Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2568/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi və s. tələbinə dair qarşılıqlı iddialar barədə mülk i iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4139/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC (bundan sonra – MMC) ilə İddiaçı arasında bağlanmış 01 yanvar 2014-cü il tarixli, 4 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. 2. “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur.
3. MMC-nin direktoru X8 və maliyyə direktoru X3 tərəfindən tərtib olunmuş 8 iyun 2020-ci il tarixli akta əs asən 2 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında MMC-də Biznesin İnkişafı üzrə Menecer vəzifəsində çalışan İddiaçı aşağıda qeyd olunan əmək vəzifəsinin kobud şəkildə pozuntuları aşkar olunmuşdur. İddiaçı ona aid olmayan, digər istifadəçilərin loqin və parolundan istifadə edərək MMC-nin sifarişlərini idarə edən proqram təminatına icazəsiz girmiş, həmin proqram təminatında İddiaçı və onun vəzifə səlahiyyətlərinə aidiyyəti olmayan məlumatların nüsxəsini çıxarmış, habelə, sistemdən malların alış və satış qiymətlərini icazəsiz əldə etmişdir. Bundan başqa, X4 MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişmiş və nəticədə şirkətə maddi ziyan dəymişdir. Bununla da İddiaçı MMC-nin kommersiya sirri sayıl an istehsal, marketinq və bazarlama məlumatlarını, habelə müştərilərin fərdi və kommersiya məlumatlarını qanunsuz əldə etmiş və şirkətə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı İddiaçı izahat verməsi, bu əməli törətməsinin səbəbini açıqlaması təklif olunmuşdur. Ona izahat vermək tələb edilsə də, o, nə yazılı nə də şifahi qaydada izahat verməmişdir.
4. MMC-nin 08 iyun 2020-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
5. MMC-nin əməkdaşları X8, X5 və X3 tərəfindən tərtib olunaraq imzalanmış 10 iyun 2020-ci il tarixli akta əsasən MMC tərəfindən xx.xx. 2014-cü il tarixli 4 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında İddiaçı 9 iyun tarixdə saat 10:48-də telefon ilə məlumat verilmiş və o, əmri qəbul etməkdən imtina etmişdir, imtinanın səbəbləri izah olunmamışdır.
6. MMC-nin direktoru X8 və maliyyə direktoru X3 tərəfindən tərtib olunmuş 27 yanvar 2021-ci il tarixli akta əsasən 2 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında MMC-də satış meneceri çalışan İddiaçı MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişdirməsi nəticəsində şirkətə dəyən maddi ziyan MMC-nin əməkdaşları tərəfindən araşdırılmış və bu akta əlavə olunmuş cədvəldə qeyd olunmuşdur. Cədvəldə qaimə sənədinin ilkin tarixi və dəyişiklik olunan tarix, qaimədə olan malın ilkin sayı və d əyişiklikdən sonrakı say, bu sayların fərqi və malın ədədinin qiyməti və sonda yaranmış say fərqinin malın ədədinə hasili nəticəsində əmələ gələn ziyanın məbləği göstərilmişdir. Ziyanın məbləği günün valyuta kursuna uyğun olaraq manata çevrilmiş və cədvəldə manatla göstərilmişdir.
7. MMC-nin direktoru X8 və maliyyə direktoru X3 tərəfindən tərtib olunmuş 2 fevral 2021-ci il tarixli akta əsasən 2 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında Cavabdeh MMC-də əməliyyatçı vəzifəsində çalışan İddiaçı MMC-nin proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra geri tarix ilə dəyişdirməsi nəticəsində şirkətə dəyən maddi ziyan MMC-nin əməkdaşları tərəfindən araşdırılmış və maddi ziyanın dəyəri 152.234,36 manat təşkil etmişdir. Maddi ziyan ın detalları bu akta əlavə olunmuş cədvəldə qeyd olunmuşdur. Cədvəldə qaimə sənədinin ilkin tarixi və dəyişiklik olunan tarix, qaimədə olan malın ilkin sayı və dəyişiklikdən sonrakı say, bu sayların fərqi və malın ədədinin qiyməti və sonda, yaranmış say fərqinin malın ədədinə hasili nəticəsində əmələ gələn ziyanın məbləği göstərilmişdir. Ziyanın məbləği günün valyuta kursuna uyğun olaraq manata çevrilmiş və cədvəldə manatla göstərilmişdir. 8. “X12” MMC-nin 14 avqust 2017-ci, 19 mart 2018-ci, 16 mart 2019-cu il tarixli audit rəylərinə əsasən MMC-də mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğun olmuşdur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaratmışdır. 9. “X12” MMC ilə MMC arasında bağlanmış auditor xidməti göstərilməsi barədə 29 yanvar 2021-ci il tarixli, 0299 nömrəli müqaviləyə əsasən tərəflər arasında auditor xidməti göstərilməsi barədə müqavilədə göstərilən şərtlər əsasında müqavilə bağlanması razılaşdırılmışdır. Müqavilənin predmetini xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək anbarda olan material qiymətlərinin varlığı, saxlanması və uçotunun düzgün aparılmasının yoxlanılması təşkil etmişdir. Göstərilmiş auditor xidmətinin nəticəsi yazılı aktlar və rəylə rəsmiləşdirilir. 10. “X12” MMC-nin 31 iyun 2021-ci il tarixli aktına əsasən MMC-nin maliyyə hesabatları və alqı-satqı əməliyyatlar üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək dövriyyəsi üzrə audit keçirilmiş və MMC tərəfindən fiziki şəxslərə köçürülmüş avans ödəniş üzrə tam məbləğdə elektron qaimə alınmamışdır. İddiaçı alqı-satqı və sistemdə müdaxilələr üzrə: - MMC tərəfindən təqdim olunan “İddiaçı tərəfindən UFC proqramında aparılan dəyişikliklər” sənədinə əsasən audit aparılmışdır. Dəyişikliklərin şirkətin maliyyə sənədlərinə uyğun olmaması və beləliklə qanunsuz olması aşkar edilmişdir. Hesablamalar nəticəsində maliyyə sistemində müdaxilələr əsasında MMC-yə 147.403,76 manat ziyan vurulmuşdur.
11. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli 105-1-xx/xx/3499-21 saylı cavab məktubuna əsasən xx.xx.2020ci il tarixi ndən saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğular ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsus olmuşdur.
12. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin rəsmi internet səhifəsindən çıxarışa əsasən ***-**-** nömrəli telefonun abunəçisi X1r.
13. İddiaçı xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, D.Dadaşov küçəsi, ev 14-də qeydiyyatdadır.
14. MMC (Müştəri) ilə «X17» MMC (De Novo) arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən De Novo tərəfindən müştəriyə əmək mübahisəsi ilə əlaqədar şirkətin maraqlarının birinci instansiya məhkəməsi mərhələsində təmsil edilməsi, o cü mlədən etirazın və qarşılıqlı iddianın hazırlanması ilə əlaqədar hüquq xidmətinin qiyməti avans olaraq 4000 manat (ƏDV və hər hansı xərclər (tərcümə, notariat təsdiq, kuryer/poçt, nəqliyyat xərcləri, vəkil ilə müqavilənin imzalanması üçün xidmət haqqı daxil deyil) ödənilmişdir.
15. MMC ilə 21 saylı Vəkil Bürosu arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli, 438 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən müraciət edən şəxsin adından X2 tərəfindən MMC-yə hüquqi yardıma görə 310 manat məbləğində pul ödənilmiş, müqavilə üzrə hüquqi yardım göstərilməsi Vəkil1 həvalə edilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İdd iaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin xx.xx.2020-ci il tarixli, 134 saylı əmrinin ləğv edilməsi, onun MMC-də maliyyə meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2011-ci ilin mart ayında MMC-də maliyyə meneceri kimi işə başlayaraq əmək müqaviləsi bağlamışdır. Sonradan ona məlum olmayan səbəblərdən işdən azad edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində regional menecer Yasəf Eyvazzadə tərəfindən bildirilmişdir ki, koronovirus pandemiyası ilə əlaqədar olaraq evdə online və tam iş rejimində işləyəcəklər. O, da regional menecer Yasəf Eyvazz adənin dediklərinə əsasən işə getməmiş, evdən online rejimdə işləmişdir. O, xx.xx.2020-ci il tarixində koronovirus xəstəliyinə tutulmuş, xəstəliyi ağır dərəcəli olduğundan həkim tərəfindən işə başlamağa xx.xx.2020-ci il tarixindən sonra icazə verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi evdən online rejimdə işləmişdir. O, xx.xx.2020-ci il tarixində axşam saatlarında “e-gov.az” saytında şəxsi kabinetinə giriş edə bilməmişdir. Bundan sonra şirkət rəsmiləri ilə əlaqə saxlamaq istəsə də, telefon zənglərinə cavab verilməmişdir. Bundan sonra vəkili MMC-yə yazılı şəkildə müraciət edərək, MMC tərəfindən “onun əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi olaraq əmrin verilib-verilməməsi barədə məlumat verilməsini, əgər əmr verilibsə əmrin surətinin təqdim edilməsini xahiş e tmişdir. Müraciətə cavab olaraq təqdim edilmiş məktubla bildirilmişdir ki, onun əmək müqaviləsinə xitam verilmiş və eyni zamanda əmrin surəti təqdim edilmişdir. Həmin əmrdən görünür ki, o, xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. O, heç vaxt əmək vəzifələrini kobud şəkildə pozmamış, şirkət rəhbərliyinin tələbi ilə və sonradan koronovirus xəstəliyinə tutulduğuna görə işə getməmişdir. Lakin işə getmədiyi halda da online rejimdə əmək vəzifələrini icra etmişdir. MMC onun əmək vəzifələrini kobud şəkildə pozduğu halları göstərməmiş, işdən çıxarıldığı halda onunla son haqq-hesab aparılmamışdır. O, işlədiyi dövrdə heç zaman intizam pozuntusuna yol verməmiş, işə hər zaman vaxtı-vaxtında getmiş, ona tapşırılan bütün tapşırıqları vaxtında yerinə yetirmiş və iş yoldaşları ilə də münasibətləri normal olmuşdur. O, işlədiyi dövrdə heç zaman müəssisə rəhbərliyi tərəfindən xəbərdarlıq və töhmət almamışdır. Cavabdeh tərəfindən ona xəbərdarlıq olunmadan, heç bir töhmət verilmədən əsassız olaraq onun işdən azad olunmağı tamamilə qanunazidd olmuşdur. Eyni zamanda əmrin surətini aldıqda ona məlum olmuşdur ki, o, işlədiyi dövrdə işdən çıxarılmağı barədə əmr verilmişdir. Belə ki, işdən çıxarılmağı barədə əmr xx.xx.2020-ci il tarixdə verilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixə kimi işə getmişdir. xx.xx.2020-ci il tarixdən 2 iyul 2020ci il tarixi də daxil olmaqla o, evdən online rejimdə işləyərək əmək vəzifələrini lazımınca icra etmişdir. Gö ründüyü kimi, MMC qeyd edilən müddəalarla onun əmək hüquqlarını kobud surətdə pozmuşdur.
18. MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 147.403,76 manat məbləğində vurulmuş zərərin, 4.000 manat məbləğində hüquqi yardım xərclərin, 310 manat vəkillə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, MMC ilə İddiaçı arasında 1 yanvar 2014-cü il tarixində 4 saylı əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək müqaviləsinə 8 iyun 2020-ci il tarixində 134 saylı əmrə əsasən xitam verilmişdir. Bun unla bağlı İddiaçı ilə telefon danışığı olmuş və ona əmək müqaviləsinə xitam verildiyi və əmrlə tanış olmaq və əmək kitabçasının təhvil alması üçün işə gəlməli olması bildirilsə də, İddiaçı tərəfindən bu günədək sənədlər təhvil alınmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə onun bacısı X6 və onun həyat yoldaşı Elşən Pənahov ilə telefon danışığı və görüşlər keçirilmişdir. Görüşlər zamanı İddiaçı əmək müqaviləsinə xitam verilməsinin səbəbləri izah edilmiş və ona qarşı iddia qaldırılacağı və MMC-yə vurduğu ziyanı ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Sonuncu belə görüş 1 avqust 2020-ci il tarixində İddiaçı həyat yoldaşı Elşən Pənahov ilə olmuşdur. Belə ki, İddiaçı MMC-yə vurulan ziyanı boynuna almamış və vurulan ziyanı könüllü ödəməmişdir. İddiaçı tərəfindən qanunveric ilik və əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən aşağıda sadalanan hüquq pozuntularına yol verilmişdir.
20. MMC-nin nümayəndəsi və vəkili həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı onun əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş və o özü bilərəkdən müvafiq sənədləri almaqdan boyun qaçırırmışdır. İddiaçı onun əmək müqaviləsinə xitam verilməsinin aydın olması və özünün bilərəkdən müvafiq sənədləri almaqdan imtina etməsi həm də onunla təsdiq edilmişdir ki, İddiaçı 6 aydır ki, işə gəlməmişdir. İddiaçının online şəkildə evdən çalışma barədə tapşırıq alması həqiqəti əks etdirməmişdir. Belə ki, guya ki, bu barədə İddiaçı tapşırıq verən Yasəf Eyvazov MM C-nin nə rəhbər nə də digər vəzifəsində çalışmamış və Yasəf Eyvazov tərəfindən İddiaçı belə bir göstəriş verilməmişdir. İddiaçı hüququnun pozulması ona 8 iyun 2020-ci il tarixində ona bu barədə məlumat verilərkən məlum olmuşdur. Beləliklə, İddiaçı işə bərpa barədə 8 iyun 2020-ci il tarixindən bir ay ərzində iddia qaldıra bilərdi. Məhkəmədən buraxılmış iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi xahiş olunmuşdur.
21. Məhkəmə iclasında iştirak etmiş MMC-nin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında göstərmişdir ki, iş materiallarında olan 8 oktyabr 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi, 188.253.226.32 İP ünvanından edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsus olması müəyyən o lunmuş, tərəfindən internet saytlarda axtarış edərkən bu nömrənin Mərdəkan qəsəbəsində yaşayan abunəçiyə məxsus olması müəyyən edilmişdir. İddiaçı qeydiyyat ünvanının da Mərdəkan qəsəbəsində olduğunu nəzərə alaraq hesab etmişdir ki, məhz İddiaçı bu nömrə vasitəsilə də internetə və proqrama daxil olması müəyyən olunmuşdur.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə komputer-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 5/699 nömrəli, 8 oktyabr 2021-ci il tarixli rəyinə əsasən xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən daxil olmuş məktubda xx.xx.2020-ci il tarixindən saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsus olması müəyyən edilsə də, İddiaçı məxsus olmasına dair hər hansı bir məlumat məktubda öz əksini tapmamışdır. İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər. İnternet qlobal sisteminə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı (İR X7) mövcuddur. İstifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatı aparılır. İstifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodu hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yolla rla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyünü nəzərə alaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər.
23. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-250/2021 nömrəli iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) ilk iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 147.403,76 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsinin tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
24. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddiaçı tərəf əmək fəaliyyət i zamanı pozuntulara yol verməməsini göstərməsinə baxmayaraq, MMC-nin iddiaya olan etirazının əsası kimi istinad etdiyi halları təkzib etmək üçün heç bir cəhd etməmiş, yalnız irəli sürülən dəlillərin əsassız olmasını ümumi sözlərlə ifadə etməklə kifayətlənmişdir. Halbuki, işin materiallarından görünür ki, MMC məhz iddiaçıya məxsus İP ünvanla bağlı təqdim etdiyi aktlarda göstərilən vaxtlarda və qaydada onun proqram təminatına daxil olmasını təsdiq edən sübutlara (aktlar, audit rəyi və s.) əsaslanmışdır.
25. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində istifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatının aparıldığı göstərilmiş və məhz istifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyü nəzərə alınaraq, İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkün ola biləcəyi nəticəsinə gəlinmişdir. İddiaçı tərəfindən isə təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırılaraq və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə müxtəlif vaxtlarda müvafiq proqrama daxil olunmasına dair heç bir sübut növü məhkəməyə təqdim edilməmişdir.
26. Məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsinə dair ilk iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığı üçün əsassız olm uş və tələbin bu hissəsi əsassız olduğu üçün rədd edilməli olduğundan tələbin digər, yəni törəmə hissələrinə (işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) hüquqi qiymət verilməsinə zərurət olmamışdır.
27. Məhkəmə MMC-nin ilk iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar qeyd etmişdir ki, ilk iddiaçının iddiasının əsassız olması səbəbi ilə rədd edilməli olduğu qənaətinə gəldiyini nəzərə alaraq iddia müddəti tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirilməsinə zərurət olmamışdır.
28. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə İddiaçı məxsus istifadəçi adı (Elektron ünvan ) logini ilə UFC proqramına çoxsaylı şəkildə müdaxilələr olması "xxxx" MMC tərəfindən təqdim edilən 2 iyu n 2020-ci il tarixli aktın məzmunu ilə təsdiqlənmişdir. Qeyd edilənlərlə bağlı MMC-də daxili audit başlanılmış və ilkin audit rəyi tərtib edilmiş, bundan sonra da audit davam etmiş, audit aparılan müddətdə iddiaçının işçiləri, təchizatçıları və müştəriləri ilə mövcud hüquq pozuntusu ilə bağlı görüşlər keçirilmiş, proqram təminatına baxış keçirilmiş və yekun rəy təqdim edilmişdir. Məhkəməyə həmçinin qarşılıqlı iddia üzrə İddiaçı UFC proqramına daxil olunaraq dəyişikliklər etməsi nəticəsində dəymiş zərəri sübut edən digər sənədlər (hesab fakturalar, elektron vergi hesab fakturalar, qaimələr və s.) də təqdim edilmişdir.
29. Məhkəmə qarşılıqlı iddia üzrə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab etmişdir ki, “X15” MMC-nin 10 iyun 2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci ildə baş a çatmış audit aktı ilə UFC proqramında cavabdeh tərəfindən qanunsuz hərəkətlərin aparılması və İddiaçı tərəfindən maliyyə sisteminə müdaxilələr əsasında MMC-yə 147.403,76 manat ziyan vurulmağı təsdiqləndiyi üçün qarşılıqlı iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən ilk iddia üzrə verdiyi hüquqi dəyərləndirmədə göstərdiyi kimi, İddiaçı (nümayəndəsinin) ona qarşı olan iddianın əsassız olması və irəli sürülən iddia dəlillərinin təkzib edilməsində ümumi sözlərlə kifayətlənməsini, hər hansı təkzibedici sübut təqdim etməməsini də nəzərə almışdır.
30. Məhkəmə qarşılıqlı iddianın 310 manat vəkillə bağlanmış müqaviləyə dair xidmət haqqının ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən rədd edilməsi nəticəsinə gəlmişdir.
31. Məhkəmə həmçinin qarşılıqlı iddian ın 4.000 manat məbləğində hüquqi yardım xərclərinin İddiaçı tutulması hissəsinin təmin edilməsini də mümkün saymamış və iddianın 4.000 manat məbləğində hüquqi yardım xərclərinin İddiaçı tutulması hissəsinin də əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəlmişdir. Belə ki, MMC tələbinin bu hissəsini onunla «X17» MMC arasında bağlanmış hüquq xidmətlərinin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli müqavilənin məzmunu ilə əsaslandırmışdır. Məhkəmə Vəkil Bürosu ilə bağlanmış müqaviləyə istinadən hesab etmişdir ki, əvvəla bu müqavilənin MMC ilə «X17» MMC arasında bağlanmış hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə ilə hər hansı hüquqi bağlılığı müəyyən edilməmiş və həmçinin də ilk iddiaya etirazın və qarşılıqlı iddianın hazırlanması ilə əlaqədar hüquqi yardımın məhz «X17» MMC tər əfindən göstərilməsi də sübut olunmamışdır.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70 “ç”, 71, 72, 186, 194, 199, 201 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks audit və komputer-texniki ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli rəyinə əsasən "xxxx" MMCnin təqdim etdiyi bildiriş əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktında, həmçinin “X15” MMC audit şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktında yaranmış çatışmazlıq müəyyən olunarkən mühasibat sənədlərinə əsaslanmamışdır. Təsərrüfat subyekti malın təqdim olunmasına dair tərtib etdiyi daxili uçot sənədlərində (qaimə, təhviltəslim aktı, hesab-faktura və s) hər hansı bir düzəliş aparıldığı təqdirdə mütləq həmin düzəlişlər elektron qaimə-fakturalarda əksini tapmalıdır. Həmçinin sahibkarlıq subyektində mühasibat uçotunun aparılması və nəzarəti qaydaları daxili sənədlərlə tənzimlənir. O cümlədən “uçot siyasəti” ilə. Lakin, belə bir dəyişikliyin aparılması ilə bağlı iş materiallarında hər hansı məlumat və ya sənəd mövcud olmamışdır. MMC-yə məxsus proqram təminatı əsasında hesablanmış çatışmazlıq məhkəmə-mühasibat ekspe rtizasının predmetinə aid olmadığından İddiaçı tərəfindən MMC-yə ziyan vurulub-vurulmaması müəyyən edilməmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4139/2022 nömrəli mülki iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və İkram Şirinov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilm əsinə dair ilk iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığı üçün ilkin iddia tələbinin rədd edilməsi və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı mövqeyini əsaslandırarkən "xxxx" MMC tərəfindən təqdim edilən 2 iyun 2020-ci il tarixli akta və MMC-nin daxili audit rəyinə istinad etmişdir. Kollegiya hesab etmişdir ki, həmin sübutlar mötəbər hesab edilə və hazırki mübahisənin həllində əsas götürülə bilməz. Belə ki, qeyd edilən məsələnin araşdırılması xüsusi bilik tələb edir və bu sahədə ixtisaslaşmış ekspertin rəyi olduğu təqdirdə həmin rəy digər sübutlarla yanaşı qiymətləndirilərək əsas götürü lə bilər. Lakin, "xxxx" MMC tərəfindən təqdim edilən 2 iyun 2020-ci il tarixli akt ekspert rəyi deyil və özlüyündə məhkəmə üçün xüsusi bilik tələb edilən məsələnin həllində istinad edilə bilməz. Qeyd edilən akt ekspert rəyi olardısa, həmin rəy digər sübutlarla yanaşı şəkildə qiymətləndirilə bilərdi.
38. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli ekspert rəyini iş materiallarında olan sənədlərlə əlaqəli şəkildə nəzərdən keçirərək qeyd etmişdir ki, İddiaçı tərəfindən MMC-yə ziyan vurulub-vurulmaması müəyyən edilmədiyindən İddiaçı tərəfindən MMC-yə maddi zərərin əvəzi olaraq 147.403,76 manat məbləğində pul ödəməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab etmişdir ki, İ ddiaçı tərəfindən sistemə müdaxilə edilməsi iş materialları ilə öz təsdiqini tapsa da, bu hal özlüyündə MMCyə maddi ziyan vurulmasına dair nəticəyə gəlməyə əsas verməmişdir. Belə ki, MMC-yə maddi ziyanın vurulması mühasibatlıq sənədləri və digər mötəbər sübutlar əsasında öz təsdiqini tapmalıdır ki, həmin sənədlər iş materiallarında aşkar edilməmişdir. Ekspert öz rəyində müvafiq mühasibatlıq sənədlərinin olmamasına istinad etmişdir.
40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70 “ç”, 71, 72, 186, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin qismən – ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşması, qarşılıqlı iddia tələbini isə təmin edilmiş hissədə ləğv etməsi ziddiyyətli olmuşdur. Bu kateqoriya (işə bərpa) mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı əmək mübahisəsindən və iş materiallarında n göründüyü kimi İddiaçı tələbini təkzib edəcək hər hansı mötəbər sübutlar olmamışdır. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən sistemə müdaxilə edilməsi və MMC-yə maddi ziyanın vurulması öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən cavabdehə maddi ziyanın vurulması öz təsdiqini tapmadığından, cavabdehə maddi ziyan vurulması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmrin qanuniliyindən də söhbət gedə bilməz.
43. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” 72, 191, 192-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
44. MMC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı vurulmuş maddi ziyan ın əvəzi olaraq 147.403,76 manat məbləğində vəsaitin MMC-yə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə “Auditor xidməti haqqında” Qanunun tələblərini düzgün təfsir etməmiş və mövcud sübutu məhkəmənin qətnaməsinin qəbul edilməsində nəzərə almamışdır. Belə ki, MMC məhz öz proqram təminatına müdaxilələr nəticəsində zərər vurulması faktının yoxlanılması (spesifik hal ilə bağlı) məqsədilə xüsusi müqavilə bağlamış və bu müqavilə üzrə təqdim olunan yekun sənəd qanunvericiliyin tələblərinə uyğun olaraq akt formasında təqdim olunmuşdur. Həmin Qanunun 17-ci maddəsinə əsasən “Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edir.” Tərəfindən təqdim edilmiş aktın mahiyyəti də məhz xüsusi halın yoxlanılması olmuşdur. Eyni zamanda, auditorun rəyi (Qanunun 8-ci maddəsi) bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Audit aktının əlavə ekspert tərəfindən yoxlanılması isə məhkəmənin öz təqsiri səbəbindən baş tutmamışdır. İş üzrə audit aktının – sübutun mötəbərliyinin və qanuniliyini mübahisələndirəcək heç bir sübut təqdim olunmamışdır. Belə olan halda apellyasiya məhkəməsi əsas sübutun qiymətləndirilməsindən yayınmış və işin əsasını təşkil edə biləcək bu halları məhkəmə qətnamə q əbul edən zaman qiymətləndirməmişdir.
46. Kassator qeyd etmişdir ki, İddiaçı tərəfindən səlahiyyətləri xaricində şirkətin proqram təminatına qanunsuz müdaxilələr edilərək şirkətə xeyli miqdarda zərər vurmuşdur. İddiaçı fərqli tarixlərdə keçmiş tarixdəki satış əməliyyatları ilə bağlı müxtəlif göstəriciləri dəyişərək (75 dəfə) bu zərərin yaranmasına birbaşa səbəb olmuşdur. Bu fakt 2 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi akta və “X15” MMC-nin xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək şirkətin dövriyyəsi üzrə keçirdiyi auditin nəticələrinə dair aktla öz təsdiqini tapmışdır. Qeyd olunan sənədlər maddi sübut kimi məhkəməyə təqdim olunmuşdur. Əmək müqaviləsi məhz bu zərərvurma səbəbindən xitam edilmişdir. Bu sənədlərin mötəbərliyini şübhə altına hər hansı əks sübut m əhkəməyə təqdim olunmamışdır. Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsinin 54-cü bəndində işçi tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin kobud pozuntusu faktının təkzib olunmaması barədə məhkəmənin də mövqeyi öz əksini tapmışdır. Maddi ziyan vurulması ilə bağlı məhkəməyə təqdim olunmuş yuxarıda göstərilən maddi sübutların mötəbərliyi ancaq bunların əksini sübut edən və ya təkzib edən digər maddi sübutlarla, o cümlədən ekspert rəyi ilə şübhə altına alına bilərdi. Məhkəmə bu səbəbdən qərarının sonrakı bəndlərində də göstərir ki, “Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı tərəfindən sistemə müdaxilə edilməsi iş materialları ilə öz təsdiqini tapsa da”, lakin davamında “bu hal özlüyündə cavabdehə maddi ziyan vurulmasına dair nəticəyə gəlməyə əsas vermir.” Məhkəmən in ziddiyyətli mövqeyi ilə bağlı qeyd etmişdir ki, “öz təsdiqini tapan müdaxilə faktı” özü elə zərərvurma faktı olmuş, zərərvurma hərəkətindən kənar hər hansı müdaxilə müzakirə olunmamışdır. İş materiallarında olan sənədlərlə zərərvurma faktı kifayət qədər sübuta yetirildiyindən əmək qanunvericiliyinin qeyd olunan tələblərinə əsasən işçi tərəfindən vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəmə qərarı çıxarılmalı idi.
47. Kassator qeyd etmişdir ki, işin ədalətli baxılmasının təmin olunması üçün tərəfindən xx.xx.2022-ci il tarixində təkrar ekspertizanın keçirilməsi üçün vəsatət təqdim olunmuşdur. Əvvəlki ekspertiza iş üçün əhəmiyyətli heç bir rəy vermədiyindən bunun zəruri olduğunu hesab etmişdir. Lakin məhkəmə vəsatəti rədd etmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla ko mpleks audit və komputer-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Hər iki ekspertiza üzrə kifayət qədər məlumat və sənədlər təqdim olunmadığından ekspertiza keçirilməsi mümkün olmamışdır. Komputer ekspertizası ilə bağlı vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Kompleks audit ekspertizası ilə bağlı da sənədlərin mövcud olduğu MMC-yə hər hansı müraciət daxil olmamışdır. Əgər ekspertiza üçün göndərilən vəsatət məhkəmə tərəfindən təmin olunsa və MMC-dən zəruri sənədlər əldə olunsa, hər iki ekspertiza üzrə tam və dolğun araşdırma aparılması mümkün olacaq idi. Nəticədə məhkəmə və mübahisə üçün zəruri olan sübutun və xüsusi bilik əsasında iş materiallarının qiymətləndirilməsi məhkəmənin hərəkətsizliyi nəticəsində mümkün olmamışdır.
48. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddiaçının tələbini təmin etməməsi onun sübutu olmuşdur ki, MMC tərəfindən İddiaçı işdən çıxarılmasına səbəb həqiqətəndə onun vurduğu maddi ziyan olmuşdur. Məhkəmə tərəfindən iddiaların hər ikisinin təmin edilməməsi ziddiyyətli və anlaşılmaz mövqe olmuşdur. Çünki bu iddialar bir-biri ilə bağlı qarşılıqlı tələblərdən irəli gəlmiş, onlardan birinin rədd olunması digərinin əsaslı olmasına səbəb olmuşdur. Yəni işçi əmək vəzifələrini pozubsa deməli zərər vurmuş, yox zərər vurmayıbsa deməli əmək vəzifələrini pozmamışdır.
49. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194, 199, 201ci, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8, 17-ci, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 97, 99, 101.3, 102.3, 156.1.2, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
52. Maddə 11.1. «d». Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir.
53. Maddə 70 «ç». İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklə rini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
54. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
55. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
56. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
57. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şidd ətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
58. Maddə
200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı ol araq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvləri nin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
59. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
60. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdiri lmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Məhkəmə kollegiyası ilk iddiaçının kassasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsi işin hallarını araşdıraraq, ilk iddiaçının işə bərpa olunmasına dair əsasların olmaması nəticəsinə gəlmişdir. Bu qənaət onunla əsaslandırılmışdır ki, MMC-nin iddiaya olan etirazının əsası kimi istinad etdiyi halları təkzib etmək üçün heç bir cəhd etməmiş, yalnız irəli sürülən dəlillərin əsassız olmasını ümumi sözlərlə ifadə etməklə kifayətlənmişdir. Halbuki, işin materiallarından görünür ki, MMC məhz iddiaçıya məxsus İP ünvanla bağlı təqdim etdiyi aktlarda göstərilən vaxtlarda və qaydada onun proqram təminatına daxil olmasını təsdiq edən sübutlara (aktlar, audit rəyi və s.) əsaslanmışdır. Ekspert rəyində istifadəçinin h ansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatının aparıldığı göstərilmiş və məhz istifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyü nəzərə alınaraq, İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkün ola biləcəyi nəticəsinə gəlinmişdir. İddiaçı tərəfindən isə təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırılaraq və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə müxtəlif vaxtlarda müvafiq proqrama d axil olunmasına dair heç bir sübut növü məhkəməyə təqdim edilməmişdir.
71. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, istinad olunan sübutların təqdim olunması işəgötürənin deyil, ilk iddiaçının vəzifəsi olmuşdur. Aşkar olan haldır ki, cavabdehin istinad etdiyi məlumatlar məhz ilk iddiaçının ünvanından (iddiaçıya məxsus İP ünvan) istifadə edilərək əldə edilmişdir. Müvafiq ünvanın sahibi olan iddiaçı cavabdehin göstərdiklərinə etiraz edirsə, bununla bağlı sübutları təqdim etmək imkanına malik olmuş, lakin məhkəmələrin dediyi kimi hərəkətsizlik etmişdir. İşəgötürənin isə üstün mövqedə olmasına istinad edilərək bunu təqdim etmək imkanında olmasını israr etmək düzgün hesab edilə bilməz. Bu baxımdan ilk iddiaya münasibətdə işin fakti ki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr məhz araşdırılmış və qiymətləndirilmiş sübutların məcmusu olaraq ilk iddianın təmin olunmasının mümkün olmaması nəticəsinə gəlmişlər.
72. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsi pinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
73. Cavabdeh kassasiya şikayətində işin faktiki halları və bunların sübut olunması ilə bağlı təqdim etdiyi audit aktına istinad etmişdir. Nəzərə alınmalıdır ki, audit rəyi ilk iddiaçının işdən azad olunduğu müddətdən sonra əldə edilmişdir.
74. Qeyd edilməlidir ki, cavabdeh qarşılıqlı iddia təqdim etmiş, bununla yanaşı onun işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə həmin audit aktının verilməsinə əsas olan müvafiq maliyyə sənədlərini də təqdim etmək vəzifəsi olmuşdur. Belə sənədlə rin olmadığı halda haqlı olaraq apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, audit aktının verilməsi zamanı hər hansı maliyyə sənədlərin əsaslanmamış, nəzəri və ehtimallarla ifadə olunan əsaslara istinad edilmiş, bu əsaslarla isə dəymiş zərərin mövcudluğu müəyyən edilmir.
75. Qarşılıqlı iddianın rədd olunması nəticəsinə gələn apellyasiya instasiyası məhkəməsi audit aktının əhatə etdiyi müddətlər üçün cavabdehin maliyyə sənədlərinin mövcudluğuna istinad edərək birinci halda müəssisədə hər hansı çatışmazlığın (zərərin) olmamasına aid audit rəylərinin (müvafiq illər üzrə) olması halında, baxılan iş üzrə həmin müddətlərdə audit yoxlamasının nəticəsində zərərin mövcud olmasını iddia edilməsini əsaslı hesab etməmişdir.
76. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşılm ış olduğu halda işin faktiki halların araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə yeni sübutların əldə edilməsi ilə bağlı hərəkətlərin edilməsi vəzifəsinin qoyulması mütləqdir ki, hazırkı halda isə belə göstərişlərin verilməsi mümkün olmadığı kimi çəkişmə qaydalarının pozulmasına imkan yaratmış olar.
77. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında əmək münasibətləri mövcuddur və bu münasibətlər baxımından tam maddi məsuliyyətin yaranma halı üçün müqavilənin (tam maddi məsuliyyət haqqında) bağlanması zəruri olmuş olsa da belə bir müqavilənin bağlanması müəyyən olunmur.
78. Cavabdeh kassasiya şikayətində ilkin iddianın rədd olunduğu halda qarşılıqlı iddianın təmin olunmamasını apellyasiya instansiya məhkəməsinin mövqeyində yaranmış ziddiyyət olaraq qeyd edir. Lakin qarşılıqlı iddia məhz sübutetmədən asılı olmuşdur. Göstərilən əsaslarla irəli sürülən iddianın təsdiq olunmaması sözsüz ki, onun təmin edilməsini istisna edir. İlk iddiaçının isə əmək funksiyalarını yerinə yetirməməsi və pozması ilə bağlı məhkəmələrin müəyyən etdiyi hallar onun işə bərpa olunmasını mümkünsüz etmişdir. Göstərilən halda isə hər hansı ziddiyyətin olması müəyyən olunmur.
79. Nəzərə alınmalıdır ki, işin faktiki hallarının araşdırılması və sübut olunması, habelə məhkəmə qətnaməsindəki nəticənin işin faktiki hallarına uyğun olmaması kassasiya instansiyası məhkəməsinin səlahiyyət və araşdırma predmetinə daxil deyil.
80. Belə ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
81. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halların araşdırılması üçün tərəflərə lazımi şəraiti yaratmışlar. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddiaçının və cavabdehin izahatları dinlənilmiş, təqdim etdikləri sübutlar tədqiq edilmiş, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə mübahisəli faktiki hallara dair yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
83. Belə olan halda kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürə bilməz. Kassasiya instansiyası məhkəməsi mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətl ərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
86. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4139/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.