Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2568/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1N)-159/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. A zərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM №2N573 saylı notarial qaydasında təsdiq edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Ş.Əzizbəyov küçəsi 173 saylı, 4 otaqlı evin 20 saylı mənzilinin 1 otağı İddiaçı adına, digər paylar üzrə X10, X15, X8 hər birinin adlarına 01 otaq olmaqla xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 785 saylı reyestr kitabında 117863 səhifədə, 30/22776 nömrə ilə xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır.
2. Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal X2 15 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 401 saylı, 29 dekabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 173 saylı evin 20 saylı mənzilində ailə üzvləri il birlikd ə yaşayır.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin sərəncamda “ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikilərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşırılmışdır. 4. 2013-cü ilin mart ayında İddiaçı X5 yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsi ilə oraya yaşamağa getmiş və bundan sonra, yəni 2013-cü ilin iyun ayında Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi başlanmışdır.
5. Mənzil Kommunal X2 15 saylı Mənzil Kommunal İstismarı Səhəsinin rəisi M.Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Akta əsasən İddiaçı Hüseyn oğlunun mənzilinə baxış keçirilərək müəyyən edildi ki, İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir. Mənzilə baxış keçirilərkən müəyyən edildi ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış mənzilin daxilindən mənzilin çöl tərəfi görünür ki, mənzilin dam örtüyü yararsız vəziyyət ə düşmüş yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 52,0 kv.metr mülkiyyətində olan əmlakı qəzalı vəziyyətə salaraq zədələməsi və məhv etməsi nəticəsində ona dəyən real zərərin əvəzi olaraq 130.000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manat, mənəvi zərərə görə 10.000 manat, ümumilikdə 178.400 manat və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi işin yuxarda qeyd edilmiş faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, İddiaçı 2000-ci ildən Azərbaycan Respubli kası Silahlı Qüvvələrində zabit kimi qulluq etməklə Daxili Qoşunların N saylı hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət edir. Hərbi hissə komandirinin 57№-li 08 mart 2013-cü il tarixli əmrinə əsasən o, DQ-ın Lənkəranda yerləşən N saylı hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, hərbi hissə komandirinin N № li N noyabr 2017-ci il tarixli əmrinə əsasən isə DQ-ın Hacıqabul şəhərində yerləşən hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə xidmət edir. ünvan 2 ünvanında yerləşən həmin mənzil xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Evlidir, həyat yoldaşı, bir qızı və iki oğlu vardır. Nəsimi rayon Mənzil Kommunal “X2 15 saylı MKİ Sahəsinin verdiyi 401 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, adı çəkilən mənzildə o, həyat yoldaşı X9, qızı- X6, oğlu-X7 və oğlu- X11 qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin sərəncamda “ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikilərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşır ılmışdır. 2013-cü ilin mart ayında o, X5 yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsi ilə oraya yaşamağa getmiş və bundan sonra, yəni 2013-cü ilin iyun ayında Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi başlanmış və bununla əlaqədar olaraq ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tamamilə dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Nəsimi rayon Mənzil Kommunal X2 15 saylı Mənzil Kommunal İstismarı Sahəsi bu mənzilə baxış keçirmiş və xx.xx.2020-ci il tarixli akt tərtib etmişdir. Aktdan görünür ki, “İddiaçı mənzilinə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış, mənzilin daxilindən mənzilin çöl tərəfi görünür, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş, yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar var”. Nəsimi rayon Mənzil Kommunal X2 15 saylı MKİS-nin çəkdiyi mənzilin sxemindən göründüyü kimi qəzalı vəziyyətə salınan ünvan 3 ünvanında yerləşən mənzilin - yaşayış otağının sahəsi 20,5 kv.metr, hamam 8,0 kv.metr, mətbəx 7,0 kv.metr, şüşəbənd 12,0 kv metr, dəhliz 3,0 kv.metr, ayaqyolu 1,5 kv.metr, cəmi olaraq 52,0 kv.metrdir. Xüsusi mülkiyyətində olan bu mənzilin həyətyanı sahəsi də onların istifadəsində olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi ərazidə, yəni, Ş.Əzizbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsindən 20-22 mərtəbəli yaşayış binası tikib başa çatdırmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək əraz idə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsini təmin etməmiş, əksinə ətrafda sakinlərin evlərinin yerləşməsinə baxmayaraq tikintini davam etdirmiş və vətəndaşlara məxsus evləri qəzalı vəziyyətə salmış, qaz, su, işıq və digər kommunal xətlərini zədələmiş, xüsusi mülkiyyətdə olan əmlakları məhv etmişdir. Tərəfindən dəfələrlə Cavabdeh MMC-nin rəhbərlərindən olan Eldar Məmmədəliyev və Zabit adlı şəxsə müraciətləri olmuş və görüşləri nəticəsiz qalmış, cavabdeh nə onu müvafiq mənzillə təmin etmiş, nə də pul kompensasiyasını ödəməmişdir. Cavabdeh MMC qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan, onunla əvvəlcədən razılaşdırılmadan, ünvan 2 ünvanında yerləşən mülkiyyətimdə olan əmlakı 2013-cü ildə tamamilə məhv etməsi və zədələməsi nəticəsində ona real zərər vurmuşdur. Real zərərlə bağlı qeyd olunmalıdır ki, Hökumət Bakı şəhərində “Sovetski” deyilən ərazidə əhalinin köçürülməsi üçün bir kv.metr sahə üçün sakinlərə 2.000 manat, qəzalı vəziyyətdə olan evlərin sökülməsi və yerində yeni binalaırn tikintisi zamanı tikinti şirkətləri tərəfindən (“pilot layihələr” üzrə) isə hər bir sakinə əlavə olaraq 20 kv.metr əlavə mənzil sahəsi verilməsini müəyən etmişdir. Bakı şəhərində Nəsimi rayonu ərazisində istər yeni, istərsədə köhnə mənzillərin bir kv.metinin qiyməti, Ş.Əzizbəyov ilə Bülbül prospektinin kəsişməsində hazırda 2.500 manatdan az deyil. Onun mənzilinin ümumi sahəsinin (istifadədə olan həyətyanı sahə nəzərə alınmadan) 52,0 kv.metr olduğunu nəzərə alaraq belə halda cavabdeh ona (52,0 X 2.500 ) = 130.000 (yüz otuz min) manat real zərərin əvəzini ödəməidir. Bundan əlavə Cavabdeh MMC mülkiyyətində olan əmlakı 2013-cü ildə məhv etməklə həm onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, və ailəsi xidməti işi ilə əlaqədar olaraq digər yaşayış məntəqəsində yaşadıqlarından, şəhərin mərkəzində yerləşən bu mənzili kirayəyə verərdi və bu 8 il ərzində ondan faydalana bilərdi. Nəzərə alaraq ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən, hər bir kommunal şəraiti olan 52,0 kv.metr mənzili ayda 400 manata kirayəyə versəydi, bu ildə 4.800 manat, 8 ildə isə 38.400 (otuz səkkiz min dörd yüz) manat edər ki, cavabdehin hüquqa zidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də Cava bdeh MMC bu 38.400 (otuz səkkiz min dörd yüz) manat əldən çıxmış faydanı da ona ödəməlidir. Bundan əlavə Cavabdeh MMC, mülkiyyətində olan əmlakı 2013-cü ildə məhv etməklə həm də ona mənəvi zərər vurmuşdur. Belə ki, onun Bakı şəhərinin mərkəzində mülkiyyətində olan mənzilinin olmasına baxmayaraq, ailəsi Hacıqabulda yataqxanada yaşamağa məcbur qalmışdır. X1 Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və bu gün Bakı şəhərində işlə təmin oluna bilmir. Çünki mənzili məhv edilmiş və onun da qalmağa yeri olmadığından, gəlib Hacıqabulda yataqxanada qalır və işləyə bilmir. Zabitlərə ildə 45 gün məzuniyyəti verilir ki, məzuniyyət dövründə də o, və ailəsi Bakı şəhərinə gəlib, halal evlərində yaşamaq imkanından mərhum olunmuşlar. Ona görə də yayda 45 günlük məzuniyyət dövründə Hacıqabulda 45 dərəcə istidə yataqxanada qalmağa məhkum olunmuşdur. Bakıda evləri ola-ola, ailəsi və o, Bakı şəhərinə gələndə qohumların evində sıxılasıxıla qalırlar. Cavabdeh MMC-nin rəhbərləri ilə bu barədə dəfələrlə danışıqları olmuşdur. Cavabdeh MMC-nin rəhbərləri bu illər ərzində onlara yalan vədlər verərək aldatmış və evlərini də qəzalı vəziyyətə bilərəkdən salaraq məqsədləri o olmuşdur ki, sakinlər artıq qəzalı vəziyyətə düşən evlərini onların istəklərinə uyğun dəyərdəyməzinə onlara satıb, buranı tərk etsinlər. Bildiyinə görə Cavabdeh MMC qonşulara qarşı Nəsimi rayon Məhkəməsinə onların köçürülməsi barədə iddia da qaldırmış, lakin məhkəmə cavabdehin iddiasını təmin etməmişdir. Cavabdeh MMCnin bu 8 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb o lmuş, o, və ailəsi bu illər ərzində mənəvi sarsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 (on min) manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının iddia tələbinin təmin olunmasına yönəlmiş cəhdlərindən biri də hazırki mübahisə predmeti olan mənzilə dair məhkəməyə yanlış məlumat verməsidir. Belə ki, iddiaçı iddia ərizəsində ümumi sahəsi 52,0 kv.metr olan mənzilin onun mülkiyyətində olmasını qeyd edir və bu faktı xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə istinad edərək “əsaslandırır”. Halbuki, həmin Qeydiyyat Vəsiqəsindən göründüyü kimi, mənzilin yalnız 1 yaşayış otağı iddiaçının mülkiyyət ində olmuş, mənzilin digər 3 yaşayış otağı isə ayrı-ayrılıqda digər şəxslərin mülkiyyətində olmuş, sonradan həmin şəxslərlə cavabdeh arasında qarşılıqlı razılıq əldə edilmiş, həmin şəxslərin köçürülməsi təmin edilmişdir. Ümumi sahəsi 60 kv.metr olan mənzilin 1 otağına mülkiyyət hüququ olduğu halda, iddiaçı 52 kv.metr sahəsi olan mənzilə mülkiyyət hüququnun olmasını açıq-aşkar surətdə qeyd edərək, məhkəməni aldatmağa cəhd etmişdir. İddiaçı yaşadığı 1 otağa qanunsuz olaraq artırmalar edərək, yaşayış otağının sahəsini “genişləndirərək”, mülkiyyətində sahə etibarı ilə daha böyük mənzilin olması təəssüratını yaratmağa və bunun qarşılığında cavabdehdən həddindən artıq məbləğdə pul vəsaiti tələb etməyə cəhd etmişdir. Halbuki, iddiaçının bu hissədə heç subyektiv hüququ belə olmamışdır. 9. "xxxx" MMC-nin verdiyi 02-43/21 saylı, 01 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evin bazar dəyəri və kirayə dəyərini müəyyən etmək üçün ərazi üzrə monitorinq aparılmışdır. 16 iyun 2021-ci il tarixinə mənzilin bazar dəyəri 1 kv.metr=2.500 (iki min beş yüz) manat, 52,0 kv.metr ümumi sahə X 2.500,0 (iki min beş yüz) manat, 1 kv metr = 130.000 (bir yüz otuz min) manat təşkil edir. Bundan başqa Cavabdeh MMC mülkiyyətində olan əmlakı 2013-cü ildə məhv etməklə həm də onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, ailə üzvləri ilə birlikdə xidməti işi ilə əlaqədar digər yaşayış məntəqəsində yaşadığından şəhərin mərkəzində yerləşə n bu mənzili kirayəyə versəydi bu 8 ildə ondan faydalana bilərdi. Bu mənzili ayda 400 manata kirayəyə versəydi, bu ildə 4.800 manat, 8 ildə isə 38.400 (otuz səkkiz min dörd yüz) manat vəsait edə bilərdi. Mənəvi ziyanla bağlı isə o, Bakı şəhərinin mərkəzində mənzilinin olmasına baxmayaraq, ailəsi ilə Hacıqabulda yataqxanada yaşamağa məcbur qalmışdır. X1 Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və bu gün Bakı şəhərində işlə təmin oluna bilməmiş, çünki evi məhv edilmiş, onun da işləmək üçün qalmağa yeri olmadığından gəlib Hacıqabulda yataqxanada qalaraq işləyə bilməmişdir. Zabitlərə ildə 45 gün məzuniyyət verildiyindən, məzuniyyət dövründə iddiaçı və ailəsi Bakı şəhərinə gəlib evində yaşamaq imkanından məhrum olmuşdur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 nömrəli, 23 fevra l 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1219 saylı rəyində göstərilmişdir ki, mülki iş materiallarının 15-ci səhifəsinə əlavə edilmiş və 15 saylı MKTŞ-nin rəisi M.Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən tərtib edilmiş Aktın göstəricilərinə əsasən Bakı şəhəri Nəsimi rayon, Ş.Əzizbəyov küçəsi 173 mənzil 20də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymiş və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 173, 20 saylı mənzilin (52,0 kv.metr ) təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 15.600,00 manat məbləğində müəyyən olunmuşdur.
11. İddiaçının təşəbbüsü ilə daşınmaz əmlakın bazar və kirayə dəyərinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli, 0243/21 saylı mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 16 iyun 2021-ci il tarixinə bazar dəyəri 1kv.m.-2.500 manat, 52,0 kv.m. (ümumi sahə) 130.000 manat təşkil edir. Mənzilin bir ay üçün kirayə dəyəri 400,0 manat təşkil etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.
13. Pr emium Legal Services MMC”-nin “daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” xx.xx.2021-ci il tarixli, H/01-PLS saylı Hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanda yerləşən 20 saylı mənzilinin hazırkı dövrə tələblə təklifinin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 125.000 manatdır. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanda yerləşən 20 saylı mənzilə baxış keçirilən zaman, onun qəzalı vəziyyətdə olduğu aşkar edilmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia qismən təmin edilərək, Cavabdehndən İddiaçı xeyrinə 125.000 manat mənzilə dəyən maddi zərər və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi, iddianın d igər hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, ekspertizanın rəyi nəzərə alınmaqla, mənzilə dəymiş zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli və dəymiş maddi zərərə görə 125.000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
16. Həmçinin, məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manatın, mənəvi zərərin əvəzi olaraq 10.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2. 6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1,76.2 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki məhkəmə qətnamənin sonuncu səhifəsində qeyd etmişdir ki, “əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manatın, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Ekspert və mütəxəssis rəylərlərindən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyi zaman onun qəzalı vəziyyətdə olduğu, cavabdehin orada söküntü işi aparması nəticəsində mənzili qəzalı vəziyyətə salmış və 2013-cü ilin iyun ayından keçən 8 il ərzində iddiaçı bu mənzili ayda 400 manata kirayəyə verə bilərdi və bu ildə 4.800 manat, 8 ildə isə 38.400 (otuz səkkiz min dörd yüz) manat vəsait edərdi. Mənəvi ziyanla bağlı isə iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının Bakı şəhərinin mərkəzində mənzilinin olmasına baxmayaraq, ailəsi ilə Hacıqabulda yataqxanada yaşamağa məcbur qalmışdır.
20. Qətnamədən həmçinin cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, q ətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin konkret halından və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, mənzillərin söküntüsü nəticəsində iddiaçının mənzilinə ziyan dəymiş və ünvan 4 ünvanda yerləşən evə dəyən zərərin aradan qaldırılması üçün (mənzilin təmiri üçün) görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 15.600 (on beş min altı yüz) manat müəyyən olunur. Bu, işin müəyyən olunan halıdır. Yəni əgər Cavabdeh MMC iddiaçının mənzilinə ziyan vurubsa, bu ziyanı aradan qaldırmaq üçün 15.600 manat vəsait tələb olunur. Bu mənada işə baxan məhkə mə cavabdehin hər hansı təqsirli hərəkəti sübut edildiyi halda, yalnız zərərin aradan qaldırılması üçün tələb olunan 15.600 manat pulu cavabdehdən tuta bilərdi. Məhkəmə Mülki Məcəllənin 21.2-ci maddəsini düzgün tətbiq etməmiş, iddiaçıya zərər vurulması ilə cavabdehin hərəkəti arasında səbəbli əlaqə olduğu halda, həmin zərərin aradan qaldırılması imkanına, habelə zərərin aradan qaldırılması üçün tələb edilən məbləğin müəyyən olunmasına düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının xeyrinə cavabdehdən ona məxsus mənzilin tam dəyərini tutmaqla əslində faktiki olaraq cavabdehin mənzili məcburi şəkildə almaq öhdəliyini yaratmışdır. Çünki işdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, iddiaçıya məxsus əmlakın bazar qiyməti 125.000 (bir yüz iyirm i beş min) manat təşkil edir. Məhkəmə cavabdehdən məhz həmin məbləği tutmuşdur. Bununla da məhkəmə cavabdehin evin bazar qiymətini iddiaçıya ödəmək vəzifəsini müəyyən etmişdir. Bu isə artıq alqı-satqı müqaviləsi bağlamağa məcbur edilməkdir. Məhkəmənin gəldiyi nəticə Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinin pozulmasıdır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamağa məcbur etməyə yol verilmir. İşdə ekspert rəyi var ki, iddiaçının evinin bərpasına 15.600 manat vəsait tələb olunur, evin qiyməti isə 125.000 manat, yaxud 130.000 manatdır. Belə olduğu halda məhkəmə evin təmir-bərpa xərcini deyil, bazar dəyərini ödəməyi müəyyən etməklə tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxan məhkəmə Mülki Məcəllənin 1096-cı maddəsini düzgün tətbiq etməmişdir. Çünki cavabdehin qonşuluqda bina inşa edərkən təqsirli, hüquqazidd hansı hərəkətə yol verdiyi sübut olunmamışdır. İşə baxan məhkəmə iddiaçıya məxsus olan evin qəzalı vəziyyətdə olmasının səbəblərini araşdırmamış, işin faktiki hallarını müəyyən etməmişdir. Həmin evin iddiaçıya məxsus hissəsi ilə bağlı məhkəmə aşağıdakı halları araşdırmamışdır: 1) evin köhnə olması; 2) həmin evin uzun illərdən bəri əsaslı təmir edilməməsi; 3) ev uzun illər öncə inşa edilərkən qəbul edilmiş tikinti norma və standartlarına uyğun inşa edilib-edilməməsi; 4) evin qəzalı hala düşməsinə səbəb olan daxili və xarici təsirlərin nədən ibarət olması. İşə baxan məhkəmə hamıya bəlli olan halların sübut edilməsinə ehtiyacın olmaması barədə hüquqi düşüncəni, Bakı şəhərində 80-100 il əvvəl tikilmiş evlərin kütləvi şəkildə s ökülməsi və sakinlərin köçürülməsi kimi böyük miqyaslı tədbirləri həyata keçirərkən əlaqədar dövlət təşkilatlarının həmin evlərin köhnə tikili olduğundan və vaxtilə tikinti standartlarına uyğun tikilmədiyindən qəzalı və yararsız olması barədə hamıya bəlli olan əsaslandırıldmış mövqeyini əsas götürüb düzgün və ədalətli nəticəyə gəlməli olduğu halda, bu fikirləri ümumiyyətlə bir kənara atmış, məsələyə formal mülahizələrlə qiymət verməyə çalışmışdır. Məhkəmə işin bu hallarını araşdırmamışdır. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385-ci maddəsinə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
22. Cavabdehin vəkili X4 ün vanlanmış və iş materiallarının əlavə edilmiş "xxxx" MMC-nin 045/KS/22 saylı, 15 mart 2022-ci il tarixli mütəxəssis qiymətləndirməsi haqqında rəyə əsasən, çoxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafə 28,5 metr təşkil etmişdir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmərtəbəli evin bünövrəsinə zərər yetirməmişdir. Belə ki, tikililər arasındakı məsafə və torpaq qatının yerləşmə ardıcıllığı buna imkan vermir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı zamanı heç bir torpaq sürüşməsi baş verməmişdir. Bir mərtəbəli yaşayış evi tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Mətbəx sahəsindən yaşayış otağına keçid divarlarında tikinti qaydalarına uyğun bağlamalar aparılmamışdır. Birmərtəbəli yaşayış evi həm xarici, həm daxili fiziki aş ınmaya məruz qalmışdır. Çoxmərtəbəli yaşayış binasının tikintisi nəticəsində bir mərtəbəli yaşayış evinə hər hansı fiziki və texniki zərər vurulması halı aşkar edilməmişdir. Bir mərtəbəli yaşayış evinin faktiki sahəsi 52,0 kv.metrdir. Hazırki bazar dəyəri 94.000 manat, likvid dəyəri – 80.000 manat təşkil etmişdir.
23. Məhkəmə kollegiyası tərəfindən 26 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti ilə bağlı ünvan 2 ünvanda yerində müayinə və tədqiqat aparılaraq müəyyən edilmişdir ki, çoxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındaki məsafə 28,5 metr təşkil edir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmərtəbəli evin bünövrəsinə zərər yetirməmişdir. Tikililər arasındaki məsafə və torpaq qatının yerləşmə ardıcıllığı buna imkan verməmişdir.
24. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(1N)-4651/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Anar Tanrıverdiyev) hakimlər İkram Şirinov və Həmid Həmidov) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmiş, iddiaçının apellyasiya şikayəti isə təmin edilməmişdir.
25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən mənzilin dəyərini tutmaqda haqlı olmamış, həmçinin iddia tələbindən kənara çıxmışdır. Çünki, iddiaçı iddia tələbində ona dəymiş zərərin əvəzini istəmişdir. Ekspert rəyində mənzilə dəymiş zərərin məbləği 15.600 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə cavabdehdən mənzilin ümumi dəyərini tutmaqla bir növ həmin mənzilin alınması öhdəliyini cavabdehin üzərinə qoymuşdur ki, bu da Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinə zidd olmuşdur. Bundan başqa, qeyd edilən ekspert rəyində mübahisəli mənzilə ziyan dəyməsi faktı müəyyən olunsa da, həmin ziyanın kim tərəfindən vurulması müəyyən edilməmişdir. Rəydən də göründüyü kimi, 15 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən tərtib edilmiş AKT-ın göstəricilərinə əsasən Nəsimi rayon, Ş.Əzizbəyov küçəsi, ev 173, mənzil 20-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda Cavabdeh MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyində istinad edilən akt və iddiaçının müraciəti mübahisəli mənzilə dəymiş ziyanın məhz cavabdehin təqsiri ucbatından olması nəticəsinə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsi mənzilin dəyərini cavabdehdən tutarkən həmin zərərin məhz cavabdeh tərəfindən vurulmasına dair hər hansı araşdırma aparmamış, ekspertiza təyin etməmiş və ya mütəxəssis cəlb etməmişdir. Qeyd edilən ekspert rəyi isə mənzilə ziyan dəyməsini müəyyən etsə də ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq etmək üçün əsas deyildir. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, sözügedən ekspert rəyi cavabdehin mənzilə vurulmuş ziyanda təqsirinin-olub olmamasını müəyyən etmədiyindən, lakin iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssis rəyində mənzilə dəymiş ziyanın cavabdehin təqsiri nəticəsində olub-olmaması halı araşdırıldığından, eyni zamanda mütəxəssis rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəy hazırkı mübahisənin həllində sübut qismində əsas götürülməlidir. Belə ki, rəydə müəyyən edilmişdir ki, çöxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafə 28,5 metr təşkil edir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmərtəbəli evin bünövrəsinə zərər yetirməmişdir. Tikililər arasındakı məsafə və torpaq qatının yerləşmə ardıcıllığı buna imkan vermir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı zamanı heç bir torpaq sürüşməsi baş verməmişdir. Bir mərtəbəli yaşayış binası tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Mətbəx sahəsindən yaşayış otağına keçid divarlarında tikinti qaydalarına uyğun bağlamalar aparılmamışdır. Birmərtəbəli yaşayış evi həm xarici, həm daxili fiziki aşınmaya məruz qalmışdır. Çoxmərtəbəli yaşayış binasının tikintisi nəticəsində bir mərtəbəli yaşayış evinə hər hansı fiziki və texniki zərər vurulması halı aşkar edilməmişdir. Bundan başqa işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikinti işlərinin aparıldığı ərazi iddiaçının mənzilindən kifayət qədər uzaq məsafədə yerləşir.
28. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsin ə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində rədd edildiyindən və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi mənzilə dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə törəmə tələb olduğundan, əsas tələb rədd edildiyinə görə iddia tələbi digər hissədə də rədd edilməlidir.
29. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 390.1-ci maddəsinə, habelə MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 101.7, 385.1, 358.1.2, 386, 387.1 və 388-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsind əki birinci icraat
30. İddiaçının nümayəndəsi və vəkili (Vəkil1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynovdan ibarət tərkibdə) 15 fevral 2023-cü il tarixli, 2(102)-104/23 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1N)-4651/2021 nömrəli iş üzrə 05 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunun həmin normasının tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Həmçinin, iddiaçının və cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması nəticəsinə gəlmişdir.
33. Belə ki, "xxxx" MMC-nin 045/KS/22 saylı, 15 mart 2022-ci il tarixli mütəxəssis qiymətləndirməsi haqqında rəyinin apellyasiya instansiya məhkəməsinə hansı qaydada təqdim edilməsi işdə olan məhkəmə iclasının protokollarında əksini tapmamışdır. İddiaçının kassasiya şikayətində də sonuncu məhkəmə iclasında həmin mütəxəssis rəyinin onlara təqdim edilməsi göstərilsə də, məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümayəndəsinin belə bir sənədi məhkəməyə təqdim etmədiyi qeyd olunmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada təqdim edilməmiş "xxxx" MMC-nin 045/KS/22 saylı, 15 mart 2022-ci il tarixli mütəxəssis qiymətləndirməsi haqqında rəyə sübut kimi istinad edilməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 və 372.2-ci maddələrinin tələbi pozulmuşdur.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən mənzilin dəyərinin tutmasının düzgün olmaması, iddia tələbinin mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində təmin edilməməsinin əsaslı hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, iddianın zərərin ödənilməsi hissəsində rədd edilməsi barədə nəticə mötəbər sübutlara əsaslanmadığından qanunsuz olmuşdur.
35. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mənzilinə bitişik olmuş 3 mənzilin söküntüsü nəticəsində ziyan dəyməsi məsələsi araşdırılmadan, çoxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındaki məsafənin 28,5 metr təşkil etməsi, çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısının birmərtəbəli evin bünövrəsinə zərər yetirməməsi, tikililər arasındaki məsafə və torpaq qatının yerləşmə ardıcıllığının buna imkan verməməsi nəzərə alınaraq yekun nəticəyə gəlinməsi anlaşılmaz olmaqla işin müəyyən edilmiş hallarına uyğun hesab edilə bilməzdir.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə m ahiyyəti üzrə baxan məhkəmə iddiaçının mənzilinə ziyanın, həmin mənzilə bitişik olmuş 3 mənzilin söküntüsü nəticəsində yetirilib-yetirilməməsi məsələlərini ətraflı araşdırmalıdır. Belə ki, həmin məsələ xüsusi bilik tələb etməklə, müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilərdi. Həmçinin, apellyasiya instansiyası məhkəməsi yekun nəticəyə gələrkən mütəxəssis qiymətləndirməsi haqqında rəyə istinad etsə də, həmin rəyin qanuni yolla əldə edilməsi və mötəbər sübut kimi qəbul edilməsi iddiaçı tərəfindən kassasiya şikayətində mübahisələndirilmiş, məhkəmə şübhə doğurmayan müvafiq səlahiyyətə malik olan ekspert qarşısında mübahisənin həlli üçün zəruri olan sualları qoymamışdır.
37. Məhkəmə kollegiya belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, apellyasiya məhkəməsi də həmin ziddiyyətləri aradan qaldırmamış, nəticədə mübahisə düzgün həllini tapmamışdır.
38. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 390.1, 1096.1, 1097.1-ci maddələrinə, habelə MPM-in 77.1, 80, 88, 101.7, 417.1.3 və 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyindən mütəxəssis rəyinin alınması üçün xx.xx.20233-cü il tarixli qərardad qəbul etmiş, lakin Agentliyin xx.xx.2024-cü il tarixli digər məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında halhazırda yerləşən daşınmaz əmlak son zamanlar ərzində tikildiyin dən həmin tikinti obyektinin inşası ilə bağlı və onun yerində mövcud olmuş və ya olmamış əmlak barəsində də hər hansı məlumat Agentliyə daxil olmamışdır. Hazırda mövcud olmayan əmlakın məhv olması səbəblərinin araşdırılması üçün həmin (məhv olmuş) əmlakın texniki pasportunun, layihə sənədlərinin, onun məhv olmaqdan bilavasitə öncə vəziyyətini (mərtəbəliliyi, parametrləri, hansı tikinti materiallarından inşa edildiyi, istismar edilən dövrdə yükdaşıyan konstruksiyalara müdaxilələrin olub-olmadığı, bünövrəyə və dam örtüyünə dair məlumatlar, xarici və daxili divarlarda çatların, zədələrin olub-olmadığı, onların binanın hansı hissəsində olması, çatların xarakteri) detallı əks etdirən sənədlərin və fotoşəkillərin təqdim edilməsi xahiş olunmuşdur.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(1N)-159/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Namiq Cəfərov) hakimlər Elşən Kazımov və Emin Mehdiyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)-1928/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi 15.600 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
41. Məhkəmə kollegiyası iddia tələbinin real zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, real zərərin (daşınmaz əmlakın zədələnməsi nəticəsində vurulmuş zərərin) əvəzi ki mi cavabdehdən iddiaçının xeyrinə 15.600 manat tutulmalıdır. Belə ki, daşınmaz əmlakın zədəli olması və təmir-bərpa işləri üçün həmin məbləğin zəruri olması barədə ekspert rəyi mövcud olmuşdur. İşdəki sübutlar bu qənaətə gəlməyə əsas vermişdir ki, daşınmaz əmlak cavabdehin fəaliyyəti nəticəsində zədələnmişdir. Belə ki, cavabdeh yaxınlıqda hündürmərtəbəli bina inşa etmiş, o cümlədən iddiaçıya məxsus daşınmaz əmlaka bitişik olan tikililəri sökmüşdür.
42. Məhkəmə kollegiyası Mülki Məcəllənin 21.2-ci maddəsinə istinadən qeyd etmişdir ki, iddia tələbiəldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçının nəzərdə tutduğu gəlir ehtimala əsaslanmışdır. İddiaçı daşınmaz əmlakı (mənzili) kirayə vermək niyyətinin olması barədə sübut təqdim etməmişdir. Həmçin in daşınmaz əmlak 2013-cü ildə zədələnsə də, iddia tələbi isə 8 il sonra – 2021-ci ildə verilmişdir. İddianın 8 ildən sonra verilməsi onu təsdiq etmişdir ki, iddiaçının daşınmaz əmlakı kirayəyə vermək niyyəti olmamışdır.
43. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi tələbini əsassız hesab edərək qeyd etmişdir ki,iddiaçı özünün və ailə üzvlərinin mənəvi sarsıntı keçirdiyini iddia etsə də, sarsıntının baş verməsini isə daşınmaz əmlakın qəzalı vəziyyətə salınması ilə əlaqələndirə bilməmişdir. Lakin daşınmaz əmlakın qəzalı vəziyyətdə olduğu müəyyən edilməmişdir. Bundan başqa, mübahisə üzrə Ali Məhkəməsinin ifadə olunmuş mövqeyində qeyd olunmuşdur ki, cavabdehdən əmlakın dəyərinin tutulmasının düzgün olmaması, iddia tələbinin mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutulması hissə sində təmin edilməməsinin əsaslı hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, iddianın zərərin ödənilməsi hissəsində rədd edilməsi barədə nəticə mötəbər sübutlara əsaslanmadığından qanunsuzdur. Göründüyü kimi, Ali Məhkəmə hesab etmişdir ki, əmlakın dəyərinin tutulması, habelə mənəvi zərərin və əldən çıxmış faydanın əvəzinin tutulması barədə tələblər əsassız olmuşdur.
44. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə, MPM-in 77.1 və 80-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat a)Kassasiya şikayətinin və ona etirazın dəlilləri
45. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilərək, iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq norması işin hallarına uyğun düzgün tətbiq edilməmişdir. Belə ki, hazırki işdə zərərin doğrudan da vurulması faktı və zərərin Cavabdeh MMC tərəfindən vurulması işdə olan sübutlarla təsdiq edilməmişdir. İş üzrə icraat zamanı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyindən göstərilən suallar üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Lakin həmin suallara cavab alınmaması iddiaçının özünün təqsiri nəticəsində olmuşdur. Belə ki, iddiaçının nümayəndəsinin və vəkilinin də məhkəmədə etiraf etdiyi kimi iddiaçıya məxsus daşınma z əmlak 2022-ci ildə (yəni işə məhkəmədə baxılanda) təmir-bərpa işləri aparılarkən tamamilə uçmuş, ona görə də sökülərək yenidən tikilmişdir. Başqa sözlə desək, iddiaçı qaldırdığı iddia üzrə mühüm əhəmiyyət kəsb edən sualların (zərərin doğrudan da vurulub-vurulmaması və hansı səbəbdən, kim tərəfindən vurulması) cavablandırılmasını qəsdən mümkünsüz edən hərəkət etmiş, yəni, müvafiq mütəxəssis rəyinin verilməsini gözləmədən tədqiq edilməli olan evi sökərək, başqa ev inşa etmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası ziddiyyətli mövqe nümayiş etdirərək, daşınmaz əmlakın cavabdehin fəaliyyəti nəticəsində zədələndiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi, hazırkı iş üzrə sübutlara ayrı-ayrılıqda qiymət versə də, bu sübutların iddianın əsaslı olmadığına dair nəticəyə gəlsə də, yekunda, sübutlar ın qiymətləndirilməsindən doğan nəticə ilə ziddiyyət təşkil edən qətnamə qəbul etmişdir. Həmçinin, evin iddiaçının özü tərəfindən sökülməsi yalnız “zərərin” məbləğinin müəyyən edilməsi üçün deyil, həm də ümumiyyətlə iş üçün həlledici əhəmiyyət kəsb edən suala – cavabdehin fəaliyyətinin iddiaçının evinə təsirinin olubolmaması sualına, yəni, iddiaçının həmin iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun yaranıb-yaranmamasına cavab verilməsini mümkünsüz etmişdir. Göründüyü kimi, iddiaçının həmin hərəkəti Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsini təsir dairəsinə düşdüyü üçün, məhkəmə həmin normanı tətbiq edərək, iddianı tamamilə rədd etməli olduğu halda, bunu da etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. T ətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
61. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
63. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddia tələbinin real zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, real zərərin (daşınmaz əmlakın zədələnməsi nəticəsində vurulmuş zərərin) əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 15.600 manat tutulmalıdır. Çünki, daşınmaz əmlakın zədəli olması və təmir-bərpa işləri üçün həmin məbləğin zəruri olması barədə ekspert rəyi mövcud olmuşdur.
64. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, işdəki sübutlar bu qənaətə gəlməyə əsas vermişdir ki, daşınmaz əmlak cavabdehin fəaliyyəti nəticəsində zədələnmişdir.
65. Belə ki, cavabdeh yaxınlıqda hündürmərtəbəli bina inşa etmiş, o cümlədən iddiaçıya məxsus daşınmaz əmlaka bitişik olan tikililəri sökmüş və nəticədə ona məxsus daşınmaz əmlaka ziyan dəymişdir.
66. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına l üzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 mart 2024-cü il tarixli, 2(1N)-159/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.