Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2560/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 və iddiaçıların vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-3476/2018, hakim Ə.S.Qəhrəmanov) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə təl əbinə dair iddiası təmin edilmiş, iddiaçıların ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9523/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan m əhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçılar mübahisəli evdə ümumiyyətlə yaşamadıqları halda, onların həmin evə köçürülmələri barədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçıların vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilmişdir ki, Əzizbəyov rayon XDS İcraiyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə Tahirə Vəliyevanı əri və İddiaçı2 atası Məzahir Vəlibəyova fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsi 115 saylı sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır, həmin ünvanda mübahisəli fərdi yaşayış evi inşa ed ilmiş, lakin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonuncu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bununla bərabər, İddiaçı2 ilə Cavabdeh arasındakı nikah məhkəmə qaydasında xx xxx 2016-cı il tarixdə pozulmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2016-cı il tarixli məhkəmə qərarı ilə Cavabdeh uşaqları iə birlikdə mübahisəli tikiliyə köçürülməsi qət edilmiş və həmin qətnamə icra edilmişdir. İddiaçılar hazırda həmin evdə qeydiyyatdadırlar. Hal-hazırda tərəflər arasındakı mübahisə iddiaçıların həmin evə köçürülmələri ilə bağlıdır. Cavabdeh iddiaya etiraz edərək cavabadehlərin ümumiyyətlə həmin evdə yaşamadıqlarını bildirir. Halbuki, apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, Cavabdeh 2016-cı ildə mübahisəli evə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində məhz hazıkri iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 göstərmiş, bununla da mübahisəli evdə həmin şəxslərin yaşadığını və onların evə dair hüquqlarının olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla bərabər Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə edilməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Deməli, özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Digər tərəfdən, apellyasiya məhkəməsinin də qətnaməsində qeyd edildiyi kimi, mübah isəli ev iddiaçılardan birinin əri, digərinin isə atasına səlahiyyətli orqan tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmişdir. İşin qeyd edilən hallarını nəzərə almaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar mübahisəli evə köçürülmələrini tələb etməkdə haqlıdırlar və buna cavabdeh tərəfindən yaradılan maneələr qanunsuzdur. Həmçinin, İddiaçı2 sağlamlığında cavabdehin qeyd etdiyi problemin olması da özözlüyündə onun mübahisəli evə köçürülməsindən imtina üçün qanuni əsas hesab edilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edil ə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2560/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2560/2020
06.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver