Məhkəmə qərarları › İş №2(102)-2568/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2568/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2568/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı “XalqBank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsin in ipoteka predmetinin dəyərindən tutulması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzildən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh6 kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh6 12 ay müddətinə, illik 18 faiz ödənilməsi şərtilə 330000 manat məbləğinədə kredit verilmişdir. 2. 27 oktyabr 2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişin predmetini borc alanın bank qarşısında kredit müqaviləsinə əsasən mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinin bağlanılması ilə bağlı kredit müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. 3. 22 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə Əlavə Sazişdən müəyyən olunur ki, tərəflər kredit müqaviləsinə əsasən borc alana verilmiş kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutası nı həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevirmək (konvertasiya etmək), habelə kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 12 ay, yəni 23 oktyabr 2016-cı il tarixinədək uzadılması barədə razılığa gəlmişlər. Sazişə əsasən borcalanın kredit üzrə pul öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının bu Əlavə sazişin tarixinə müəyyən eldiyi rəsmi məzənnə üzrə ABŞ dollarına konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun 330000 manat məbləğində qalığı 315035,80 ABŞ dolları müəyyən edilmişdir. 4. "xxxx" ASC tərəfindən 22 oktyabr 2015-ci il tarixdə verilmiş 23 oktyabr 2014cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə əlavə 1 kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixl i, **********69914 nömrəli kredit müqaviləsi üzrə 315035,80 ABŞ dolları əsas, 56863,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 371899,79 ABŞ dolları borcu yaranmışdır. 5. 03 fevral 2016-cı il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə 03 nömrəli əlavə sazişdən görünür ki, tərəflər kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. 6. "xxxx" ASC tərəfindən 03 fevral 2016-cı il tarixdə verilmiş 23 oktyabr 2014cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə əlavə 1 Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktya br 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə 315035,80 ABŞ dolları əsas, 28878,30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 343914,10 ABŞ dolları borcu yaranmışdır. 7. 18 oktyabr 2016-cı il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə 04 nömrəli əlavə sazişdən görünür ki, tərəflər kredit müqaviləsi üzrə hesablaşma qaydası dəyişdirilməklə kreditin annuitet ödəniş şərtli kreditə çevrilməsi, habelə kreditləşmə müddətinin 24 ay, yəni 23 oktyabr 2018-ci il tarixədək uzadılması ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. 8. "xxxx" ASC tərəfindən 18 oktyabr 2016-cı il tarixdə verilmiş 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə ə lavə 1 kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə 315035,80 ABŞ dolları əsas, 40923,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 355959,52 ABŞ dolları borcu yaranmışdır. 9. 13 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair 05 nömrəli əlavə sazişdən görünür ki, tərəflər borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında 13 dekabr 2017-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla əsas bo rc kateqoriyasına keçirilməsi və kredit borcunun qaytarılması üzrə yeni müddətin müəyyən olunması yotu ilə restrukturizasiyası barədə razılığa gəlmişlər. Həmçinin, borc alan 220811 ABŞ dolları məbləğində əsas borcunu 23 dekabr 2020-ci il tarixədək banka qaytarmağı öz öhdəsinə götürür. 10. "xxxx" ASC tərəfindən 13 dekabr 2017-ci il tarixdə verilmiş 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə əlavə 1 kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə 220811 ABŞ dolları əsas, 44111,40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 264922,40 ABŞ dolları borcu yaranmışdır. 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsindən görünür ki, İ poteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzili borc alan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" Bank ASC-nin xeyrinə yüklü etmişdir. 11. 03 fevral 2016-cı il tarixdə tərəflər Cavabdeh6, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsinə 02 nömrəli əlavə sazişdən görünür ki, bu sazişə əsasən ipoteka saxlayanla borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə 03 fevral 2016-cı il tarixli 02 nömrəli əlavə saziş bağlanmaqla, həmin müqaviləyə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi barədə tərəflər razılığa gəlmişlər. 12. 18 oktyabr 2016-cı il tarixdə tərəflər Cavabdeh6, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinə 03 nömrəli əlavə sazişdən görünür ki, ipoteka saxlayanla borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********60914 nömrəli Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılaraq 48 aya çatdırılması və Kredit müqaviləsi üzrə hesablaşma qaydası dəyişdirilməklə kreditin annuitet ödəniş şərtli kreditə çevrilməsi ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsin də əks etdirilməsi barədə razılığa gəlmişlər. 13. 13 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinə 04 nömrəli əlavə sazişdən görünür ki, İpoteka saxlayanla Borc alan arasında bağlanmış 23 oktyabr 2014-cü iİ tarixli **********69914 nömrəli Kredit müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli 01 saylı Əlavə, 22 oktyabr 2015-ci il tarixli «Kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə» Əlavə, 03 fevral 2016-cı il tarixli 03 saylı Əlavə və 18 oktyabr 2016-cı il tarixli 04 saylı Əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında, bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) həmin müqavilə üzrə İpoteka saxlayan qarşısında 13 dek abr 2017- ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla əsas borc kateqoriyasına keçirilməsi və kredit borcunun qaytarılması üçün yeni müddətin müəyyən edilməklə kreditin restrukturizasiyasına dair 13 dekabr 2017-ci il tarixli 05 nömrəli əlavə sazişin bağlanması ilə əlaqədar olaraq İpoteka müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. 14. 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh6 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m ya rdımçı sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzili 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədilə İpoteka saxlayan "xxxx" Bank ASC-nin xeyrinə yüklü etmişdir. 15. 22 oktyabr 2015-ci il tarixdə tərəflər Cavabdeh6 ilə "xxxx" Bank ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinə kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə əlavə sazişdən görünür ki, bu Sazişə əsasən tərəflər ipoteka saxlayan və borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə 22 oktyabr 2015-ci il tarixli əlavə saziş bağlanma sı və həmin əlavə sazişlə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kredit müqaviləsi üzrə borc olana açılmış kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi), habelə qeyd edilən Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 12 ay, yəni 23 oktyabr 2016-cı il tarixinədak uzadılması və ipoteka müqaviləsinin ilə bağlı dəyişikliklərin İpoteka müqaviləsində əks etdirilməsi barədə razılığa gəlmişlər. 16. 03 fevral 2016-cı il tarixdə tərəflər Cavabdeh6 ilə "xxxx" Bank ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsinə 02 nömrəli əlavə sazişdən görünür ki, bu sazişə əsasən İpoteka saxlayanla Borc alan arasında 23 oktyabr 2014-c ü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə 03 fevral 2016-cı il tarixli 02 nömrəli əlavə saziş bağlanmaqla, həmin müqaviləyə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi barədə tərəflər razılığa gəlmişlər. 17. "xxxx" ASC tərəfindən Cavabdeh6 ünvanlanan 23 oktyabr 2014-cü il tarixli **********69914/1M-1 nömrəİi İpoteka müqavilasi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 iyun 2021-ci il tarixli bildiriş məktubunun surətindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarılması, əsas borc məbləğinə hesablanan faizlərinin ödənilməsi üçün İpoteka qoyulmuş əmlakın 30 g ün müddətindən gec olmayaraq satılması tələb edilmiş, əks halda ASC "Xalq” Bankı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün müvafiq olaraq notariusa və ya məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 18. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan 21 iyun 2021-ci il tarixli ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh1 (İpoteka qoyan) tərəfindən 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-l nömrəli İpoteka müqaviləsinə müvafiq olaraq, ipoteka qoyulmuş ünvan 3 ünvanda, 96.3 kv.m ümumi, 47.0 kv.m yaşayış sahədən ibarət 2 otaqlı mənzil "xxxx" ASC tərəfindən tutmanın yönəldilməsi prosed urunun başlanması ilə əlaqədar olaraq, həmin ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 17 iyun 2021ci il tarixli 1050 saylı bildirişin qeydiyyatını həyata keçirilməsi xahiş olunmuşdur.

19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanan 29 iyun 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 8in 5 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

20. Cavabdeh4 tərəfindən ünvan 5 ünvanlanan ərizəsindən görünür ki, o, arvadı Cavabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsindəki 18 nömrəli evin 89 nömrəli mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etməmişdir.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitə sinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə 21 oktyabr 2014-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxx x" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 25 oktyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır.

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 23 oktyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 05 fevral 2016-cı il tarixdə qeydiyyata alınmışdır.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayo nu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 48 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 20 oktyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır.

26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 23 dekabr 2020-ci il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 03 sentyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə 12 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 30 oktyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır.

28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX s eriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 23 oktyabr 2016-cı il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 23 oktyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, NuriyevaSevinc Rövşən qızına məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyes tr kitabının 50034 nömrəli vərəqində 05 fevral 2016cı il tarixdə qeydiyyata alınmışdır.

30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 48 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 20 oktyabr 2016cı il tarixdə qeydiyyata alınmışdır.

31. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr inin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 23 dekabr 2020-ci il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 15 dekabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 32. "xxxx" ASC tərəfindən verilən 22 oktyabr 2014-cü il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil Cavabdeh1 məxsusdur və həmin mənzildə özü və oğlu Cavabdeh2 daimi qeydiyyatdadırlar. 33. "xxxx" MTK tərəfindən verilən 20 oktyabr 2014-cü il tarixli Forma 2 arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil Cavabdeh6 məxsusdur və həmin mənzildə o özü, əri Cavabdeh4, qızı Cavabdeh5 və oğlu Cavabdeh3 daimi qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

34. İddiaçı "xxxx" ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2014cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzilə və 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsi ndə yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında 143249,10 ABŞ dolları məbləğində əsas borcu, 23 dekabr 2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 15045,98 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 23 dekabr 2020-ci il tarixdən 19 dekabr 2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 24770,61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və 19 dekabr 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dər əcəsi ilə hesablanmış 63475,40 ABŞ dolları məbləğində penya, cəmi 246541,09 ABŞ dolları və 19 dekabr 2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penyanın əvəzi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərc İpoteka predmetlərinindəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 709,12 manat məbləğində dövlət rüsumunun və 1,43 manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlərdən iddiaçı nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

35. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə 330000 manat məbləğində kredit verilmişdir. 27 oktyabr 2014-cü il tarixdə borc alanla iddiaçı arasında bağlanmış Kredit müqaviləsinə 01 nömrəli əlavə sazişə əsasən kredit müqaviləsi üzrə mövcud borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında bağlanmış “27 noyabr 2014-cü il tarixli **********69914/İM2 nömrəli İpoteka müqaviləsi”nin bağlanılması ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. 22 oktyabr 2015-ci il tarixdə iddia çı və borc alan arasında bağlanmış “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması” barədə əlavə sazişə əsasən isə kreditləşmə müddəti 12 ay uzadılaraq 23 oktyabr 2016-cı il tarixinə təyin edilmiş, kredit müqaviləsi üzrə borc alana verilmiş kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutası həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilmiş və kredit üzrə əsas borcun 330000 manat məbləğində qalığı 315035,80 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Daha sonra isə kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 03 fevral 2016-cı il tarixli 03 nömrəli əlavə sazişlə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 18%dən 12%-ə endirilmiş, 18 oktyabr 2016-cı il tarixli 04 nömrəli əlavə sazişlə kreditləşm ə müddəti 24 ay uzadılaraq 23 oktyabr 2018-ci il tarixinə təyin edilmiş və nəhayət, “mövcud borcun restrukturizasiyasına” dair 13 dekabr 2017-ci il tarixli 05 nömrəli əlavə sazişlə kredit üzrə əsas borcun qalıq məbləği həmin tarixə 220811 ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin qaytarılma müddəti 23 dekabr 2020-ci il tarixinədək müəyyən olunmuşdur. Borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə:

1. İddiaçı, borc alan və Cavabdeh1 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzilin ipoteka qoyulması barədə 23 oktyabr 2014-cü il tarixli **********69914/İM- 1 nömrəli ipoteka müqaviləsi;

2. İddiaçı ilə Cavabdeh6 arasında sonuncuya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsiev 18 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzilin ipoteka qoyulması barədə 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Bankın birinci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət reyestrindən 25 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 22 oktyabr 2015-ci il tarixli “öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, 03 fevral 2016cı il tarixli 02 nömrəli, 1 8 oktyabr 2016-cı il tarixli 03 nömrəli və 13 dekabr 2017-ci il tarixli 04 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Dövlət reyestrindən müvafiq olaraq 23 oktyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli, 05 fevral 2016-cı il tarixli RX seriyalı ******* nömrəli, 20 oktyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli və 03 sentyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Bankın ikinci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair Dövlət reyestrindən 30 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 22 oktyabr 2015ci il tarixli “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, 03 fevral 2016-cı il tarixli 02 nömrəli, 18 oktyabr 2016-cı il tarixli 03 nömrəli və 13 dekabr 2017-ci il tarixli 04 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Dövlət reyestrindən müvafiq olaraq 23 oktyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli, 05 fevral 2016-ci il tarixli RX seriyalı ******* nömrəli, 20 oktyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli və 15 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışlar verilmişdir. Cavabdeh6 Kredit müqaviləsinin 2.2-ci və 2.3-cü bəndlərinə və həmin müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh6 öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və kreditin qaytarılması müddətinin bitməsinə baxmayaraq əsas borca hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, 10 mart 2023-cü il tarixinə borc alanın kreditor qarşısında 167095,08 ABŞ dolları məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 151549,10 ABŞ dollarını vaxtı keçmiş əsas borc, 15545,98 ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə, borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi penya ödəməlidir ki, bu da 10 mart 202 3-cü il tarixinə 46527,57 ABŞ dolları təşkil edir. Bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə cərimə faizlərinin hesablanması borc alanın xeyrinə olaraq 01 aprel 2020-ci il tarixdən 05 yanvar 2022-ci il tarixinə kimi dayandırılmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh1 1-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 iyun 2021-ci il tarixli 1050 nömrəli bildiriş, Cavabdeh6 isə 2-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 iyun 2021ci il tarixli 1049 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutm anın yönəldilməsi haqqında 17 iyul 2021-ci il tarixli 1050 nömrəli və 1049 nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq 21 iyun 2021-ci il tarixli 1070 və 1069 nömrəli ərizələr ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin idarə tərəfindən bildirişlərin qeydə alınması barədə müvafiq məktublarla banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsin i saxlayır və bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bank kreditin qaytarılma müddətinin bitdiyi 23 dekabr 2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 10 mart 2023-cü il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında illik 5 % dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 19121,33 ABŞ dolları təşkil edir. Məhkəmə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetləri olan mənzillərə tutmanın yönəldilməsi ilə yanaşı, yaşayış sahəsinin satışından sonra həmin mənzillərdə yaşayan ipoteka qoyanların və onlarla birlikdə yaşa yan ailə üzvlərinin və digər şəxslərin 1 ay ərzində yaşayış sahəsindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. Birinci ipoteka predmeti olan mənzildə Cavabdeh1 və onun övladı Cavabdeh2, ikinci ipoteka predmeti predmeti olan mənzildə Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hazırda ailə üzvləri ilə birlikdə yaşamaları faktı müvafiq olaraq 22 oktyabr 2014-cü il tarixli 140 №-li və 20 oktyabr 2014cü il tarixli 589-A nömrəli arayışlarla və Bank əməkdaşlarının keçirdikləri monitorinqlər ilə təsdiq olunur. 36. "xxxx" MMC-nin 06 sentyabr 2023-cü il tarixli ƏEM/S 43752/2023 saylı rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin bazar dəyəri 235000 manat, likvid dəyəri 212000 manat, ünvan 1 ünvan ında yerləşən 89 nömrəli mənzilin bazar dəyəri 245000 manat, likvid dəyəri 235000 manatdır.

37. Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16xx/xx/6685/2023 nömrəli rəyinə əsasən təqdim edilmiş hesabdan çıxarış, tərəflər arasında bağlanılmış 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri və müqaviləsi üzrə rəsmiləşdirilmiş 13 dekabr 2017-ci il tarixli 05 nömrəli əlavə sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh6 Banka müqavilə müddətinin bitdiyi 23 dekabr 2020-ci il tarixə olan borcu 231752,3 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 181199,1 ABŞ dolları, faiz borcu üzrə 50553,2 ABŞ dolları. 23 dekabr 2020-ci il tarixdən qərardad çıxan 30 may 2023-cü il tarixədək Borcalan tərəfindən ümum ilikdə 71101,27 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Aparılmış ödənişin 34650 ABŞ dolları əsas borc, 36451,27 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Cavabdeh6 Banka 30 may 2023-cü il tarixə olan borcu 160650,77 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 146549,1 ABŞ dolları, faiz borcu üzrə 14101,67 ABŞ dolları təşkil edir.

38. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(005)125/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq 23 oktyabr 2014-cü il tarixli**********69914 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətində olan ünvan 7də yerləşən 89 nömrəli mənzilə və Cavabdeh1 mülkiyyətində olan ünvan 8də yerləşən 5 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılmas ı, ünvan 7 ünvanında yerləşən 89 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 235000 manat, ünvan 8 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiyməti isə 212000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracda satılması və əldə ediləcək vəsait hesabına Cavabdeh6 Banka olan 143249,10 ABŞ dolları məbləğində əsas borcunun, 14101,67 ABŞ dolları məbləğində faiz borcunun, gecikdirilmiş müddət üçün illik 5%-lə hesablanmış 21405,42 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü manata məzənnə ilə manatla, cəmi 181256,19 ABŞ dolları borcun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərcin ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipotek a predmetinin satışından qalan məbləğin ipoteka qoyanlara qaytarılması, ipoteka predmeti olan ünvan 8 ünvanında yerləşən 5 saylı mənzilə və ünvan 7 ünvanında yerləşən 89 nömrəli mənzilə tutma yönəldikdən və onlar hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 8də yerləşən 5 saylı mənzili, cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ünvan 7 ünvanında yerləşən 89 nömrəli mənzili tərk etməsi, tərk etmədikləri təqdirdə həmin şəxslərin müvafiq yaşayış sahələrindən məcburi qaydada çıxarılması, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 709,12 manat dövlət rüsumu və 1,43 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, qalan hissədə isə iddianın təmin olunmaması qət edilmişdir. (hakim Solmaz Ədilova)

39. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun mövcudluğu, o cümlədən əsas öhdəliyin icrasının 90 təqvim günündən daha çox müddətə gecikdirilməsi müəyyən edildiyindən, kredit müqaviləsi üzrə borcun ipoteka predmetlərinin dəyərindən tutulması barədə iddia tələbi əsaslıdır. İddiaçı həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu cavabdeh NuriyevaSevinc Rövşən qızına verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda, Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 143 249,10 ABŞ dolları məbləğində təşkil edir.

40. Birinci insta nsiya məhkəməsi xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 15 045,98 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği ilə bağlı ekspert rəyini əsas götürüb hesab etmişdir ki, iddia tələbi 15 045,98 ABŞ dolları məbləğində faiz borcunun ipoteka əmlaklarının dəyərindən ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, ekspert rəyinə görə Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə Banka 50.553,2 ABŞ dolları faiz borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (qərardad çıxan tarixədək) ümumilikdə 71.101,27 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin ödənişin 34.650,0 ABŞ dolları əsas borc, 36.451,27 ABŞ dolları isə fa iz borcu üzrə silinmişdir. Beləliklə, Cavabdeh6 Banka xx.xx.2023-cü il tarixinə 14.101,67 ABŞ dolları faiz borcu mövcud olmuşdur. Belə olan halda, iddia tələbi bu hissədə qismən əsaslıdır və 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 14.101,67 ABŞ dolları məbləğində faiz borcu ipoteka predmetlərinin dəyərindən tutulmalıdır.

41. Birinci instansiya məhkəməsi həmçinin diqqətə çatdırmışdır ki, iddia tələbi “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 24 770,61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin” ipoteka predmetlərinin dəyərindən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Cavabdeh6 Banka xx.xx.2014cü il tarixli **********69914 №-li kredit müqaviləsi üzrə əsas borcu 143 249,10 ABŞ dolla rı təşkil edir. Belə olan halda, əsas borcun (xx.xx.2020-ci il tarixdən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edildiyi, yəni xx.xx.2023-cü il tarixədək) illik 5 faizi 7162,45 (yeddi min yüz altmış iki, 45 sent) ABŞ dolları təşkil edir. Bu baxımdan həmin vəsaitin günlük faizi 19,62 ABŞ dolları təşkil edir.

42. Göründüyü kimi, kredit müqaviləsinin müddətinin bitdiyi gündən iddia tələbinin dəqiqləşdirilməsi tarixinədək (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi) 1091 gün keçmişdir. Nəticə etibarilə qeyd olunmalıdır ki, həmin müddətə görə cavabdehin iddiaçı banka 21.405,42 ABŞ dolları məbləğində illik 5 faiz borcu yaranmışdır. (19,62 x 1091 gün = 21.405,42). Qanunun mənasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca g östərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır.

43. Birinci instansiya məhkəməsi iddia tələbinin 19 dekabr 2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penyanın əvəzinin ipoteka predmetlərinin dəyərindən Bankın xeyrinə tutulması hissələri ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin bu hissələrdə heç bir hüquqi əsası mövcud deyil, o cümlədən tələb qeyri-müəyyən olduğundan əsassızdır və təmin olunmamalıdır.

44. Həmçinin birinci instansiya məhkəməsi "xxxx" MMC-nin 06 sentyabr 2023-cü il tarixli ƏEM/S 43-752/2023 saylı rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin likvid qiymətini 212.000 manat, ünvan 1 ünvanda yerləşən 89 nömrəli mənzilin likvid qiyməti isə 235.000 manat müəyyən etmişdir.

45. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269, 295, 296, 319, 439.1, 439.2, 439.7-ci, “İpoteka haqqında” Qanunun 39.3, 39.4, 39.5, 59.3, 59.4-cü, maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

46. Bank apellyasiya şikayəti verərək qismən ləğv, iddianın tam təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

47. Bankın apellyasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin hazırkı halda məhkəmə Bankın 63475,40 ABŞ dolları məbləğində penya tələbini 60975,40 ABŞ dolları məbləğində azaldaraq, cəmi 2500 ABŞ dolları hissədə təmin etməklə bunun əksini etmişdir. Məhkəmə qətnamə qəbul edərkən təqdim edilmiş mötəbər sübutları nəzərə almamış, yalnız Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 ok tyabr 2023-cü il tarixli, 3-16-16/2-9/6685/2023 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Məhkəmə təqdim edilmiş sübut növləri ilə ekspert rəyini qarşılıqlı tədqiq etmədən ekspert rəyində göstərilən məbləğlərə istinad etməsi ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmaqla yanaşı, qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Lakin məhkəmə bunu etməmiş və yalnız Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/6685/2023 nömrəli rəyini əsas götürərək borc alan Cavabdeh6 kredit müqavi ləsi üzrə əsas borcunun 146549,1 ABŞ dolları, faiz borcunun isə 14101,67 ABŞ dolları təşkil etdiyini göstərməklə kifayətlənmişdir. Ekspertiza qarşısında cərimə borcu barədə sual qoyulmadığından ekspert tərəfindən cərimə ilə bağlı heç bir münasibət bildirilməmişdir. Ekspert rəyində cərimənin nəzərə alınmaması Bank tərəfindən təqdim olunmuş çıxarışlar ilə ekspert rəyi arasında fərqin əsas səbəbidir. Belə ki, 23 iyul 2019-cu il tarixində ödənilmiş 6000 ABŞ dolları məbləğində pul vəsaitinin 3000 ABŞ dolları əsas borcun, 1333,33 ABŞ dolları faiz borcunun, 1666,67 ABŞ dolları isə cərimə borcunun silinməsinə yönəldilmişdir. Lakin ekspert rəyində həmin məbləğin 3000 ABŞ dollarının əsas borca, 3000 ABŞ dollarının isə faiz borcuna silindiyi göstərilmişdir. Ekspertiza qarşısında cərimə və əldən çıxmı ş fayda ilə bağlı sual qoyulmadığı üçün ekspert tərəfindən bu məsələ ilə bağlı münasibət bildirilməmişdir. Nəticədə, belə uyğunsuzluqlara görə yekun məbləğlərdə fərq yaranmışdır.

48. Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

49. Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 apellyasiya şikayətinin dəlillərinə əsasən, ekspertiza onların iştirakı olmadan keçirilmiş, işin düzgün və ədalətli şəkildə həll edilməsinin qarşısı alınaraq qanunvericiliklə verilən hüquqlarının istifadə olunmasına əngəl törədilmişdir. Bu isə işin yekun nəticədə formal qiymətləndirilməsinə və son olaraq işə düzgün hüquqi qiymət verilməməsinə səbəb olmuşdur. Bununla belə iş materiallarında sözügedən ekspert rəyində əmla kın qiymətləndirilməsi zamanı işin obyektivliyi kölgə altında qalmışdır. Belə ki, ekspert çəkişmə prinsipinin tələblərini pozaraq işə qərəzli yanaşmış və tərəfin iştirakı olmadan dəyərləndirməni aparmışdır. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Çəkişmə prinsipinin pozulması tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsində öz əksini tapır. Eyni zamanda belə hallar sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmiyyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb olur. Yəni eks pert verdiyi rəyləri obyektivlik, hərtərəflilik və tamlıq prinsiplərinin tələblərinə riayət olunmaqla hazırlayıb tərtib etməlidir. Lakin ekspert məhkəməyə verdiyi rəydə sadəcə iddiaçının verdiyi rəqəmləri təsdiqləməklə kifayətlənmişdir. Bu, özünü ekspert qarşısında qoyulmuş sualların həqiqətə uyğun olmayan şəkildə tədqiq edilməsində, faiz borcunun düzgün hesablanmasına dair aydın əsaslandırmanın mövcud olmamasında göstərir. Borc məbləğinə münasibətdə şişirdilmiş ölçüdə tətbiq olunan faiz borcu qanunverciliyin tələbləri səhv-nəzər edilməklə hesablanığı üçün qanuni mənafelərini pozur.

50. Apellyasiya şikayətləri ilə borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri mübahisələndirildiyindən bu dəlillərin araşdırılması məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

51. Məhkə mə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli, 3-16-16/29/57xx-xx/5658/2024 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri və likvid qiyməti təqribən 222000 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri 199800 manat, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri və likvid qiyməti təqribən 297440 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri 267690 manatdır.

52. Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 3-16-16/29/5917/2024 nömrəli ekspert rəyinə əsasən Cavabdeh6 ilə Bank arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914 saylı kredit müqaviləsi üz rə kreditora ödənilməli olan kredit borcu 23 dekabr 2020-ci il tarixə əsas borc üzrə 181199,10 ABŞ dolları, faiz borcu üzrə 50553,20 ABŞ dolları, 19 dekabr 2023-cü il tarixə isə əsas borc üzrə 142749,10 ABŞ dolları, faiz borcu üzrə - 14101,93 ABŞ dolları, illik 5 faizlə hesablanmış faiz borcu üzrə 24791,29 ABŞ dolları təşkil edir.

53. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(005)-125/2024 nömrəli qətnaməsi borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı hissələrində dəyişdirilmiş, ünvan 7 ünvanında yerləşən 89 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri ) 267690 manat, ünvan 8 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiyməti (likvid dəyəri) isə 199800 manat müəyyən edilmiş, həmin daşınmaz əmlakların açıq hərracda satılması və əldə ediləcək vəsait hesabına Cavabdeh6 Banka olan 142749,10 ABŞ dolları məbləğində əsas borcunun, 14101,93 ABŞ dolları məbləğində faiz borcunun, gecikdirilmiş müddət üçün illik 5%-lə hesablanmış 24791,29 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü manata məzənnə ilə manatla, cəmi 181642,32 ABŞ dolları borcunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərcin ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ ipoteka qoyanlara qaytarılması, q ətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova, Xəyal Sarıyev)

54. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(103)-216/2025 nömrəli qətnaməsində buraxılmış yanlışlıq düzəldilmiş, qətnamənin nəticəvi hissəsinin 4-cü abzasında “181642,32 ABŞ dolları” sözləri “184142,32 ABŞ dolları” sözləri ilə əvəz edilmiş və həmin abzas aşağıdakı formada qeyd edilmişdir: “Həmin daşınmaz əmlaklar açıq hərracda satılsın və əldə ediləcək vəsait hesabına Cavabdeh6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 142749,10 ABŞ dolları məbləğində əsas borcunun, 14101,93 ABŞ dolları məbləğində faiz borc unun, gecikdirilmiş müddət üçün illik 5%-lə hesablanmış 24791,29 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü manata məzənnə ilə manatla, cəmi 184142,32 ABŞ dolları borcunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərcin ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ ipoteka qoyanlara qaytarılsın”.

55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə Bankla Cavabdeh6 arasında 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsi və bu müqaviləyə əlavə olan sazişlər imzalanmışdır. Götürülmüş kreditlərin təminatı olaraq Bank ilə borc alan və Cavabdeh1 arasında arasında bağlan mış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka, bank ilə borc alan və Cavabdeh1 arasında 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli sonrakı ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələrinin predmeti kimi ünvan 7də yerləşən 89 nömrəli və ünvan 8də yerləşən 5 saylı mənzillər yüklü edilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışında alınmış ekspert rəylərinə istinadən göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin satış qiyməti müəyyən olunarkən mütəxəssis rəyinə istinad olunsa da, sonuncu ekspert rəyi daha mötəbər sübutdur

57. Həmçinin apellyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizasının birinci rəyi ilə sonrakı ekspert rəyini müqayisə edərək hesab etmişdir ki, sonuncu ekspert rəyi həm əsasandırm a baxımından, həm də ekspert qarşısında qoyulmuş sualların dəqiqliyi baxımından əsaslı cavablandırıldığından borcun məbləği sonuncu ekspert rəyinə uyğun müəyyən olunmalıdır.

58. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsasında aparılmış apaşdırma (ekspertiza) ilə işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı hissələrində dəyişdirilməlidir.

59. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 271.1, 303.1, 303.4, 317, 319.1, 319.4, 319.6, 385.1, 439.2, 442, 445.1, 445.7, 458.1, 462.1, 465.2, 467, 739.1, 739.2-ci, “İpoteka haqqınd a” Azərbaycan Respublikası Qanunu 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.3, 39.4, 39.5, 41.1, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər.

61. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, məhkəmə cavabdehlər tərəfindən edilmiş ödənişləri nəzərə almadan və bu barədə heç bir hüquqi və ya faktiki əsaslandırma vermədən, ekspert rəyində əks olunmuş göstəricilərlə tam şəkildə razılaşaraq yekun qənaətə gəlmişdir. Bu yanaşma nəticəsində cavab dehlərin artıq ödəmiş olduqları məbləğlər nəzərə alınmadan onların eyni borc öhdəliyinə görə təkrar ödənişə cəlb olunması ehtimalı yaranır. Belə hüquqi vəziyyət, cavabdehlərin maddi hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnməklə yanaşı, eyni borcun ikiqat ödənilməsinə dair haqsız bir yükün yaranmasına səbəb olur ki, bu da ədalətli məhkəmə araşdırması və borcun düzgün hesablanması prinsipləri ilə uzlaşmır. Bundan əlavə, borc məbləğinə münasibətdə şişirdilmiş ölçüdə tətbiq olunan gecikdirilmiş vaxt üçün müəyyənləşmiş illik beş faiz ödəniş qanunverciliyin tələbləri səhv-nəzər edilməklə hesablandığı üçün cavabdehlərin qanuni mənafelərinə ziddir. Belə ki, borc məbləğinə münasibətdə tətbiq olunmuş gecikdirilmiş müddət üzrə illik 5% faizin hesablanması da hüquqi cəhətdən əsaslandırılma mışdır. Başqa sözlə, 23 dekabr 2020-ci il tarixindən 19 dekabr 2023-cü il tarixinədək dövr üzrə illik 5% olmaqla faiz borcunun 24.791,29 ABŞ dolları təşkil etməsinin heç bir hüquqi əsası yoxdur. Yəni mahiyyət etibarı ilə əsas borcun yanlış hesablanması ona uyğun hesablanan kəmiyyətin də dolayı şəkildə yanlış hesablanmasına gətirib çıxarmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyində əksini tapan illik 5% dərəcə ilə hesablanmış faiz borcu, əsas borcun məbləği düzgün müəyyən edildiyi halda belə, yenə də əsaslı hesab oluna bilməzdi. Belə ki, ekspert rəyində əsas borcun şərti olaraq 142.749,10 ABŞ dolları kimi götürülməsi və bu məbləğə uyğun olaraq 24.791,29 ABŞ dolları məbləğində faiz borcunun müəyyən edilməsi, məntiqi və hüquqi əsaslara söykənmir. Belə hesablamaların düzgün aparılm ası üçün ilk növbədə əsas borcun məbləği dəqiq müəyyən edilməli, daha sonra həmin məbləğə illik 5% tətbiq olunaraq illik faiz məbləği müəyyənləşdirilməli idi. Ardınca bu illik faiz 365 günə bölünməklə gündəlik faiz məbləği hesablanmalı və xx.xx.2020 – xx.xx.2023 tarixləri arasındakı müddətə uyğun olaraq (1091 gün) gündəlik faizlə hasili tapılmalı idi. Lakin təqdim olunmuş ekspert rəyində bu metodologiyaya əməl edilmədiyi, nəticə etibarilə faiz borcunun da əsassız və şişirdilmiş formada müəyyən edildiyi açıq-aşkar görünməkdədir. Bu hal indiki şəraitdə illik 5% adı ilə müəyyən edilən məbləğin həqiqətə uyğun olmadığını göstərir. Buna görə də 5%-in üzərində hesablanmış məbləğ qanunvericiliyin tələbləri ilə də ziddiyyət təşkil edir. Digər tərəfdən ipoteka predmetləri olan mənzillər düzgün qiymə tləndirilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər; Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqınd a” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələ b etmək hüququ vardır Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin öd ənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cüml ədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldil məsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Maddə 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərrac da satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü m addəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesab lanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə geci kdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

64. Kassasiya şikayətində cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş l etsələr də, şikayətin məzmunu və dəlillərindən görünür ki, qətnamə borcun məbləği və ipoteka predmetlərinin qiymət hissəsində mübahisələndirilir. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissələrdə yoxlayır.

65. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.

67. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit müqaviləsi üzrə borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

68. İşdən görünür ki, kredit müqaviləsi üzrə borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiyməti ekspert rəyləri ilə müəyyən edilmiş, ekspert rəyləri də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddəsinə uyğun qiymətləndirilmişdir.

69. Ekspert rəylərinin əsassız olması barədə kassasiya şikayətinin dəlilləri ilə ba ğlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə apellyasiya baxışında yenidən ekspert rəyləri alınmış və qeyd edildiyi kimi həm borcun məbləği, həm də ipoteka predmetlərinin qiyməti həmin rəylərə uyğun olaraq müəyyən edilmişdir.

70. Həmçinin Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

70. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

71. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

72. Cavabdeh kassasiya şikayətində 5 faiz dərəcəsində pulun tutulmasının qanunsuz olmasına da istinad etmişdir.

73. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

74. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icr a edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.

76. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

77. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi müba hisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar