Məhkəmə qərarları › İş №2(102)-2556/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2556/2019

22.04.2019 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2556/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, İddiaçı Kərim qızının Cavabdeh1 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli 2(103)-10065/2018 nömrəli qətnaməsindən İddiaçı Kərim qızı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərim qızı Cavabdeh1 qarşı «müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X7 və onunla X6 və Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ sahəsi, 1108 saylı bağ sahəsinin icarə və mülkiyyət hüquqlarının alqı-satqısının bağlanmış hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı X8 ilə 1998-ci ildə qohumları X3 və Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ sahəsi, 1108 saylı bağ sahəsini və icarə hüquqlarını satın almışlar, həmin vaxtdan həmin sahəni özlərinin digər bağ sahəsinə birləşdirərək yaşamışlar. X2 Cavabdeh1 xalası oğludur və vəfat etdiyinə görə İmran cürətlənib xəlvət sənədlər düzəltmiş və məhkəməyə vermişdir. İddiasında da göstərmişdir ki, guya həmin yeri onlara icarəyə vermişdir. Bağ evinin alınması videodisk, əlyazmalar, polisdə verilmiş izahatlar və digər sübutlarla sübut edilir. Bağ sahəsinin sahibi olmuş X5 ölümünə qədər heç bir tələbi olmamışdır, ola da bilməzdi. Bağ sahəsi tam şəkildə onlara təhvil verilmişdir. Cavabdehin gizli düzəltdiyi sənədlərlə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki, bağ sahəsi Cavabdeh1 mülkiyə tindədir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmədov) 25 may 2018-ci il tarixli, 2(008)-3168/2018 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Rafael Eyvazov – sədrlik edən və məruzəçi, hakimlər Sənan Hacıyev və Fuad Talışinski) 16.10.2018-ci il tarixli 2(103)10065/2018 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.05.2018-ci il tarixli 2(008)3168/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Kərim qızı və vəkili İbadov İbad İlham oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tar ixli 2(103)-10065/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırmışlar ki, cavabdehin 1108 saylı bağ sahəsinin sahibi olmuş Şirqəli Əliyevin ölümünə qədər heç bir tələbi olmamışdır. Sonradan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ sahəsi, 1108 saylı bağ sahəsinin Cavabdeh1 mülkiyyətində olmasına dair RX № ******* saylı çıxarış düzəltmişdir. Məhkəməyə baxış keçirilməsi və qiymətləndirilməsi üçün təqdim edilmiş videomaterialdan da görünür ki, cavabdeh həqiqətən də bağı satdığını, pulu aldığını etiraf etmiş, lakin alqısatqının həyata keçirilməsindən yayınmışdır. Əslində məhkəmə həmin görüntülərə baxış keçirməsinə baxmayaraq, hazırki münasibətlərə tətbiq ediləcək hüquq normalarında böyük səhvə yol vermişdir. Birincisi, tətbiq dövrü, ikincisi isə alqı-satqıların notarial qaydada həyata keçirilməsinin məcburiliyi baxımından. Tərəf bağlanmış əqdi notarial qaydada təsdiq etməkdən boyun qaçırır və bu halda qətnamədəki norma düzgün deyil. Məhkəmə kollegiyasının qənaəti səhvdir. Belə ki, tərəflərin mübahisələndirmədiyi hal, yəni qarşılıqlı razılaşma əsasında aparılmış çəkilişdəki canlı və səsli görüntülər məhkəmə üçün yazılı sübut hesab edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla kollegiya eyni səhvə yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq m əhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Seriya RX ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 0.08 hektar sahəsi olan 1108 saylı bağ sahəsi Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə dövlət qe ydiyyatına alınmışdır. İddiaçının iddiasına görə o, mübahisəli bağ sahəsini 1998-ci ildə X3 və Cavabdeh1 satın almış, lakin bu barədə müvafiq əqdi rəsmiləşdirməmişlər. Bu səbəbdən də məhkəmədən əqdin bağlanmış hesab edilməsini, cavabdehin adına verilmiş çıxarışın etibarsız sayılmasını xahiş etmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, istər iddiaçının iddia ərizəsində göstərdiyi 1998-ci ildə qüvvədə olmuş, istərsə də hazırda qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əşyalarla bağlı əqdlər yazılı formada tərtib olunmalı, eyni zamanda notariat qaydada təsdiq olunmalı, nəticədə əldə olunmuş hüquqlar isə dövlət qeydiyyatına alınmalıdır. Hazırki iş üzrə isə tərəflər arasında mübahisəli bağ sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun olara q yazılı əqd bağlanmamışdır. Şifahi formada daşınmaz əmlaka mülkiyyət hüququnun (eləcə də icarə hüququnun) özgəninkiləşdirilməsi isə qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının qeyd edilən tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddia özü-özlüyündə tam əsassızdır. İddia birinci tələblə bağlı əsassız olduğundan, qalan hissədə də (çıxarışın etibarsız sayılması) təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, işdən görünür ki, iddiaçı mübahisəli bağ sahəsini aldığını iddia etsə də, tərəflər arasında bununla bağlı hər hansı formada əqdin bağlanması barədə sənəd mövcud deyildir. Apellyasiya instansiya məhk əməsi haqlı olaraq “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə istinad edərək göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələ bə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: - yazılı formada bağlanması; - notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini, həmçinin bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar, Ə.Nəsibovanın şikayəti üzrə 03 may 2012-ci il tarixli Qərar və s.) da göstərmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğvi üçün əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün müb ahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli 2(103)-10065/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar