Məhkəmə qərarları › İş №2(102)-2562/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2562/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2562/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 BOKT ASC və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 6 oktyabr tarixli, 2(103)6325/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Qaradağ rayon İcra şöbəsi tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin məcburi qaydada satışı ilə əlaqədar keçirilmiş hərracın nəticəsinə dair 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekun protokolunun və həmin protolun hüquqi nəticəsi olaraq Cavabdeh3 BOKT ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsinin, habelə həmin müqavilə əsasında cavabdehə Cavabdeh3 BOKT ASCyə verilmiş **********47-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış etibarsız hesab etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 2022-ci il 23 iyun tarixli, 2(005)-2283/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlərin Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 2022-ci il 6 oktyabr tarixli, 2(103)-6325/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən iddiaçı tərəfindən 2022-ci il 19 dekabr və 2023-cü il 8 fev ral tarixlərdə verilmiş kassasiya şikayətləri prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından (maddi və prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən qeyri-mümkün hesab edilmişdir.

5. İddiaçı yenidən kassasiya şikayəti və müddətin bərpası barədə ərizə vermiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən buraxılmış prosessual müddət bərpa edilərək, kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

6. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

7. Maddə

120. Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

8. Maddə 174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir

9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

11. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

12. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.

15. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı tərəfindən eyni qətnamədən iki dəfə verilmi ş kassasiya şikayətləri prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından (maddi və prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən qeyri-mümkün hesab edilmişdir.

16. Hər iki qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayətlərində bəzi maddi və prosessual hüquq normalarının pozulmasının ümumi ifadələrlə qeyd edilmiş, konkret iş üzrə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və ya pozulmasının nədən ibarət olması əsaslandırılmamışdır.

17. Hazırda İddiaçı əvvəlki kassasiya şikayətlərində yol verilmiş nöqsanları aradan qaldırmadan, yalnız yenidən bəzi abzasların yerini dəyişərək, eyni məzmunlu kassasiya ş ikayətini yenidən məhkəməyə təqdim etmişdir.

18. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir (407.2).

19. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

20. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

21. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunduğunu nəzərə alaraq xüsusilə qeyd edir ki, kassasiya instansiya məhkəməsinin əvvəlki qərardadlarında ifadə edilmiş aydın göstərişlərə baxmayaraq, eyni kassasiya şikayətlərinin sadəcə bəzi abzasların yeri dəyişdirilməklə yenidən mə hkəməyə təqdim edilməsi özündə prosessual hüquqlardan sui-istifadəni əks etdirməklə, MPM-in 47.1-ci maddəsinin işdə iştirak edən şəxslərin, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olması barədə tələbi ilə bir araya sığmır.

23. Bu baxımdan iddiaçı (onun vəkili) tərəfindən prosessual hüquqlardan bu cür suiistifadənin davam edəcəyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərin davranışına MPM-in 120 və ya 174.5-ci maddələrinin tələblərinin tətbiqinin mümkünlüyü də nəzərdən keçirilməlidir.

24. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 6 oktyabr tarixli, 2(103)6325/2022 nöm rəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar