Məhkəmə qərarları › İş №2(102)-2567/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2567/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2567/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icbari sığorta ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1375/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. “Kamaz 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək icbari qaydada sığorta olunmuşdur. 3. “Kamaz 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Rio” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Kia Rio” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 4. xx.xx.2022-ci il tarixli qüsur aktının məzmununa əsasən, “Kia Rio” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 11388 manat təşkil edir. 5. 05.05.2022-ci il tarixli05/1023 №li sığorta ödənişinin verilməsindən imtina olunması barədə bidirişin məzmununa əsasən, xx.xx.2022-ci il tarixdə saat 18:30-da “KAMAZ 65115” markalı, 99NP871 dövlət qeydiyyat nişanlı yük maşını Cavabdeh1 tərəfindən idarə olunarkən Qaradağ rayonu ərazisində İddiaçı məxsus Kia Rio markalı 10NH503 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq zədələmişdir. Baxış zamanı şirkətdə icbari sığorta növündə sığortalanmış “”KAMAZ 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki mühərrik və şassi nömrələrinin Şirkətdə icbari sığorta növündə sığortalanmış avtomobilin sığorta müqaviləsində və nəqliyyat vasitəsində şassi və mühərrik nömrələri ilə üst-üstə düşmədiyi aşkar olunmuşdur. Bu isə o deməkdir ki, yolnəqliyyat hadis əsində iştirakçı “KAMAZ 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı avtomobil Şirkətdə icbari qaydada sığorta edilməmişdir. Yuxarıda qeyd edilənləri əsas götürərək, sizə sığorta ödənişi edilməsindən imtina olunur. 6. 16.05.2022-ci il tarixli pretenziya məktubunun məzmununa əsasən, İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ona vurulmuş ziyanın 05 gün ərzində ona ödənilməsinə dair tədbir görülməsini, əks halda məhkəməyə müraciət olunması barədə məlumat vermişdir.

7. Hermes MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanması barədə aktın məzmununa əsasən, Kia Rio markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 880 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

8. İddi açı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 12014.34 manat dəyərində maddi ziyanın, tərəfindən ödənilmiş 133 manat dövlət rüsumunun,eləcə də mənəvi zərərin kompensasiyası kimi 2000 manat məbləğində pulun,ümumilikdə 14147.34 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 31 mart 2022-ci il tarixdə saat 18:30 radələrində Cavabdeh1 idarə etdiyi “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayon ərazisində İddiaçı (onun) idarə e tdiyi “KİA RİO” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq zədələmişdir.Hadisənin baş verməsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmiş və o Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir.Baş vermiş hadisə nəticəsində avtomobilinə 11388 manat məbləğində ziyan dəymişdir.Qəzanın baş verməsində günahkar olan Cavabdeh1 idarə etmiş olduğu “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qeydiyyat Şəhadətnaməsindən də görünür ki,qeyd edilən avtomobili cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir. “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi X1 da qeyd edilən hadisə zamanı ona dəymiş mülki ziyana görə birbaşa məsuliyyət daşıyır.

10. Birinci instansiya məhkəməsində cavabdeh Azə rbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin vəkili və nümayəndəsi iddia tələbinə etiraz təqdim edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhər, Qaradağ rayonunda "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı və “Kia Rio minik” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. AR DİN Qaradağ RPİ DYPŞnin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, müvafiq inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol- nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs kimi müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40,00 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərəflərindən araşdırılma aparılmışdır. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan müqavilədir və icbari sığorta müqaviləsi yalnız “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş İnformasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mül ki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması” qaydalarının 3.7-ci bəndində bu qaydanın 3.1-ci bəndində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, həmin qaydanın 3.2-ci bəndində avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən ban nömrəsi, əgər yoxdursa şassi nömrəsi, o da yoxdursa mühərrikin nömrəsi, sözügedən qaydanın 3.3-cü bəndində avtonəqliyyat vasitəsinin markası, 3.4-cü bəndində modeli, 3.5-ci bəndində növü, 3.6-cı bəndində isə istehsal olunduğu il qeyd edilir. Ümumiyyətlə sözügedən qayda “İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 2011 -ci il 24 iyun tarixli 165-İVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərma nının 3.1.2-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin (bundan sonra - “şəhadətnamə”) forması, onun çap olunması və doldurulması ilə bağlı məsələləri tənzimləyir. İş üzrə materiallara əlavə edilmiş PDS********** nömrəli Sığorta Şəhadətnaməsindən (Müqavilə) məlum olur ki, Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina ******* olan ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti Şirkət tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari qaydada sığortalanmışdır. Hadisə zamanı çəkilmiş "xxxx" markalı nəqliyyat vasitəsinin fotoşəkillərindən məlum olur ki, ** NP *** dövlət qeydiyyat nişanlı nömrə "xxxx" markalı nəqliyyat vasitəsinə ü zərinə yerləşdirilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi isə 72411640 olmuşdur. Həmçinin sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqanın əməkdaşına təqdim edilmiş həmin nəqliyyat vasitəsinin AB №474373 saylı qeydiyyat şəhadətnaməsindən və PDS********** nömrəli Sığorta Şəhadətnaməsindən göründüyü kimi 2007-ci il buraxılışlı "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmişdir. Bundan başqa tərəfimizdən AR DİN BDYPİ-yə "xxxx" markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində və ya sahibliyində olan nəqliyyat vasitləri ilə bağlı AR DİN BDYPİ-nin Qeydiyyat-İmtahan idarəsinin ko mpyuter uçot bazasında olan məlumatların Şirkətə göndərilməsi barədə xx.xx.2022-ci il tarixdə, 08/01-504 saylı məktub göndərilmişdir. Qeyd edilən müraciətimizə əsasən müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində (sahibliyində) Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 olan "xxxx" markalı nəqliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XTC65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. Həmçinin elektron qaydada çıxarılmış etibarnamədən göründüyü kimi vətəndaş Cavabdeh2 Mirzəğa oğlu tərəfindən Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 olan "xxxx" markalı nə qliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XTC65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə etmək səlahiyyəti verilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqana təqdim edilmiş AB №474373 saylı qeydiyyat şəhadətnaməsində Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmiş ** NP *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti üçüncü şəxslər qarşısında icbari qaydada sığortalanmışdır. İş üzrə materiallara əlavə edilmiş PME********** saylı İcbari Sığorta Müqaviləsindən göründüyü kimi had isə zamanı yol-nəqliyyat hadisəsinin iştrakçısı olmuş kab ******* şassi nömrəli, 72411640 motor nömrəli "xxxx" markalı nəqliyyat vasitəsi isə "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmamışdır. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, sözügedən hər iki nəqliyyat vasitəsini Cavabdeh1 idarə etmək səlahiyyəti olduğu üçün məhz həmin sürücü tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasına görə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb edilməməkdən ötrü nəqliyyat vasitələrinin qeydiyyat nömrələrini dəyişdirərək idarə etmişdir. Bu səbəbdən hesab edirik ki, yolnəqliyyat hadisəsinin iştirakçısı olmuş Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi 72411640, BAN nömrəsi KAB ******* olan "xxxx" markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti Şirkətdə sığortalanmadığından sığorta ödənişinin ödənilməsinə hüquqi əsaslar mövcud deyil.

11. Birinci instansiya məhkəməsində Cavabdeh2, vəkili və nümayəndəsi iddia tələbini qismən qəbul etmiş, izahat verərək, göstərmişdir ki, hadisə Qaradağ Rayon Yol Polisinin postunda ehtiyatsızlıq nəticəsində baş verdiyini, cavabdeh sürücü Cavabdeh1 təqsirli olması barədə təqsirli olması barədə inzibati xəta haqqında protokol tərtib edildiyini, Pünhan mülki hüquq pozuntusu törətdiyini, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildiyini, hadisədən bir müddət sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin gəldiyini, orada onlar da avtomobilə baxış keçirildiyini, avtomobilin nömrələrinə baxıldığını, əgər nömrələri fərqli olsaydı sığorta şirkətinin işçiləri bunu polis əməkdaşlarına deməli idilər, çünki onlar s ığorta işi üzrə peşəkardırlar, bundan sonra avtomobil bir neçə gün yol polisi postunda saxlanılıb, orada da maşının nömrələrinin dəyişdirilməsi qeyri-mümkündür, sığorta şirkəti sığorta ödənişindən yayınmaq üçün avtomobilin nömrələrinin dəyişdirildiyini bildirirlər, hadisə bu ilin mart ayının 31-də baş verib, sığorta şirkəti isə may ayının 5-də sığorta hadisəsinin olmadığını bildirir, aradan 1 aydan çox müddət ötüb, şirkət niyə 1 ay ərzində hadisəyə münasibət bildirməyib,1 ay sonra münasibət bildirirlər, avtomobilin mülkiyyətçisi Cavabdeh2dur, idarə edən isə Cavabdeh1 olub, hadisə nəticəsində vurulan zərərlə bağlı ekspertiza keçirilib, rəydə zərərin məbləği yüksək götürülüb, iddiaçıya mənəvi zərər vurulması halını qəbul etmirlər, çünki iddiaçıya mənəvi zərər vurulmayıb,avtomobilin mülkiyyət çisi o zaman mülki hüquq məsuliyyəti daşıyır ki, hadisə zamanı maşını başqa şəxs idarə etməsin, hadisə zamanı isə maşını Pünhan idarə edib, buna görə də Cavabdeh2 məsuliyyət daşımır.

12. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında avtomobili etibarnamə ilə idarə etdiyini, qəzanı da özünün etdiyini bütün bunlarla razı olduğunu, sadəcə məbləğin sığortaya aid hissədə sığorta şirkətinin ödəməsini istədiyini bildirmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 9/6033 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Rio” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10988 müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.

14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 noyabr 2022-ci il tarixli, 2(002)-2094/2022 saylı qətnaməsi ilə (hakim G.İ.Əhmədova) iddia qismən təmin edilmiş, İddiaçı məxsus əmlaka vurulmuş 10988 manat məbləğində ziyanın 5988 manat hissəsi Cavabdeh1, 5000 manatı isə Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi; ödənilmiş dövlət rüsumunun 43,08 manat hissəsi Dövlət Sığorta Kommersiya Şirkətindən, 79,88 manatı isə Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi; ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçın ın özünə aid edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 Mirzəğa oğluna məxsus olmaqla, həmin avtomobili Cavabdeh1 etibarnamə əsasında idarə edərkən, onun təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir.

16. Birinci instansiya məhkəməsi həmçinin vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı hesab etmişdir ki, iddiaçı ona məxsus əmlaka 12014 manat maddi ziyan vurulduğunu bildirsə də, qeyd edilən hala dair sübut qismində akt təqdim edilmişdir ki, həmin akt iddiaçının özü tərəfindən təqdim edildiyindən, onun mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir.

17. Eyni zamanda məhkəmə araşdırması zamanı müvafiq ekspertiza keçirilmiş və ekspert rəyi əsasında müvafiq əmlaka dəymiş ziyanın məbləğinin 10988 manat olduğu qeyd edilmişdir. Bu halda, hazırki mülki iş üzrə iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləği məhz ekspert rəyi əsas götürülməklə, müəyyən edilməlidir. Həmçinin, müəyyən edilmişdir ki, 99NP 871 dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta olunmuşdur. Eyni zamanda qeyd edilən cavabdeh müvafiq sığorta ödənişinin (5000 manat) məbləğində sığorta ödənişinin icra edilməsindən imtina etmiş, buna əsas kimi həmin avtomobilin şassi və mühərrik nömrələri üst-üstə düşmədiyindən, yol nəqliyyat hadisəsində iştirak edən avtomobili n icbari qaydada onlarda sığorta olunmaması halına istinad edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, onlar yol nəqliyyat hadisəsində iştirak edən avtomobilin onlar tərəfindən icbari qaydada sığorta olunmadığını, həmin avtomobilin qeydiyyat nömrə nişanının dəyişildiyini, əslində 872 nömrəli avtomobil olduğunu, ona görə də 5000 manat məbləğində sığorta ödənişini etməkdən imtina olunduğunu bildirmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı heç bir mötəbər sübut (dövlət qeydiyyat nişanının dəyişilməsinə dair inzibati xəta haqqında protokol, qərar və ya digər mötəbər sübut) məhkəməyə təqdim edilməmiş, bununla da məhkəmə araşdırması zamanı cavabdehin etirazın əsası kimi istinad etdiyi halların müəyyən edilməsi mümkün olmamış dır. Bu halda, məhkəmə sığorta haqqında qanunvericiliyin tələbini əsas götürərək hesab edir ki, cavabdeh sığorta şirkətinin sığorta müqaviləsi üzrə 5000 manat məbləğində sığorta ödənişini həyata keçirmək vəzifəsi mövcud olduğundan və onun tərəfindən qeyd edilən öhdəlik icra edilmədiyindən, həmin sığorta şirkətinin qeyd edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır.

18. Məhkəmə ona görə də hesab etmişdir ki, iddiaçıya məxsus əmlaka vurulmuş 10988 manat məbləğində ziyanın məbləğinin 5000 manat məbləğində olan hissəsi cavabdeh sığorta şirkətindən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, hazırki mülki iş üzrə Cavabdeh1 müvafiq avtomobili qanuni əsas ilə (etibarnamə əsasında) idarə etdiyindən, MM-nin 1108-ci maddəsinin və digər qanunvericiliyin tələbi baxımndan, iddia tələbi Cavabdeh2 Mirzəğa oğluna aid hissədə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından, iddia tələbi qeyd edilən cavabdehə aid hissədə təmin edilməməldir.

19. Məhkəmə həmçinin, iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla təmin edilməməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 21.1, 21.2, 21.3, 465.1, 926, 1096.1, 1096.2, 1087.1, 1097.3, 1108.1, 1108.2, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 12.2, 16.1, 17.1, 20.3, 21, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109 9 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 101.3, 107, 115.0.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin ona aid təmin edildiyi hissədə ləğv edilməsini və həmin hissədə iddianın, dövlət rüsumu və ekspertiza xərcinin rədd edilməsini, qətnamənin qalan hissədə dəyişdirilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun iddiaçıdan xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə zamanı çəkilmiş "xxxx" markalı nəqliyyat vasitəsinin fotoşəkillərindən məlum olur ki, ** NP *** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsinin üzərinə yerləşdirilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi isə 72411640 olmuşdur. Həmçinin sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqanın əməkdaşına təqdim edilmiş həmin nəqliyyat vasitəsinin AB №474373 saylı qeydiyyat şəhadətnaməsindən və PDS********** nömrəli 2007-ci il buraxılışlı "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmişdir. Bundan başqa, tərəflərindən DİN BDYPİ-yə "xxxx" markalı, nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində və ya sahibliyində olan nəqliyyat vasitələri ilə bağlı BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında olan məlumatların Şirkətə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli, 08/01-504 saylı məktub göndərilmişdir. Qeyd edilən müraciətlərinə əsasən müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində (sahibliyində) Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 olan "xxxx" markalı nəqliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XT C 65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. Həmçinin elektron qaydada çıxarılmış etibarnamədən göründüyü kimi, vətəndaş Cavabdeh2 Mirzəğa oğlu tərəfindən Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101,motor nömrəsi isə 72419628 olan "xxxx" markalı nəqliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XTC65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə etmək səlahiyyəti verilmişdir. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqana təqdim edilmiş AB №474373S saylı qeydiyyat şəhadətnaməsində Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmiş ** NP *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti üçüncü şəxslər qarşısında icbari qaydada sığortlanmamışdır. İş üzrə materiallara əlavə edilmiş PME********** saylı İcbari Sığorta Müqaviləsindən göründüyü kimi, hadisə zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş KAB ******* Şassi nömrəli, 72411640 motor nömrəli "xxxx" markalı, nəqliyyat vasitəsi isə "xxxx" ASC tərəfindən icbari qaydada sığortlanmışdır. Lakin hadisə zamanı "xxxx" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, sözügedən hər iki nəqliyyat vasitəsini Cavabdeh1 idarə et mək üçün məhz həmin sürücü tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasına görə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb edilməməkdən ötrü nəqliyyat vasitələrinin qeydiyyat nömrələrini dəyişdirərək idarə etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1375/2023 nömrəli mülki iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), F.F.Babayev və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hal lar) sığorta şirkətinə münasibətdə təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları Mülki Məcəllənin və “İcbari sığortal ar haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik şikayət verən cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

25. Belə ki, mübahisələndirilən hissədə sığorta şirkətinin yeganə mübahisələndirdiyi hal hadisə zamanı çəkildiyi iddia olunan "xxxx" markalı nəqliyyat vasitəsinin fotoşəkillərində ** NP *** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsinin üzərinə yerləşdirilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi isə 72411640 olması ilə bağlıdır. Bu hal birinci instansiya məhkəməsində aparılan icraat zamanı da səsləndirilmiş, çünki, sığorta ödənişi verilməsindən imtina məhz bu əsasa görə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sığort a şirkəti tərəfindən iddiaya olan etiraza yuxarıda qeyd olunan formada hüquqi qiymət verilmişdir. Lakin cavabdeh sığorta şirkəti bununla razılaşmayıb apellyasiya şikayəti verib və şikayətində də bu halın həqiqi olmasını sübut etməyə çalışır. Şübhəsiz ki, iddiaya etirazının əsası kimi istinad etdiyi halı sübut etmək yükü birmənalı olaraq onun üzərinə düşür, ancaq qeyd etdiyi halı sübut edə bilmir. Qeyd olundğu kimi bəyan etdiyi hala dair sübut olaraq yalnız fotoşəkil təqdim edib (bax;i.v.52;116). Ancaq həmin şəkilin mənşəyi, hansı şəraitdə və yerdə çəkildiyi bəlli deyil. Çünki, mübahisə predmeti olan avtomobilin şassi və mühərrik nömrələrini əks etdirən şəkilin məhz yol nəqliyyat hadisəsi zamanı, sığorta şirkətinin əməkdaşı tərəfindən çəkildiyi təsdiq olunmur. Əks halda bəyan etdiyi halın d oğruluğunu təsdiq etmək üçün ən azından digər rakusdan da şəkillər çəkilə bilərdi yaxud bəyan edilən halın təsdiqi üçün videoyazı da aparıla bilərdi. Ancaq bunların heç biri edilməmişdir. Bu cür vəziyyətdə yalnız mənşəyi və çəkildiyi vaxtı və yeri bilinməyən şəkilə görə sığorta şirkətinə qarşı iddia necə rədd oluna bilərdi. Əlbətdə ki, bu ritorik sual olsa da şikayətçi sığorta şirkəti bu cür suallara cavab verməyə hazır olmalı idi.

26. Bundan əlavə, iş materiallarından açıq-aşkar görünür ki, yol nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan yolunun 47.5 km.də Yol Patrul Xidmətinin stasionar postunun qarşısında baş vermişdir. Demək ki, həmin Xidmətin əməkdaşları tərəfindən bu hadisənin qanunla müəyyən edilmiş qaydada araşdırılması üçün daha da münbit və əlverişli şərait olmuşdur. İş materiallar ına inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılan araşdırma ilə əlaqədar kifayət qədər yazılı sənədlər əlavə edilmişdir. Əgər sığorta şirkətinin əməkdaşı baş vermiş hadisədən dərhal sonra hadisə yerində iştirak etmişdirsə, iddia ərizəsinə etirazda və şikayətdə göstərdiklərini həmin araşdırma materiallarına əlavə edilməsini tələb edə bilərdi yaxud bu barədə bilavasitə və ya hadisədən sonrakı günlərdə inzibati xəta haqqında icraat üzrə araşdırma aparan orqana, iddiaçıya və digər cavabdehlərə məlumat verə bilərdi, həm də verməyə borclu idi. Ancaq bu edilməli hərəkətlərin heç birini sığorta şirkəti etməmiş, yalnız sığorta hadisəsi baş verdiyi vaxtdan 35 gün sonra (bax.i.v.26) iddiaçıya sığorta ödənişi verilməsindən imtina olunmasına dair Bildiriş yazmışdır. Apellyasiya baxışı zamanı id diaçı qeyd olunan müddətədək sığorta şirkəti tərəfindən bu mövzuda ona hansı bir məlumat verilmədiyini, əksinə zədələnmiş avtomobilini almaq barədə əməkdaşları tərəfindən ona təkliflər olunduğunu bildirdi. Ağlabatan mühakimə və hüquqi məntiqə uyğun olaraq sığorta şirkəti etirazında və şikayətində göstərdiyi halı hadisə baş verən gün həqiqətən müəyyən etmişdirsə, qeyd olunan tarixədək, yəni 35 gün nə üçün gözləməli idi. Təbii ki, bu cür fakt mövcud idisə, sığorta şirkəti bunu dərhal bəyan etməli idi. 24.Bundan başqa, Cavabdeh2 nümayəndəsi və vəkili mübahisə predmeti olan avtomobilin şassi, mühərrik və ban(kabinə) nömrələrinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin alınmasına dair birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bu vəsatət 10 avqust 2022-ci il tarixli məhkəmə hazırlı q iclasında müzakirə edilmiş, cavabdeh sığorta şirkətinin nümayəndəsi məhkəmənin sualına cavab olaraq “əgər vəsatət təmin edilsə cavabdehlər əvvəlki avtomobil qeydiyyat nişanı nömrəsini maşına yerləşdirəcəklər,hadisələr baş verən zaman əməkdaşlarımız tərəfindən maşının şəkilləri çəkilmişdir, vəsatətin təmin edilməməsini xahiş edirəm” söyləmişdir (bax.i.v.73- 76). Yəni, sığorta şirkəti bəyan etdiyi halın həqiqətən baş verdiyini mütəxəssis yaxud ekspertiza rəyi ilə müəyyən etməyin mümkün olduğu halda(ən azından ** NP *** dövlət qeydiyyat nişanı sığorta olunmayan avtomobilin üzərində olmuşdursa toqquşma izləri ilə yol nəqliyyat hadisəsində hansı avtomobilin iştirak etdiyini asanlıqla müəyyən etmək olardı)bu vəsatətin təmin edilməsinin əlehinə olmaqla faktiki olaraq iddiaya etirazının əsassız olduğunu təsdiq etmişdir. Yəni, bu faktın özü də iddiaya etirazın və şikayətin açıqaşkar əsassız olduğuna dəlalət edirdi.

27. Apellyasiya baxışının birinci iclasında iştirak edən Cavabdeh1 sığorta şirkətinin iddiaya etirazın və şikayətin əsas və yeganə dəlili ilə bağlı dəfələrlə suallar verilsə də o, bu faktın həqiqiliyini, yəni ** NP *** dövlət qeydiyyat nişanının sığorta olunmayan avtomobilin üzərinə qanunsuz quraşdırdığını təsdiq etmədi. Ümumiyyətlə Cavabdeh1 məhkəmə iclasındakı davranışı sığorta şirkətinin göstərdiyi dəlilinin, yəni dövlət qeydiyyat nişanının dəyişdirilməsi ilə bağlı halın mahiyyətini anlamadığına dəlalət edirdi. Yəni, sığorta şirkətinin əməkdaşı hadisə baş verən zamanı bu faktı aşkar etmişdirsə elə bu əsasa görə də Cavabdeh1 məsuliyyətə cəlb edilməsi üçün və bununla d a sığorta ödənişindən imtina üçün qanuni əsas yaradaraq araşdırma aparan yol patrul xidmətinin əməkdaşlarına məlumat verilə bilərdi. Göründüyü kimi, bütün qeyd olunan hallar onu təsdiq edir ki, sığorta şirkəti sadəcə müxtəlif bəhanələr düşünərək baş vermiş sığorta hadisəsi zamanı sığorta ödənişi etməkdən imtina üçün “əsaslar” axtarır. Bu hallar isə yolverilməzdir. Çünki,bu cür davranış sığrta münasibətlərinə ciddi zərər vurmaqla sığorta hadisəsindən zərər çəkən şəxslərin haqlı narazılığına səbəb olur.

28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh sığorta şirkəti üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyə ti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın sığorta şirkətinə münasibətdə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin, o cümlədən sığorta hüquq münasibətlərinin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda icbari sığortalar, hüquqdan pis niyyətlə sui- istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədə göstərilir ki, cavabdeh sığorta şirkəti yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan şəxsin idarə etdiyi "xxxx" markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin onun tərəfindən sığortalanmaması ilə bağlı istinad etdiyi halı sübut edə bilməm işdir. Bununla əlaqədar diqqətə çatdılır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində "xxxx" markalı, 99- NP-871 dövlət qeydiyyatnişanlı və iddiaçıya məxsus “Kia Rio minik” markalı, **-NH-*** dövlətqeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsindən dərhal sonra sığorta şirkətinin nümayəndəsi hadisə yerinə gəlmiş və hadisəni qeydə almış, həmçinin hazırda iş materiallarında olan foto şəkillərini çəkmişdir. Bu faktı məhkəmə baxışında iddiaçı və digər Cavabdeh1 da təsdiq etmişdir. İş materiallarında olan DYPX-nin elektron informasiya sistemindən çıxarışda Cavabdeh2 mülkiyyətində olan avtonəqliyyat vasitələrinin siyahısı, o cümlədən hazırkı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakılar vardır: - Model: "xxxx"; d.q.n.: **-NP-***; ban nömrəsi: Kabina 2036101; şassi nömrəsi: 72419628; mühərrik nömrəsi: XTC6511N72305701; - Model: "xxxx"; d.q.n.: **-NP-***; b a n nömrəsi: kab 2029351; şassi nömrəsi: 72411640; mühərrik nömrəsi: XTC65115N********. Həmçinin adıçəkilən avtonəqliyyat vasitələri barədə verilmiş etibarnamələrə dair elektron informasiya sistemindən çıxarışa əsasən, sonuncuların hər ikisi Cavabdeh1 idarə edilməsi üçün verilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsində iştirak etmiş "xxxx" markalı avtonəqliyyat vasitəsinin Şirkətin nümayəndəsi tərəfindən hadisədən dərhal sonra çəkilmiş foto şəkillərindən məlum olur ki, avtonəqliyyat vasitəsinin şassi nömrəsi XTC65115N71136987, mühərrik nömrəsi 72411640 olmasına baxmayaraq, dövlət qeydiyyat nişanı yuxarıdakı çıxarışda olan məlumatlarla ziddiyyət təşki l edərək **-NP-*** olmuşdur. Apellyasiya baxışının birinci iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında həqiqətən "xxxx" markalı, **-NP-*** d.q.n.-lı avtonəqliyyat vasitəsinin də Cavabdeh2 mülkiyyətində olduğunu, etibarnamə əsasında idarə etmək üçün ona verdiyini, həyətində əsasında idarə etmək üçün ona verdiyini, həyətində olduğunu, sığorta şirkətinin nümayəndəsinin həmin avtonəqliyyat vasitəsinə baxış keçirmədiyini bildirmişdir. İşin obyektiv həlli və şikayətimizin dəlilləri baxımından, cavabdehin bu izahatı sübut hesab olunur və həmin iclasda işə baxan hakim Namiq Cəfərov bu izahata münasibət bildirərək apellyasiya şikayətin dəlillərini təsdiq etdiyini bildirmişdir. Lakin sonuncu apellyasiya baxış iclasında hakim Namiq Cəfərov başqa hakimlə əvəz edilmiş, həmçinin apellyasiya inst ansiyası məhkəməsi cavabdehin bu izahatını qətnamədə qeyd etməmiş, qətnamədə izahata münasibət bildirməmişdir. İş materiallarına əlavə edilmiş PDS********** nömrəli icbari sığorta müqaviləsinə əsasən, "xxxx" modelli, **-NP-*** d.q.n.-lı, “KABİNA 2036101” ban nömrəli və 72419628 mühərrik nömrəsi olan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti Şirkət tərəfindənxx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari qaydada sığortalanmışdır. İş materiallarına əlavə edilmiş PME********** nömrəli icbari sığorta müqaviləsinə əsasən, "xxxx" modelli, **-NP-*** d.q.n.-lı, KAB2029351 ban nömrəli, 72411640 mühərrik nömrəli avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək icbari qaydada sığortalanmışdır. Lakin hadisə zamanı, yəni xx.xx.2022-ci il tarixi ndə "xxxx" markalı, **-NP-*** d.q.n.-lı nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari qaydada hansısa sığorta şirkətində sığortalanmamışdır. Bununla da apardıqları araşdırma ondan ibarət olmuşdur ki, avtonəqliyyat vasitələrinin mülkiyyətçisi Cavabdeh2, yaxud etibarnamə üzrə sahibi, Cavabdeh1 “Model: "xxxx"; d.q.n.:99-NP872; ban nömrəsi: kab 2029351; şassi nömrəsi: 72411640; mühərrik nömrəsi: XTC65115N71136987” olan avtonəqliyyat vasitəsinin icbari qaydada sığortalanmasından yayınmaq məqsədilə, mülkiyyətində (sahibliyində) olan digər avtonəqliyyat vasitəsinin üzərindəki dövlət qeydiyyat nişanını, yəni **-NP-***-i çıxardaraq 99- NP-872-nin əvəzinə yerləşdirmiş, həmçinin onun dövlət qeydiyyat şəhadətnaməsini götürərək istifadə etmişdir. Təsadüfi deyil ki, hadisənin baş verdiyi zaman “Model: "xxxx"; d.q.n.: 99-NP872; ban nömrəsi: kab 2029351; şassi nömrəsi: 7 2 4 1 1 6 4 0; mühərrik nömrəsi: XTC65115N71136987” olan avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixində icbari sığortası olmamış, hadisədən bir neçə ay sonra, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-də sığortalanmışdır. Hadisə baş verdiyi vaxt avtonəqliyyat vasitəsinin üzərində **-NP-*** olduğundan, avtonəqliyyat vasitəsinin icbari sığortasının Şirkətdə olduğuhesab edilmişdir. Lakin avtonəqliyyat vasitəsinin üzərindəki eyniləşdirmə məlumatları olan hissəsinə diqqət yetirildikdə, mühərrik, şassi və ban nömrələrinin ona deyil, 99- NP-872 d.q.n.-lı avtomobilə aid olduğu görünür. Həmin foto şəklin isə bilavasitə hadisədən dərhal sonra, Şirkətin nümayəndəsi tərəfindən avtonəqliyyat vasitəsinə baxış keçirildiyi zaman çək ilməsi təkzib olunmur. Eyni zamanda, Cavabdeh1 həyətində olduğunu qeyd etdiyi “Model: “Kamaz65115 yük”; d.q.n.: **-NP-***; ban nömrəsi: Kabina 2036101; d.q.n.: **-NP-***; ban nömrəsi: Kabina 2036101; şassi nömrəsi: 72419628; mühərrik nömrəsi: XTC6511N72305701”avtonəqliyyat vasitəsinə Şirkətin nümayəndələri tərəfindən baxış keçirilmədiyini bildirmişdir. Bu halda həmin foto şəklin Şirkətin nümayəndəsi tərəfindən hadisə yerində deyil də, başqa yerdə əldə olunması da tamamilə absurddur. Beləliklə, aydın olur ki, həqiqətən avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları dəyişdirilməklə, Şirkətdə icbari qaydada sığortalanmamış avtomobilin vurduğu zərərə görə sığorta ödənişi edilməli olduğu hesab edilmişdir. Sığorta şirkətinin yol nəqliyyat hadisəsi üzrə araşdırma hüququ olmadığı kimi, bu faktların hadisə yerində müəyyənləşdirilməsi də mümkün deyildi. Çünki toplanmış sənədlərə Şirkətin ofisində buna məsul əməkdaşlar tərəfindən baxılır. Qeyd olunan uyğunsuzluq isə həmin sənədlərə və foto şəkillərə baxıldığı zaman aşkar olunmuşdur. İstinad olunan hallara əsasən, məhkəmənin hazırkı mövqeyi ilə razılaşmayaraq hesab edirlər ki, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlarla işin qeyd olunan halı kifayət qədər sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmamış, tətbiq edilməli olan maddi hüquq normaları yanlış təhlil edilmiş, bu səbəbdən, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayən dəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

35. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

36. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

37. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.

39. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

40. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

41. Maddə 8.1-1. İcbari sı ğorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.

42. Maddə 8.1-2. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır.

43. Maddə 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir.

44. Maddə 15.1 İcbari sığorta növlərində əmlaka dəyə n zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

45. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tə rəfindən aparılır.

46. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

47. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

48. Maddə

54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkət i və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

49. Maddə 56.1, 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Mülki Prosessual Məcəllə:

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Gös tərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1375/2023 nömrəli mülki iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar