Məhkəmə qərarları › İş №2(102)-2566/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2566/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2566/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər:mülki işin kassasiya baxışından çıxarılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(105)-1671/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra həmin məhkəmədən daxil olmuş müraciəti nəzərdən keçirib Müəyyən etdi:

1. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 01 noyabr 2023-cü il tarixli, 2(105)-1671/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba rayon məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsi qismən- Cavabdeh milli manata məzənnədə 2.000.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 2.739 manatın tutulub İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

2. Həmin qətnamə 29 noyabr 2023-cü il tarixdə Cavabdeh; nümayəndəsi və vəkili Vəkil2; habelə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetlərində yerləşdirilmişdir. 3. 10 aprel 2025-ci il tarixdə İddiaçı imza etməklə qətnamənin surətini almış, 05 iyun 2025-ci il tarixdə elektron kabinet vasitəsilə qətnamədən kassasiya şikayət i vermiş və kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2025-ci il tarixli, 2(105)1671/2023 saylı qərardadı ilə İddiaçı vəsatəti qismən təmin edilərək, həmin məhkəmənin 01 noyabr 2023-cü il tarixli, 2(105)-1671/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmiş, onun vəkili və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(102)-2566/2025 saylı qərardadı ilə İddiaçı kassasiya şikayəti icraata qəbul edilərək, kassasiya şikayəti üzrə işə Ali Məhkəm ənin Mülki kollegiyasında yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. 6. 07 avqust 2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ali Məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən həmin məhkəmənin 14 iyul 2025-ci il tarixli, 2(105)-1671/2023 saylı qərardadından verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 402-407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası MPM-in 417.1, 417.1.7-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti i lə apellyasiya instanmsiyası məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

8. Göründüyü kimi, İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(105)-1671/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər tərəf- Cavabdeh həmin məhkəmənin prosessual müddətin ötürülməmiş hesab edilməsi haqqında 14 iyul 2025-ci il tarixli, 2(105)-1671/2023 saylı qərardadından kassasiya şikayəti vermişdir.

9. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yo xlamalı və kassasiya şikayəti qeyd olunan maddələrin tələblərinə cavab verdikdə onu işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərməlidir.

10. Belə olan halda hazırkı işə İddiaçı kassasiya şikayəti üzrə kassasiya qaydasında baxılması qeyri-mümkündür.

11. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(105)1671/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(102)-2566/2025 saylı qərardadı ləğv edilməli, kassasiya şikayəti kassasiya baxışından çıxarılmaqla, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. 1

2. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7, 419.1, 419.4-cü maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(102)-2566/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar