Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-257/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: « miras qalmış əmlakın bölünməsi və payların naturada ayrılması » Açar sözlər: əmlakın bölünməsi və payların naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh, vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -xx xxxxxx 1952-ci ildə Ağsu rayon ZAQS bürosu tərəfindən verilən evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X14 arasında nikah xx xxxxxx 1946-cı ildə bağlanmaqla, 08 nömrə ilə qeydə alınmışdır. X14 evlənmə qeyd edildikdən sonra “Vəliyeva” soyadı daşımışdır. -Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışdan İddiaçı xx xxxx 1948-ci ildə Ağsu şəhərində anadan olması, atasının A.A.A. oğlu və anasının X19 olması görünür. -AZ-İ-692414 nömrəli təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən A.A.A. oğlunun xx.xx.1970-ci ildə Ağsu şəhərində insult səbəbi i lə öldüyü, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1971-ci ildə, 01 nömrə ilə qeyd edilmişdir. -AZ-İ-568471 nömrəli təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surətində X13 xx.xx.2012-ci ildə Ağsu şəhərində işəmik insult səbəbi ilə öldüyü, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə, 133 nömrə ilə qeyd edilmişdir. -xx.xx.2008-ci il tarixli, reyestrdə 2V/01-53 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surətinə əsasən ünvanında yerləşən yaşayış evini oğlu iddiaçıya vəsiyyət etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə 790 inventar nömrəsi ilə ünvan 1 ünvanda yerləşən hüquq subyekti A.A.A. oğlu olan fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür kimi, ünvanında yerləşən fərdi yaşayış evi X15 adına, torpaq sahəsi isə paylı mülkiyyət kimi X19, Cavabdeh, X3, X16 və X5 adına qeydə alınmış və xx.xx.2015-ci il tarixdə 9 nömrəli reyestr kitabının 66 saylı vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli, 12311 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş üzrə İddiaçı ünvanında yerləşən fərdi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd mülki iş materiallarında olmadığından tədqiq olunan ünvandakı fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilər (tərəflər) arasında paylar (ideal və real pa ylar) üzrə bölünməsinin texniki cəhətdən mümkün olubolmamasına dair tədqiqat aparılması mümkün olmamışdır. Hər hansı daşınmaz obyektin, o cümlədən tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan ekspertiza tədqiqatı aparılmamışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi, real bölgüsünün aparılması və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Ağsu şəhərində xx xxxxxxx 1970-ci ildə ölmüş atası X7 miras qalmış və ünvan 2 ünvanda yerləşən 0.1299 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş bir mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 145 kv.metr, yaşayış sahəsi 84.9 kv.metr, köməkçi sahəsi 60.1 kv.metr olan fərdi yaşayış evindən və əlavə tikililərdən ibarət daşınmaz əmlakdan payının müəyyən edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-105/2018 saylı qətnaməsi ilə (hakim T.A.İsmayılov) İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi, real bölgüsünün aparılması və payların naturada ayrılması üzrə dəqiqləşdirilmiş idda tələbinin təmin edilməsi, mərhum Vəliyev Qasım Abbas oğlundan miras qalmış ü nvanında yerləşən, ümumi sahəsi 145,0 kv.metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1251F nömrəli, KOD nömrəsi olan 40901004 saylı şəhadətnamə əsasında mərhum X13 mülkiyyətində olmuş 0,11 ha torpaq sahəsinə Cavabdeh 1/5 hissəsinə, X2 1/5 hissəsinə, X6 1/5 hissəsinə, X5 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququnun tanınması, məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatdan 50 manatının İddiaçı, 50 manatının isə Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN**********, AZ34STRE******************** hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)2028/2019 nömrəli qətnaməsi ilə (hakimlər – E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və V.İ.Məlikov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-105/2018 saylı qətnаməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakdan payına düşən hissənin müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın İddiaçı alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34STRE******************** hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xx xxxx 2019-cu il tarixli 2(102)7402/2019 nömrəli qərarı ilə (hakimlər – G.A.Quliyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və T.A.Qoldman) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)2028/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)569/2020 nömrəli qətnaməsi ilə (hakimlər – A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölün məsi, real bölgüsünün aparılması və payların naturada ayrılması üzrə dəqiqləşdirilmiş idda tələbinin təmin edilməsi, mərhum A.A.A. oğlundan miras qalmış ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv.metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə iddiaçı, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1251F nömrəli, KOD nömrəsi olan 40901004 saylı şəhadətnamə əsasında mərhum X13 mülkiyyətində olmuş 0,11 ha torpaq sahəsinə Cavabdeh 1/5 hissəsinə, X2 1/5 hissəsinə, X6 1/5 hissəsinə, X5 1/5 hissəsinə, iddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququnun tanınması və məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatdan 50 manatın İddiaçı, 50 manatın isə Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ3 4STRE******************** hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və mübahisəli evin 6.7 və 8 nömrəsi altında olan otaqların və həyətdəki hamamın sonradan kassator tərəfindən tikildiyindən onların mirasa qəbul edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi bölgüdə ədalət prinsipini, həmçinin əlavə tikililəri və təmir işlərini nəzərə almamaqla qanunu pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyas ı məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (öv ladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etm ək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edən in uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyanın vəfatından sonra onun iki vərəsəsi: İddiaçı və Cavabdeh vardır. Onlar birinci növbə üzrə vərəsələr hesab olunur. Qanun üzrə vərəsələrin hər birinə miras əmlakdan düşən pay (miras payı) bərabərdir. Lakin miras qoyan sağlığnıda mülkiyyətində olan əmlakını İddiaçı vəsiyyət etimşdir ki, həmin vəsiyyətnamə ləğv edilməmiş, hazırda da qüvvədədəir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məc buri pay) təşkil etməlidir. Müəyyən olunmuşdur ki, miras qoyan Arizə Vəliyeva mülkiyyətində olan Ağsu şəhəri, H.Əliyev küçəsi, ev 59A ünvanında yerləşən yaşayış evini oğlu İddiaçı vəsiyyət etmişdir. Ona görə də miras əmlakın bölünməsi aşağıdakı qaydada hesablanır: əvvəlcə qanun üzrə vərəsələrdən hər birinə (iki uşaqlara) qanun üzrə vərəsəlik zamanı çatası pay hesablanır. Bunun üçün miras əmlak qanun üzrə həmin vərəsələrin sayına bölünür: ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv.metr, yaşayış sahəsi 84.9 kv.m., yardımçı sahəsi 60.1 kv.m. olan 4 otaqdan ibarət olan bir mərtəbəli fərdi yaşayış evi, 13.3 kv.m. olan hamam, ayaqyolu, 4 kv.m. olan su anbarı: 3 = İddiaçı payı, Cavabdeh payı, mərhum X8 payına. Lakin mərhum X18 mülkiyyətində olan əmlak payını oğlu İddiaçı vəsiyyət etdiyindən mər hum X9 miras qalmış evin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpaq sahəsinə Cavabdeh 1/5 hissəsnə, X1 1/5 hissəsinə, X10 1/5 hissəsinə, X11 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququ tanınmalıdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vərəsə, onun payına düşən miras hissəsinin (miras payının) naturada ayrılmasını (real bölgüsünü) tələb edə bilər. Bu tələbin təmin edilməsi üçün aşağıdakı şərtlər tələb olunur: birincisi, miras əmlakdan payın ayrılması mümkün olsun; ikincisi, əmlak payının naturda ayrılması qanunla qadağan edilməməlidir; üçüncüsü, əmlakdan payın naturada ayrılması əmlakın təsərrüfat təyinatının itirilməsinə səbəb olmamalıdır, bu təyinata zidd olmamalıdır və ona zərər vurmamalıdır. Apellyasiya instansiyası məhkəməsi düzgün o laraq qeyd etmişdir ki, iddia tələbinin əsasını xx xxxxxxx 1970-ci il tarixdə vəfat etmiş və xx xxxxxxxx 2015-ci il tarixdə mərhum Vəliyev Qasım Abbas oğlunun adına qeydə alınmış miras əmlaka vərəsələr arasında payların müəyyən edilməsi təşkil edir. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəli fərdi yaşayış evinin 6, 7, 8 saylı otaqlarının miras əmlaka daxil edilməsi hissəsində mübahisələndirmiş, qalan hissədə isə qətnamə ilə razılaşmışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən mərhum X15 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv.metr, yaşayış sahəsi 84.9 kv.metr, yardımçı sahəsi 60.1 kv.metr olan 4 otaqdan ibarət olan bir mərtəbəli fərdi yaşayış evinə, 13.3 kv.m. ol an hamam, ayaqyoluna, 4 kv.m. olan su anbarına, 7.9 kv.m. olan hasara və darvazaya onun adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın məzmunun və tamlığının qanunvericiliyin tələblərinə əsasən iddia tələbinə həmin çıxarışda qeyd edilənlərə istinad edilərək baxılmalıdır. İş materiallarından görünür ki, mərhum A.A.A. oğlunun adına verilmiş həmin çıxarış ləğv olunmamışdır. Bundan əlavə iş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(016)-87/2017 saylı qətnaməsi ilə iddiaçıya münasibətdə ünvanında yerləşən 59 A saylı ev və torpaq sahəsi üzrə mirasın qəbul edilməsi müddəti uzadılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi fərdi yaşayış evinə dair payların müəyyən edilmə qaydasını düzgün tətbiq etməsə də, nəticə etibarı ilə fərdi yaşayış evinə dair payları düzgün müəyyən etmişdir. Belə ki, fərdi yaşayış evi birgə nikah dövründə tikildiyindən fərdi yaşayış evinə dair paylar aşağıdakı kimi müəyyən edilməlidir. ½ mərhum Vəliyev Qasım Abbas oğlunun payı; ½ mərhum X13 payı. Qasım Vəliyev xx.xx.1970-ci ildə vəfat etdiyindən ona məxsus ½ pay digər 3 nəfər vərəsəyə keçdiyindən həmin vaxt vərəsələrin payları aşağıdakı kimi müəyyən olunur: X19 4/6 (1/2 + 1/6), İddiaçı 1/6, Cavabdeh 1/6 pay. Vəliyeva Arizə Emin qızı xx xxxx 2012-ci ildə vəfat etdiyindən İddiaçı məcburi payı nəzərə alınmaqla Elçinə məxsus miras evə dair bütünlüklə pay aşağıdakı kimi müəyyən olunur 1/3 (1/6 Elçinin əvvəlki öz payı + 4/6:2:2 Elçinə anasından düşən məcburi pay = 1/6+ 4/24=1/3). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən bölgüdə ədalət prinsipinin pozulduğunu, əlavə tikililəri və təmir işlərinin nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-257/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-257/2021
23.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver