ağabəyli kəndində yaşamaları və mübahisəli torpaq sahəsi ilə eyni ərazidə özlərinin istifadələrində olan torpaq sahəsinin əkib becərmələri baxımından torpaqdan istifadəyə uzun illər sük ut nümayiş etdirməsi, Cavabdeh2 tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, orada müxtəlif növ mövsümü bitkilər əkərək becərməsi onun qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, iddiaçıların həmin torpağın Cavabdeh2 tərəfindən istifadə edildiyini 2014-cü ildən bilməsi də öz izahatları ilə təsdiq edilir.

18. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmiş, onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notarius tərəfindən təsdiq edilmişdir. Bundan başqa Ağcabədi rayonu, Ağabəyli kənd İcra Nümayəndəliyinin möhürü və İddiaçı3, İddiaçı4 və İddiaçı5 imzası ilə təsdiq e dilmiş 18 iyun 2014-cü il tarixli ərizələri ilə mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməmişlər.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı3 və İddiaçı4 18 iyun 2014-cü il tarixli ərizədə imza qrafasındakı imza İddiaçı3 və İddiaçı4 tərəfindən icra olunduğu, lakin Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı1 həmin dövrdə Ağcabədi rayonu, Ağabəyli kənd icra nümayəndəsinin müavini vəzifəsində işləməsi və həmin ərizələrin icra nümayəndəliyi tərəfindən möhürlə təsdiq edilməsi ərizələrin mötəbərliyini şübhə altına almır. İş materiallarından göründüyü kimi alğı-satqı müqaviləsi bağlanarkən qeyd olunan ərizələr İddiaçı1 tərəfindən notariat kontoruna təqdim edilərək, notariat işinə əlavə edilmiş və iddiaçılar həmin ərizələrin notariat kontorunda olmasını bildikləri təqdirdə alğı-satqı müqaviləsinin hazırkı vaxta kimi mübahisələndirməmələri də, ərizələrin etibarlı olmasını təsdiq edir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.2, 152.1, 222.1, 222.3, 357, 358 və 360.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Qətnamədən İddiaçı5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırmışıldır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfində n müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, paylı mülkiyyətin digər mülkiyyətçisi olan İddiaçı5 daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan nəinki imtina etməmiş, onun ümumiyyətlə torpaq mülkiyyətçisinin öz payını üçüncü şəxsə satmaqdan xəbəri olmamışdır. Belə ki, hər hansı digər şəxs İddiaçı5 adından ərizə təqdim edərək, guya İddiaçı5 mülkiyyətçinin ümumi mülkiyyətdəki payını üçüncü şəxsə satılmasına razılığını bildirmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə 14 may 2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı3 və İddiaçı4 18 iyun 2014-cü il tarixli ərizədə imza qrafasındakı imza İddiaçı3 və İddiaçı4 tərəfindən icra olunduğu, lakin Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-768/2025 nömrəli 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.X.Heydərov (sədrlik edən və məruzəçi), A.N.Novruzova və M.S.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Kollegiya iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 218.1 və 218.2-ci maddəsinin tələbləri baxımından ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını is tədiyi şəxsə sata bilər. Göründüyü kimi iddiaçı Nuranə Abışovanın iddia tələbinin hüquqi əsasını 20 iyun 2014-cü il tarixli alğı-satqı müqaviləsi üzrə onun satın almada üstünlük hüququnun pozulduğu təşkil edir və bunda məhz müqavilənin tərəfi olan Cavabdeh2 təqsirli hesab edir.

25. Məhkəmə kollegiyası iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızının digər payçıların paylarını satınalmada üstünlük hüququnun pozulması ilə bağlı qeyd edib ki, əvvəla, iddiaçı Nuranə Abışova digər payçılarla – iddiaçılarla bir ailə üzvü olmuşdur və ümumi paylı mülkiyyətin satılmasını iddiaçıdan gizlədilməsi onların iradə ifadəsi olmadan mümkünsüzdür. İkincisi, alğı-satqı müqaviləsi ilə bağlı toplanmış notariat işinə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin, təsdiq olunmuş surətinin, digər payçıların satılan tor pağa eytiyaclarının olmaması və torpaq sahəsinin iki payının başqa şəxslərə satılmasına etirazlarının olmaması barədə icra nümayəndəliyində təsdiq edilmiş ərizələrin əlavə edilməsi sübut edir ki, onun ailə üzvlərinin köməyi olmadan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notariusa təqdim edilməsi mümkünsüzdür. Üçüncüsü, alğı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçılara-payçılara məxsus olan yuxarıda qeyd olunan sənədlərin notariusa təqdim edilməsi (cavabdeh müqavilə tərəfi olaraq özünü vicdanlı alıcı hesab edir) Cavabdeh2 tərəfindən həyata keçirilməsini istəsəydi belə mümkün ola bilməzdi. Çünki, bu müqavilə tərəfi olaraq paylarını satan iddiaçılar-digər iddiaçı Nuranənin valideynləri İddiaçı1 və İddiaçı2 səlahiyyət və maraqları dairəsinə daxildir. Göründüyü kimi, iddiaçının satınalmada üstünlük hüququnun pozulmasında cavabdeh deyil, iddiaçı Nuranə ilə birlikdə iddia edən digər ailə üzvləri səbəb olmuşdur. Məhz bu hal apellyasiya icraatı zamanı çarpaz dindirmə zamanı verilən suallara Abışova (Nağıyeva) Nuranə Səyyaf qızının verdiyi cavabları ilə də öz təsdiqini tapmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı onun hüququn pozulmasından Cavabdeh2 xəbərdar olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində də Cavabdeh2 iddiaçının mülkiyyət hüquqlarının pozuntusundan xəbərdar olmadığı bir daha təsdiqini tapır. Belə ki, Cavabdeh2 alğı-satqı zamanı vicdanlı əldə edən olmuş, alğı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı pay ı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, satıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir (Mülki Məcəllənin 218.1, 218.2, 218.3. 218.4-cü maddələri).

27. Məhkəmə kollegiyası iddiaçının tələbi ilə əlaqədar qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri öz payının müstəqil mülkiyyətçisi kimi onun barəsində sərəncam vermək, o cümlədən onu satmaq hüququna malikdirlər. Ümumi paylı mülkiyyətdə olan payın üçüncü şəxsə satılarkən mülkiyyətçilər həmin payı a lmaqda üstünlük hüququna malikdirlər. Belə ki, ümumi mülkiyyətdə olan şəxslər öz paylarını digər şəxslərə satarkən ilk növbədə digər mülkiyyətçilərə təklif etməli, onlar tərəfindən qəbul edilmədikdə üçüncü şəxslərə satmalıdır. Bunun əsas mahiyyəti mülkiyyət ilə bağlı hüquq münasibətlərində dövriyyənin və mülkiyyət hüquq münasibətlərinin həyata keçirilməsi sabitliyini təmin edilməsidir.

28. Bundan əlavə, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (Mülki Məcəllənin 215.6-cı maddəsi) Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərin də sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5-215.6-cı maddələr).

29. Məhkəmə tərkibi qeyd edilən maddənin tətbiqi ilə bağlı təcrübədə fərqli hüquqi yanaşmaların olduğunu nəzərə alıb vurğulamışdır ki, ümumi paylı mülkiyyət hüququndakı pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququ pozulmuş payçının hüquqlarının məhkəmədə müdafiəsi qaydası (qaldıracağı iddianın predmeti) qanunvericilikdə dəqiq müəyyənləşdirilmişdir. Belə ki, Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç aylıq kəsici müddət ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, satın almaqda üstünlük hüququ pozulmuş şəxsin bu əsasa dayanaraq, həmin əqdin etibarsızlığı ilə bağlı deyil, alıcının hüquq və vəzifələrinin ona keçirilməsi barədə tələb irəli sürmək hüququ vardır (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan Mülki və Kommersiya kollegiyalarının Mülki Məcəllənin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi m əsələləri üzrə Qərardadı № 02/2024, 06 dekabr 2024-cü il).

