Məhkəmə qərarları › İş №2(102)-2557/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2557/2021

13.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2557/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2557/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, torpağın təhvil verilməsi) Bakı şəhəri, 13 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhərində yerləşən, 19.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan 5096 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə onların ailə üzvlərinin qanuni istifadəsində olan 5096 kv.metrdən ibarət fındıq bağı çıxılmaqla onlara 0,42 hektar pay torpaq sahəsi verilmişdir. Qanuni istifadələrində olan 5096 kv.metrdən ibarət fındıq bağına onun mərhum ərinin adına 12 mart 2009cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır. Ancaq bu yaxınlarda onlara məlum olmuşdur ki, faktiki istifadə etdikləri fındıq bağının sahəsi cəmi 0,26 hektardır. Ona görə də 5096 kv.metrdən ibarət fındıq bağına dair hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına mülkiyyət sənədi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi nə müraciət etmişdir. 5096 kv.metrdən ibarət fındıq bağına dair onun adına 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Qeyd olunan sənədlərə əsasən 5096 kv.metrdən ibarət fındıq bağı onun xüsusi mülkiyyətindədir. Ancaq həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. O, mülkiyyətində olan torpaq sahəsini boşaldaraq təhvil verməsini cavabdehə təklif etsə də, cavabdeh torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx-ci il tarixli, 2(054)-72/2020 saylı qərardadı ilə (hakim Kamran Süleymanov) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, e kspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2020-ci il tarixli 10/281 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,5096 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları eynidir. AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin rəisi Seymur Əliyevin imzası ilə təsdiq edilmiş 15.07.2020-ci il tarixli **********32 saylı məktubla göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, 19.11.2019-cu il tarixli ***** ***** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,5096 hektar torpaq sahəsi ilə 20.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 1,3788 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları ilə üst-üstə düşmür və həmin torpaq sahələrinin sərhədləri arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur. AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin rəisi Seymur Əliyevin imzası ilə təsdiq edilmiş 15.07.2020-ci il tarixli **********32 saylı məktubla göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən 0,5096 hektar torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Birinci instansiya məhkəməsinin xxx-ci il tarixli, 2(054)-72/2020 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi təmin edilərək, Cavabdeh Oğuz şəhərində yerləşən, 19.11.2019cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Sedreddinovnanın xüsusi mülkiyyətində olan 5096 kv.metr (0,5096 hektar) torpaq sahəsinin koordinatları çərçivəsində zəbt edilmiş 0,27 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı Sedreddinovnaya qaytarılması, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Sedreddinovna tərəfindən ödənilmiş 10 manat dövlət r üsumu məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin izahatında göstərdiyi, mübahisə predmetinə aid olan, iddiaçının zəbt olunduğunu iddia etdiyi torpaq sahəsinin onun özünün qanuni istifadəsində olması barədə xüsusatlara münasibət bildirərək qeyd edir ki, 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən 0,5096 hektar torpaq sahəsinin 0,27 hektardan ibarət hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu ekspert rəyi və mütəxəssis arayışı, həmçinin h əmin torpaq sahələrinə dair yerləşmə sxemi ilə sübuta yetirilməklə cavabdehin bununla bağlı izahatında qeyd etdiyi xüsusatlar təkzib edilmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan 5096 kv.metr torpaq sahəsinin bütövlükdə iddiaçının xüsusi mülkiyyətinə aid olması iş materialları və işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmişdir. 5096 kv.metr torpaq sahəsi hazırda da iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehin həmin torpaq sahəsinin 0,27 hektardan ibarət hissəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. 5096 kv.metr torpaq sahəsindən (və y a onun bir hisssindən) cavabdehin hər hansı əsasla faktiki olaraq istifadə etməsi torpaq sahəsinin mülkiyyətçisinin həmin torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinin məhdudlaşdırılması üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 164.1, 164.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov- sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xxx-ci il tarixli, 2(107)-2004/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin 2(054)-72/2020 saylı, xxx-ci il tarixli dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətn amə maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki halları tam araşdırılmadan çıxarıldığından qanunsuz, əsassız və ədalətsiz olduğundan aşağıdakı əsaslara görə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Oğuz Rayon Notariat Kontorunda təsdiq edilmiş 30.05.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Oğuz şəhərində 1.3788 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmiş,həmin torpaq sahəsinə 20.12.2018-ci il tarixli ********** saylı Çıxarışı almışdır. Həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin qonşuluğunda uzun müddət Oğuz rayon "28 May" sovxozunda kolxozçu işləmiş X1 aparılan aqrar islahat ilə əlaqədar olaraq 115 topa fındıq, 5 topa qoz və 1 topa şabalıd ağacları əmək haqqı hesabına əmlak pa yı kimi verilmiş və həmin bağ ağacları qonşu 0.27 ha torpaq sahəsində yerləşmiş, bir qonşu kimi həmin bağa o, nəzarət etmişdir. Torpaq sahəsi şəhər bələdiyyəsinə, həmin sahədəki fındıq, qoz və şabalıd ağacları isə Nahilə İbadullayevə məxsus olmuşdur. Lakin həmin sahəni Nahilə özəlləşdirməmişdir. Onun bağının digər qonşuluğunda isə Oğuz rayon sakini İddiaçı 2019-cu ildə onun ailə üzvülərinin istifadəsində olan 50096 kv.m fındıq bağı çıxılmaqla 0.42 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsü sənədi verilərkən Vnın bağ sahəsi də səhvən İddiaçı verilmiş, Nahilənin həmin ərazidə əmlak payı olması nəzərə alınmamışdır. İddiaçı 0.42 ha torpaq sahəsinin qonşular tərəfindən zəbt edildiyi hesab edərək 2019-cu İldə cavabdehlər X5 və ona qarşı torpaq sahəsinin boşadılması barədə Oğuz Rayon Məhkəməsində iddia qaldırmış, lakin iddiaçı cavabdeh Rəhimov Cavid tərəfindən torpaq sahəsinin zəbt edilmədiyi qənaətinə gələrək 04.03.2019-cu ildə mülki işin baxılmamış saxlanması və sənədlərin geri qaytarılmasını xahiş etmiş, yenidən ona qarşı məhkəmədə torpaq sahəsinin boşaldılması barədə iddia qaldırmış, onu səhvən cavabdeh kimi tanımışdır. İşə baxan məhkəmə səhvən onu cavabdeh kimi tanıyaraq məhkəməyə dəvət etmişdir. O, məhkəmədə ona məxsus 1,3788 ha torpaq sahəsində yerləşən bağın qanuni istifadədə olduğunu, heç bir torpaq sahəsi zəbt etmədiyini bildirməklə məhkəmə texniki ekspertizası keçirilməsini xahiş etmişdir. Məhkəmə texniki ekspertizasının 22.07.2020-ci il tarixli 10/281 saylı rəyinə görə İddiaçı adına verilmiş Çıxarış sənədində göstərilən torpaq sənədi onun adına olan 1,3788 ha torpaq sahəsinin Çıxarışı üzrə kordinatları ilə üst-üstə düşmür və həmin torpaq sahələrinin arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur. Hesab edir ki, hər iki torpaq sahəsi arasında olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi 09.07.1999-cu İldə Oğuz rayonu "28 May" sovxozu tərəfindən X4 verilmiş əmlak payı olaraq findıq, qoz, şabalıd ağacları olan bağdır və həmin bağ hazırda Vnın istifadəsindədir. Lakin Oğuz rayonu torpaq şöbəsi tərəfindən İddiaçı 5096 kv.m fındıq bağı çıxarılmaqla 0,42 ha pay torpağının plan və ölçü sənədləri tərtib edilərkən, Vya verilmiş bağ sahəsi nəzərə alınmamış, 0,42 ha torpaq sahəsinin 0,27 ha bələdiyyə mülkiyyətində olan Vnın bağını da əlavə etmişdir. İddiaçı səhv tərtib edilmiş plan ölçü sənədləri əsasənda 0,42 ha tor paq sahəsinə Çıxarış almış və həmin bağın onun pay torpağı olduğunu hesab edərək məhkəmədə iddia qaldırmış, həmin əraziyə o, nəzarət etdiyinə görə səhvən onu cavabdeh kimi tanımış, Oğuz rayon məhkəməsi isə şəhər bələdiyyəsini maraqlı şəxs, Vnı cavabdeh kimi dəvət etmədən və həmin torpaq sahəsinə baxış keçirmədən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Hesab edir ki, o, heç bir torpaq sahəsini zəbt etməmiş, onun mülkiyyətində olan 1,3788 ha torpaq sahəsi hazırda qanuni istifadəsindədir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, kassator apelyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün heç bir əsas göstərə bilməmişdir. Belə ki, cavabdeh özünün mülkiyyətində olan 1.3788 ha torpaq sahəsi ilə onun mülkiyyətində olan 5096 kv.m torpaq sahəsinin üst-üstə düşmədiyini etiraf etsə də, torpağı zəbt etmədiyini bildirir. Ekspert tərəfindən təqdim olunmuş torpaq sahələrinin yerləşmə sxemindən də göründüyü kimi cavabdehin və onun mülkiyyətində olan torpaq sahələrinin arasında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi də var. Bundan başqa cavabdeh mülkiyyətində olan torpaq sahəsini aldığı X2 guya həmin mübahisəli torpaq sahəsinə də nəzarət etməsini ondan xahiş etdiyini qeyd edir. Ən əsası odur ki, cavabdeh onun zəbt etdiyi torpaq sahəsini aldığı X4 məxsus olduğunu, onun Oğuz rayon Məhkəməsinə müraciət etdiyini bildirir. Digər tərəfdən də hazırki kasasiya şikayətini verir. Göstərilənlərə əsasən o, kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verm ək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyin göstərsə də, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdeh nə işə mahiyyəti üzrə baxmış məhkəmələrə, nə də kasasiya şikayətinə mübahisə predmeti olan torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə ala raq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar