Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2561/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “Cavabdeh” İstehsalat Birliyi İddia tələbi: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı Açar sözlər: tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi Vəkil, İddiaçı və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsində n cavabdehin kassasiya şikayətinə dair işə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “Cavabdeh” İstehsalat Birliyinin 25 fevral 2020-ci il tarixli, əmri əsasında X6 Qaz İstismarı İdarəsinin rəis müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı ilə) xitam verilmiş və bununla bağlı məlumat elektron informasiya sistemində eyni tarixdə qeydiyyata alınmışdır. Kürdəmir Rayon Prokurorunun köməkçisinin 14 mart 2020-ci il tarixli qərarı ilə X1 Qaz İstismarı İdarəsində işlə təmin olunması məqsədi ilə İddiaçı və X4 pul verməsi ilə və İddiaçı Sakit Həşimovun ona satış xidmətinin rəisi Taleh Mehdiyevə 6 ay əvvəl 1 000 manat pul verdiyi ilə bağlı xüsusatlar araşdırma zamanı toplanmış materiallarla öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı 25 fevral 2020-ci il tarixli ərizəsini geri götürməsi və etibarsız hesab edilməsi barədə ərizə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 18 may 2020-ci il tarixdə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin 25.02.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunma, məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, göstərilən səbəblər araşdırılmadan ona məcburən işdən çıxma ba rədə ərizə yazdırılmış, sonradan ərizəsinin geri götürülməsi barədə ikinci ərizəsi nəzərə alınmamış və 25.02.2020-ci il tarixdə Əmək Məcəlləsinin 75.2ci maddəsi ilə işdən azad olunmasına dair əmr ləğv edilməmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz verərək tərəflər arasında əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsi ilə tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsinin nəzərdə tutulduğunu, iddiaçının həmin məzmunlu ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə həmin əsasla xitam verildiyini, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində qeyd edilmiş əmək müqaviləsini ləğv etmək barədə işçinin verdiyi ərizəni ger i götürməsi imkanının hazırkı halda nəzərdə tutulmadığını, iddiaçının iradəsi əlehinə əmək müqaviləsini ləğv etməyə məcbur edilməsinin tamamilə əsassız olduğunu göstərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3165/2020 nömrəli iş üzrə 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyinin 25.02.2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının “Cavabdeh” İBnə əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, 25.02.2020-ci il tarixli əmr iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi (tutduğu vəzifədən azad edilməsi) barədə qanunla müəyyən edilmiş xəbərdar lıq müddəti gözlənilmədən qəbul edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur. Hazırkı mübahisəyə birbaşa aidiyyəti olduğundan həmin maddədə nəzərdə tutulan 2 əsasdan - “tərəflərdən birinin təşəbbüsü” və “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar”da əmək müqaviləsinə xitam verilməsindən danışılacaq. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddədə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin iki qaydası nəzərdə tutulmuşdur. Birinci qaydaya görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (ƏM-nin 69-cu maddəsinin 1 və 2-ci bəndləri). Bu qaydaya əsasən işəgötürən işçinin əmək müqaviləsini xəbərdarlıq müddəti başa çatanadək ləğv edə bilməz. Çünki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (ƏM-nin 69-cu maddəsinin 5-ci bəndi). İkinci qaydaya görə isə işçi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istədiyi günü və səbəblərini ərizəsində göstərməlidir. Əmək müqaviləsinin ləğv edilməsi səbəbləri işçinin yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni ya şayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, seksual qısnamaya məruz qalması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar ola bilər. Bu halda işçi ilə bağlanmış əmək müqaviləsi ərizəsində göstərdiyi gün ləğv edilə bilər (ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi). Yuxarıda da qeyd edildiyi kimi, əmək müqaviləsinin xitam verilməsinin bir əsası da, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin hallar ƏM-nin 75-ci maddəsində göstərilmişdir. Onlardan biri də tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsidir. Lakin ƏM-nin 75-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndində tərəflərin qarşılıqlı razılığının konkret detalları, məsələn belə razılıq olduqda əmək müqaviləsinin hansı müddətə ləğv edilməsi göstərilməmişdir. Məhkəmə əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipini nəzərə alaraq, hesab edir ki, tərəflərin qarşılıqlı razılığınının nədən ibarət olması, onun ayrı-ayrı elementləri (məsələn, əmək müqaviləsinin hansı müddətə ləğv edilməsi, yaxud əmək müqaviləsinin ləğvi üçün hansı müddətə xəbərdarlıq edilməsi və s.) qanunvericiliyə zidd olmamaqla, müqavilə şərtlərində göstərilə bilərdi. Cavabdeh də yazılı etirazında yalnız tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ləğv edilməsinin ümumi əsaslarını müəyyən edən əmək müqaviləsinin 9.5.1-ci bəndinə istinad etməklə kifayətlənmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ƏM-nin 75-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndində tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ərizə verildikdən sonra hansı müddətə ləğv edilməsi nəzərdə tu tulmadığından, eyni zamanda həmin qayda tərəflər arasında bağlanmış əmək müqaviləsində də göstərilmədiyindən tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ərizə verildikdən hansı müddətə ləğv edilməsi ilə bağlı məsələlər əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin ümumi əsaslarını nəzərdə tutan ƏM-nin 69-cu maddəsi ilə tənzimlənməlidir. Bu halda, qarşılıqlı razılıq əsasında əmək müqaviləsi ya bir aylıq xəbərdarlıq müddəti gözlənilməklə, yaxud da işçinin ərizəsində göstərdiyi gün onunla bağlanmış əmək müqaviləsi ləğv edilməlidir. ƏM-nin 69-cu maddəsinin 3-cü bəndində də qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsi əsası nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə 25.02.2020-ci il tarixdə verilmiş ərizədən də görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası kimi Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci və əmək müqaviləsinin 9.5.1-ci bəndlərinə istinad etsə də, əmək müqaviləsinin ləğv edilməli olduğu günü göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini iddia ərizəsinə yazılı etirazına uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8312/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov, İ.S.Şirinov, A.V.Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası hesab etmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş xəbərdarlıq müddətini gözləmədiyindən işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq əmrin ləğv edilməsini qət etmişdir. Həmçinin, cavabdeh iddiaçının tutduğu vəzifəyə başqa işçinin götürülməsi barədə iddiaçıya heç bir məlumat verməmiş, habelə bu barədə iddiaçını rəsmi qaydada yazılı xəbərdarlıq etməsi ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdehin nümayəndəsi həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, İddiaçı işdən azad olunması zamanı xəbərdarlıq müddətinin işəgötürən tərəfindən gözlənilməsi zərurətini vurğulamış və bu səbəbdən qətnaməni qüvvədə saxlamışdır. Tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddətinin gözlənilməməsi qanunveriiclikdə nəzərdə tutulmadığı kimi, ağlabatan da deyil. Əks halda işçi tərəflərin qarşılıqlı razılığı ilə deyil, öz xahişi ilə işdən azad olunmasını xahiş edərdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə də lilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı 19 aprel 2018-ci il tarixli əmək müqaviləsi ilə “Cavabdeh” X3 X 7 İdarəsində rəis müavini vəzifəsinə qəbul edilmişdir. Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə təsbit edilmişdir ki, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə halları kimi tərəflərin qarşılıqlı razılığı ilə ona xitam verilməsi barədə halı nəzərdə tuta bilər. Qeyd edilən normada nəzərdə tutulmuş həmin müddəanın tərəflər arasında bağlanmış əmək müqaviləsinə daxil edilməsi və iddiaçının məhz həmin müddəanı rəhbər tutaraq Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi işin mübahisələndirilməyən hallarıdır. Başqa sözlə, iddiaçı tərəfindən cavabdeh müəssisəy ə təqdim edilmiş ərizənin məzmunundan mübahisəsiz qaydada görünür ki, sözügedən ərizə iddiaçının öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə deyil, tərəflərin qarşılıqlı razılığı ilə xitamı üçün iddiaçının yazılı razılığının ifadə edilməsi barədədir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 69-cu maddəsi əm ək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını, 75-ci maddəsi isə əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsini müəyyən edir. Deməli Əmək Məcəlləsinin 69 və 75-ci maddələri ilə əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsasları müəyyən edilməklə qanunverici həmin maddələrdən biri ilə nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verildiyi halda digər maddə ilə nəzərdə tutulan əsaslara istinad etməni istisna edir. Əmək Məcəlləsinin 75-ci maddəsinin tələblərinə görə tərəflərin müəyyən etdiyi hallar əmək müqaviləsinə daxil edilməklə işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində həmin maddəyə istinad edilməklə maddədə nəzərdə tutula bilən hal kimi tərəflərin qa rşılıqlı razılığı halında əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyən edilmişdir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən 69-cu maddəsinin tələblərinə görə işçinin hüquqlarının təminatı kimi ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçinin işə çıxmamaqla son haqq-hesabının aparılmasını tələb etmək və bir ay müddətində ərizəsini geri götürmək hüququ, eyni zamanda işəgötürənin hüquqlarının təminatı kimi işçinin ərizə verdiyi gündən bir ay müddətində əmək vəzifələrini icra etmək vəzifəsi müəyyən edilmişdir. Deməli işçi tərəfindən müqavilənin ləğv edilməsi qaydasını müəyyən edən həmin maddə ilə tərəflərin qarşılıqlı hüquq və vəzifələri müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsində tər əflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilməsinin müəyyən edilməsi işçiyə Əmək Məcəlləsinin 69-cu maddəsonə uyğun olaraq yazılı ərizə verməklə əmək müqaviləsinə xitam verilməsi hüququnu istisna etmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının ərizəsinin məzmunundan mübahisəsiz qaydada görünür ki, o, əmək qanunvericiliyi ilə müəyyən edilən hüquqlarından istifadə etməklə məhz əmək müqaviləsinə və Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad etməklə qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermişdir. Beləliklə, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə ərizənin verildiyi tarixdən xitam verilməsi Əmək Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olmaqla işçinin və işəgötürənin əmək qanunvericiliyi ilə müəyyən edi lən hüquqlarının təminatı prinsiplərinə zidd hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallar da maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2561/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2561/2021
02.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver