Məhkəmə qərarları › İş №2(102)-2558/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2558/2023

20.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2558/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, (məruzəçi) Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-1123/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllədə yerləşən 49 saylı evin 146-cı mənzilini lizinqə götürməklə mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə "xxxx" MMC arasında 21 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə Cavabdeh1 arasında 21 avqust 2020-ci il tarixdə D060 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan qe yd olunan mənzil (lizinq obyekti) lizinq məbləği 33000 ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 faiz olmaq şərtilə lizinqə verilmişdir. 2. "xxxx" MMC tərəfindən tərtib olunmuş 0119/21 saylı xx.xx.2021-ci il tarixli arayışda cavabdehin həmin arayışın verildiyi tarixədək lizinq müqaviləsi üzrə 31510 (otuz bir min beş yüz on) ABŞ dolları əsas, 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları lizinq mükafatı (faiz məbləği) və 5923 (beş min doqquz yüz iyirmi üç) ABŞ dolları hesablanmış cərimə olmaqla, ümumilkdə 41383 ABŞ dolları öhdəliyi olduğu qeyd edilmişdir.

3. Həmin arayışda lizinq predmetinin 8 ay istifadədə olduğu və bu müddət ərzində cəmi bir aya görə ödəniş aparıldığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı " xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2020-ci il tarixli D060 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22183 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq "Faktor Lizinq” MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 müqav ilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Lizinq predmeti 8 ay istifadədə olmuşdur. Bu müddət ərzində cəmi 1 ay ödəniş olunmuşdur. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 3120 manat nəzərə alınmaqla cəmi 24960 ABŞ dolları borc hesablanmışdır. Cavabdehə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərin icrası tələb olunmuş və əks təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı barədə xəbərdar edilmişdir. Beləliklə, lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti cavabdehin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı və cərimə tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməlidir.

6. Birinci insta nsiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi iddianı tələbini qəbul etmədiklərini, hazırki iddia tələblərinin Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmasının və bu tələblərin ümumilikdə birlikdə baxılaraq qiymət verilməsinin mümükün olmamasını, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddətinin bitdiyini, iddiaçının müqavilənin ləğvini tələb etməməli olduğunu bildirmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2418/21 saylı iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismən təmin edilərək Cavabdeh1 xx.xx.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 22.183,00 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi tarixə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzinin "xxxx" MMC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən 146 saylı mənzilə Cavabdeh2 Əhəd qızının istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhəd qızı tərəfindən boşaldılaraq "xxxx" MMCyə təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi iddia tələbinin 21 avqust 2020-ci il tarixli D060 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı bildirmişdir ki, “Faktor Lizinq MMC ilə Cavabdeh1 arasında 21 avqust 2020-ci il tarixdə D060 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan qeyd olunan mənzil (lizinq obyekti) lizinq məbləği 33000 ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 faiz olmaq şərtilə lizinqə verilmişdir. Müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.

9. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

10. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə ev 49, mənzil 146, giriş 2 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin cavabdehlər tərəfindən boşaldılaraq "Faktor Lizinq” MMC-nə təhvil verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün onun mübahisəli mənzildən istifadə hüququ şəxsən özü ilə bağlı olduğundan və vərəsəlik qaydasında vərəsələrinə ötürülə bilən hüquq olmadığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh3 münasibətdə təmin edilməməli, Cavabdeh2 mübahisəli mənzilə is tifadə hüquqları itirilmiş hesab edilməlidir. Həmçinin mübahisəli mənzil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və Cavabdeh2 Əhəd qızı tərəfindən boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 421.2, 442, 747.1, 748-1.12, 748-2.1, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək onun nəticəsinə uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsas landırılmışdır ki, iddiaçının təqdim etdiyi arayışda qeyd edilən məbləğ və edilmiş ödənişi nəzərə almaqla tələb olunan məbləğ arasında ziddiyyət vardır. Belə ki, aylıq ödəniş manatla nəzərdə tutulduğu halda ondan 8 ay edilməli olan ödənişə görə 24960 ABŞ dolları tələb edilib. Aylıq ödəniş 3120 dollar ödəniş müəyyənləşdirilmişsə 8 ay üçün 24960 dollar tələb edilə bilərdi.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1123/2023 nömrəli mülki iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 xx.xx.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə lizinq predmetindən istifadəyə görə 22183 ABŞ dollarının tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 xx.xx.2020-ci il tarixli D060 saylı daxili lizinq müqaviləsi üzrə mənzildən istifadəyə görə "xxxx" MMC-nin xeyrinə tutulan məbləğin 15 605 (on beş min altı yüz beş) ABŞ dolları müəyyən edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddia 04.05 2021-ci ildə qaldırılmışdır. İddiaçı “Faktor Lizinq MMC iddia ərizəsində aylıq lizinq ödənişinin 3120 ABŞ dolları olduğunu, lizinq predmetinin 8 ay istifadədə olduğunu, cəmi bir ay ödəniş aparıldığını, Cavabdeh1 lizinq müqaviləsi üzrə cəmi 24960 ABŞ dolları borcu yarandığını bildirmiş və nəticədə cavabdehdən ödəmələr nəzərə alınmaq la 22183 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsi iddianı pulun tutulması hissəsində tam təmin edərək cavabdehdən 22183 ABŞ dollarının tutulmasını qət etmişdir.

17. Hazırda Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlili borcun düzgün hesablanmaması barədədir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi lizinq predmetindən istifadəyə görə cavabdehdən borcun tutulması ilə bağlı hissədə iş üzrə düzgün nəticəyə gəlsə də, borcun məbləğini düzgün müəyyən etməmişdir.

19. Belə ki, işdə olan ödəniş cədvəlindən və digər maliyyə sənədlərindən görünür ki, lizinq müqaviləsi üzrə aylıq ödəniş 3121 ABŞ dolları müəyyən edilmişdir (i.v.12). Aylıq ödənişlərin bir hissəsini əsas məbləğ, digər hissəsini isə lizinq müka fatı təşkil edir. İddia xx.xx.2021-ci ildə qaldırılmışdır. Həmin vaxtadək lizinq predmeti cəmi 8 ay istifadədə olmuşdur. Riyazi hesablamaya əsasən 8 aya görə lizinq obyektindən istifadə haqqı cəmi 24 968 ABŞ dolları təşkil edir. “Faktor Lizinq MMC iddia ərizəsində cavabdehin cəmi bir aya görə ödəniş etdiyini göstərsə də, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdehin lizinq müqaviləsi üzrə cəmi 3 ay ödəniş etdiyini bildirmişdir. Bu fakt xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolunda da öz əksini tapmışdır (i.v.163-164).

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehin 3 aya görə lizinq ödənişi apardığını göstərməklə onu həmin halı sübut etmək vəzifəsindən azad etmişdir. Bu, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəs inin də tələbinə uyğundur.

21. Lakin birinci instansiya məhkəməsi qətnamə çıxararkən 3 aya görə ödəniş aparıldığını nəzərə almamış və iddia tələbini irəli sürülən həddə təmin etmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin lizinq predmetindən cəmi 8 ay istifadə etdiyini və 3 aya görə ödəniş etdiyini, bu halın iddiaçı tərəfindən etiraf olunduğunu nəzərə alaraq hesab etmişdir ki, lizinq ödənişi yalnız lizinq obyektindən istifadəyə görə, yəni cəmi 5 aya görə tutula bilər. Bu, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin də tələbinə uyğundur. Həmin maddəyə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini geri almaq və bununla da lizinq müqaviləsini va xtından əvvəl ləğv etmək hüququna malikdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ödəniş cədvəlinə əsasən aylıq ödənişin 3121 ABŞ dolları olduğu nəzərə alınmaqla 5 aya görə aparılmalı olan ödəniş 15605 ABŞ dolları təşkil edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və lizinq obyektindən istifadəyə görə ödənilməyən 5 (beş) aylıq müddət üçün hər aya görə 3120 ABŞ dolları olmaqla, cəmi 15605 ABŞ dolları borc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş e tmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyi zaman tutulan pul məbləğini mübahisələndirdiyi kimi, eyni zamanda lizinq predmeti olan mənzilin boşaldılması hissəsində də məhkəmənin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 bildirir ki, mülki iş barədə apellyasiya şikayəti verməklə şikayətinin bu hissəsi barədə məhkəmənin mövqeyinin hansı xüsusda olmasını bilmək istəmiş, ancaq məhkəmə tərəfindən tutulan pulun məbləği barədə qətnamə qəbul edilərək evin boşaldılması hissəsinə münasibət bildirilməmişdir. Cavabdeh məhkəmə tərəfindən tutulan 22 183 ABŞ dollar məbləğə etiraz etdiyi üçün apellyasiya şikayəti verdiyini bildirərək məhz buna görə də evin boşaldılması hissəsinin də ləğv edilməsini məhkəmədən xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 152.1. Mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, m allarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

32. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; liz inq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

33. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

35. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. MPM

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. İş üzrə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.

49. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

50. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hall arının müəyyən edilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1123/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar