Məhkəmə qərarları › İş №2(102)-2558/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2558/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2558/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2153/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Ərizəçi 1955-ci ildə Şuşa rayonunun Xanallar kəndində anadan olmuş, Şuşa rayonunun işğalı ilə əlaqədar 1993-cü ildə məcburi köçkün kimi Yevlax rayonunda məskunlaşmışdır. 1998-ci ildən Qəbələ rayonunda yaşayır. 2020-ci ildə Ərizəçi ona pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinə müraciət etmiş, həmin şöbənin xx xxxx 2020-ci il tarixli məktubu ilə ona sığorta staji faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1972-1977ci və 1980-1990-cı illərdə Şuşa rayonunun “Sovet Azərbayca nı” kolxozunda kolxozçu (sürücü) işləməsini, lakin Şuşa rayonunun işğalı ilə əlaqədar həmin faktı təsdiq edən sənədləri əldə edə bilməməsini və bu səbəbdən ona pensiya təyin edilməsindən imtina olunmasını əsas göstərməklə həmin illərdə Şuşa rayonunun “Sovet Azərbaycanı” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-712/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.B.İsayev) Ərizəçi ərizəsi təmin olunaraq onun 1972-ci ildən 1977ci ilə kimi və 1980-cı ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunun “Sovet Azərbaycanı” kolxozunda kolxozçu-sürücü işləməsi faktı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəm ə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək ərizəçinin qətnamə ilə müəyyən olunmuş illərdə kolxozda işləməsi barədə məhkəməyə mötəbər sübutların təqdim olunmaması, məhkəmənin əsaslandığı iki şahidin ifadəsinin isə ərizənin təmin edilməsi üçün kifayət etməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməklə ərizənin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2153/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və A.A.Mahmudov) maraqlı şəxsin apellyasiya şikayəti təmin edilərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-712/2020 nömrəli qətnaməsi ləğv edilmiş və ərizənin rədd edilməsinə dair yeni qə tnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Ərizəçi kassasiya şikayəti verərək onun kolxozda işləməsinin həmin dövrdə onunla birlikdə işləmiş şahidlərin ifadələri ilə təsdiq olunmasını və bunun həmin şəxslərin notarial qaydada təsdiq edilmiş əmək kitabçalarının surətləri ilə təsdiq olunmasını, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən səhv nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının i clasında maraqlı şəxsin vəkili şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərkən kolxozda sürücü işləməsi barədə faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsini əsas göstərmiş və bu zaman kolxozda sürücü işləməsi barədə göstərdiklərinin doğru olmasını təsdiq etmək üçün X1 və X2 şahid kimi dindirilməsini xahiş etmişdir. Şahidlər ərizəçinin iddia etdiyi müddətdə kolxozda işləməsini təsdiq etsələr də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin ifadələr digər mötəbər sübutlar olmadan iddianın təmin edilməsi üçün əsas verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin ərizənin təmin olunmasından imtina edərkən istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Şahidlərə məxsus əmək kitabçalarının surətlərində onların ərizəçi ilə birlikdə işləmələri barədə sübutlar olmadığından, apel lyasiya instansiyası məhkəməsi şahidlərin ifadələrini hüquqi faktın təsdiqi üçün kifayət etməməsi barədə nəticəyə gələrək ərizəni rədd etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2153/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar