Məhkəmə qərarları › İş №2(102)-257/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-257/2022

24.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-257/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qızına qarşı “yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh4, vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(105)922/2020 nömr əli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qızının və cavabdehlərin ailə üzvlərinin AYYY saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızı və onların ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, T.Quliyev və F.Zeynallı) 20 iyul 2020-ci il tarixli, 2(105)-922/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin iş üzrə 15 noyabr 2019-cu il tarixli 2(012)-4322/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi dair ərizə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.10.2021-ci il tarixli qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qəbul edilərək mülk i iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qismində işə cəlb edilsə də ona və digər cavabdehlərə məhkəmə iclasları barədə məlumat verilməmiş, onların iştirakı və məlumatı olmadan iş üzrə qətnamə qəbul edilmişdir. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(105)-922/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh4 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayə tin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 408.1 və 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6765/2021 nömrəli 18.11.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Cavabdeh4 Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(012)4322/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməmiş və həmin qətnamə ona münasibətdə yoxlanılmamış, qətnamə yalnız Cavabdeh1 münasibətdə yoxlanılmışdır. Belə olan halda Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(105)-922/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1 -ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının hazırki işin icraata qəbul edilməsinə dair 18.11.2021-ci il tarixli qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(105)-922/2020 n ömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18.11.2021-ci il tarixli 2(102)6765/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar