Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-257/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X4 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2347/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Astara Rayon Мəhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(018)-259/2019 saylı qətnaməsi (hakim M.İ.Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cinayət nəticəsində vurulmuş 10.200 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.230 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2347/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.K.Həsənov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və Z.A.Zeynalov), Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək,Astara Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(018)-259/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı i ddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu 11.200 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 11.230 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla birlikdə 15-20 nəfəri aldadaraq pullarını ələ keçirib. O, 04 oktyabr 2011-ci il tarixdə qardaşı X1 iştirakı ilə Cavabdeh yaşadığı ünvan 1 ünvanında 19.000 manat nağd pul vermişdir. Sonradan Cavabdeh atası həmin məbləğin 7800 manatını qaytarsa da, 11.200 manat pul hazırkı vaxtadək ödənilməmiş qalmaqdadır. Cavabdeh və valideynləri həmin pulun qaytarılmasına söz versələr də, hal-hazırda qalıq məbləğin qaytarılmasından imtina edirlər. Bu məsələ ilə bağlı C avabdeh barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən cinayət işi açılmış, istintaqa sübutlar (video yazılar və Cavabdeh ondan pul vəsaitinin alınmasını imzası ilə təsdiq edən yazılı sənəd) təqdim edilmiş və cavabdehin ona cinayət nəticəsində 11200 manat maddi ziyan vurması tam olaraq sübuta yetirilmişdir. Həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və o, zərərçəkmiş şəxs kimi tanınmışdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsində vurulmuş maddi ziyanın geri qaytarılmasını tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh ifadə verərək ondan 19.000 manat pul aldığını təsdiq etmiş və eyni zamanda onun qohumları ifadə verərək həmin pulun yalnız 7800 manatının qaytarıldığını bildirmişdirlər. 11200 manat pulun ödənilməmiş qalması sübuta yetirilmişdir. İş üzr ə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X4 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya inst ansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X4 oğlu kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh və vəkili X4 oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin fak tiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 1(101)93/2014 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə cəza təyin edilməməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edilmişdir. Həmçinin həmin hökmün surətind ən görünür ki, məhkəmə iclasında dindirilmiş Cavabdeh özü də ifadəsində İddiaçı 18.000 manat, 1000 manat pulu isə İddiaçı tapşırığına əsasən başqa şəxsdən almasını, bu pulun 7.800 manatının qaytarılmasını və ümumi olaraq 11.200 manat məbləğində pulun ödənilməmiş qaldığını etiraf etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2015-ci il tarixli, 1(103)-113/2015 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli hökmünün müdafiəçi X2 və məhkum Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İ şdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2017-ci il tarixli, 1(102)-283/2017 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2015-ci il tarixli qərarının Cavabdeh aid hissədə dəyişdirilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (m ülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin faktiki hallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı 18.000 manat, İddiaçı tapşırığına əsasən isə başqa şəxsdən 1000 manat alınmış, bu pulun 7.800 manatı qaytarılmış və ümumi olaraq 11.200 manat məbləğində pul ödənilməmiş qalmışdır. Bu Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2014-cü il tarixli, 1(101)-93/2014 nömrəli hökmü ilə öz təsdiqini tapır. İş materiallarında n görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı əlavə olaraq 1000 manat pul almamışdır. Həmin pulu başqa şəxsdən almışdır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın həmin hissəsi təmin edilməməli, İddiaçı həmin hissə ilə əlaqədar reqres qaydada iddia qaldırmaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini ta pmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımı ndan ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2347/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-257/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-257/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver