Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2563/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdən istifadəyə maneçiliyin aradan qaldırılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 29 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, X saylı bağ sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
3. Adları çəkilən tərəflər qonşudurlar və iddiaçı bildirir ki, həmin bağ sahələri arasında ümumi istifadə üçün olan yolu cavabdeh zəbt etməklə hasar çəkib, darvaza və su çəni qoyaraq onun həmin yoldan istifadəsinə maneçilik törətmi şdir.
4. Cavabdeh isə mübahisəli sahəyə uzun illərdir ki, sahibliyik etdiyini, iddiaçının bağına girişin həmin hissədən yox, başqa yerdən olduğunu bildirərək iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xa saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, X a saylı torpaq sahəsi və 1Xaylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, vətəndaş X3 arasında bağlanmış alqı-satqı müqaviləsi ilə ünvan 1 iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan aydın olduğu kimi reyestr nömrəsi **********22 reyestr nömrəli, ölçüsü 0.12 ha olan torpaq sahəsi ünvan 1 ünvanı ilə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19.10.2018-ci il tarixli, X saylı torpaq sahəsinin plan və ölçüsündə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin planı və qonşu sərhədləri əksini tapmışdır. İddiaçının xüsusi mülkiyyətində olan 1315 a saylı torpaq sahəsi ilə üzbəüz ünvan 2 ünvanı ilə qeydə alınmış torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı torpaq sahəsini aldıqdan sonra orada öz istəyinə uyğun, torpaq sahəsindən istifadənin ilkin şərtlərindən olan torpaq sahəsi hüdudlarında çəpərləmə apara bilməmiş, həmçinin qapı (darvaza) qoya bilməmişdir. Buna səbəb isə qonşunun - ünvan 2nin mülkiyyətçisi Cavabdeh özbaşına şəkildə 1314 a və 1315 a saylı torpaq sahələri arasından keçən və ümumi istifadədə olmalı olan, heç kəsin xüsusi mülkiyyətində olmayan yolu mənimsəyərək öz torpaq sahəsinə qatması və çəpərləməsidir (hasar çəkməsi), qapı (darvaza) qoydurması və həmin sahədə həmçinin, su çəni yerləşdirməsi olmuşdur. İddia ərizəsinə də əlavə edilmiş foto və video çəkilişdən də məhkəməyə də aydın olacaq ki, yol verilmiş bu pozuntu sayəsində iddiaçı öz xüsusi mülkiyyətindən istifadə etməkdə böyük çətinliklərlə qarşılaşır. İddiaçı müvəqqəti də olsa digər bir kəsin 3-cü şəxsin xüsusi mülkiyyətinə olan torpaq sahəsindən istifadə edərək öz torpaq sahəsinə keçir. Yəni, faktiki olaraq iddiaçı öz torpaq sahəsinə icazəsiz, sərbəst şəkildə daxil ola bilmir. Cavabdeh - 1314 a saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh və onun ailə üzvü ilə bu məsələ ilə əlaqədar dəfələrlə danışıq aparsa da, cavabdeh tərəf heç bir qanun pozuntusuna yol vermədiyini, iki torpaq sahəsi arasında olan, ümumi istifadədə olmalı olan yolun çəpərlənməsi (hasara alınması) faktının artıq uzun illərdir olduğunu, iddiaçının öz torpaq sahəsini alarkən bu faktı nəzərə almalı olduğunu bildirərək pozuntuya son verməyi rədd edir. Baxmayaraq ki, qanunvericilik hər kəsin xüsusi mülkiyyətində olan torpağın sahəsi, sərhədin i, bu sərhədin harada başlayıb-bitməsini, torpaq sahəsinin planını dəqiq şəkildə müəyyən etməyə imkan verən müddəaları özündə əks etdirir.
7. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) 18 oktyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11238 saylı, 02.09.2019-cu il tarixli rəyinə istinadən qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a sayli torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsus 1314 a saylı torpaq sahəl ərinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyyən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilməmiş, sxemlərdə göstərilən miqyasla yolun eni 6,6 metrdir, hal-hazırda mübahisələndirilən yol dəmir darvaza qoyularaq bağlandığı müəyyən olunmuşdur. Beləliklə, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə gedən yolu zəbt etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) 29 yanvar 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh öz bağ sahəsini 1995-ci ildə almışdır. Bu müddət ərzində heç vaxt bağ qonşusu olan iddiaçıya torpağı satan X3 ilə mübahisələri olmayıb. İddiaçı, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən yol istəməyib. Çünki hərənin öz yolu olub. Cavabdeh heç kimin yolunu zəbt etməmişdir. Bəs indi nə o ldu ki, birdənbirə, 25 ildən sonra kiminsə yolunu zəbt etdi? Məhkəmə kollegiyası ilk növbədə buna aydınlıq gətirməli idi ki, iddiaçı 10.10.2018-ci il tarixdə hal-hazırda ailəsi ilə birlikdə yaşadığı evinin arxasında olan qonşusu X1 aldığı torpağa nə üçün bir il keçdikdən sonra əlavə, ikinci qapı qoymağa yol axtarır. Özü də torpağı aldığı qonşudan deyil, tamamilə həmin alqı-satqıya aidiyyəti olmayan Cavabdeh yol istəyir. Nə üçün cavabdeh öz xüsusi mülkiyyətində olan torpağından yol verməlidir. 25 ildə heç kimə mane olmamışdır. İddiaçı yol istəyirsə, torpağı satan X2 müraciət etsin. Cavabdeh ona torpaq satmamışdır ki, ona da yol versin. İddianın özü absurddur, düz deyil. Torpaq alınıb X1 yolu isə Cavabdeh zorla ilə istəyir. İddiaçı qeyd edir ki, torpaq sahəsini aldıqdan sonra orada öz istəyi nə uyğun, torpaq sahəsindən istifadənin ilkin şərtlərindən olan torpaq sahəsi hüdudlarında çəpərləmə apara bilməmiş, həmçinin qapı (darvaza) qoya bilməmişdir. Bu tamamilə düz deyil, qeyd olunan iddiaçıya aid torpaq sahəsi üç tərəfdən daş hasarın içindədir- cavabdehlə olan sərhəddəki hasar isə cavabdeh alanda var idi. Bunu müəyyən etmək üçün yerində baxış keçirilməsi kifayət edərdi və müəyyən olardı ki, cavabdehin hasarının daşların rəmzini tarix qaraldıb. Təzə çəkilməyib və heç kimin yolu zəbt edilməyibdir. Məhkəmə nədənsə yerində baxış keçirmədi. Lakin həqiqəti müəyyən etmək üçün mütləq yerli baxış keçirilməli idi. İddiaçı torpağı aldıqdan sonra orada tikinti işləri aparıb. Uşaqları üçün əyləncə kompleksi qurub. Tövlə və toyuqlar üçün dam tikib və s. Məhkəmə aydınlaşdırmayıb ki, iddiaçı b u müddət ərzində həmin torpağa necə girib-çıxır və tikililəri necə tikib? İddiaçının aldığı torpaq sahəsinə bitişik evi var.
14. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdehin mülkiyyət hüququnu pozur. Ona maddi və mənəvi ziyan vurur. Məhkəmə qətnaməsində ancaq ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Lakin ekspert rəyi natamamdır. Tikinti-texniki eksperti Cavabdeh məxsus 1314 a saylı torpaq sahəsinə daxil olmamış və ölçü işləri aparmamışdır. Bu da ona ekspert rəyinin obyektivliyinə şübhə yaradır. İş üzrə ekspertizanın keçirilməsinə, xüsusi biliyi olan şəxsə ehtiyac olmayıb. Sadəcə olaraq məhkəmə torpaq sahəsinə yerində baxış keçirsə idi aydın olardı iddia əsassız və qeyri-qanunidir. Cavabdeh yaşadığı bağ sahəsini 1995-ci ildə alarkən 24 sot idi. Onun həyat yoldaşı 1996-cı il də vəfat etmişdir. Torpağa sənəd verilərkən 12 sota verdilər. Digər 12 sot da onun istifadəsində qaldı, 1314 və 1314 a, 1314 və 1314 a arası açıqdır. Heç bir hasar yoxdur. 1314 a saylı torpaq üç tərəfdən qonşuların əhatəsindədir. Bir neçə dəfə oranı almaq istədilər, lakin yol olmadığına görə imtina etdilər. Cavabdeh hal-hazırda həmin 1314 a saylı torpağı almaq üçün müraciət edib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
16. Etirazda qeyd edilmişdir ki, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, “bağ sahəsini 1995ci ildə almışdır”, “25 ildə heç kimə mane olmayıb”, “heç kimin yolunu zəbt etməyiblər”. Lakin torpaq və özbaşına tikili ilə bağlı mübahisələrdə cavabdehin izahatı deyil, yazılı sübutlar, o cümlədən ekspert rəyi əsas götürülür. Bu baxımdan qətnamə tam qanuni və ədalətlidir. Belə ki, iddiaçının ünvan 1nə mülkiyyət hüququ iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla təsdiq olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11238 saylı, 02.09.2019-cu il tarixli rəyində qeyd edilib ki: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh qızma məxsus 1314 a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyy ən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilmədi, sxemlərdə göstərilən miqyasla yolun evi 6,6 metrdir, hal-hazırda mübahisələndirilən yol dəmir darvaza qoyularaq bağlandığı müəyyən olundu.” Göründüyü kimi, Məhkəmə Kollegiyasının gəldiyi nəticə iş materialları ilə tam sübuta yetirilmişdir. Bu baxımından, həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
24. Maddə 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir.
25. Maddə 99.3. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhk əmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi id diaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Hazırkı işdə iddiaçı, cavabdehlə bağ sahələri arasında ümumi istifadə üçün yol olduğunu və cavabdehin həmin yolu zəbt edib orada tikililər aparmaq la onun yoldan istifadə etməsinə maneçilik törətdiyini bildirir.
32. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər (§ 19).
33. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Bir qayda olaraq, həmin halların sübuta yetirilməsi yükü isə iddiaçının üzərinə düşür (§ 21). 34. ünvan 1nin İddiaçı xüsusi mülkiyyətində və mübahisəli sahənin isə Cavabdeh sahibl iyində olması işin mübahisəsiz hallarıdır.
35. Cavabdeh tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, tikililərin olduğu sahə uzun illərdir ki, onların sahibliyindədir, iddiaçının bağına giriş həmin hissədən deyil. Başqa sözlə cavabdeh, mübahisəli sahəyə sahiblik etməsi ilə iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik yaratmadığını bildirir.
36. Bu baxımdan iş üzrə mübahisəli halın (cavabdeh tərəfindən iddiaçıya yaradılmış maneə və ya məhdudiyyətin) mövcud olub-olmaması müəyyən edilməlidir.
37. Bunun üçün xüsusi biliyə malik olan şəxslərin verdikləri rəy(lər) mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ekspertiza çəkişmə prinsipinə və işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla, mümkün olduqda isə onların iştirakı ilə keçirilir (§ 23-25).
38. Birinci instansiya məhkəməsindəki icraatda iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və icrası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. MEM-in tərtib etdiyi 02.09.2019-cu il tarixli rəyə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Xa sayli torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsusX torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyyən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilməmiş, sxemlərdə göstərilən miqyasla yolun eni 6,6 metrdir, hal-hazırda mübahisələndirilən yolun dəmir darvaza qoyularaq bağlandığı müəyyən olunmuşdur.
39. İşə mahiyyəti üzrə baxan məhkəmələr həmin rəyləri əsas götürərək bu qənaətə gəlmişlər ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradılmışdır.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilməmişdir.
41. Belə ki, işin düzgün həlli üçün mübahisəli sahənin hüquqi vəziyyəti (ümumi istifadədə olan yol, yoxsa bağ sahəsi olması), əgər oradan ümumi istifadə üçün yol keçirsə həmin yolun hansı hissəsinin (hamısının, yoxsa bir hissəsinin ) cavabdehin sahibliyində olması, iddiaçının öz sahəsinə girişin plan-cizgi sənədlərində haradan nəzərdə tutulması, hazırda belə girişin olubolmaması, iddiaçının mübahisəli sahədən giriş qoymaq imkanının və ümumilikdə həmin sahədən istifadədə mənafeyinin olub-olmaması, mövcud vəziyyətin iddiaçının öz mülkiyyətində olan bağ sahəsindən istifadə etməsinə maneə və ya məhdudiyyət yaradıb-yaratmaması, əgər yaradırsa bunların konkret nədən ibarət olması və həcmi (mübahisə predmeti olan tikililərin yerləşdiyi sahənin hamsını əhatə edib-etməməsi) və əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməlidir.
42. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən həmin suallar ekspertiza qarşısında qoyulmamış və onlara dair ixtisaslı şəxsin cavabı alınmamışdır.
43. Məhkəmələrin istinad etdiklə ri Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspert mübahisəli sahəyə yerində baxış keçirməmiş və müvafiq ölçü işləri aparılmamış, tədqiqatın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən aparıldığını qeyd etmişdir. Ekspertizanın rəyində mütəxəssis rəyinə istinad olunmaqla oradakı məlumatlar təkrarlanmışdır.
44. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində isə gəlinən nəticələr ümumiyyətlə əsaslandırılmamışdır. Həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin (eləcə də iddia edilən yol) koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma mülki işə əlavə edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında apa rılmışdır.
45. Belə olan halda, işin düzgün həlli üçün həmin rəylərin mötəbər və kifayətedici sübut kimi qəbul edilməsi üçün əsaslar yoxdur.
46. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 20, 22, 26).
47. Qeyd olunanlar mübahisəyə tətbiq olunan maddi hüquq normasının mübahisəli dispozisiya şərtinin (§ 36) hazırkı məqamda müəyyən edilmədiyinə dəlalət edir.
48. Ona görə də, apellyasiya məhkəməsi nin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 29 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.