Məhkəmə qərarları › İş №2(102)-2567/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2567/2025

27.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2567/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qızıl- zinət tələbi, sübutetmə yükü) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qızıl-ziynət əşyaları və əmlak tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2025-ci il tarixli, 2(105)-640/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı məxsus 26 adda əşya ünvan 1 ünvandan götürülmüşdür. 2. xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh saxlanca verilən əşyaların saxlanılması üçün hər ay 80 manat məbləğində pul ödəyir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanı İddiaçı tərəfindən boşaldılmalı və mənzil Cavabdeh təhvil verilməlidir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon və İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, Nümayəndə və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən götürülmüş komplekt gül formasında, üzük-9,36 qr 5000 manat, sırğa16,8 qr 9000 manat, bilərzik-9,66 qr 6500 manat, boyunbağı-9,76 qr 12000 manat, 583 əyar 3 karat cəmi 32500, qızıl onluq 2 ədəd 8,6 qr 583 əyar hər biri 1500 manat, cəmi 3000 manat, nişan üzüyü-9,3 qr 583 əyar 1500 manat, mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Rumıniya istehsalı 2500 manat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, 2 ədəd palaz Bakı istehsalı 2000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kq-lıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 3 ədəd yastıq Kitay istehsalı 300 manat, 5 ədəd qaz tükübalış 400 manat, 3 ədəd divan mütəkkəsi 300 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəlbıçaq dəsti Almaniya istehsalı 500 manat, b agema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1-i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, qəhvə servisi açıq qəhvəyi rəng 6 nəfərlik Polşa istehsalı 400 manat, mis qazan, çömçə, həvəngdəstə 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Çin istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Çin istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Çin istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manat, müxtəlif qab-qacaq və məişət avadanlıqları 1000 manat dəyərində əşyalarının və qızıllarının alınıb ona verilməsi, naturada verilməsi mümkün olmadıqda dəyərinin pulla, yəni 75130 manat pulla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2004-cü il tarixdən o, ünvan 1-da yaşayır. Həmin mənzil atasından miras qalmışdır. Borcu olduğu, yəni maddi cəhətdən sıxıntısı olduğu üçün “Rabitəbank”dan və “Unibank”dan 10000 manat pul götürmüş, lakin ödəməkdə çətinlik çəkdiyindən yaşadığı, atasında n ona miras qalmış Bakı şəhəri, Neftçilər prospekti 19-da yerləşən 10 saylı mənzilini satmaq qərarına gəlmişdir. Bu məqsədlə “Birja” qəzetinə elan vermişdir. Bir neçə gündən sonra makler ona zəng edərək evi bir çox şəxslərin almaq istədiyini bildirmiş, onlardan birinin də Quba rayon sakini Cavabdeh olduğunu demişdir. Ev satılmış, lakin ona pul verilməmişdir. Belə ki, makler ilə Cavabdeh arasında olan razılaşmaya əsasən pul maklerə verilmiş, o, məhkəmələrə müraciət etmiş, alğı-satqı müqaviləsi ləğv edilməmiş, makler Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək 4 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Məhkəmə qətnaməsi icraya yönəlmiş, icraçı ona bildirmişdir ki, “sənin əmlaklarını çölə atacam.” O, isə icra məmuruna əmlaklarını başqa ünvana aparacağını bildirmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh əri ilə birlikdə onun həmin evdə olan əşyalarını evdən çıxarmışlar. O, əmlaklarını tələb etdikdə ona əmlakların yerini söyləməmişlər. Məhkəmənin qətnaməsinə əsasən icraçı onu evdən çıxartmış, əmlakları və qızılları həmin evdə qalmışdır. O, evdən çıxmamışdan əvvəl qızıllarını qazanın içərisində gizlətmişdir. Cavabdeh və icra məmuru ona evdən heç nəyi götürməyə imkan verməmişlər. Göstərilənlərə əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi qismən təmin edilərək, mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Ruminiya istehsalı 2500 m anat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kqlıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəl-bıçaq dəsti Almaniya istehsalı 500 manat, bagema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1-i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Çin istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Çin istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Çin istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manatdan ibarət əşyalar, həmin əşyalar olmadıqda isə onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, araşdırma zamanı müəyyən edilib ki, ünvan 1 ünvanında İddiaçı məxsus əmlaklar cavabdeh tərəfindən saxlanca yerləşdirilmişdir. Qeyd olunan əmlaklar hazırda saxlancda saxlanılmaqdadır. İddiaçı komplekt gül formasında, üzük-9,36 qr 5000 manat, sırğa16,80 qr 9000 manat, bilərzik-9,66 qr 6500 manat, boyunbağı-9,76 qr 12000 manat, 583 əyar 3 karat cəmi 32500, qızıl onluq 2 ədəd 8,6 qr 583 əyar hər biri 1500 manat, cəmi 3000 manat, nişan üzüyü-9,3 qr 583 əyar 1500 manat məbləğində olan qızıl-ziynət əşyalarının mətbəx əşyası hesa b edilən qazanın içinə qoyduğunu qeyd etsə də, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən iddiaçının iştirakı ilə əmlaklar siyahıya alınan zaman və həmin qızıl-zinət əşyalarının əmlaklar saxlanca verilən zaman bu halı mübahisələndirməmişdir. Həmçinin yuxarıda göstərilən qızıl-zinət əşyalarının iş üzrə iddiaçı tərəfindən icra zamanı götürülməməsi (əgər həmin qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuşdursa) ağlabatan deyildir. Ona görə ki, qızıl-zinət əşyalarının götürülməsi üçün hər hansısa maneə olmamışdır. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

9. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə iclasında mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, çılçıraq 12 şamdanlı, “SONY” markalı tele vizor, “SONY” markalı video maqnitafon, 4 ədəd xalça 3x2 ölçülərdə, “İndesit” markalı paltaryuyan,“İndesit” markalı soyuducu, 6 ədəd yorğan, 4 ədəd döşək, 2 ədəd tozsoran, Pianino, qazan dəsti, madonna yemək dəsti, çamadanda çəngəl-bıçaq dəsti, bagema vaza orta ölçülü, bagema dolça, 4 ədəd vaza, 2 ədəd güldan, 12 ədəd billur Fujer, 12 ədəd billur rumka, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Billur iri külqabı, gümüş qaşıq, bıçaq, çəngəl dəsti, çay servisi, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri, 12 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 24 ədəd çay dəsmalı, 2 ədəd hamam xalatından ibarət iddiaçıya məxsus əşyaların saxlancda saxlanıldığını bildirərək, iddiaçıya təhvil verilməsinə etiraz etmə diyini bildirmişdir. Məhkəmə hesab edib ki, iddia tələbi cavabdeh tərəfin etirafı hissəsində təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 181.1 181.2 və 181.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsinin qismən, iddia tələbinin qızıl-zinət əşyalarının təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul e dilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qızılzinət əşyalarına aid hissədə iddia tələbini rədd edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan və icraçı tərəfindən tərtib edilən akt əmlaklara baxış keçirmədən və onları saymadan Cavabdeh sözlərinə əsasən tərtib olunub. Həmin akt tərtib olunarkən onun halı pisləşmiş, təcili yardım çağırılmış, həkim onu müayinədən keçirən zaman ona hansısa kağıza zorla imza etdirmişlər. Sonradan məlum olmuşdur ki, onun imzaladığı sənəd əmlakları yoxlamadan, saymadan, keyfiyyətinə baxmadan formal şəkildə tərtib edilən aktdır. Aktın tərtib olunduğu vaxt onun səhhəti ilə əlaqədar təcili tibbi yardım çağırılmasına dair vəkili tərəfindən Bakı şəhəri Səbail rayon Təcili və X1 Stansiyasına sorğu ilə müraciət etsə də, onalara arxivin məhv edildiyi bildirilmiş və sorğu cavablandırılmamışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh əri ilə birlikdə iddiaçıya məxsus əmlakları evdən çıxarmış və məlum olmayan yerə aparmışdır. Əşyalarının yerini soruşduqda isə ona hər hansı məlumat verməmişlər. Məsələ ilə bağlı icra məmuruna müraciət etdikdə icra məmuru bildirmişdir ki, əşyaları saxlanılması üçün Cavabdeh təhvil vermişdir. Göründüyü kimi cavabdeh onun məlumatı və icazəsi olmadan ona məxsus əmlakları evdən çıxarmış və ona məlumat verməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı işə baxan hakim müşavirəyə getməzdən əvvəl ona “sənin qızılların orada ola bilməz, mən qızılları təmin etməyəcəm” kimi fikir bildirmişdir. Onun əmlakların hansı vəziyyətdə və tam yerində olduğunu müəyy ən etmək məqsədilə ekspertiza təyin edilməsi barədə vəsatətini məhkəmə təmin etməmişdir. Məhkəmə iclası zamanı ona qarşı aqressiv davranış sərgilənmiş və nəticədə halı pisləşmiş təcili yardım çağırılmış və onu müayinə etmişdir. Bu hallar video çəkilişlərdə də var. Həmin video çəkilişlərin tələb edilməsi zəruridir. Göründüyü kimi məhkəmə onun heç bir sübutuna inanmamış, müşavirəyə getməzdən əvvəl iddianın qızılla bağlı hissəsini təmin etməyəcəyini bildirmişdir. Bu hallar məhkəmə zalında olan video görüntülərdə də vardır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-640/2025 saylı, 12 may 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, hakimlər S.Qafari və A.Hüseynzadə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

15. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi bildirir ki, mübahisələndirilən hissədə iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır.

16. Məhkəmə apellyasiya şikayətinin qızıl-zinət əşyası ilə bağlı dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla işin hallarından müəyyən edildiyi kimi İddiaçı mövcud alqısatqı müqaviləsindən sonra evdən könüllü çıxmayaraq, iki ilə yaxın həmin evdə yaşamış, yalnız alıcı tərəfin (hazırki iş üzrə cavabdehin) müdaxiləsindən (məhkəmə müdafiəsindən) sonra məhkəmə qərarı əsasında evi tərk etmişdir.

17. Buradan da belə qənaətə gəlinir ki, artıq tərəflər arasında uzunsürən məhkəmə çəkişmələrinin, münasibətlərin kəskinləşdiyi bir vaxtda iddiaçının özünə məxsus olan qızıl-zinət əşyalarını həmin evdə saxlaması və ya daşınması çətinlik yaradan əşya kimi qarşı tərəfin saxlancına verilməsi ağlabatan mühakimə hesab edilə bilməz.

18. İkincisi, yuxarıda qeyd olunan aktın məzmunundan görünür ki, İddiaçı mübahisələndirilən əşyaları saxlamağa yeri olmadığını bildirmiş və icra sənədinin icrasının bir həftə təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, yəni onsuz da yaxın günlə rdə mənzildən çıxarılacağını bildiyi bir halda qızıl-zinət əşyaları ilə maraqlanmaması, mövcud olduğu halda onları götürməməsi kollegiyanın qənaətincə inandırıcı deyildir.

19. Üçüncü, yenə də həmin aktın məzmunundan görünür ki, siyahıya alınma həyata keçirilirkən, icra məmuru tərəfindən iddiaçıya ilk zəruri əşyaların və qiymətli əmlakların götürülməsi təklif olunmuş, götürülməsi (daşınması) mümkün olmayan əşyalar isə siyahıya alınaraq (eyni zamanda video çəkiliş aparılmaqla) məsuliyyət elan edilməklə tələbkara saxlanca verilmişdir. Göründüyü kimi İddiaçı həmin vaxt aktı mübahisələndirməyərək, digər şəxslərlə birgə imza etmişdir.

20. Yuxarıda sadalananlara istinad edərək bir daha məhkəmə qeyd edir ki, iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsində iddiaçı tərəfindən məhkəməyə hər ha nsı təkzibedilməz sübut növü təqdim edilmədiyindən, habelə bu hissədə iddia tələbinin əsassızlığına dair iş materiallarında olan sübutlar əsasında işə baxan məhkəmə göstərilən hissədə iddia tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin qızıl-zinət əşyaları ilə bağlı hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin oolunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılm ışdır ki, hazırki vəziyyətdə o, əmlaklarından istifadə edə bilmir, qızıllarını və əmlaklarını cavabdeh verməkdən imtina edir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, “mən iddiaçının əmlaklarını özünə qaytaracam”, lakin qətnamə çıxarılmasına baxmayaraq əmlakları ona qaytarılmamışdır.

24. Məhkəmə iclasında heç bir çəkişməyə imkan verilməmişdir. Məhkəmə qeyriobyektiv, birtərəfli aparılmışdır. Məhkəmədə verdiyi izahatında qeyd etmişdir ki, icra zamanı Cavabdeh, onun həyat yoldaşı və icra məmuru tərəfindən ona edilən təhqirlər, təziqlər nəticəsində o huşunu itirmişdir. Həmin vaxt təcili yardım çağırılmışdır. Onunla birlikdə icrada iştirak edən qadın sonradan bilrimişdir ki, həmin vaxt icra məmuru zorla sənə hansısa sənədə imza etdirmişdir. Quba Rayon Məhkəməsində işə baxılan zaman hakim V.Seyidovun ona təziqləri nəticəsində huşunu itirmiş, məhkəmə işçiləri tərəfindən təcili yardım çağırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edil ə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. Mülkiyyətçi özgəs inin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən mübahisələndirildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi nə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-640/2025 nömrəli iş üzrə 12 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar