Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-256/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1183/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 06 yanvar 2023-cü il tarixli 5 nömrəli əmrinə görə, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini, həmçinin, idarə rəisinin verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır.
2. Cavabadehin ilk həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli 03 nömrəli iclas protokoluna əsasən, iddiaçının işdə yol verdiyi nöqsanlarla görə işdən azad edilməsinə razılıq verilməsi barədə 18 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir.
3. Cavabdehin 18 yanvar 2023-cü il tarixli 16 nömrəli əmrinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq iddiaçı tutduğu vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18 yanvar 2023-cü il tarixli 16 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-918/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Quliyev) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr qanunla müəyyən edilmiş normalara əməl olunmaqla verilmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1183/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (İ.Əsədov (sədrliyi və məruzəsi ilə), hakimlər T.Heydərov və M.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 18 yanvar 2023-cü il tarixli əmri ləğv edilmiş, iddiaçının baş mühəndis vəzifəsinə b ərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının 18 yanvar 2023-cü il tarixdən hesablanaraq ödənilməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad edilsə də, işəgötürən işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olmasını göstərməmiş, bu halların hər hansı biri ilə əsaslandırmamışdır. Mübahisələndirilən əmrdə əmək müqaviləsinə xitam verilməsinin faktiki əsası olaraq, İddiaçı barəsində 09 yanvar 2023-cü il tarixli 5 saylı əmrlə verilmiş AR ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinə əsa sən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi göstərilmişdir. Cavabdehin əsaslandırmasına görə, C.Cəbraylova 09 yanvar 2023-cü il tarixli 5 saylı əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Cavabdeh tərəf 09 yanvar 2023-cü il tarixli 5 saylı əmrin surətini təqdim etməmişdir. İddiaçının bildirdiyinə görə də belə əmrdən məlumatı olmamışdır. Halbuki, iş materiallarına 06 yanvar 2023-cü il tarixli 5 saylı əmrin surəti əlavə edilmişdir. Həmin əmrdə işçinin idarə rəisinin verdiyi tapşırıqları yerinə yetirmədiyinə ümumi şəkildə istinad edilsə də bu tapşırığın və həmin tapşırığın yerinə yetirilməməsinin konkret olaraq nədən ibarət olması müəyyən deyil. Cavabdehin izahatı və təqdim edilmiş sənədlərə görə uzun müddət İdarədə baş mühəndis işləmiş İddiaçı, xx.xx.2023-cü ildə n vəzifəyə təyin edilmiş Ağcabədi rayon MXMİİ-nin rəisinin (X2) tapşırıqlarını yerinə yetirməmişdir. xx.xx.2023- cü il tarixli əmrdən, əgər belə əmr mövcuddursa, belə çıxır ki, idarənin rəisinin tapşırığı xx.xx.2023-cü ildən 09 yanvar 2023-cü il tarixdə qədər olan müddətdə olmuşdur. Halbuki, cavabdehin təqdim etdiyi sənədlərə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət xx.xx.2023-cü il tarixdə elan edilmişdir. Bundan başqa, İdarənin rəis müavini A.İsmayılov, hüquqşünas Nümayəndə və X1 adlı bir nəfərin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktın surəti cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin akta görə, baş mühəndis İddiaçı idarəyə məxsus traktor və LAC markalı avtomobili 2022-ci il ərzində idarənin saxlanc yerinə gəlmədən idarəyə aidiyyəti olmayan kən ar işlərin görülməsinə şərait yaratmışdır. Lakin aktda istinad edilən sözü gedən faktın konkret olaraq hansı vaxtda baş verməsi, həmin vaxt kənar işlərin nədən ibarət olması, bu zaman baş mühəndisin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla hansı əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, buna görə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasının nədən ibarət olması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinin nədən ibarət olması göstərilməmişdir. Bununla yanaşı, mübahisələndirilən əmrdə həmin akta da istinad edilməmişdir. Mübahisələndirilən əmrdə xx.xx.2023-cü il tarixli əmrlə verilmiş əmək və icra intizamının pozulmasına görə inti zam məsuliyyətinə cəlb edilməsinə istinad edilmişdir ki, bununla bağlı da cavabdehin mövqeyinə görə, işçiyə əvvəlcə intizam tənbehi verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Bu baxımdan, xx.xx.2023-cü il tarixli əmrdə intizam tənbehi verilməsinə dair əvvəlki əmrə əsaslanma halı özlüyündə qanunsuzdur. Bunlardan başqa, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaq cadan razılığı alınmaqla ləğv edilir. Mübahisələndirilən əmrdə ilk həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli qərarına istinad edilmişdir. Cavabdeh tərəfindən həmin qərarın surəti təqdim edilməmişdir. Halbuki, iş materiallarına ilk həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli protokolunun surəti təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən bəlli olur ki, müəssisənin ilk Həmkarlar Komitəsinin iclasında İddiaçı iştirakı təmin edilməmiş, ümumiyyətlə hər hansı məsələ ilə bağlı, o, dinlənilməmişdir. Üstəlik, həmkarlar komitəsinin iclasında kimlərin iştirakı, konkret hansı məsələnin, İddiaçı hansı əməlinin müzakirə edilməsi müəyyən deyil. Həmkarlar komitəsinin iclas prorokolunda xx.xx.2023-cü il tarixli əmrlə verilmiş intizam tənbehi barədə məsələ müzakirə edilmiş və baş mühəndisin idar əyə məxsus maşın və mexanizmlərin qanunsuz olaraq idarədən kənar işlərə cəlb edilməsi kimi ümumi ifadələr qeyd edilmişdir. Lakin iclasda hansı əmələ görə İddiaçı işdən azad edilməsinə razılıq verilməsi müəyyən deyil. İntizam tənbehi verilməzdən əvvəl İddiaçı izahatı da alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işdə kifəyət qədər sübut və lazımi qaydada tərtib edilmiş sənədləri araşdırmamış və nəzərə almamışdır. Çünki araşdırılmış olunsaydı, o zaman təqdim etdiyi akt qərar kimi qeyd edilməzdi. Məhkəmə 80-ci maddənin tələblərini nəzərə almamış, həmin maddəyə düzgün istinad etməmiş, maddəni iddiaçının xeyrinə təsfir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddia ərizəsinin və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuş, şikayətdə qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüqu qu İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəl lənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv ed ilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə
74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamə də işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidi r; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011 -ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
23. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin ilk dəlili işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilm ir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §16).
24. Şikayətin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə dəlili isə, dəqiqləşdirilmədiyi, Əmək Məcəlləsinin 80-ci maddəsinin məhkəmə tərəfindən səhv tətbiqinin konkret olaraq nədən ibarət olduğu göstərilmədiyi üçün, əsaslı deyil.
25. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1183/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.