30. Məhkəmə kollegiyasının yuxarıda şərh olunanlar və maddi hüquq normaları ilə bağlı hüquqi mövqeyi ondan ibarət olub ki, ümumi paylı mülkiyyətin hər hansı payçısı öz payını satarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməyə borcludur. Göründüyü kimi, müəyyənləşdirilmiş bu qaydalara əməl edilməsi vəzifəsi məhz payçılara aid edilmişdir. Lakin iş materiallarından da görünür ki, Cavabdeh2 vicdanlı əldə edən olmuş, iddiaçının hüquqlarının pozuntusundan xəbərdar olmamış və alğı-satqı müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir. Həmçinin iddiaçı Abışova (Nağıyeva) X8 Məhkəmənin yuxarıda qeyd edilən mövqeyi baxımından 10 il ərzində müqaviləni mübahisələndirməmişdir. Belə olan halda iddiaçı alğı-satqı m üqaviləsi üzrə hüquqlarının pozuntusunun bərpasını (mülki dövriyyədə ona dəymiş maddi ziyan tələbi) ailə üzvləri olan digər iddiaçılardan tələb etməlidir. Lakin iddiaçı heç də yuxarıda göstərilən üstünlük hüququnun pozulması ilə bağlı digər payçılardan mülkiyyət hüququnun pozulmasının bərpası ilə bağlı tələbini deyil, alğı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun olmaması əsası ilə həmin müqavilənin etibarsızlığını tələb etmişdir.

31. Kollegiya məhkəmənin yuxarıdakı hüquqi mövqeyi ilə yanaşı onu da qeyd etmişdir ki, iddiaçının ailə üzvləri olan digər iddiaçılar alğı-satqı müqaviləsi zamanı Cavabdeh2 vicdanlı hərəkət etməsini mübahisələndirmirlər. Burdan da nəticə yaranır ki, Cavabdeh2 iddiaçının hüquqlarının pozuntusunda heç bir marağa sahib olmamışdır. Əksinə aldığı pr edmetin dəyərini tam ödəyən Cavabdeh2 iddiaçının hüquqlarının pozuntusundan xəbərdar olmuş olsaydı, bu təqdirdə o müqavilə bağlanan zaman iddiaçının da müqaviləyə şəxsən imza etməsini tələb edər, əks təqdirdə müqavilənin bağlanmasından imtina edərdi. Odur ki, məhkəmə kollegiyası daxili inamına və hazırki mübahisənin sübut edilmiş hallarına istinad edərək Cavabdeh2 vicdanlı əldə edən şəxs olmasını tanıyır və qeyd edir ki, o, mübahisə yaranan zaman iddiaçının hüquqlarının pozulmasında (üstünlük hüququnun pozulması və payının iradə ifadəsi olmadan satılması) heç bir marağı olmamışdır.

32. Kollegiya əqdin etibarsızlığı ilə bağlı qeyd etmişdir ki, iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı həmin alğı-satqı müqaviləsinin bağlanmasına özünün razılığının olmadığını, torpaq sahəsi cavabdehə satı larkən onun satın almaqda üstünlük hüququnun tanınmadığını, dollayı yolla bağlanmış əqdin etibarsızlığını mübahisələndirsə də, qeyd edilməlidir ki, əqdin forma şərtinə əməl olunması dedikdə, Mülki Məcəllənin 405.1 və 406.1-ci və digər aidiyyəti maddələrində nəzərdə tutulan tələblərə əməl olunması başa düşülür. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunverici forma şərtinin gerçəkləşməsi üçün tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində qanunun tələb etdiyi formada razılığa gəlmələrini tələb edir. Həmin şərtlərin pozulması halında isə əqd forma tələblərinə əməl olunmamasına görə etibarsız sayılır. Bu səbəbdən Mülki Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Baxılan işdə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair 20 iyun 2014-cü il tarixli müqavilənin tərəfləri – satıcı, daşınmaz əşyanın ümumi birgə mülkiyyətçiləri İddiaçı1 və İddiaçı2, alıcı isə Cavabdeh2 olmuşlar. Müqavilə tərəfləri torpaq sahəsinin alıcıya satılmasını, alıcı tərəfi ndən isə əşyanın dəyərinin satıcıya ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqaviləni notarius təsdiqləmişdir.

33. Kollegiya, iddiaçının əqdin etibarsız sayılması tələbinin əsası kimi əşyanın satılmasına razılıq verməməsi barədə dəlili barədə onu da bildirmişdir ki, iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 222.2-ci və ya 358.1-ci maddələrinin tələbləri baxımından birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Qanunvericilikdə birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsinə dair müqavilənin bilavasitə bütün mülkiyyətçilər tərəfindən imzalanmasına dair mə cburi bir qayda nəzərdə tutulmamışdır. Qanunda birgə mülkiyyətdə olan əşyaya sərəncamın (bir qayda olaraq) bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğu göstərilir. Hətta səlahiyyətli şəxsin qabaqcadan razılığı olduqda onun əşyasına (hüququna) səlahiyyətsiz şəxs tərəfindən verilən sərəncam etibarlı sayılır. Razılıq bəyan edildiyi təqdirdə ümumi mülkiyyətçilərin müqaviləni şəxsən imzalamalarına, yaxud əşyaya sərəncam verilməsini etibarnamə ilə satıcıya həvalə etmələrinə gərək yoxdur. Kollegiya onu da qeyd edir ki, iddiaçıların apellyasiya şikayətinin 20 iyun 2014- cü il tarixli müqavilənin mövcudluğundan sonradan məlumatlarının olması barədə dəlilləri ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Beləliklə, iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı 9 il ərzində sözügedən alğı-satqı müqaviləsini mübahisələndirməməklə əqdi bəyəndiyini nümayiş etdirmişdir.

34. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.2, 152.1, 218.3, 222.1, 222.3, 324.1, 337.1, 337.2, 337.4, 357, 358, 360.2. 404.1 və 404.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı5 (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlar tam şəkildə qiymətləndirilməmiş və iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən etməmişdir. Belə ki, ekspert rəyində açıq aşkar İddiaçı5 imzası olmadığı göstərilsə də, bu sübuta qiymət verilməmiş, sanki belə bir şey olmamış kimi, iddia rədd edilmişdir. Burada şəxsin hüquqları kobud şəkildə pozulur. Açıq aşkar cinayət baş verib. Belə ki, səxsin əvəzinə qol çəkərək sənədlərdə saxtakarlığa yol verilib. Bu məsələ ciddi şəkildə araşdırılmalı, əməli törədən şəxslər müəyyən edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daş ınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə 139.3. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

40. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

43. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

44. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması m ülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

45. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 357.1. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

50. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

51. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

52. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüqu q və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

53. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

54. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli 02/2024 №-li qərardadı

14. Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5215.6-cı maddələr).

15. Məhkəmə tərkibi qeyd edilən maddənin tətbiqi ilə bağlı təcrübədə fərqli hüquqi yanaşmaların olduğunu nəzərə alıb vurğulamağı zəruri hesab edir ki, ümumi paylı mülkiyyət hüququndakı pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququ pozulmuş payçının hüquqlarının məhkəmədə müdafiəsi qaydası (qaldıracağı iddianın predmeti) qanunvericilikdə dəqiq müəyyənləşdirilmişdir.

16. Belə ki, Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç aylıq kəsici müddət ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, satın almaqda üstünlük hüququ pozulmuş şəxsin bu əsasa dayanaraq, həmin əqdin etibarsızlığı ilə bağlı deyil, alıcının hüquq və vəzifələrinin ona keçirilməsi barədə tələb irəli sürmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apel lyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

69. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 may tarixli 2(106)-768/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar