Məhkəmə qərarları › İş №2(102)-2567/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2567/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2567/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vnun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-cu il tarixli, 2(105)3469/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrıayrılıqda ve rilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim A. İsmayılov) xxx-cu il tarixli, 2(060)3734/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xxx-cu il tarixli, 2(105)-3469/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xxx-cu il tarixli, 2(060)-3734/2019 saylı qətnaməsinin dəyişdiril mədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ayrı-ayrılıqda iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-cu il tarixli qətnaməsindən kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 8600 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Sumqayıt şəhəri Novxanı bağlar sahəsində yerləşən valideynlərindən miras qalmış 0.11 ha torpaq sahəsinin satışından əldə edilmiş puldan artı q aldığı 9340 manat məbləğində pulun və dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, toplanmış sənədlərdən görünür ki, Sumqayıt şəhəri Novxanı Bağlar sahəsində olan 919 saylı bağ sahəsi iddiaçının və cavabdehin mülkiyyətində olmuşdur. Sonradan həmin bağ sahəsi cavabdeh tərəfindən 17200 manata satılsa da, həmin pulun yarısı iddiaçıya verilməmişdir. Qarşılıqlı iddia isə yalnız mülahizələrə əsaslanmışdır. Halbuki iddiaçının iddia tələbi məhkəmə qətnamələri ilə təsdiq olunur. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsasını sübut edə bilməmişdir. Lakin məhkəmə qətnamələri bunun əksini ifadə edir. Məhkəmələr isə heç bir araşdırma aparmamışlar. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-cu il tarixli, 2(105)-3469/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Əliyeva Sevda Rufulla qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh iddia tələbi başqa məhkəmə aktları ilə müəyyən olunmuş hallarla öz təsdiqini tapır. İşə apelyasiya məhkəməsində baxılarkən bununla bağlı əlavə sübutlar təqdim edilmiş, lakin məhkəmə iddiaçıya bağın satışından çatası pul vəsaitindən artıq vəsait ödəməsinin tam olaraq təsdiq edilməsinə baxmayaraq iddia tələbi rədd edilmişdir. Tərəflərin atalarına məxsus olmuş torpaq sahəsinin satışından əldə edilmiş pulun yarısı Cavabdeh çatırdı. İşdə olan alqı-satqı müqaviləsindən görünür ki, tərəflərin valideynlərindən miras qalan 0.11 ha hissə X4 17320 manata satılmışdır. Lakin cavabdeh bağ satılan kimi 18000 manat pulu almış və özü də bunu etiraf etmişdir. Belə olan təqdirdə iddiaçı Təranə Rəfaildən 9340 manat artıq pul almışdır və həmin pul Rəfailə qaytarılmalıdır. Ümumi pulun bölünərək 18000 manat məbləğində pulun Rəfaildən aldığını Təranə digər məhkəmə proseslərində etiraf etmiş və qəbul edilmiş məhkəmə qətnamələrində onun bu etirafı məhkəməyə ünvanlandığı iddia ərizələrində də öz əksini tapmış dır. Təranənin bu hərəkəti əsassız varlanma hesab edilməli və qarşılıqlı iddia təmin edilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-cu il tarixli, 2(105)-3469/2019 nömrəli qətnaməsinin qismən-qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməklə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Əliyeva Sevda Rufulla qızıməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublika sı MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən onları kasasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçının kasasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddia tələblərində qeyd olunan hallara və faktlara qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verildiyindən İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pulun geri tələb edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, işdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3968/2014 saylı, xxx-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş cavabdeh İddiaçı 17.420 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manatdan 10 manat pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-ci il tarixli, 2(105)1868/2015 saylı qətnaməsi ilə Sumqayıt şə hər Məhkəməsinin xxx-cü il tarixli, 2(060)3968/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xxx-cı il tarixli, 2(102)-1847/2016 saylı qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-ci il tarixli, 2( 105)-1868/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xxx saylı, 23.10.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh kirayə haqqı olaraq mənimsənilmiş 6000 manat, borc pul olaraq mənimsənilmiş 12.000 manat, torpaq sahəsinin satışından əldə olunmuş və mənimsənilmiş 15.000 manat, mənəvi ziyana görə 10.000 manat və ödənilmiş dövlət rusumu kimi 30 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmiş və İddiaçı 15.000 manat məbləğində borcun, 35.000 manat maddi ziyanın və 30000 manat məbləğində mənəvi ziyana görə təzminatın və ödənilmiş dövlət rusumu 30 manatın tutularaq Cavabdeh ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 30.04.2018-ci il tarixli, 2(105)-1658/2018 saylı qətnaməsindən görünür ki, iddiaçının nümayəndəsi X2 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xxx-ci il tarixli, 23 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası hər iki iddianı təmin etməyərkən düzgün olaraq qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallara istinad etmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2- ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx-cu il tarixli, 2(105)-3469/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar