Məhkəmə qərarları › İş №2(102)-2563/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2563/2023

19.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2563/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək funksiyaları) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-638/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 2 mart 2020-ci il tarixli 7 saylı əmr ilə Cavabdeh supervayzeri (qərb bölgəsi üzrə) vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

2. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmr ilə verilmiş tapşırıqları tam şəkildə yerinə yetirmədiyindən və yerinə yetirilməməsinin səbəblərini aydınlaşdırmaq üçün yazılı izahat verməkdən imtina etdiyindən İddiaçı Azərbaycan Respulikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.

3. Cavabdeh MMC-nin 11 aprel 2022-ci il tarixli 012K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi i lə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya "xxxx") xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının MMC-də supervayzer vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 mart 2022-ci il tarixli əmrlə MMC-nin supervayzeri (qərb bölgəsi üzrə) vəzifəsində işləyən iddiaçıya töhmət elan edilmiş, lakin həmin əmrdə hansı tapşırığın nəzərdə tutulduğu aydın deyil, həmçinin əsas olaraq məsul şəxsin təqdimatı və məktub göstərilmişdir. Əmrdə əsas kimi göstərilmiş məktub, iddiaçının cavab məktubudur. Həmin məktubda iddiaçı ona verilmiş tapşırıqları yerinə yetirdiyini, hesabatları v axtında verdiyini göstərmişdir.

6. Bundan 28 gün sonra, 11 aprel 2022-ci il tarixdə iddiaçı işdən azad edilmişdir. Əmrdə qeyd olunur ki, MMC-nin qərb bölgəsi üzrə supervayzeri İddiaçı xx.xx.2022-ci il tarixdən ona satış üzrə direktor müavini Seleznev Valeriy tərəfindən verilən tapşırıqları yerinə yetirməmişdir. Əmrdə hansı tapşırıqların yerinə yetirilməməsi aydın deyil. Halbuki, əmrdə tapşırıq aydın və konkret qeyd edilməlidir. Belə ki, iddiaçıya iki tapşırıq verilib. 1-ci tapşırıq – 2021-ci ilin dekabr ayında “Bonde” uşaq peçenyasının hər satış təmsilçisi tərəfindən 600 ədəd satılması barədə olmuşdur. İddiaçı satışı yerinə yetirmişdir. 2-ci tapşırıq ərazinin və marşrutların optimallaşdırılması, yəni 6 satış təmsilçisinin 110-120 satış nöqtələrinin böyük dövriyyəli satış agentlərindən kiçi k dövriyyəli satış agentlərinə keçid edilməsi olmuşdur. Tapşırıqların tam yerinə yetirilməsi elektron poçt vasitəsi ilə yazışmalarla sübut ediləcəkdir. Yazışmalardan işçiyə işdən özü çıxması üçün təzyiq göstərildiyi görünür.

7. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə işəgötürən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi tapşırıqların yerinə yetirilməməsinə görə iddiaçıya xx.xx.2022-ci il tarixli töhmət verilməsi və töhmətdən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını qeyd etməklə kifayətlənmişdir. Əmrdə işçinin hansı tapşırıqları yerinə yetirməməsi göstərilməmişdir. Halbuki, iddiaçı tapşırıqları vaxtında yerinə yetirmişdir.

8. Əmrdən g örünür ki, iddiaçının işdən azad etdilməsi əvvəlcədən planlaşdırılmışdır. Belə ki, iddiaçıya 14 mart 2022-ci il tarixdə töhmət verilmiş, həmin gün direktor müavini tərəfindən iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı direktora təqdimat verilmişdir. 28 gün sonra isə iddiaçı işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixdə 001NİT nömrəli əmr, direktor müavininin təqdimatı, xx.xx.2022-ci il tarixli məktub göstərilmişdir. 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmrdə və ona əsas olan sənədlərdə işçinin müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüq uqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması haqqında heç bir məlumat yoxdur, çünki, belə bir hal olmayıb.

9. İddiaçı 12 aprel 2022-ci il tarixdə əmək mübahisəsinin mediasiya vasitəsi ilə həlli məqsədi ilə cavabdehə təklif göndərmiş, 13 aprel 2022-ci il tarixdə təklif qəbul edilmişdir. Təklifə cavab verilmədiyindən mediatorun təyin edilməsi haqqında Bakı 2 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin mediasiya prosesində razılıq əldə etmək mümkün olmamışdır.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70, 71, 72, 84, 186 və 300-cü maddələrinə istinad etmişdir.

11. Cavabdehin nümayəndəsi iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - 28 fevral 2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məktub göndərilərək ərazinin və marşrutlatın opt imallaşdırılmasına dair MMC-nin direktor müavini Valeriy Seleznyov tərəfindən ona verilmiş tapşırıqların icra edilməməsi ilə bağlı yazılı izahatın verilməsi xahiş edilib. Lakin iddiaçı bu məktubu qəbul etməkdən və yazılı cavab verməkdən imtina edib. Bununla əlaqədar cavabdeh 04 mart 2022-ci ildə yenidən iddiaçıya məktub göndərərək ona verilmiş tapşırıqların yerinə yetirilməməsi ilə bağlı izahatın verilməsi, əks təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Yenə də iddiaçı müraciətə cavab verməmişdir. Nəticədə iddiaçıya 14 mart 2022-ci il tarxili, 011NİT nömrəli əmrlə töhmət verilmişdir. Töhmət verilməsinə əsas MMC-nin satış üzrə direktor müavini V.Seleznyovun təqdimatı və MMCnin iddiaçıya göndərdiyi 28 fevral və 04 mart 2023-cü il tarixli məktublar olmuşdur; - iddiaçı ərizəsində sözügedən töhmətin əsası kimim özünün cavab məktubunu göstərmişdir. Halbuki iddiaçı ona ünvanlanmış məktublara yazılı şəkildə cavab verməyib; - 14 mart 2022-ci ildə MMC-nin satış üzrə direktor müavini V.Seleznyovun yeni təqdimatı daxil olmuş, həmin təqdimatda iddiaçının əmək funksiyalarını təkrar icra etməməsi göstərilmişdir. Cavabdeh tərəfindən 17 mart 2022-ci ildə iddiaçıya izahatın verilməsi ilə bağlı müraciət olunmuş, iddiaçı 17 mart 2022-ci il tarixli cavab məktubunda ona verilmiş bütün tapşırıqları yerinə yetirdiyini göstərsə də, faktiki olaraq tapşırıqlar yerinə yetirilməmişdir. Beləliklə, iddiaçı 14 mart 2022-ci ildə ona verilən töhmətdən nəticə çıxarmayaraq, əmək funksiyalarını pozmuşdur. Nəticədə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləs inin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün (ƏM, maddə 72, “ə” bəndi) 11 aprel 2022-ci il tarixli əmrlə xitam verilmişdir; - iddiaçı onun işdən azad edilməsinin guya əvvəlcədən planlaşdırılmış olmasını desə də, yuxaırda göstərilənlər təsdiq edir ki, bu, belə deyil; - iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir.

12. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bəhrəm oğlunun işdən azad olunmağı barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrin ləğv edilməsi, İddiaçı Bəhrəm oğl unun Cavabdeh MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Əminə Abbasova)

13. Birinci instansiya məhkəməsi qeyd edib ki, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasıdır. MMC iddiaçı ilə əmək müqaviləsinə xitam verdikdə bu halı əsas göstərsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təkrarən əmək funksiyasının pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrlə ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə görə töhmət verildikdən əvvəl iddiaçının əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. Digər tərəfdən işçinin intizam tənbehi tətbiq edilməsi ilə əlaqədar izahatının alınması işçinin əmək funksiyası deyil, işçiyə intizam tənbehin verilməsi qaydasıdır. Odur ki, iddiaçı tərəfindən yazılı izahatın verilməsindən imtina əmək funksiyasının pozuntusu kimi qiymətləndirilmir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci maddəsinin “ə” bəndi, 186-cı maddəsi, 187-ci maddəsinin 1-ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri: - işə baxmış məhkəməsi sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə iddiaçı ilə MMC-nin satış üzrə direktor müavini Valeriy Seleznev arasında aparılmış elektron məktub yazışmalarından görünür ki, Valeriy Seleznev iddiaçı tərəfindən ərazinin optimallaşdırılması üzrə hesabatların düzgün aparılmadığını bildirmiş, sonuncu, hesabatın tamamlandığını, sadəcə bəzi a ddımları – TT-ni düzgün bölmək və hüquqi şəxsləri iki sətrə bölmək, yekunlaşdırmaq gərəkdiyini bildirmiş, izahat verməkdən imtina etdiyinə görə xx.xx.2022-ci il tarixdə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi barədə 001NİT №-li əmr verilmişdir. Bu əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir; - bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 11:33-da Valeriy Seleznev tərəfindən iddiaçıya yeni tapşırıqlar verilmişdir ki, iddiaçı gün ərzində, saat 18:00-dək 2022-ci ilin mart ayınadək iş qrafiki və xx.xx.2022-ci il saat 09:00- dək 2022-ci il ərzində (aylar üzrə) görülən işlərin hesabatını təqdim etsin. İddiaçı cavab məktubunda Valeriy Selezneva müraciət edərək göstərmişdir: “Valeriy, mənim harada, kimlə və nə iş gördüyümü sən bilmə yəcəksən. Əlbəttə ki, sahələrdəyəm. Məndən heç nə gözləmə. Mən sənə heç bir hesabat verməyəcəm”. Göründüyü kimi, iddiaçı, ona verilmiş tapşırıqları yerinə yetirməkdən imtina etmişdir. Lakin Rayon Məhkəməsi bu hala obyektiv yanaşmamış və hesab etmişdir ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilməzdən əvvəl iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz; - iddiaçıya xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqların yerinə yetirməməsinə görə xx.xx.2022-ci il tarixdə töhmət verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqlar həm təkrar, həm də yeni tapşırıqla rdır. Verilmiş tapşırıqlar öz icrasını tapmadığından eyni tapşırıq işçiyə iddiaçıya təkrar verilə bilər. Tapşırıqlar fərqli tarixlərlə verildiyinə görə həmin tapşırıqlar təkrar, yəni yenidən verilmiş tapşırıqlar hesab edilir. Lakin birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixdə iddiaçıya verilən tapşırıqları töhmət verilməzdən əvvəl verilən tapşırıqlar kimi qiymətləndirmişdir. xx.xx.2022-ci il tarixdə verilən töhmətdən sonra iddiaçı əmək funksiyasını dayandırmamışdır və iş vaxtı daxilində ona yeni, təkrar tapşırıqların verilməsi normal haldır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-638/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbu l edilmiş 04 avqust 2022-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair tələbləri” barədə iddiası təmin edilməmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Rəşad Həsənov)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, iş materiallarına əsasən MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilmişdir. İddiaçı ilə Valeriy Seleznyev arasında aparılmış elektron məktub yazışmalarından müəyyən olunur ki, töhmət verildikdən sonra da iddiaçının əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilmişdir.

19. Apellyasiya instansiyası məhkə məsi vurğulayıb ki, işçiyə töhmət verilməsi onun töhmət verilməsinə səbəb olmuş görülməyən tapşırıqlarının icrasından azad etmir. Əmək vəzifələrini tam yerinə yetirmək iddiaçının vəzifəsi olmasına baxmayaraq, o, verilmiş töhmətdən nəticə çıxarmayaq əmək funksiyalarını pozmaqda davam etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, göstərilən əmrin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsaslar, habelə cavabdeh MMC-nin rəhbərliyinin iddiaçıya qarşı qərəzli mövqeyi apellyasiya baxışı ilə müəyyən edilməmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli əmri qəbul etməkdə haqlı olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə tələb əsassız olduğundan təmin oluna bilməz. Bu tələb əsassız olduğundan onda n irəli gələn tələblər də, əsassız hesab edilməli və bu tələblərin əsaslılığı ayrıca müzakirə edilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2 və 3-cü hissələri, 72-ci maddəsinin “ə” bəndi, 76-cı maddəsinin 2-ci hissəsi, 186-cı maddəsi, 187ci maddəsinin 1-ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılıb: - satış üzrə direktor müavininin təqdimatı Bakı şəhər Xətai Rayon Məhkəməsinə təqdim edilməmişdir. Təqdimat təqdim ed ilmədiyinə görə iddiaçının cavabdehin hansı tapşırıqları yerinə yetirmədiyi aydın deyil. Apellyasiya şikayətində isə e-mail yazışmalarına sübut kimi istinad etməklə sanki həmin yazışmaları əmrin verilməsi üçün əsas kimi göstərmişdir. Apellyasiya şikayəti əmrin verilməsinə əsas olan sənədlərə əsaslanmalıdır; - apellyasiya instansiyası məhkəməsi qətnaməsində işçi ilə direktor müavini arasında elektron yazışmalara istinad edərək 14 mart 2022-ci il tarixdə saat 11:33-də elektron poçt vasitəsi ilə yeni iki tapşırıq verdiyini qeyd etmişdir. Lakin iddiaçının işdən azad olunması barədə direktor müavini tərəfindən verilmiş təqdimat məhkəməyə təqdim edilmədiyindən əmək funksiyasının hansı tapşırıqlarının yerinə yetirilmədiyi müəyyən deyil; - həmçinin direktror müavini Xətai Rayon Məhkəməsində məhkəm ə iclasında təqdimatda ərazinin və marşrutların optimallaşdırılması ilə bağlı hesabatların verilməsi tələbi ilə bağlı olduğunu bildirmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi sübut olmadan apellyasiya şikayətində, Bakı şəhər Xətai Rayon Məhkəməsində müzakirə edilməyən elektron yazışmalarını əsas götürmüşdür; - iddiaçının işdən azad olunması barədə əmrin verilməsinə əsas olan təqdimat məhkəməyə verilməmişdir. Buna görə də, işəgötürənin işçinin konkret hansı əsasa görə işdən çıxarması aydın deyildir. Buna baxmayaraq direktor müavini Xətai Rayon Məhkəməsində iştirak etmiş və təqdimatı ərazinin və marşrutların optimallaşdırılması ilə bağlı verdiyini bildirmişdir. Lakin apellyasiya şikayətində (təqdimatın olmamasından istifadə edərək) tapşırığın başqa olduğu bildirilmiş və yeni tələblər müəyyənləşdirilmişdir. Halbuki MPM-nin 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Apellyasiya instansiyası Məhkəməsi prosessual qanunvericiliyi pozmaqla işə baxılmanın predmeti olmayan məsələni qəbul etmiş, cavabdehin sübuta yetirə bilmədiyi fikirləri əsasında əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslar ilə ləğv edilə bilər: “a” müəssisə ləğv edildikdə; “b” işçilərin sayı və ya ştatları ixtisar edildikdə; “c” peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; “d” sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; “e” dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” hissəsində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və y a səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (ə bəndi). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır. Maddə 76 2-ci hissə) İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər (mad də 76; hissə 1.). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə

186. Əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqa viləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxar kən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

28. Məhkəmə kol legiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

30. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilməsinə, iddiaçı ilə Valeriy Seleznyev arasında aparılmış elektron məktub yazışmalarından töhmət verildikdən sonra da iddiaçının əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilməsinin müəyyən olunmasına istinad etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, ape llyasiya instansiyası məhkəməsi iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə, eləcə də əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilməsinin müəyyən olunmasına istinad etsə də, iddiaçıya verilən tapşırıqların onun əmək müqaviləsi üzrə əmək funksiyasına adi olub-olmamasına aydınlıq gətirməmiş, gəldiyi nəticəni də qətnamədə əsaslandırmamışdır.

32. Əmək Məcəlləsinin 3-cü maddsənin 9-cu hissəsinə görə əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.

33. Əmək Məcəlləsinin 9-cu maddsəinin “ə” bəndinə görə əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən im tina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları vardır.

34. Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

35. Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-3-cü hissələrinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edi lmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.

36. Göründüyü kimi, Əmək Məcəlləsi əmək funksiyası ilə bağlı qaydaları dəqiq müəyyən edir və həmin normalardan çıxan ümumi nəticə ondan ibarətdir ki, əmək funksiyası qabaqcadan bəlli olur, onun birtərəfli dəyişdirilməsi (dairəsinin azaldılması və ya artırılması) qadağandır, işçiyə onun əmək funksiyasına aid edilməyən hər hansı tapşırıq verilə bilməz, verildiyi halda işçinin həmin tapşırığı yerinə yetirməmək hüququ vardır.

37. İşdə olan əmək müqaviləsinin 3.1-ci bəndində ( i.v.35, 40) iddiaçının 21 bənddən ibarət əmək funksiyaları tam sadalanıb.

38. Cavabdeh əmrin verilməsinə əsas kimi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair MMC-nin direktor müavini Valeriy Seleznyov tərəfindən iddiaçıya verilmiş tapşırıqların icra edilməməsini göstərmişdir.

39. Buna görə hazırki işin halları baxımından cavabdehin iddiaçıya verdiyi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair tapşırıqların nə demək olması, mahiyyəti, həmin tapşırıqların əmək müqaviləsində sadalanan 21 bənddən ibarət əmək funksiyasına aid olub-olmaması müəyyən edilməli, məhz bundan sonra iddia tələbinə qiymət verilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi isə qətnamənin əsaslandırıcı bölməsinin böyük bir hissəsini Əmək Məcəlləsinin normalarını yazmağa həsr etmiş, həmin normaları işin halları baxımından təfsir etməmiş, sonda da yuxarıda qeyd edildiyi kimi iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə istinad etməklə, iddianı rədd etmiş, iddiaçıya verilən tapşırıqların onun əmək funksiyası ilə nə kimi əlaqəli olması yönündə heç bir qiymətləndirmə aparmamışdır.

41. Ümumiyyətlə, iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinin nədə ifadə olunması apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünmür.

42. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunu n tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

45. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı o lması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lib-edilmədiyini müəyyənləşdirə bilsin.

46. Barəsində kassasiya şikayəti verilən qətnamə isə yuxarıda qeyd edilənlər baxımından əsaslılıq və qanunilik barədə prosessual qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab vermir.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qəra r qəbul etməlidir.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-638/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar