Məhkəmə qərarları › İş №2(102)-2556/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2556/2025

26.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2556/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ŞirvanSalyan Regional Təhsil İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-831/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Salyan şəhər Ə. Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəbliseydə xadimə işləmiş və onunla bağlanmış əmək müqaviləsinə məktəb direktorunun xx.xx.2024-cü il tarixli, 144/1 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir.

2. Məktəbin direktoru X8 Regional Təhsil İdarəsinin ünvanına yazdığı xx.xx.20214-cü il tarixli izahatında bildirmişdir ki, məktəb-liseyin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə texniki xəta nəticəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin yerinə “c” bəndinə əsaslanaraq xitam verilmişdir. Bununla əlaqədar onun tərəfindən Əmək Müfəttişliyinə və digər qurumlara müraciət ünvanlanaraq texniki xətanın düzəldilməsi üçün xahiş ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan şəhər Ə. Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən qanunsuz olaraq onun tutduğu vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 144/1 sayl ı əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunması, qanunsuz olaraq onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X10 barəsində kobud surətdə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və tədbir görülməsi üçün göndərilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10.000 manat, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X2 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçının işlədiyi məktəb-liseydə yoxlama keçirilmişdir. xx.xx.2024-cü il tarixdə məktəbin direktoru X3 iddiaçıya Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional idarəsinin yoxlama müfəttişi Aqil Cəbiyevin tapşırığına əsasən ərizə yazmaqla işinə xitam verilməli olduğunu bildirilmişdir. İddiaçı səbəbini soruşduqda, direktor ona izah etmədən təhqir edib ərizə yazmasını tələb etmişdir. İddiaçı bununla razılaşmayıb ərizə yazmamışdır. Lakin iddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmr verilmişdir. Yoxlama zamanı Aqil Bəşirov məktəbin işçilərinə qarşı kobudluq edərək təhsil işçisinə yaraşmayan hərəkətlər etmiş və iddiaçı da daxil olmaqla təzyiqlər göstərmiş, bir çox işçilərin işdən azad olunmasına nail olmuşdur. Hətta bəzi işçiləri o həddə çatdırmışdır ki, təcili tibbi yardım da məktəbə çağırılmış və polisə qədər müdaxilə edilmişdir. Bütün bunların videogörüntüləri və səs yazıları məhkəməyə təqdim olunacaqdır. Aqil Bəşirovun özbaşına hərəkətləri ilə bağlı xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aidiyyətı üzrə göndərilməli və onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağı saldığı üçün mənəvi ziyan ödəməlidir. Şirvan-Salyan Regional Təhsil İdarəsi nəzarət edən orqan olaraq bu əmrin verilməsində birbaşa tapşırıq verən orqan olmuşdur. Əmrdən də göründüyü kimi, hüquqi ünvan AZ-5200, ünvan 2başa tapşırıq regional idarə tərəfindən verilmişdir. Eyni zamanda, əmrin surəti də iddiaçıya təqdim edilməmiş, yalnız əmək kitabçası təqdim edilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasə n əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmr ona rəsmi verilməmişdir. Ona isə bu günə qədər əmrin surəti göndərilməmiş, son haqq-hesabı sonuncu iş günü ona verilməmişdir. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həlledən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan normaların hamısı cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da ona mənəvi ziyan dəymişdir. O, bu hərəkətlərə görə stress keçirmiş və işgüzar nüfuzuna böyük ziyan vurulmuşdur. Həyat yoldaşı X1 da xəstəlik tapmışdır.

5. İddiaçının nümayəndəsi v ə vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, X10 barəsində xüsusi qərardad çıxarılmasını tələb etmədiyini, məhkəmədən iddiaçının qanunsuz olaraq tutduğu vəzifədən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 144/1 saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X2 5000 manat mənəvi ziyanın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Salyan şəhər Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktor əvəzi X4 məhkəmənin hazırlıq iclasında bildirmi şdir ki, məktəbdə 30 ildir ki, informatika müəllimi işləyir. 27 dekabr 2024-cü il tarixdən direktor vəzifəsini müvəqqəti icra edir. Direktor Arzu müəllimdən sonra təxminən 20 gün müddətinə direktor vəzifəsini Yeganə müəllimə müvəqqəti icra etmiş, daha sonra o, bu vəzifəni icra etməyə başlamışdır. İddiaçı işində məsuliyyətli biridir, onun işə bərpa olunmasına və əmrin ləğv edilməsinə heç bir etirazı yoxdur.

7. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi bildirmişdir ki, işdən çıxarılmada səlahiyyətli tərəf məktəbdir. İşdən çıxarılma məktəbdə aparılan yoxlamaya əsaslanmır. İddiaçının əmək müqaviləsinə əsasən işləməli olduğu vəzifəni icra etmədiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunan çəkilişin harada aparıldığı bəll i deyildir.

8. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsi ilə (hakim Ənnağı Məmmədli) iddia qismən təmin edilərək, Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli, №144/1 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, iddiaçının çəkdiyi mediasiya xərcinə görə 50 manat məbləğində pul vəsaitinin cavabdeh Salyan şəhər Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqav iləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun, yəni icra etməli olduğu xadimə vəzifəsi əvəzinə direktor köməkçisi (laborant) vəzifəsini icra etməsinə görə adekvat deyildir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinə səbəb olan hallar “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” cavabdehlər tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdeh Salyan şəhəri, Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey tərəfindən iddia tələbi qismən, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün hesa blanmış əmək haqqının ödənilməsi hissəsində qəbul edildiyindən, cavabdeh Salyan şəhəri, Ə. Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli, 144/1 saylı əmri ləğv edilməlidir. Həmçinin iddiaçıya xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir.

11. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10.000 manat ziyan hissəsi ilə bağlı bildirmişdir ki, iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə həmçinin iddia tələbinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X2 5000 manat mənə vi ziyan alınaraq ona verilməsi hissəsi ilə bağlı bildirmişdir ki, Aqil Bəşirov iş üzrə cavabdeh olmadığından ona qarşı hər hansı bir tələbin təmin olunması mümkün deyildir. İddiaçıya izah olunur ki, X6 qarşı iddia tələbi ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ var.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəllənin 68.1, 70, 70ci maddəsinin “ç” bəndinə, 74, 300.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmamasına aid hissədə dəyişdirilərək, ŞirvanSalyan Regional Təhsil İdarəsinin əməkdaşı X10 barəsində kobud surətdə əmək qan unvericiliyinin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılaraq Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsini, Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10.000 manat, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X2 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və idarənin əməkdaşı X5 qanunsuz əməlləri iddiaçı olaraq ona mənəvi ziyanın ən böyüyünü və sağalmaz olanını vurmuşdur. Birinci instansiya məhkəməsi X5 məktəbin digər əməkdaşına qarşı etdiyi hərəkətlərə dair videonu nəzərə almamışdır. Bu video ilə Aqil Bəşirovun qanunsuz hərəkətləri öz təsdiqini tapır. Ona görə də, əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozduğu üçün X10 barəsində xü susi qərardad çıxarılmaqla tədbir görülməsi üçün Elm və Təhsil Nazirliyinə göndərilməli idi. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.

16. Cavabdeh Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-831/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər M. Sadıqov (sədrlik edən və mə ruzəçi), M. Əsədli və A. Novruzova).

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, tərəflər arasında yaranmış hüquqi münasibətləri düzgün müəyyən etmiş və tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmənin qətnaməsi iddiaçının təqdim etdiyi sübutlar əsasında çıxarılmış və onun qənaəti işin faktiki hallarına uyğun olmuşdur.

19. Apelyasiya məhkəməsi vurğulamışdır ki, iddiaçının zərər tələbi ilə bağlı təqdim etdiyi sübutlar yetərli olmadığı üçün birinci instansiya məhkəməsi bu hissədə iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin cavabdeh qismində çıxış etməyən şəxslə bağlı tələbin təmin edilməməsi də əsaslandırılmış və qanu nauyğun hesab edilmişdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 23-cü maddələrinə, Əmək Məcəlləsinin 68.1, 70-ci maddəsinin “ç” bəndinə, 74, 300.1-ci maddələrinə, MPM-in 14.2, 46, 50.1, 50.3, 77.1, 88, 217.1, 217.4, 372.1, 372.7, 385.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində dəyişdirilərək Şirvan-Salyan Regional Tə hsil İdarəsinin əməkdaşı X10 barəsində kobud surətdə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılaraq Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi, Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10.000 manat, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X2 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və perosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəz ifələri və prinsipləri...

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; … prinsiplərinə əsaslanır.

25. Maddə

9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

26. Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

27. Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münas ibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək;...

28. Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; …

29. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;... Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məş ğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

30. Maddə

196. İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası...

5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur....

31. Maddə

202. Ziyanın məbləğinin müəyyən edilməsi...

3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.

32. Maddə

290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti...

3. İşəgötürən əmək münasib ətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məq sədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

33. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilm əklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna b ilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

47. Kassatorun Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X10 barəsində kob ud surətdə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılaraq Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi ilə bağlı dəlilləri araşdırıla bilməz. Çünki MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

48. Bu normanın təhlilindən göründüyü kimi xüsusi qərardad çıxarılması üçün proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin aşkara çıxararılması zəruri şərtdir. Məhkəmələr tərəfindən A.Bəşirovun hərəkətləri araşdırılmayıb. Çünki A.Bəşirovun əməllərinin xüsusi olaraq araşdırılması işə baxmış məhkəmə araşdırmasının predmeti olmayıb.

49. Eyni zamanda Şir van-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X2 5000 manat mənəvi ziyanın tutulması tələbi də məhkəmələr tərəfindən araşdırılmayıb. Çünki A.Bəşirov cavabdeh qismində göstərilməyib.

50. Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10.000 manat mənəvi ziyanın tutulması tələbinin təmin olunmamasının qanunsuz olduğu barədə kassatorun dəlil də qətnamənin ləğvinə əsas vermir.

51. Çünki, əmək münasibətləri zamanı işçiyə vurulan mənəvi zərərin ödənilməsi tələbinin hüquqi əsasını təşkil edən Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə görə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

52. Həmin normanın “Qeyd” hissəsində göstərilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülmə lidir.

53. Göründüyü kimi işəgötürənin hərəkətləri səbəbindən törənən məhz hansı nəticələrə görə mənəvi zərərin ödənilməli olduğu qanunla müəyyən olunub. İddiaçı bu cür nəticələr barədə məhkəmələrə hər hansı sübut təqdim etmədiyinə görə iddia tələbi rədd olunub.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassa siya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-831/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar