Məhkəmə qərarları › İş №2(102)-2562/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2562/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2562/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti və Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3311/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçılar X2 və X1 cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlara 10.707,58 dollar məbləğində əmanət üçün kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı 2017-2023-cü illər üçün hesablanmış 5.488,13 dollar gecikmə faizləri ilə birgə, cəmi 16.195,71 dollar məbləğində kompensasiyanın birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan Bankın və onun ləğvedicisi olan Fonda həvalə edilməsinin təmin edilməsi, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı vəkilə, nümayəndəyə ödənilmiş 1.534,5 manat pul vəsaitinin və məhkəməyə ödənilmiş 207 manat dövlət rüsumunun, cəmi 1.741,5 manat məbləğində çəkilmiş xərclərin dərhal və birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan Banka və onun ləğvedicisi olan Fonda həvalə edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın “kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış gecikmə faizlərin ödənilməsi” hissəsində tələbə iflas proseduru çərçivəsində baxılmalı olduğundan xitam verilmiş və müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 saylı, 5 mart 2024-cü il tarixli qər ardadı ilə iddiaçının 8 fevral 2024-cü il tarixli qərardaddan verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3311/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edimişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 402.2.4-cü maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barəd ə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunvericilikdə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsi imkanı göstərilsə də, xitam qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması haqqında qərardaddan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti verdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3311/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata xitam verilməmiş, əksinə birinci instansiya məhkəməsinin xitam haqqında qərardadı ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün iş rayon məhkəməsinə göndərilmişdir. Belə olan halda, apelyasiya məhkəməsinin sözügedən qərardadından kassasiya şikayətinin ver ilməsi mümkün deyil. MPM-nin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin k assasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3311/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, mülki iş kasasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərard

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar