Məhkəmə qərarları › İş №2(102)-2566/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2566/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2566/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 qarşı və qarşılıqlı iddiaçılar Cavabdeh1 və İddiaçı2ovnanın cavabdehlər İddiaçı1 və "xxxx" MMC-nin direktoru X5 oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması, qanunsuz tikilmiş sanitar qovşağın sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, ilkin iddia ü zrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı1 vəkili Əhmədov Əjdər Sultan oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra- cavabdeh) "xxxx" MMC-nin vəkili X5 oğlunun, qarşılıqlı iddia üzrə İddiaçı2ovnanın vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3200/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə İddiaçı2ovna tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış 29.01.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişmə sində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsindən 4 nömrəli 144 kv.m. qeyri-yaşayış sahəsinin 400.000 manata və 21.07.2017-ci il tarixli müqaviləyə əsasən eyni ünvanda binanın birinci mərtəbəsində yerləşən 70 kv.m. qeyri-yaşayış sahəsinin 280.000 manata İddiaçı1 satılması razılaşdırılmış, İddiaçı1 tərəfindən hər iki müqavilə üzrə 4 və 5 nömrəli sahələr üzrə ümumilikdə 680.000 manat "xxxx" MMC-yə ödənilmişdir.

2. İddiaçı2ovna ilə "xxxx" MMC arasında bağlanmış 15.12.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində yerləşən 167 kv.m. qeyri-yaşayış sahəsinin 334.000 manata, 15.12.2016-cı il tarixdə bağlanmış 3 müqaviləyə əsasən eyni ünvanda binanın birinci m ərtəbəsində yerləşən 209,5 kv.m. qeyri-yaşayış sahəsinin 419.000 manata, digər 209,5 kv.m. qeyri-yaşayış sahəsnin 419.000 manata və 167 kv.m. qeyri-yaşayış sahəsninin 334.000 manata İddiaçı2ovnaya satılması razılaşdırılmış, alıcı tərəfindən bu müqavilələrdə nəzərdə tutulan məbləğlərin ödənildiyinə dair maliyyə arayışları verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində X3 məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 144 kv.metr sahəsi olan 04 saylı və 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi, 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, qeyri-yaşayış sahələrinin satış ofisi və sanitar qovşağı kimi istifadə edilməsinə görə vurulmuş maddi zərərin əvəzi kimi cavabdehlərdən 77.040 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə müqavilələr bağlanarkən inşa edilən binaya və almaq istədiyi yerlərə yerində baxılaraq müəyyənləşdirilmişdir. Bundan əlavə yaşayış binasının 1-ci mərtəbəsində olan 144 kv.metr qeyri-yaşayış sahəsinin plan ölçüsü təsdiq edilərək ona verilmişdir. Qeyri-yaşayış sahələrinin dəyəri tam ödənilmiş, buna dair 22.11.2016-cı il və 15.09.2018-cı il tarixli maliyyə ar ayışları verilmişdir. Cavabdeh MMC tərəfindən müqavilələrlə ona satılmış qeyri-yaşayış sahələri cavabdehin işçiləri tərəfindən zəbt edilərək, qanuna zidd istifadə edilir. Müqavilə ilə ona məxsus olan digər 70 kv.metr sahədə isə qanunsuz olaraq sanitar qovşağı inşa edilmişdir. MMC-nin direktoru V.Babayev bildirmişdir ki, MMC-nin həmtəsisçisi İsmayılova Xədicənin nümayəndəsi Cavabdeh1 heç bir əsas olmadan ona məxsus qeyri-yaşayış sahəsində məskunlaşmışdır və pozulmuş hüququnun bərpa edilməsi üçün tədbirlər görüləcəkdir. Cavabdeh "xxxx" MMC-nin və Cavabdeh1 hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Vurulmuş maddi zərər həmin ərazidə birinci mərtəbədə icarəyə verilmiş qeyriyaşayış sahələrinin icarə qiymətləri ilə hesablanmalıdır. 144 kv.metr qeyri-yaşayış sahəsinin hər kv.metri üçün a ylıq 15 manat qiymətində götürülərsə 144 kv.metr üçün aylıq 2160 manat pul tələb edilməlidir. 70 kv.metr üçün isə 1050 manat pul tələb edilməlidir. Ona məxsus 144 kv.metr sahədən iki ildən artıq müddətdir kı, satış ofısi kimi istifadə olunur. Ona məxsus qeyri-yaşayış sahələrindən qanunsuz istifadə etmələrinə görə vurulmuş maddi zərər 77040 manat məbləğindədir.

5. Cavabdeh1 və İddiaçı2ovna cavabdehlər İddiaçı1 və "xxxx" MMC-nin direktoru X5 oğluna qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru X5 oğlu ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əİiyev küçələrinin kəsişməsində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşə n 144 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə 29.01.2016-cı il tarixli və 70 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə 21.07.2017-ci il tarixli müqavilələrin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02.05.2014-cü il tarixdə Bakı şəhərində bağlanılmış “müəssisədəki payın alqı-satqısı müqaviləsi”nə əsasən İddiaçı2ovna ilə sözügedən iddia üzrə digər cavabdeh X5 oğlu “İnvest Proje" MMC tərəfındən Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əİiyev küçələrinin kəsişməsində inşa edilmiş 19 mərtəbəli yaşayış binasının tam ortaqları olmaqla hərəyə 50 faizinin sahibləridir. Eyni zamanda Cavabdeh1 İddiaçı2 notarial qaydada tərtib edilmiş etibarnamə əsasında təmsil edir. "xxxx" M MC-nin direktoru V.Babayev binada birinci mərtəbədə qeyri-yaşayış sahələrinin İddiaçı1 satılmasını, bu barədə müqavilə bağlamasını digər şəriki (tam ortağı) İddiaçı2 bildirməmiş, onun razılığını almamışdır. Başqa sözlə həmin qeyri-yaşayış sahələri qanunsuz və xəlvəti satılmışdılr. Bundan başqa, V.Babayevlə binada birinci mərtəbədə qeyri-yaşayış sahəsinin İddiaçı1 satılması barədə müqavilənin qanunsuzluğu iş üzrə başqa sübutlarla da təsdiqini tapır. Belə ki, iddiaçı göstərmişdir ki, guya onun əri Q.Məhərrəmovun mübahisəli binanın inşa edildiyi ünvanda mağazası olmuş, binanın inşa edilməsi üçün mağaza sökülməli imiş. Lakin qeyd olunan müqavilələrdə qeyri-yaşayış sahələrinin sökülmüş mağazanın əvəzinə iddiaçıya verilməsi faktı göstərilməyərək guya iddiaçıya 680.000 manata satılması rəsmiləşdi rilmiş, hətta guya 680.000 manatın iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənildiyi barədə saxta maliyyə arayışları da tərtib edilmişdir. Aydındır ki, əgər qeyri-yaşayış sahələri sökülən mağazanın əvəzinə iddiaçıya verilirdisə, müqavilə də bu barədə tərtib edilməli idi. Ona görə də hazırkı, saxta müqavilələrdən belə çıxır ki, iddiaçı həm mağazasının sökülməsinə və yerində çoxmərtəbəli bina inşa edilməsinə razılıq vermiş, həm də 680.000 manat ödəyərək həmin binadan qeyri-yaşayış sahələri almışdır ki, bu da reallıqla bir araya sığmır. Qeyd olunanlardan məlum olur ki, iddiaçı ilə digər cavabdeh "xxxx" MMC-nin direktoru V.Babayev arasında uydurma və yalan əqd bağlanılmışdır. Eyni zamanda iddiaçı tərəfindən guya ödənildiyi maliyyə arayışlarında qeyd edilmiş 680000 manat pul heç vaxt "xxxx" MMC-yə öd ənilməmişdir, çünki bu qədər pul mühasibata və xəzinəyə daxil olsaydı, tam ortaq olan şərik İddiaçı2 da bu barədə məlumatı olardı. Daha sonra, "xxxx" MMC-nin direktoru V.Babayevlə İddiaçı2 arasında tərtib edilmiş 25.11.2014-cü il tarixli qarşılıqlı razılaşma aktında tərəflər razılığa gəlmişlər ki, inşa ediləcək 19 mərtəbəli mansardlı binada tək rəqəmlərlə başlayan mərtəbələrin satış hüququ V.Babayevə, cüt rəqəmlərlə başlayan mərtəbələrin satış hüququ isə İddiaçı2 məxsusdur. Həmin müqavilədə tərəflər eləcə də razılaşmışlar ki, binanın qeyri-yaşayış sahəsi bir mərtəbədən ibarət avtodayanacaq və bir mərtəbədən ibarət mansard hissəsi sonradan püşk atma yolu ilə nizamlanacaqdır. Qeyd olunanlardan əlavə, V.Babayevlə İddiaçı2 arasında bağlanılmış 15.12.2014-cü il tarixli, yəni iddiaçı ilə müqavil ə bağlanılmasından hələ iki il əvvəl bağlanılmış müqavilədən görünür ki, binanın birinci mərtəbəsində 167 kv.m. qeyri-yaşayış sahəsi 334.000 manata sonucuya satılmış və dəyəri tam ödənilmişdir. İddiaçı2 həmin vaxt qeyri-yaşayış sahəsini öz hesabına təmir edərək orada ofis və sanitar qovşaq inşa etmişdir. Ofisin və sanitar qovşağın inşa edilməsi V.Babayevin məlumatı olmaqla və bilavasitə onun gözləri qarşısında aparılıb tamamlanmışdır və əgər o, həmin qeyri-yaşayış sahəsini onlara satmış olmasaydı, heç vaxt ofisin və sanitar qovşağın inşasına imkan verməzdi. Onunla bağlanmış 4 müqavilə əsasında binanın birinci mərtəbəsində olan bütün qeyri-yaşayış sahələrinin hamısı onlara satılmışdır və həmin sahələrdə təmir-tikinti işləri aparılaraq istifadələrindədir. "xxxx" MMC-nin direktoru V.Babayev e yni qeyri-yaşayış sahəsini həm ona, həm də iddiaçıya satmış, etibardan sui-istifadə edərək onları aldatmışdır.

7. Qarşılıqlı iddia üzrə cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək göstərmişdir ki, "xxxx" MMC onun tərəfındən təsis edilmiş və 16.07.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətın nizamnamə kapitalı 10 manat olmuşdur. 02.05.2014cü il tarixdə MMC-nin nizamnamə kapitalının 50 faizini, yəni 5 manatını İddiaçı2ovnaya satmışdır. 12.05.2014-cü il tarixdə cəmiyyətin nizamnaməsinə dəyişiklik edilmişdir. MMC təsis edildiyi vaxtdan cəmiyyətin direktorudur. "xxxx" MMC-nin nizamnaməsinin 5.1-ci bəndi ilə müəyyən edilmişdir ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi təkbaşına icra orqanı olan direktor həyata keçirir. İddiaçı1 iddia tələblərini qeyri-yaşayış sahələ rinin boşaldılaraq ona təhvil verilməsi, 05 saylı, 70 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsi hissələrində tam olaraq qəbul edir. İddia tələbinin vurulmuş maddi zərərə görə cavabdehlərdən 77040 manat məbləğində pulun alınıb ona ödənilməsi hissəsini cavabdeh "xxxx" MMC-yə münasibətdə qəbul etmir. İddiaçı ilə aralarında 29.01.2016-cı il tarixdə və 21.07.2017-ci il tarixdə MMC-nin Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasında qeyriyaşayış sahələrinin alğı-satqısına dair müqavilədə qeyri-yaşayış sahələrinin ölçüləri və qiyməti razılaşdırılmışdır. MMC-nin təsisçisı İddiaçı2 və onun həyat yoldaşı Cavabdeh1 ilə cəmiyyət arasında hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. İddiaçı2 tərəfindən Cava bdeh1 etibarnamə verilmişdir. İddiaçı1 29.01.2016-cı il tarixli müqavilə ilə satdığı 04 saylı, 144 kv. metr qeyri-yaşayış sahəsini Cavabdeh1 onun heç bir razılığı olmadan təmir etmiş, özü üçün ofis düzəltmiş, İddiaçı1 21.07.2017-ci il tarixli müqavilə ilə satdığı 05 saylı, 70 kv. metr qeyri-yaşayış sahəsində qanunsuz olaraq sanitar qovşağı inşa etmiş və tualet kimi istifadə edir. Ona qarşı verilmiş qarşılıqlı iddianı qəbul etmir. Qarşılıqlı iddiada onun inşa edilmiş yaşayış binasından qeyri-yaşayış sahəsini cəmiyyətin təsisçisi İddiaçı2ovnanın razılığı olmadan satmaq hüququnun olmadığına istinad edilmişdir. Təsisçinin hüquqları qanunla və Cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilmişdir. Qarşılıqlı iddia ərizəsində İddiaçı1 "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahələrinin həmin ərazidə olan mağazaların sökülməsinin əvəzində verilməsinə dair mülahizələri əsassız və qanunsuzdur. Qarşılıqlı iddia ərizəsində onunla İddiaçı2ovna arasında 25.11.2014-cü il tarixdə qarşılıqlı razılaşma aktının tərtib edilməsinə və onunla İddiaçı2ovna arasında 15.12.2016-cı il tarixdə qeyri-yaşayış sahələrinin satılmasına dair mülahizələrinə dair bildirir ki, müvəqqəti olaraq Bakı şəhərində olmadığı üçün bir ədəd heç bir yazısı olmayan ağ kağıza "xxxx" MMC-nin möhürünü vurub imzası ilə təsdiq edib Cavabdeh1 vermişdir. Həmin ağ kağızı ona verərkən bildirmişdir ki, ola bilər hər hansı bir dövlət orqanına hansısa məktub yazmaq zərurəti olarsa yazıb versin. Həmçinin inşa etdikləri yaşayış binasından mənzil sahəsi almaq istəyən şəxs olarsa həmin şəxslə müqavilə bağlanması zərurəti olduqda müqavilə bağlanm ası üçün 2 ədəd müqaviləyə "xxxx" MMC-nin möhürünü vurub Cavabdeh1 vermişdir. İddiaçı2ovna ilə aralarında 25.11.2014-cü il tarixdə imzalanmış qarşılıqlı razılaşma aktının saxtalaşdırlması yazı mətninin 3 ədəd yazı şrifti ilə yazılması ilə, yazı mətnində onun ağ kağıza möhür vurub Cavabdeh1 verdikdən sonra möhürün üstündən 1 və 2 rəqəmlərinin düşməsi ilə sübuta yetirilir. Həmin sənədin ekspertizaya göndərilməsini xahiş edir. 15.12.2016-cı il tarixdə İddiaçı2 nümayəndəsi Cavabdeh1 ona müraciət edərək qoyulmuş və qoyulacaq investisiyalar qarşılığında inşa etdiyi binanin birinci mərtəbəsində yerləşən 1 nömrəli 167 kv.m. qeyri-yaşayış sahəsini və 2 nömrəli 209,5 kv.m. olan digər qeyri-yaşayış sahəsini həmtəsisçi İddiaçı2 adına rəsmiləşdirməyi xahiş etmişdir. Müqavilələr rəsmiləşdirildikdən sonr a həyat yoldaşı İddiaçı2 imza atmaq üçün özü ilə evə götürməyi xahiş etmişdir. Lakin imzalanmış müqavilənin ona aid olan nüsxəsini geri qaytarmamışdır. Dəfələrlə müraciət etsə də, bu günə kimi nüsxələr Cavabdeh1 qalmışdır və göründüyü kimi bu gün də ondan şantaj kimi istifadə edilir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində X3 məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərətbəsində yerləşən 144 kv.metr sahəsi olan 04 saylı və 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələ rinin kəsişməsində X3 məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə cavabdeh "xxxx" MMC-nin direktoru X5 oğlu ilə İddiaçı1 arasında bağlanmış 29.01.2016-cı il və 21.07.2017-ci il tarixli müqavilələrə əsasən MMC tərəfindən Bakı şəhəri, Xətai ray onu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində X3 məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərətbəsində yerləşən 144 kv.metr sahəsi olan 04 saylı və 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin İddiaçı1 satılması, onun razılığı olmadan həmin qeyri-yaşayış sahələrinin MMC-nin həmtəsisçisi və nizamnamə kapitalında 50% paya sahib olan İddiaçı2ovnanın etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən zəbt edilərək 144 kv.metr sahəsi olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsinin sanitar qovşağı tikilərək tualet kimi istifadə edilməsi bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi X5 oğlu tərəfindən qism ən etiraf edildiyinə görə, ilkin iddia ərizəsi qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 05 saylı, 70 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsi hissələrində təmin edilməli, vurulmuş maddi zərərin tutulması hissəsində isə əsaslandırılmadığına görə təmin edilməməlidir.

10. Məhkəmə qarşılıqlı iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçılar "xxxx" MMC-nin direktoru X5 oğlu ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əİiyev küçələrinin kəsişməsində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 144 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə 29.01.2016-cı il tarixli və 70 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə 21.07.2017 -ci il tarixli müqavilələrin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını, bu səbəbdən də, etibarsız əqdlər olduğunu iddia etsələr də, iş üzrə araşdırılmış sübutlarla bu təsdiq olunmamışdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157,43, 49, 32 4, 337-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı1 qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

13. İddiaçı2 və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın tam rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3200/2020 nömrəli, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), V.M.Ağayev və V.Ə.Baxışova) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Qarşılıqlı iddia üzrə İddiaçı2ovna kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki və hüquqi cəhətdən cavabdehə məxsus mübahisəli qeyri-yaşayış sahəsini qanunsuz və özbaşına olaraq iddiaçıya satmış olan "xxxx" MMC-nin rəhbəri X5 oğlu əslində iddiaçı ilə əlbirdirlər, yəni onlar qarşılıqlı razılaşıb İddiaçı2ovnaya məx sus olan qeyri-yaşayış sahəsinin alğı-satqısını həyata keçiriblər. İddiaçı isə hazırkı iddiasında X5 oğlunu guya cavabdeh kimi işə cəlb etdirməklə gözdən pərdə asmaq istəmişdir. Əslində həmin iddianı X5 oğlu kassatora qarşı təşkil edib qaldırmışdır, məqsədi isə onlara məxsus qeyri-yaşayış sahəsini əllərindən almaqdır. İşə baxan məhkəmələr isə məsələnin bu cəhətinə əhəmiyyət verməyərək yalnız X5 oğlunun təşkil etdiyi iddiaçı tərəfin təqdim etdiyi əsassız sənədləri və onların əsassız ifadələrini nəzərə almış, cavabdeh tərəfin sübutlarını və ifadələrini isə, nəzərə almamışdır. Apellyasiya məhkəməsinin işə birtərəfli yanaşmamasnın bariz nümunələrindən biri də birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin mübahisəli binaya baxış keçirilməsi və həmin baxışın protokollaşdırılması ilə bağlı y ol verilmiş qanun pozuntularına əhəmiyyət verməməsidir. Belə ki, birinci instansiya məhkəməsi yerində baxışın nəticələrini rəsmiləşdirərkən faktiki vəziyyəti təsvir etmək əvəzinə hələ qətnamə çıxarmazdan bir neçə gün əvvəl protokolunda yazmışdır ki, “baxış nəticəsində məlum olmuşdur ki, əsas iddia üzrə Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsini zəbt edərək orada ofis və sanitar qovşaq inşa etmişdir”. Məhkəmə araşdırması yekunlaşmadan, qətnamə çıxarılmadan məhkəmənin “Cavabdeh1 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin zəbt edildiyi” qənaətinə gəlməsi məhkəmənin əvvəlcədən əsas iddiaçının və əsas iddiaçıya mübahisəli qeyri-yaşayış sahəsini satmış "xxxx" MMC-nin direktoru X5 oğlunun tərəfində olduğunu, onların sübutlarına daha üstün əhəmiyyət verdiyinə, əsas iddiaçının sübutlarının məhk əmə üçün əvvəlcədən mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Apellyasiya məhkəməsi tərəfindən yol verilmiş pozuntulardan biri də birinci instansiya məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsini əsas gətirərək həmin maddənin tələbinə görə mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməli olmalarını və işə baxılarkən əsas iddia üzrə cavabdehlər tərəfindən bu prinsipə əməl olunmadığını yazaraq və bunun sübutu kimi, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsində ofis və sanitar qovşaq inşa etməsini göstərməsinə əhəmiyyət verilməməsidir. Burada apellyasiya instansiyası məhkəməsinin işə birtərəfli münasibəti bir daha görünür. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsində cavabdehlərin ofis və sanitar qovşaq inşa etməsi, onların binanın tam hüquqlu şərikli sahib olmalarına, həmin sahələri dörd müqavilə ilə satın almalarına, yaşayış və qeyri-yaşayış sahələrinin bölünməsi barədə müqaviləyə əsaslandıqlarını görməməzliyə vuran birinci instansiya məhkəməsi tamamilə əsassız olaraq cavabdehləri öz mülki hüquqlarını vicdanla həyata keçirməməkdə təqsirləndirmişdir. Halbuki, iş materiallarından açıq-aydın görünür ki, faktiki olaraq mülki hüquqlarından vicdanla istifadə etməyən tərəf məhz "xxxx" MMC-nin direktoru X5 oğludur. İddiaçıya satılmış qeyri-yaşayış sahəsi faktiki və hüquqi sənədlər əsasında cavabdehlər İddiaçı2ovnaya və onun nümayəndəsi Cavabdeh1 məxsus olduğu halda və bu fakt yuxarıda ətraflı şərh etdiyimiz əsaslı və qanuni müqavilələrlə, müvafiq aktlarla və digər sənədlərlə təsdiq edilməsinə baxmay araq apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələblərinin pozulmasına yol verilmiş, işin faktiki hallarına obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış və nəticədə iş üzrə tamamilə qeyri-obyektiv və qanunsuz qətnamə çıxarılmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə İddiaçı2ovnanın vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili X5 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

21. Məhkəmə iclasında İddiaçı1 vəkili Əhmədov Əjdər Sultan oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı1 və cavabdehlər İddiaçı2ovna, Cavabdeh1 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışın ın prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqə dardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 və İddiaçı2ovnanın şikayətlərinin təmin olunmaması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 və İddiaçı2ovnanın şikayətlərinin təmin olunmaması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin iş in müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin 04 və 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi və 05 saylı qeyri-yaşayış sahəsində tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi hissələrini təmin edərkən Mülki Məcəllənin 5.3, 425. 152.1, 157.2, 157.8, 43.1, 49.3, 49-1.1, 4-1.1.1. 49-1.1.4, 49-1.3. 491.4, 4 9-1.5, Mülki Prosessual Məcəllənin iddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi ilə bağlı 191.1, 191.3 və 220.4-cü maddələrinə istinad edərək, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019, 23.02.2016 və 31.01.2016-cı il tarixli qərarlarında göstərilən hüquqi mövqeyi nəzərə alaraq əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh "xxxx" MMC-nin direktoru X5 oğlu ilə İddiaçı1 arasında bağlanmış 29.01.2016-cı il və 21.07.2017-ci il tarixli müqavilələrə əsasən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində X3 məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərətbəsində yerləşən 144 kv. metr sahəsi olan 04 saylı və 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin İddiaçı1 satılması, onun razılığ ı olmadan həmin qeyri-yaşayış sahələrinin MMC-nin həmtəsisçisi və nizamnamə kapitalında 50% paya sahib olan İddiaçı2ovnanın etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən zəbt edilərək 144 kv.metr sahəsi olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, 70 kv.metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsinin sanitar qovşağı kimi istifadə edilməsi, bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulması müəyyən edilmişdir. Göstərilənlərə əsasən, həmçinin cavabdeh "xxxx" MMCnin qanuni nümayəndəsi X5 oğlu tərəfindən qismən etiraf edildiyinə görə, ilkin iddia ərizəsi qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 05 saylı, 70 kv.metr qeyriyaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsi hissələrində təmin edilməli, vurulmuş maddi zərərin tutulması hiss əsində isə əsaslandırılmadığına görə təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması tam deyildir.

33. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

34. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

35. Əvvəla birinci instansiya məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsinin 18.03.2019, 23.02.2016 və 31.01.2016-cı il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər, habelə Mülkli Məcəllənin 5.3, 425. 152.1, 157.2, 157.8, 43.1, 49.3, 49-1.1, 41.1.1. 49-1.1.4, 49-1.3. 49-1.4, 49-1.5-ci maddələri ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını birmənalı olaraq şərtləndirmir. Məsələ n, Mülki Məcəllənin 425-ci maddəsində öhdəliklərin icrası zamanı vicdanlılıqdan bəhs olunur və qeyd edilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Məhkəmə bu normanı ilkin iddia tələbi üzrə cavabdeh "xxxx" MMC-yə münasibətdə tətbiq edə bilər, lakin digər cavabdehlə ilkin iddiaçının hər hansı öhdəlk münasibəti yoxdur.

37. Məhkəmənin müəyyən etdiyi hallardan göründüyü kimi mübahisəli tikilinin birinci mərtəbəsində yerləşən bütün sahələrə dair İddiaçı2 ilə "xxxx" MMC-nin arasında müqavilələr bağlanmışdır. Bu halda, ilkin iddianın təmin olunması zamanı həmin müqavilələr nəzərə alınmalı, qeyri-yaşayış sahələrinə dair ilkin iddiaçı ilə və ya İddiaçı2 ilə bağlanmış müqavilələrin üstünlüyü müəyyən edilməli idi.

38. Çünki qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 14.2, 389.1 və 399.1-ci masddələri).

39. Lakin məhkəmə ilkin iddianı təmin edərkən İddia çı2 ilə "xxxx" MMC-nin arasında müqavilələri nəyə görə nəzərə almadığını göstərməmiş, həmin müqavilələr baxımından İddiaçı2 qeyri-yaşayış sahəsinə hüquqlarının olub-olmamasına qiymət verməmişdir. Ümumiyyətlə ilkin iddia üzrə İddiaçı2 etibarnamə üzrə əri cavabdeh kimi işə cəlb olunsa da, İddiaçı2 özü ilkin iddia üzrə cavabdeh kimi tanınmamışdır.

40. Birinci instansiya məhkəməsi ilkin iddianın təmin olunması zamanı qətnaməsində göstərmişdir ki, “ Göstərilənlərə əsasən, həmçinin, cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi X5 oğlu tərəfindən qismən etiraf edildiyinə görə, ilkin iddia ərizəsi qeyriyaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 05 saylı, 70 kv.metr qeyriyaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsi hissələrində təmin edilməli, vurulmuş maddi zərə rin tutulması hissəsində isə əsaslandırılmadığına görə təmin edilməməlidir”.

41. Məhkəmə bu nəticəyə gələrkən MPM-nin 191.1, 191.3-cü maddəsinə istinad etmiş, həmçinin 220.4-cü maddəsinə əsasən qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

42. Nəzərə alınmalıdır ki, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi V.Babayevin iddianı etiraf etməsi özlüyündə iddianın təmin olunmasını şərtləndirmir. Çünki MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.

43. MPM-nin 52.5-ci maddəsi hazırki işə münasibətdə onu ehtiva edir ki, məhkəmə cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi V.Babayevin iddianı etiraf etməsini digər cavabdehin mənafeləri baxımından, yəni İddiaçı2 "xxxx" MMC ilə bağladığı müqavilələr üzrə hüquqları baxımından təhlil etməli, bundan sonra iddianı etiraf etmənin qəbul edilibedilməməsi barədə əsaslandırılmış nəticəyə gəlməli idi.

44. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. İş ə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3200/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 və İddiaçı2ovnanın şikayətlərinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar