Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-257/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh BOKT Açıq Səmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı, əsassız varlanma, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh BOKT Açıq Səmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6204/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 yanvar 2023-cü il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)-704/11 saylı icra vərəqəsi əsasında X1 (sonrakı adı X5) məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9E-də yerləşən 12 nömrəli mənzilin açıq hərracda satılması qərara alınmışdır. İcra icraatı zamanı qeyd olunan mənzil 30.000 manat dəyərində qiymətləndirildikdən sonra satılması üçün hərraca çıxarılmışdır. 2. 26 fevral 2021-ci il tarixdə "xxxx" MMC-nin keçirdiyi hərracda İddiaçı (bundan sonra – iddiaçı) X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 9 e saylı evin, 12 saylı mənzilini 30050 manata əldə etmiş və bu barədə hərrac təşkilatı ilə aralarında «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» xx. xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. 3. xx.xx.2021-ci il tarixdə əmlakın dəyərini təşkil edən 30050 manat iddiaçı tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinin depozit hesabına köçürülmüş, xx.xx.2021ci il tarixdə isə Sumqayıt şəhəri üzrə İcra idarəsinin depozit hesabından 29.535 manat pul Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Kredit təşkilatı) hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə mənzil üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(005)1835/2021 saylı qətnaməsi ilə X2 (keçmiş adı X3) Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, hazırkı iş üzrə iddiaçıya və cavabdehə qarşı “ünvan 1 ünvanda yerləşən 12 nömrəli mənzil üzərində ipoteka yüklülüyün ləğv edilməsi, ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.535 manat pul vəsaiti və ödənilmiş 181 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra qurumuna müraciət edərək, həmin müqavilə nəticəsində idarənin depozitinə ödədiyi pulu g eri tələb etmişdir. Ona məlumat verilmişdir ki, həmin pul Kredit təşkilatının hesabına köçürülmüşdür. Pulunu tələb etdikdə isə cavabdeh bildirmişdir ki, pulu yalnız məhkəmə qətnaməsi əsasında geri qaytara bilərlər. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2777/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, 29.535 manat pul vəsaiti və ödənilmiş 180 manat 15 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmuş, iddianın qalan hissədə rədd edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var və həmin qətnamələr ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidə n mübahisələndirilməsi və sübut edilməsi yolverilməzdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin depozit hesabına cəmi 30.050 manat köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə isə Sumqayıt şəhəri üzrə İcra idarəsinin depozit hesabından 29.535 manat pul Kredit təşkilatının hesabına köçürülmüşdür.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ipoteka predmeti olmuş və hərrac vasitəsi ilə satılmış, sonradan ipoteka yüklülüyü götürülmüş və iddiaçının adına verilmiş çıxarış ləğv edilmiş mənzilə görə ödədiyi vəsait iddiaçıya qaytarılmalıdır. İddia tələbi 29.535 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair hissədə əsaslıdır və həmin vəsaitin cavabdehdə qalmasına hər hansı qanuni əsas mövcud deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlakın hərraca çıxarılmasına dair sifarişi icra şöbəsi vermişdir. Sumqayıt şəhər İcra idarəsinin sifariş məktubu əsasında keçirilən hərracda alınan əmlaka dair problem çıxdıqdan sonra iddiaçının Kredit təşkilatına qarşı pul tələbinə dair iddia qaldırması əsasızdır. Məhkəmə qətnaməsini icra etməli olan icra qurumu tərəfindən əmlak hərraca çıxarılan zaman ortaya çıxan problemlərə görə Kredit təşkilatı məsuliyyət daşıya bilməz.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6204 /2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyator pulun onun hesabında olmasını inkar etmir. Qanuni qüvvəsini almış məhkəməsinin qərarından da göründüyü kimi, həmin iş üzrə hərrac qanunsuz keçirilmiş, ipotekaya xitam verilməli olduğu halda xx.xx.2021-ci il tarixli hərracın nəticələrinə dair protokola əsasən iddiaçının mənzil əldə etməsi qanunsuz olmuşdur.
14. Göründüyü kimi, məhkəmə qətnaməsini icra etməli olan İcra Şöbəsi tərəfindən əmlak hərraca çıxarılsa da, onun keçirilməsinin qanuniliyinə və nəticələrinə artıq hü quqi qiymət verilmişdir və hərrac zamanı ortaya çıxan problemlərə görə də Sumqayıt şəhəri üzrə İcra İdarəsi də məsuliyyət daşıyıcısı olması məhkəmə qərarından görünmür.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmlak hərraca çıxarılan zaman ortaya çıxan problemlərə görə deyil, onun hesabına keçirilmiş vəsaitin hüquqi əsası məhkəmə qərarlarına görə ləğv edildiyi üçün Kredit təşkilatı həmin vəsaitin qaytarılması ilə bağlı məsuliyyət daşıyıcısıdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi işin halları baxımından düzgün nəticəyə gəlmişdir.
16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 135.1, 135.2, 157.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 107, 119.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması, bu mümkün olmadıqda isə işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.
23. Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının mübahisəli əmlakı əldə etməsi barədə hərrac prosesinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə əhəmiyyətsiz hesab edilməsi ilə cavabdehin iddiaçıdan pul vəsaiti əldə etməsinə səbəb olmuş hüquqi əsas aradan qalxmışdır. Bu baxımdan Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə əsasən varlanmış şəxs kimi cavabdehin əldə etdiklərini məhrum olan iddiaçının tələbi ilə ona qaytarmaq vəzifəsi yaranmışdır.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6204/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.