Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2564/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, fərdi yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılma” tələblərinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-591/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tər əfindən verilmiş kassasiya şikayətinə 01 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnaməyə əsasən, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı, X7, X1, X2 və X3 mülkiyyətinə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı 0,28 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamənin “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” ad lı sxemində torpaq sahəsinin planı 1:1000 miqyas ölçüsündə göstərilmiş və torpaq sahəsində inşa edilmiş evlər 787AJ və 787AK inventar nömrəsi ilə göstərilmişdir.
2. İddiaçı qardaşı X4 ilə Cavabdeh 19 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahdan uşaqları olmamışdır.
3. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, X12 Qasımovanın arasında olmuş nikah ləğv edilmiş, Cavabdeh və Bəxtiyar Qasımovun birgə nikahı dövründə əldə etdikləri əmlakları - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 837a nömrəli bağ sahəsinə və “Lexus LX 470” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh 1/2 hissədə payı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsin də icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0,28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılması barədə qətnamə qəbil olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırda sözügedən ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Onun hazırda yaşadığı mübahisə predmeti olan və cavabdeh tərəfindən zəbt edilmiş ev Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 6 saylı qərarı ilə onun və digər ailə üzvlərinin – arvadı Təranə Bağırovanın, uşaqları – Pərvanə Qasımovanın, Əfsanə Qasımovanın və İsrafil Qasımov un mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0,28 hektar torpaq sahəsində tikilmişdir. Belə ki, mübahisəli torpaq sahəsində iki ev yerləşir. Onun hazırda yaşadığı ev onun mərhum atası tərəfindən kərpicdən tikilmiş, digər ev isə onun özü tərəfindən daşdan tikilmişdir. O, həmin evi 1990-cı illərin sonlarında, Sovet hakimiyyəti dövründə tikməyə başlamış və evin tikintisi 2000-ci illərin əvvəllərində bitmiş və o, ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Həmin evlər torpağın mülkiyyətə verilməsinə dair JN-787A seriyalı şəhadətnamədə 787AJ və 787AK inventar nömrələri ilə göstərilmişdir. 1994-cü ildə mərhum anasının yas mərasimi də həmin evdə keçirilmişdir. Həmin vaxt evin qapısı və pəncərələri olmasa da, evin üstü bağlanmışdır. Təxminən 2000-ci ildə o, evin tik intisini tam başa çatdırmış və yaşayış üçün tam hazır vəziyyətə gətirdikdən sonra evə öz vəsaiti hesabına əldə etdiyi mebellərini də yerləşdirmişdir. Həmin vaxt o, həmin evə qaz xətti çəkdirməsə də, elektrik enerjisi çəkdirmiş, o cümlədən evdə isitmə sistemi qurmuşdur. Mübahisəli evi tikdiyi dövrdə qardaşı X13 Respublikasında yaşamış və ildə bir neçə dəfə Azərbaycana gəlmişdir. Bəxtiyar Qasımov hətta ölkəyə səfərlərinin birində Ukrayna Respublikasında yaşayan ailəsini də özü ilə gətirmişdir. Həmin vaxt X6 ailə üzvləri onun ailə üzvləri ilə birlikdə mübahisəli evdə qalmış, hətta orada fotoşəkillər də çəkmişlər. Fotoşəkillərdən də görünür ki, həmin evdə yaşayış üçün hər cür şərait olmuşdur. Əks halda, o və qardaşı Bəxtiyar Qasımov ailə üzvlərinin həmin evdə qalmaqlarına icazə verməzdilər. 20 08-ci ildə, təxminən 60 yaşı olan qardaşı Bəxtiyar Qasımov Azərbaycan Respublikasına gəldiyi zaman qonşusu cavabdeh ilə həmin vaxt nikaha daxil olsa da, cavabdeh bir neçə il öz valideynlərinin evində yaşamağa davam etmişdir. Bundan bir neçə il sonra Bəxtiyar Qasımov cavabdehin onun rəsmi nikahda olduğu arvadı olduğunu, lakin özünün Azərbaycan Respublikasında evi olmadığını bildirərək, Cavabdeh müvəqqəti olaraq ona məxsus olan hazırkı mübahisəli evə köçüb yaşamasını xahiş etmişdir. O, qardaşı Bəxtiyar Qasımovun xətrini əziz tutduğuna və bacıları da ondan eyni xahişi etdiklərinə, habelə oğlu hələ yetkinlik yaşına çatmadığına görə o, cavabdehin, evin kommunal xərclərini ödəməsi şərtilə, müvəqqəti olaraq həmin evdə yaşamağa icazə vermişdir. Cavabdeh evə köçdüyü zaman özü ilə cehiz gətirməmiş və buna görə də Bəxtiyar Qasımov və Cavabdeh həmin evə köçdükdən sonra onun əşyalarından istifadə etmişlər. O, Bəxtiyar Qasımov ilə etdiyi söhbətlər zamanı həmin şəxsə hər dəfə evi müvəqqəti şəkildə onlara verdiyini bildirmiş və Bəxtiyar Qasımov da ona Bakı şəhəri, Novxanı kəndində ev tikdirdiyini və evin tikintisi başa çatdıqdan sonra arvadını da götürüb ora gedəcəyini bildirmişdir. O, Cavabdeh bir gəlin kimi hörmətlə yanaşmış və ona əlindən gələn köməyi etmişdir. Tərəflər həmin evə köçdükdən təxminən 1-2 ay sonra Ukrayna Respublikasına getmişlər və orada Çerkas vilayətində 4-5 il yaşamışlar. O, özü də Ukrayna Respublikası vətəndaşı ilə evli olduğuna görə sonradan həmin ölkəyə ailəsi ilə birlikdə getmişdir. Həmin müddətdə isə onun qardaşı Bəxtiyar Qasımov da işləmək üçün Ukrayna Respubli kasına getdiyinə görə Cavabdeh onun evində yaşamağa davam etmiş və həmin evin təsərrüfat işlərini həyata keçirmişdir. Cavabdeh mübahisəli evdə yaşadığı dövrdə öz kommunal xərclərini ödəmək məqsədi ilə müvafiq enerji təminatçısı olan müəssisələrə müraciət edərək qaz xətti çəkdirmiş, habelə öz adına müvafiq hesablar açmaqla və sayğaclar quraşdırmaqla, evin kommunal haqlarını özü ödəmişdir. O, güman etmişdir ki, qardaşı Bəxtiyar Qasımov tezliklə arvadı Cavabdeh da öz yanına, Ukrayna Respublikasına aparacaq və həmin şəxslər ona məxsus evi tərk edəcəklər. Lakin zaman keçdikcə qardaşı Bəxtiyar Qasımov nadir hallarda Azərbaycan Respublikasına gəlmiş və Cavabdeh da onun evində köklü şəkildə məskunlaşmağa başlamışdır. X17 və Cavabdeh birgə nikahları dövründə Bakı şəhərində bağ sahəsi alaraq, orada bağ evi də saldırsalar da, həmin şəxslər onun evini tərk etməmişlər. O isə qardaşı ilə münasibətlərinin pisləşməməsi üçün cavabdehə evdən çıxması barədə heç bir rəsmi tələb irəli sürməmişdir. Cavabdeh və X8 Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə rəsmi şəkildə ayrılmışlar. Həmin qətnamə ilə eyni zamanda tərəflərin birgə nikah dövründə aldıqları əmlakları hər iki tərəf arasında bölünmüş və həmin əmlakların hər birinin 1/2 hissəsində cavabdehin payı müəyyən edilmişdir. Lakin tərəflər arasında nikah pozulduqdan sonra da cavabdeh onun evində yaşamağa davam etmişdir. O, həmin şəxsdən evini tərk etməsini xahiş etdiyi zaman sonuncu onunla razı olmamış və evin əslində özünün olduğunu bildirmişdir. O, hazırda mərhum atasının inşa etdiyi köhnə evdə yaşayır və özünün maddi vəsaiti hesabına inşa etdiyi evində cavabdeh həmin evi tərk etmədiyinə görə yaşaya bilmir. O, cavabdehdən dəfələrlə ona məxsus evdən çıxmasını tələb etsə də, həmin şəxs onun xəbərdarlıqlarına heç bir əhəmiyyət verməmişdir. Cavabdeh həmin evi özünün tikdiyini və təmir etdiyini iddia etsə də, həmin şəxs yalnız evin dam hissəsində cüzi təmir işləri və evin həyətində bir neçə tikinti işləri aparmışdır. Belə ki, onun məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həmin ev çoxdan tikilmiş və təmir edilmişdir. Həmçinin o, cavabdehin mane olması səbəbindən həmin evə dair heç bir rəsmi sənəd ala bilməmişdir. Belə ki, o, dəfələrlə, təxminən 5 dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını torpaq sahəsində yerləşən evlərin sərhədlərinin müəyyən edilməsi, planın çəkilməsi məqsədi ilə dəvət etsə də, cavabdeh hər dəfə həmin əməkdaşlara mane olmuş və buna görə də o, mübahisəli evdə öz mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə edə bilməmişdir. Hazırda onun oğlu evlənmiş və buna görə də ailəsi genişləmişdir və yaşadığı ev kiçik olduğuna görə həmin evə ailəsi ilə birlikdə yerləşə bilmirlər. Cavabdehin zəbt etdiyi ona məxsus ev isə kifayət qədər böyükdür və onun ailəsinin ehtiyaclarını qarşılamağa imkan verir. O, hazırda öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir və cavabdehin təqsirli hərəkətləri nəticəsində o, öz əmlakından məhrum olmuşdur. O, dəfələrlə cavabdehlə razılaşmağa cəhd göstərib, həmin şəxsə Bakı şəhərindəki bağ evinə köçməsini təklif etsə də, cavabdeh onunla razılaşmayaraq, onun öz evindən də ona pay ayrılmasını istəmişdir. Buna görə də o, mülki yyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmişdir.
6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, Bəxtiyar Qasımov ilə 29 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Evləndikləri zaman yaşları çox olduğuna görə toy mərasimi həyata keçirməmiş, yalnızca kiçik yığıncaqla kifayətlənmişlər. Həmin yığıncaq isə hazırda yaşadığı, yəni Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0,28 hektar ölçüdə torpaq sahəsində tikilmiş evdə həyata keçirilmişdir. Bəxtiyar Qasımov onu bir gəlin kimi hazırda yaşadığı evə gətirmiş, lakin həmin ev yarım tikili vəziyyətdə olmaqla, yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Onun ailəsinin maddi vəziyyəti yaxşı olduğuna görə, o, evə köçdüyü zaman gətirdiyi cehizində hər növ mebel və avadan lıq olmuşdur. Həmin ev onun əri Bəxtiyar Qasımovun vəsaiti hesabına tikilmiş və o, həmin gündən hazırkı tarixədək həmin evdə yaşamışdır. Həmçinin həmin torpaq sahəsində onun yaşadığı evlə yanaşı qaynının da evi olmuşdur. O, və qaynı mehriban şəkildə yola getmişlər və həmin şəxs ona və ya onun əri Bəxtiyar Qasımova heç vaxt onların evdən çıxmalı olmaları ilə bağlı hər hansı irad bildirməmişdir. O, Bəxtiyar Qasımov ilə evli olduğu müddətdə yalnız iki dəfə Ukrayna Respublikasına getmiş və orada 2-3 ay qaldıqdan sonra geri qayıtmışdır. Lakin iddiaçı o, mübahisəli evdə yaşadığı müddətdə Ukrayna Respublikasında olmuş və 2016-cı ildə geri qayıtmışdır. Onun əri Bəxtiyar Qasımovun yaxşı imkanı olduğuna görə iddiaçıya və onun ailəsinə maddi yardımlar göstərmiş, o cümlədən mübahisə predmeti olan evin tikintisi üçün pul vəsaiti də vermişdir. O, həmin evdə yaşadığı vaxt evi yenidən təmir etdirmiş, evin üstünü dəyişmiş, həyətdə bağ salmış, digər yardımçı tikililər – “besedka”, qaraj, hasar, hovuz və bir neçə dam inşa etmişdir. O, həmin evə köçdüyü vaxt evdə qaz və ya su olmamış, o, özü evinə ayrıca elektrik, qaz, su xətləri çəkdirmiş və evində quraşdırılmış sayğaclar vasitəsi ilə öz xərclərini özü ödəmişdir. Bir sözlə, həmin evdə yaşadığı müddətdə o və əri Bəxtiyar Qasımov evdə zəruri təmir işləri aparaq, onu yaşayış üçün yararlı hala salmışlar. İddiaçı isə onun və ərinin həmin evdə etdiyi işləri Ukrayna Respublikasından Azərbaycana gəldiyi vaxtlar görmüş və heç bir söz deməmişdir. Əgər həmin şəxsin evə dair iddiası var idisə, elə həmin vaxt ona və ərinə evdə təmir və tikinti işləri görd ükləri, habelə iddiaçı ilə yaşadığı ev arasında hasarın çəkildiyi vaxt irad bildirərdi. O və Bəxtiyar Qasımov rəsmi olaraq 14 iyul 2023-cü il tarixdə boşanmışlar və Biləsuvar Rayon Məhkəməsinin həmin tarixli qətnaməsi ilə onların birgə nikahları dövründə aldıqları əmlaklar üzərində hər ikisinin bərabər həcmdə payı müəyyənləşdirilmişdir. O, məhkəmədə əmlaklara onun da payının müəyyən edilməsi məqsədi ilə müraciət etdiyi zaman mübahisəli evə dair iddia tələbi irəli sürməmişdir. Buna səbəb isə həmin evə mülkiyyət hüququna dair onun rəsmi sənədinin olmaması olmuşdur, çünki iddiaçı 10 il müddətində onu və keçmiş ərini aldadaraq, torpağı Bəxtiyar Qasımovun adına qeydiyyata aldırdığını bildirmişdir. Onunla və Bəxtiyar Qasımov arasında nikah pozulduqdan sonra iddiaçının ona olan rəftarı dəyişmiş v ə ondan evdən çıxmasını tələb etmişdir. Belə ki, iddiaçı həmin evin özünə məxsus olduğunu bildirərək, ondan evi tərk edib, Bakı şəhərində yerləşən bağ evinə köçməsini tələb etmişdir. Lakin o, Biləsuvar rayonunda böyüyüb, boya-başa çatdığına və artıq 17 ilə yaxındır ki, həmin evdə yaşadığına görə başqa şəhərdə yaşamaq istəməmişdir. İddiaçı onun yaşadığı evin üzərində tikildiyi torpağın ona məxsus olduğunu təsdiq edən dövlət sənədini məhkəməyə təqdim etsə də, mübahisə predmeti olan evin həqiqətən də özünə məxsus olmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmədə həmin evin plan çertyojunun çəkilməsi məqsədi ilə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını dəvət etdiyini və onun həmin şəxslərə mane olduğunu bildirsə də, belə bir hal baş v erməmişdir. Həmin evin tikildiyi torpaq sahəsi onun keçmiş əri Bəxtiyar Qasımovun valideynlərinə məxsus olduğuna görə Bəxtiyar Qasımovun da həmin torpaq sahəsində payı vardır. O, yaşlı qadındır və hazırda gedə biləcəyi yer yoxdur.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və daş ustası kimi fəaliyyət göstərir. O, kənd sakinləri arasında “Əbil” deyə çağırılan şəxsi, yəni İddiaçı həmkəndlisi kimi tanımış və həmin şəxsin xahişi ilə mübahisəli evin tikilməsində iştirak etmişdir. Belə ki, həmin ev 1990-cı ilin yaz aylarında, daha dəqiqliklə isə “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilmişdir. O, mübahisəli ev tikildiyi zaman bütün daş dişlərini – divar hörülməsini icra etmişdir. O, əvv əlcə bir neçə saat evin çertyojunu (planını) çəkmiş, daha sonra isə evin inşasında 6-7 gün növbəli şəkildə, ümumilikdə isə 15 gün müddətində işləmişdir. O, gündə 1.000 ədəd daş hörmüşdür və həmin ev iki mərtəbəli olmuşdur. İşini yekunlaşdırdıqdan sonra onun zəhmət haqqını İddiaçı vermişdir. O, evi tikdiyi vaxt İddiaçı qardaşı Bəxtiyar Qasımovu görməmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və ağac ustası kimi fəaliyyət göstərir. O, Şahid1 həmin evin daşını hördükdən sonra mübahisəli evin damını qurmuşdur. Bundan bir neçə il sonra isə o, evin qapı və pəncərələrini hazırlamışdır. Onu usta kimi işləməyə İddiaçı dəvət etmiş və həmin şəxs də onun zəhmət haqqını ödəmişdir. O, evin sahibi kimi İddiaçı ta nımış və həmin şəxsin qardaşı Bəxtiyar Qasımovu tikinti zamanı görməmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, mübahisə predmeti olan ev 1990-cı illərdə, yəni “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilməyə başlamış və o, usta Şahid1 yanında fəhlə kimi çalışmışdır. Həmin evin tikintisi zamanı yeganə fəhlə o özü olmuşdur. O, evi tez tikib qurtarmaq üçün gecələr də işləmiş və 15 gün ərzində evin divarları hörülüb qurtarmışdır. O, işini yekunlaşdırdıqdan sonra onun zəhmət haqqını İddiaçı vermişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, İddiaçı qardaşıdır. Həmin ev iddiaçı tərəfindən “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilməyə başlanmışdır. İddiaçı mübahisə predmet i olan evi onun anası ilə birlikdə tikmişdir. Onun iki qardaşı, o cümlədən Bəxtiyar Qasımov həmin ev tikildiyi vaxt Ukrayna Respublikasında olmuş və Azərbaycan Respublikasına ildə təxminən bir-iki dəfə qonaq kimi gəlmişlər. Bəxtiyar Qasımovun evi isə Ukrayna Respublikasında, həmçinin Bakı şəhərində də olmuşdur. Mübahisəli ev tikildiyi vaxt İddiaçı kömək etmək məqsədi ilə o, evin betonunun tökülməsində iştirak etmişdir. O və digər bacı və qardaşları öz valideynlərinin torpağında paylarından imtina edərək, evi və torpağı İddiaçı vermişlər. 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və usta kimi fəaliyyət göstərir. O, mübahisə predmeti olan evdə təxminən 2008-2010-cu illərdə usta kimi işləmişdir. O, həmin evdə su hovuzunun, qarajın tikilməsində, hasarın hörülməsində, həmçinin darvazanın qurulmasında usta kimi çalışmışdır. Evdə işlədiyi vaxt onun yeməyini, çayını Cavabdeh, zəhmət haqqını isə cavabdehin əri Bəxtiyar Qasımov vermişdir. O, həmin evdə işlədiyi vaxt İddiaçı görməmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, mübahisə predmeti olan evdə “malyar” ustası kimi işləmişdir. Belə ki, o, mübahisəli evin yalnız birinci mərtəbəsində 2 otağı təmir etmişdir. Mübahisəli evdə işlədiyi vaxt onun zəhmət haqqını Cavabdeh vermiş və o, evdə işlədiyi vaxt İddiaçı görməmişdir.
13. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(022)-1241/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəfayil Əliyev), iddianın təmin edilməsi, cavabdehin Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-787A seriyalı şəhadətnamə əsasında iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində 0,28 hektar ölçüdə fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçının valideyni tərəfindən inşa olunmuş e vdən başqa 1990-ci ildən sonra tikilməyə başlanmış digər bir fərdi yaşayış evi də mövcuddur. Hazırkı mülki iş üzrə mübahisə predmeti olan, 1990-ci ildən sonra inşa edilməyə başlanmış fərdi yaşayış evi 2008-ci ildən əvvəl, Cavabdeh iddiaçının qardaşı Bəxtiyar Qasımovla nikaha daxil olmazdan öncə yaşayış üçün istifadəyə hazır olmuş və cavabdehin məhkəmədə verdiyi izahata görə hətta Cavabdeh ilə iddiaçının qardaşı Bəxtiyar Qasımovun nikahı münasibətilə təşkil edilmiş yığıncaq da həmin evdə baş tutmuş, nikahdan sonra Cavabdeh yaşamaq üçün həmin evə köçmüşdür. Belə ki, Cavabdeh 29 aprel 2008-ci il tarixdə iddiaçının qardaşı Bəxtiyar Qasımovla rəsmi nikaha girmişdir və həmin dövrdən hal-hazıradək mübahisəli evdə yaşamağa davam edir. Cavabdeh və Bəxtiyar Qasımov arasında nikah Bilsuvar Rayon Mə hkəməsinin 2(022)-157/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, eyni zamanda həmin qətnamə ilə Cavabdeh və Bəxtiyar Qasımovun birgə nikahı dövründə əldə etdikləri əmlakları - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 837a nömrəli bağ sahəsinə və “Lexus LX 470” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh 1/2 hissədə payı müəyyən edilmişdir.
15. Məhkəmənin mövqeyinin hüquqi əsasları ondan ibarət olmuşdur ki, Cavabdeh məhkəmə iclasında öz izahatında mübahisə predmeti olan evin onun Bəxtiyar Qasımovla nikaha daxil olmazdan əvvəl inşa edildiyini və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu mübahisələndirməsə də, qeyd edilən evin 2008-ci ilədək yaşayış üçün yararsız olduğunu, nikahdan sonra isə məhz cavabdehin özü tərəfindən həmin evdə təmir işləri aparıldıqdan və torpaq sahəsində əlavə tikililər inşa edildikdən sonra yaşayış üçün yararlı vəziyyətə gətirildiyini bildirməklə, habelə iddiaçının mübahisəli evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas tutaraq, mübahisəli evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxmaqdan imtina edir. Lakin işdə olan sübutlara müəyyən edilir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamədə “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” adlı sxemdə həmin torpaq sahəsində tikilmiş hər iki ev, o cümlədən mübahisə predmeti olan ev 787AJ və 787AK inventar nömrələri ilə göstərilmişdir. Habelə iddiaçı tərəfindən iş üzrə sübut qismində məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, 2007-ci ildə iddiaçının ailə üzvlərinin iştirakı ilə çəkilmiş həmin fotoşəkillərdə mübahisə predmeti olan evin yaşayış üçün əlverişli olmuşdur və evdə mebel avadanlıqları da yerləşdirilmişdir. Bu sübutlar isə mübahisə predmeti olan evin Cavabdeh iddiaçının qardaşı ilə 2008-ci ildə nikaha daxil olmazdan əvvəl inşa edildiyini və yaşayış üçün hazır olduğunu təsdiq edir. Belə olan halda, iddiaçının mübahisə predmeti olan və hazırda cavabdehin yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasa da, həmin şəxs torpağın mülkiyyətə verilmə sinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamə üzrə mübahisəli evin faktiki sahibi olduğuna görə qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malikdir. İşdə olan sübutlarla müəyyən edilir ki, cavabdeh iddiaçının qardaşının keçmiş arvadı olsa da, iddiaçının ailə üzvü hesab edilmir və həmin şəxsin mübahisə predmeti olan evdən istifadə hüququnu təsdiq edən mülkiyyətçi hüquqlarına malik şəxslə bağlanan yazılı razılaşması mövcud deyil. Cavabdehin uzun müddət mübahisəli evdə yaşaması, orada təsərrüfat aparması, habelə müvafiq enerji paylayıcısı olan müəssisələrlə abunə müqavilələri bağlaması həmin şəxsin mübahisə predmeti olan yaşayış evindən istifadə hüququnun yaranmasına səbəb olmur və buna görə də cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh Biləsuvar rayon Məhkəməsinə Bəxtiyar Qasımov ilə aralarında olan nikahın pozulması və tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklarında onun payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə müraciət etsə də həmin şəxs hazırkı iş üzrə mübahisə predmeti olan evdə özünün payının müəyyən edilməsi və ya mübahisəli evə istifadə hüquqlarının tanınması barədə məhkəmədə iddia qaldırmamışdır. Bundan başqa, iddiaçı mübahisə predmeti olan evi özünün inşa etdirdiyini onun vəsatəti ilə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə sübut etsə də, cavabdeh tərəfin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş şahidlər yalnız həmin evdə cavabdeh tər əfindən təmir işləri aparıldığını və evin ətrafında əlavə tikililər inşa olunduğunu göstərmiş, habelə cavabdeh tərəf mübahisəli evin 2008-ci ilədək yarımçıq tikili olduğunu, məhz cavabdehin iddiaçının qardaşı Bəxtiyar Qasımovla 2008-ci ildə nikaha daxil olduqdan sonra inşa edildiyini və ya istifadəyə hazır vəziyyətə gətirildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh mübahisəli evin keçmiş əri Bəxtiyar Qasımovun vəsaiti hesabına inşa edildiyini və həmin evin Bəxtiyar Qasımova məxsus olduğunu iddia etsə də, cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı, hazırkı mülki iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla İddiaçı doğma qardaşı olan Bəxtiyar Qasımovun mübahisəli evə hüquqlarının və ya hər hansı iddiasının olduğu müəyyən edilməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3, 157.1, 157.4, 164.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbil olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia tələbinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bütün hallar araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübu t olunmamışdır.
19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-591/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və nəticəsinin hüquqi əsaslandırması ilə razılaşan cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Belə ki, işdə olan sübutlara müəyyən edilir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüququ daşı nmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº787A saylı (kod ********) şəhadətnamədə “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” adlı sxemdə həmin torpaq sahəsində tikilmiş hər iki ev, o cümlədən mübahisə predmeti olan ev 787AJ və 787AK inventar nömrələri ilə göstərilmişdir. Habelə iddiaçı tərəfindən iş üzrə sübut qismində məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, 2007-ci ildə iddiaçının ailə üzvlərinin iştirakı ilə çəkilmiş həmin fotoşəkillərdə mübahisə predmeti olan evin yaşayış üçün əlverişli olmuşdur və evdə mebel avadanlıqları da yerləşdirilmişdir. Bu sübutlar isə mübahisə predmeti olan iki mərtəbəli m übahisəli evin Cavabdeh iddiaçının qardaşı ilə 2008-ci ildə nikaha daxil olmazdan əvvəl inşa edildiyini və yaşayış üçün hazır olduğunu təsdiq edir. Bu halı cavabdeh apellyasiya icaatı zamanı özünün verdiyi izahatı ilə də, təsdiq etmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, o, iki mərtəbəli mübahisəli evə gəlin köçmüş, gəlin köçərkən yalnız bir yaşayış otağı hazır olmuş, qalan təmir tikinti işlərini isə, əri Bəxtiyar Qasımov tərəfindən Rusiya Fedarasiyasından göndərdiyi pul vəsaiti hesabına aparılmışdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının qardaşının keçmiş arvadı olsa da, İddiaçı ailə üzvü hesab edilmir və həmin şəxsin mübahisə predmeti olan evdən istifadə hüququnu təsdiq edən mülkiyyətçi hüquqlarına malik şəxslə bağlanan yazılı razılaşması mövcud deyil. Həmçinin onun uzun müddət mübahisəli evdə yaşaması, orada təsərrüfat aparması, habelə müvafiq enerji paylayıcısı olan müəssisələrlə abunə müqavilələri bağlaması həmin şəxsin mübahisə predmeti olan yaşayış evindən istifadə hüququnun yaranmasına səbəb olmur və buna görə də cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ yoxdur. Cavabdeh mübahisə predmeti olan evdə özünün payının müəyyən edilməsi və ya istifadə hüquqlarının tanınması barədə məhkəmədə iddia qaldırmamışdır.
22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İddiaçı mübahisə predmeti olan evi özünün inşa etdirdiyini onun vəsatəti ilə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə sübut etsə də, cavabdeh tərəfin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş şahidlər yalnız həmin evdə cavabdeh tərəfindən təmir işlə ri aparıldığını və evin ətrafında əlavə tikililər inşa olunduğunu göstərmiş, habelə cavabdeh tərəf mübahisəli evin 2008-ci ilədək yarımçıq tikili olduğunu, məhz cavabdehin iddiaçının qardaşı ilə 2008-ci ildə nikaha daxil olduqdan sonra inşa edildiyini və ya istifadəyə hazır vəziyyətə gətirildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının doğma qardaşı olan Bəxtiyar Qasımovun mübahisəli evə hüquqlarının və ya hər hansı iddiasının olduğu müəyyən edilməmişdır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 135.4, 139.1, 139.3, 146.2, 152.1, 157.2, 157.4, 158, 178.1-ci, Torpaq Məcəlləsinin 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Torpaq Məcəlləsinin 111-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, o, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməmiş, təmiri bitməmiş evə gəlin köçmüşdür. Keçmiş əri ona bildirmişdir ki, həmin ev ona məxsusdur və onun vəsaiti hesabına tikilib. Cavabdeh 15 ildən çox həmin evdə heç bir etiraz olmad an yaşamış və torpaq sahəsindən istifadə etmişdir. Lakin əri ilə iddiaçı əlbir olaraq onu sözügedən evdən məhrum etmək istəyirlər.
26. Mübahisəli ev Bəxtiyar Qasımovla birgə nikahı müddətində ev halına salınmış, yarımçıq tikili yekunlaşdırılmış, abadlıq işləri görülmüş, həyətdə əlavə tikililər tikilmiş, eyni zamanda evin içi də təmir edilmişdir.
27. Mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli idi. Belə ki, cavabdeh mübahisəli evə keçmiş əri tərəfindən ailə üzvü kim köçürülmüş, ev ərinə məxsus olmuş, uzun illərdir orada yaşamaqla təsərrüfatı idarə etmişdir. Həmin normaya görə nikah xitam edildikdən sonrada istifadə hüququ saxlanır. O, evdən çıxarıla bilməz. İddiaçının təqdim etdiyi üç şahidin evin tikintisi zamanı pulu onun verməsini təsdiq etməsi, cavabdehin etirazları ilə z iddiyyət təşkil etmir və evin iddiaçıya məxsus olmasını şəksiz təsdiq etmir. Belə ki, iddiaçı məhkəməyə 2000-ci ildən 2008-ci ilə kimi həmin evdə yaşamasını təsdiq edən dəlillər (qonşuların ifadələri, ərazi icra və bələdiyyə orqanlarının təsdiqi və sairə) təqdim edə bilməmişdir (hər hansı tədbirdən çəkilmiş fotoşəkil bunu təsdiq edə bilməz). Belə ki, qeyd edilən müddətdə sözügedən tikilidə yaşamaq üçün şərait olmamışdır. İddiaçı evin ona mənsub olduğu halda kommunal xidmətlərlə bağlı müqavilələrin hansı səbəbdən dolayı onunla bağlanmamasının izahını verə bilməmişdir. İddiaçı ondan icazə alınmadan torpağının bölünməsi, evdə və həyətdə daimi məskunlaşmaya dəlalət edən işlərin aparılmasına etiraz etməməsinin səbəblərini də məhkəməyə izah etməmişdir. İddiaçı yalnız qardaşının nikahı ləğv etməs indən sonra iddia ərizəsi verməsinin obyektiv izahını verməmiş, əvvəllər tələb irəli sürdüyünü desə də, bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh evin keçmiş ərinə, iddiaçı isə ona məxsus olmasını iddia etməsinə baxmayaraq, iddiaçı qardaşının məhkəmədə şahid kimi dindirilməsini xahiş etməmişdir. Bəxtiyar Qasımovun ifadəsi olmadan mübahisənin həlli mümkün olmadığı halda, məhkəmə tərəfə bu sübutun təqdim edilməsini təklif etməmişdir. Nəzərə alınsa ki, evin Bəxtiyar Qasımova aid olması halında, məhkəmənin hazırkı qərarları onun hüquqlarına toxunur və gələcəkdə həmin əmlaka olan hüquqlarını tələb etməkdən məhrum edir, onun işdə üçüncü şəxs kimi cəlb olunması istisna edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
28. Maddə 13 (hissə İ). Azərbay can Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Maddə148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
33. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanın an və qorunan hüququdur.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə b ilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
38. Maddə 84, (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
39. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənil mədən aidiyyət üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfində n tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsasland ırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-591/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.