Məhkəmə qərarları › İş №2(102)-2560/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2560/2024

26.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2560/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: Kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1056/2024 nömrəli 27 may 2024-cü il tarixli qərardadından Cavabdeh (vəkil Nümayəndə3) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, 26 iyul 2024-cü il tarixdə aşağıdakı qərarı qəbul etdi İşin halları:

1. İddiaçı MMC (bundan sonra iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.264,05 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınaraq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(020)-85/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddianın təmin edilməsi, cavabdehdən 10.264,05 manat məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınıb iddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

3. Qiyabi qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1056/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və İlham Əsədov) birinci instansiya məhkəməsinin qiyabi qətnaməsindən cavabdehin nümayəndəs i və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, mülki işin apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

5. Qərardaddan cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymə ti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

8. Maddə 409 Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 40 5 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

9. Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Cavabdehin (vəkil Nümayəndə3) kassasiya şikayəti Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2560/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir.

11. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, kassasiya şikayəti cavabdehin vəkili kimi Nümayəndə3 tərəfindən imzalansa da, “Elektron məhkəmə” informasiya sisteminə və iş materiallarına əlavə edilmiş vəkil orderinin hazırkı şikayət üzrə kassasiya instansiya məhkəməsinə verildiyi müəyyən olunmamışdır.

12. Azərbaycan Respublikası Vəkillər X1 2018-ci il 27 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən, müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya b ir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.

13. Qeyd edilənlər ona dəlalət edir ki, vəkil orderi yalnız bir məhkəmə instansiyasında bir prosessual hərəkətin edilməsi üçün verilən unikal sənəd olduğu halda, qanunvericiliyə uyğun qaydada tərtib edilmiş order şikayətə əlavə olunmamışdır.

14. Beləliklə, kassasiya şikayəti cavabdehin vəkili kimi Nümayəndə3 tərəfindən imzalansa da, “Elektron məhkəmə” informasiya sisteminə və iş materiallarına vəkil orderi əlavə edilmədiyinə görə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə kassasiya qaydasında baxıla bilməz.

15. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasi ya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.

16. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiy a şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

17. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2560/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(106)-1056/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2560/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minirinir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar