Məhkəmə qərarları › İş №2(102)-2570/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2570/2021

05.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2570/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X inin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyinin 17 iyul 2019-cu il tarixli əmri ilə üzrsüz səbəbdən işə gəlmədiyinə görə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Biologiya müəlliməsi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir.

2. İddiaçı işə üzrlü səbəblərdən gələ bilmədiyini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşəİxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Re spublikasının Təhsil Nazirliyi cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus olan sənədləri cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyindən götürməklə araşdırma aparıb, İddiaçı işdən azad olunması barədə 17.07.2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması və məcburi proqula görə əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, İddiaçı əmək qabiliyyətinin olmadığı dövrdə işə getməməsi əsas gətirilməklə qanunsuz olaraq işlədiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyinin biologiya müəllimi vəzi fəsindən azad edilmişdir. Bu barədə qeyd edilən peşə liseyi tərəfindən poçt vasitəsi ilə edilmiş 02.08.2019-cu il tarixli teleqram ilə məlumat almışdır. Bundan sonra işlədiyi liseyə dəfələrlə getmiş olsa da bütün heyətin məzuniyyətdə olması səbəbindən nə adıçəkilən əmrin, nə də digər zəruri sənədləri götürmək mümkün olmuşdur. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı hesab edir ki, aşağıdakı əsas və səbəblərə görə onun işdən azad edilməsi rsrədə verilmiş 17.07.2019-cu il tarixli əmr ədalətsiz və əsassız hesab olunmaqla ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoru X3 qarşı “xəbərdarlıq verilməsi haqqında əmrin qanunsuz tərtib edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəmə sinə müraciət etmişdir, iddia tələbində Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı Peşə Liseyinin direktoru X2 20.11.2018-ci il tarixli 69 nömrəli xəbərdarlıq əmrinin ləğv edilməsi, X2 iddiaçının qanunla qorunan hüquqlarını və əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilərək barəsində xüsusi qərardadın çıxarılması, cavabdeh şəxsdən mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 15.09.2008-ci il tarixdən hal-hazıra kimi Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı Peşə Liseyinin biologiya fənni üzrə müəllimi peşəsində işləyir. B u günə kimi onun barəsində heç bir xəbərdarlıq və digər intizam tənbeh tədbirləri görülməmişdir. Liseyin fəaliyyətində öz üzərinə düşən əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. Lakin 17.11.2018-ci il tarixdə həftənin şənbə gününə təsadüf edən bir vaxtda həmin təhsil müəssisəsinin direktoru “ağacəkmə” aksiyası keçirmişdir. Bundan bir gün əvvəl yəni 5.11.2018-ci il tarixdə pedoqoji şuranın iclası keçirilmiş, direktor həmin aksiyanın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edildiyini, dövlət əhəmiyyətli tədbir olduğunu qeyd etmiş, hamının bir nəfər kimi həmin tədbirdə iştirak etməyinin məcburi olduğunu, iştirak etməyən şəxslərin cəzalandırılacağını əlavə etmişdir. Həmin sözlər bir çox əməkdaşları kimi iddiaçıda da aqressivlik yaratmış, qanunla nəzərdə tutulmayan “iməclik” ərinin yalnız könüllü ola biləcəyini, eyni zamanda onun gərgin iş həftəsinin yekununda istirahət hüquqlarını pozmaqla deyil, iş günlərini əhatə etməklə günün müəyyən vaxtında əvvəlcədən razılaşdırılmaqla həyata keçirilə biləcəyini hesab etmişdir. Bundan əlavə olaraq onunla lisey arasında bağlanmış əmək müqaviləsində də ağacəkmə və s. kimi digər aksiyalarda iştirak edəcəyinin məcburiliyi və iştirak etmədiyi halda intizam tənbehinin nəzərdə tutulduğu da qeyd edilməmişdir. Həmçinin əvvəlcədən məlumatlı olmadığından iddiaçı həftə sonları üçün öz şəxsi problemlərinin həlli üçün müəyyən plan qurmuş, bu səbəbdən də qeyd edilən aksiyada iştirak etməmişdir. Lakin ağacəkmə aksiyasında iştirak etmədiyi onun əmək funksiyalarına daxil olmadığı halda cavabdeh Bakı şəhəri Qaradağ rayonu, Qız ıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı Peşə Liseyinin direktoru X5 birbaşa Əmək Məcəlləsinə istinad edərək onun və digərlərinin barəsində 20.11.2018-ci il tarixli, 69 nömrəli əmr tərtib edilmiş, əmrlə həmin şəxslərə, o cümlədən İddiaçı xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq əmri iddiaçıda narahatçılıq hissi yaratmış, onun bundan əvvəlki əmək fəaliyyətini kölgə altına aldığından, eyni zamanda birbaşa əmək-funskiyalarının pozulmasını əks etdirmədiyindən haqlı olaraq narazılığına səbəb olmuşdur. Odur ki, yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş, pozulmuş hüquqlarının bərpa olunması üçün Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı Peşə Liseyinin direktoru X2 20.11.2018-ci il tarixli 69 nömrəli xəbərdarlıq əmrinin ləğv edilməsi, X2 iddiaçının qanunla qorunan hüquqlarını və əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilərək barəsində xüsusi qərardadın çıxarılması, cavabdeh şəxsdən mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə məhkəmə baxışı zamanı vəkili vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 13.11.2018-ci il tarixdə şəxsi e-mail vasitəsi ilə aldığı məktubunu məhkəməyə təqdim etmiş, həmin məktubda 17.11.2019-cu il tarixdə ağacəkmə aksiyasının keçirilməsinin nəzərdə tutulduğunu göstərmişdir. Bununla kifayətlənməyən cavabdeh həmin tədbirin X7 vitse-prezidenti, İDEA İctimai Birl iyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilməsini əsas gətirərək aksiyanın məcburiliyini vurğulamağa çalışmışdır. Eyni zamanda cavabdeh vəzifə səlahiyyətlərini aşaraq tərtib etdiyi əmrdə də ümumilikdə 17 nəfər təhsil işçisini milli müstəqillik, dövlətçilik atributlarına örnək olmaq əvəzinə ona biganə yanaşmaqda günahlandırmışdır. Lakin Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)623/2019 saylı, 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoru X3 qarşı “xəbərdarlıq verilməsi haqqında əmrin qanunsuz tərtib edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bundan sonra iddiaçı həmin qətnamədən şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin sözügedən qətn aməsi ləğv edilmişdir. Məhz bundan sonra işəgötürən iddiaçının əmək qabiliyyəti olmadığı dövrlərdə işə gəlməməsini əsas gətirməklə onu tutduğu vəzifədən azad etmişdir. Halbuki işə gəlmədiyi dövrlər üçün tibb müəssisəsindən əmək qabiliyyətinin olmaması vərəqələrini iş yerinə təqdim etmiş, lakin iş yerindən həmin vərəqələrin hamısının birlikdə təqdim edilməsi tələb olunduğundan sonuncu əmək qabiliyyətinin olmaması vərəqini də alıb yenidən iş yerinə müraciət etmişdir. Lakin həmin vaxt yay tətilinə düşdüyü üçün həmin vərəqələri dərslər başlayanda təqdim etməsini tövsiyyə etmişdilər. Teleqramdan da göründüyü kimi 17.07.2019-cu il tarix yay tətilinə düşdüyü üçün iddiaçı və eləcə də digər işçilər iş başında olmamamışdır. Belə olan halda iddiaçının işdən hansı səbəbdən çıxarılması şübhə doğurur. B elə olan halda iddiaçı haqlı olaraq hesab edir ki, onun işdən azad edilməsi, əmək qabiliyyəti olmaması barədə vərəqələrin ondan götürülməməsi halları qərəzli olaraq bundan əvvəlki mübahisənin davamıdır. Göründüyü kimi iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürənin iddiaçı ilə aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan, izahatını almadan, öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. Bundan əlavə olaraq işəgötürən cavabdeh 8 saylı Bakı Peşə Liseyi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə göndərmiş olduğu teleqramda aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Teleqramda konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi onun səbəbsiz işə gəlməməsi göstərilmişdir. Halbuki iddiaçı yay tətilində işə getməyin vacib olması barədə də heç bir bildiriş almamışdır. Belə ki, onunla 8 saylı Bakı Peşə Liseyi arasında bağlanmış sonuncu 08.10.2014-cü il tarixli əmək müqaviləsindən də göründüyü kimi məzuniyyət qrafası boş qalmış, işçi qaydada razılaşdırılmaqla həll edilmişdir, bu da ümumilikdə may ayının sonlarından avqust ayının sonlarına qədər bir müddəti əhatə etmişdir. Belə olan halda id diaçının hansı vaxtda səbəbsiz işə getməməsi aydın olmur.

5. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi bülletenlərin saxta olduğunu, bununla bağlı prokurorluqda iş aparıldığını, məsələnin araşdırıldığını, iddiaçının onlara təqdim etdiyi bülletenlərdə 24 aprel tarixli bülleten olmadığını, indi isə belə bir bülletenin ortalığa çıxdığını, iddiaçının 23, 24, 25, 30 aprel, 01, 02, 03, 07, 08, 10, 14, 15, 16, 17, 21, 26, 29, 30, 31 may tarixlərində işə gəlmədiyini, həmin tarixlərlə bağlı isə heç bir bülleten təqdim etmədiyini, yalnız məhkəmə baxışı zamanı bülletenlərin ortaya çıxdığını, indi təqdim edildiyini, iddiaçının təqdim etdiyi bülletenlərin şübhəli olduğunu, iddiaçının Bakı şəhərində o lduğu halda, İmişli rayonu, Muradxanlı kəndində stasionar müalicə aldığının necə olduğunu, qızılca olması ilə bağlı da müəssisəyə heç bir məlumat verilmədiyini, iddiaçıya həmkarlar ittifaqı komitəsinin iclası barədə məlumat verildiyini qeyd etmişdir. Bundan əlavə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyinin nümayəndəsi və vəkili X6 tərəfindən məhkəməyə ərizə təqdim edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyinə qarşı “iddiaçıya məxsus sənədləri AR Təhsil Nazirliyi İlk Peşə -ixtisas Təhsil Müəssisəsi 8 saylı Bakı Peşə Liseyindən götürməklə araşdırma aparıb, iddiaçının işdən azad olması barədə 17.07.2019-cu il tarixli əmrin ləğv edilm əsi, onun iddiaçının) işə bərpa olunması və məcburi proqula görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə” iddia tələbinin iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Əhmədova) 27 noyabr 2019-cu il tarixli, 2(002)-2379/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının 24 aprel 2019-cu il tarixdən 21 may 2019-cu il tarixədək olan müddətdə işdən azad olunması barədə əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi mövcuddur. Bundan əlavə, iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, o, 23 aprel tarixdə xəstə olduğunu, bu barədə məktəbin rəhbərliyinə məlumat verdiyini, həkimə 24 aprel tarixində müraci ət etdiyindən ona xəstəlik vərəqəsini yalnız həmin tarixdən qeyd olunduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi iddiaçının bu barədə müdiriyyətə heç bir məlumat vermədiyini bildirsə də, iş materiallarında olan məktəbin dərs hissə müdirinin 01.07.2019-cu il tarixli məlumatının məzmunundan aydın olur ki, iddiaçı 23 aprel tarixində işə gələ bilməməsi və bu barədə xəstəlik vərəqəsi açılacağı barədə məktəbin rəhbərliyinə məlumat vermiş, 24 aprel-21 may 2019-cu il tarixlərdə isə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair xəstəlik vərəqəsi mövcud olmuşdur. Həmçinin, dərs saatlarının əvəz edilməsinə dair müvafiq əmrdə də iddiaçının xəstə olması səbəbindən 24 aprel30 aprel 2019-cu il tarixlərdə işə çıxmamadığına görə onun dərs saatlarının əvəzetmə yolu ilə tədris edilməsi qeyd olunmuşdur. Gör ündüyü kimi, iddiaçının xəstəliyi ilə əlaqədar üzrlü səbəbdən işdə olmaması barədə cavabdeh tərəf məlumatlı olmuşdur. Deməli işçi qismində çıxış edən iddiaçının 23 aprel-21 may tarixlərində işdə olmamasına əsas onun xəstə olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı səbəb olmuş, onun işdə olmaması üzrlü səbəbdən baş vermişdir. Məhkəmə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası qismində çıxış edən 26, 29,30,31 may 2019-cu il tarixlərdə iddiaçının üzrsüz səbəbdən işdə olmaması halı ilə əlaqədar onu da qeyd etmişdir ki, iddiaçının 04 iyun-24 iyun 2019-cu il tarixlərdə işdən azad olunmasına dair xəstəlik vərəqəsi mövcud olmuş və həmin xəstəlik vərəqəsində xəstəliyin diaqnozu kimi ağır gedişli qızılca xəstəliyi qeyd olunmuşdur. Bundan əlavə, iş materiallarından görünür ki, 19 saylı BŞX tərəfindən 04.06.2019-cu il tarixlərdə iddiaçının adına evə çağırış olunmuş, o, ağır gedişli qızılca xəstəliyi diaqnozu ilə yüksək hərarətli halda xəstəxanaya daxil olmuş, 08.06.2019-cu il tarixdən xəstəxanadan çıxmışdır. Həmçinin, xəstənin ambulator kitabçasından çıxarışdan aydın olur ki, xəstəliyin başlanma tarixi 7 gün, xəstənin yüksək hərarət, ümumi zəiflik şikayəti ilə müraciət etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı 04.06.2019-cu il tarixdə ağır gedişli qızılca xəstəliyi ilə əlaqədar təcili tibbi yardım çağırışı əsasında xəstəxanaya yerləşdirilmiş, onun xəstəliyinin başlanma tarixi isə 7 gün əvvələ aid olduğu qeyd olunmuşdur. Deməli bu halda, iddiaçının 29,30,31 may 2019-cu il tarixlərdə tarixlərdə qızılca xəstəliyinə tutulması halı aşkardır. Həmçinin, məhkəmə ic lasında iddiaçının verdiyi izahatından aydın olur ki, o qızılca xəstəliyinə tutulması barədə məktəb müdiriyyətinə məlumat vermiş, sadəcə ev şəraitində sağalmasını ehtimal etdiyindən bu barədə həkimə halı pisləşdikdən sonra müraciət etmiş, ona görə də ona yalnız müraciət etdiyi tarixə aid xəstəlik vərəqəsinin verilməsinin mümkün olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçının 26 may 2019-cu il tarixdə işə getməməsinin səbəbi həmin tarixin bazar günü olmaqla, qeyri iş günü hesab edilməsi olmuş, habelə 29, 30, 31 may 2019-cu il tarixlərdə işə getməməyinin səbəbi isə onun ağır gedişli qızılca xəstəliyinə tutulması səbəb olmuşdur. Deməli, iddiaçının qeyd olunan tarixlərdə işə getməməsi onun ağır gedişli qızılca xəstəliyinə tutulması ilə əlaqədar üzrlü səbəbdən baş vermişdir. Məhkəmə araşdır ması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmr 17 iyul 2019-cu il tarixdə qəbul edilmiş və müvafiq əmrin surəti iddiaçıya teleqram vasitəsilə 02.08.2019-cu il tarixdə çatdırılmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə 30.08.2019-cu il tarixdə poçt vasitəsilə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) 15 oktyabr 2020-ci il tarixli, Xnömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirli yi İlk Peşə-İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, X9 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə- İxtisas Təhsili müəssisəsi 8 saylı Bakı Peşə Liseyinə qarşı (3-cü şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 23.04.2019-cu il tarixdə, həmçinin 29-31 may 2019-cu il tarixdə işə çıxmaması ilə bağlı hər hansı üzrlü səbəb göstərməmişdir. İddiaçı 23.04.2019-cu il tarixdə işə çıxmamasını bu barədə liseyin dərs hissə müdirinə zəng edib icazə alması ilə izah etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. İddiaçının 29, 30 və 31.05.2019-cu il tarixlərdə xəstə olmasını 04.06.2019-cu il tarixdə tərtib edilmiş xəstəlik tarixindən çıxarışda onun sözləri ilə yazılmış «özünü yeddi gündür ki, xəstə hesab edir» qeydi ilə bağlı kollegiya bu qənaətə gəlmişdir ki, həmin qeyd iddiaçının öz sözlərinə əsasən yazılmışdır və onun həmin günlərdə xəstə olması həkimin müayinəsi ilə təsdiq olunmur. İddiaçı 23.04.2019-cu il tarixdə, həmçinin 29, 30 və 31.05.2019-cu il tarixlərdə üzrlü olmayan səbəblərdən işə çıxmamış, nəticədə liseydə tədris prosesi pozulmuş və İddiaçı tədris etməli olduğu dərs saatları liseyin başq a müəllimləri tərəfindən digər fənlərlə əvəz edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, işəgötürən əmək müqaviləsinə heç bir əsaslandırma aparmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç)-bəndinə istinad etməklə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ü zrlü olmayan səbəblərdən işə çıxmaması ilə əlaqədar xitam vermişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Təəssüflər olsun ki, qanunvericiliyin bu tələbi də nəzərə alınmamışdır. Belə ki, iddiaçı cavabdeh təşkilatda qüsursuz fəaliyyət göstərmiş və heç bir intizam tənbeh tədbiri almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İddiaçı 2019-cu ilin may ayının 29,30, 31 tarixlərində işdə olmaması əsas gətirilməklə işdən çıxarılsa da, onun həmin ta rixdən sonra işdə olduğu 25, 26, 27, 28 iyun ayı tarixlərində ondan heç bir izahat tələb edilməmişdir. İddiaçıdan izahat alınmaması məsələsi kimi əmək müqaviləsinin xitamı qaydası pozuntusuna apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. İş materiallarından da göründüyü kimi işçidən işəgötürən tərəfindən heç bir izahat alınmamış, əksinə qızılça xəstəsi olduğu vaxt, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə X1 12.07.2019-cu il tarixində “iclası” keçirilərək əmək vəzifələrini kobud şəkildə pozduğuna görə İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İddiaçı xəstəliyi ilə əlaqədar olaraq 2-ci xəstəlik vərəqəsi 16.07.2019-cu il tarixə kimi bağlanmış və onun tərəfindən liseyin direktoru əvəzi Nümayəndə xanım ın adına 17.07.2020-ci il tarixli ərizə ilə müraciət edərək direktordan onun həmin tarixdən işdə hesab olması xahişini etmişdir. Lakin işəgötürən işçinin işə başlaması barədə ərizəsinin üstünə qoyduğu “İşdən çıxma haqqında əmr hazırlayın” dərkənarı elə həmin gündə verilmiş işdən çıxarma əmrinin heç bir araşdırlama aparılmadan verilməsini göstərir və bu baxımdan həmin əmr qanunsuz və əsassız hesab edilməlidir. Əslində isə işçinin işdə olmamasının səbəbləri hərtərəfli araşdırılmalı, tərəflərin bu məsələyə dair izahatı ciddi yoxlanılmalıdır. Digər tərəfdən bu əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi işəgötürən tərəfindən əsaslandırılmalıdır. Həmçinin, bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən riayət olunmalı tələblərdən biri də həmkarlar ittifaqının qabaqcadan razılığının alınmasından ibarətdir, habelə əmək qanunvericiliyinin tələbinə görə həmkarlar ittifaqının bu barədə qərarı işəgötürənə əsaslandırılmış və yazılı formada təqdim olunmalıdır. Bu məsələyə də, apellyasiya instansiyası tərəfindən münasibət bildrilməmişdir. İşdən çıxarılma əmrini verən Nümayəndə bir neçə aydan sonra həmin vəzifənin icra edilməsi işindən azad edilmişdir. Məlumatlara görə hazırda onun qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təhqiqat aparılır və bunu sorğu verməklə də müəyyən etmək olar. Bu hal bir daha onu sübut edir ki, müvafiq əmr qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı i ştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 3, hissə

12. İşçilərin nümayəndəli orqanı - əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri).

16. Maddə 70, bənd ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

17. Maddə 72, bənd a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

18. Maddə 80, hissə 1 və

2. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan raz ılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

19. Maddə 186, hissə

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yaz ılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

20. Maddə 187, hissə

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

21. Maddə 300, hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ö dənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müə yyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsinə əsas olan işə gəlməmə hallarını üzürlü səbəblə - özünün xəstəliyi ilə izah edərək, cavabdeh tərəfindən qanuni əsas olmadan işdən azad edildiyini bildirir.

33. Əmək Məcəlləsinin tələbinə görə əgər işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır (§ 21).

34. Bu baxımdan hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının işdən azad edilməsi üçün cavabdeh tərəfindən səbəb kimi göstərilən hallarla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndinin dispozisiya şərtləri arasında uyğunluğun olub-olmaması müəyyən edilməlidir.

35. Məlum olduğu kimi, Əmək Məcəlləsinin istinad olunan norması əmək vəzifələrinin kobud şəkildə pozulması halında əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi imkanını nəzərdə tutur. İşçinin xəstəliyi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi isə əmək vəzifələrinin kobud şəkildə pozulması sayılır (§ 16-17).

36. Cavabdeh, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 17.07.2019-cu il tarixli, 142 nömrəli əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edərək, əsas kimi dərs hissə müdiri T.Qafarovun məlumatını, aktları və Həmkarlar təşkilatı nın 12.07.2019-cu il tarixli protokolunu göstərmişdir.

37. Həmin sənədlərdə qeyd olunmuşdur ki, Liseyin Biologiya müəllimi İddiaçı 23 aprel 2019-cu il tarixdən işə gəlməyib və təbii ki, dərsdə iştirak etməyib. Kadrlar şöbəsi və mühasibatlıqla maraqlandıqda onlar da bildirmişlər ki, İddiaçı adına xəstəlik vərəqəsi daxil olmayıb. Özünə dəfələrlə dərs hissə müdiri, mühasibatlıq tərəfindən müraciət etdikdə xəstəlik vərəqini gətirəcəyini söyləyərək vaxtı uzatmağa çalışmışdır. Həmçinin 23,24,25,30 aprel 2019-cu il tarixlərdə, 01,02,03,07,08,10,14,15,16,17,21,26,29,30,31 may 2019-cu il tarixlərdə işə gəlməməsi və təbii ki, dərsdə iştirak etməməsi barədə aktlar tərtib edilmişdir.

38. İddiaçı isə bildirir ki, göstərilən tarixlərdə üzrlü səbəbdən işə çıxa bilməmişdir. Belə ki, 24-19 may, 04-21 iyun, 01-12 iyul tarixlərində xəstəliyi ilə bağlı işdən azad edilməsi (əmək qabiliyyətinin olmaması) haqqında tibbi vərəqələri vardır.

39. İddiaçının istinad etdiyi məlumat və sənədlərlə razılaşmayan apellyasiya məhkəməsi tələbi rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2019-cu ilin 23 aprel, həmçinin 29-31 may tarixlərində işə çıxmaması ilə bağlı hər hansı üzrlü səbəb göstərməmişdir. İddiaçı 23 apreldə işə çıxmamasını liseyin dərs hissə müdirinə zəng edib icazə alması ilə izah etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 29-31 may tarixlərində onun xəstə olması barədə 04.06.2019-cu il tarixdə tərtib edilmiş xəstəlik tarixindən çıxarışdakı «özünü yeddi gündür ki, xəstə hesab edir» qeydi iddiaçının öz sözlərinə əsasən yazılmışdır və onun həmin günlərdə xəst ə olması həkimin müayinəsi ilə təsdiqlənmir.

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən, apellyasiya məhkəməsinin həmin əsaslandırması və gəldiyi nəticəni qanuni və əsaslı saymır.

41. Belə ki, iddiaçının 2019-cu ilin 23 aprel və 26, 29-31 may tarixlərinə əmək qabiliyyətinin olmaması haqqında tibbi vərəqəsi mövcud deyil. Lakin bu hal özü-özlüyündə onun həmin günlərdə məhz üzrsüz səbəbdən işə çıxmaması nəticəsinə gəlmək üçün yetərli əsas sayıla bilməz.

42. Çünki, qanunverici işə gəlməməsinin üzrlü səbəbi kimi əmək qabiliyyətinin olmaması haqqında tibbi vərəqəni deyil, işçinin özünün xəstəliyini, yaxın qohumunun xəstələnməsini və ya vəfat etməsi kimi halları nəzərdə tutmuşdur. Bu baxımdan işə gəlməmənin səbəbləri araşdırılarkən həmin halların, bu iş üzrə isə iddiaçının işə çıxmadığı günlərd ə xəstəliyinin olub-olmaması tam və hərtərəfli yoxlanılmalıdır. Başqa sözlə, üzrsüzlük meyarı işdəki məlumatlar və dəlillər nəzərə alınmaqla işçinin real vəziyyətə görə işə gəlmək imkanında olub-olmaması baxımından qiymətləndirilməlidir.

43. Liseyin dərs hissə müdirinin 01.07.2019-cu il tarixli yazılı məlumatından aydın olur ki, iddiaçı 2019-cu ilin aprel ayının 23-də xəstəliyi ilə əlaqədar işə gələ bilməyəcəyi barədə həmin şəxsə məlumat vermişdir. İşdən o da görünür ki, 24 apreldən etibarən bir aya yaxın müddətdə iddiaçının xəstələnməsi ilə bağlı tibbi vərəqə açılmışdır. Başqa sözlə, iddiaçının aprel ayının 23də işəgötürənə xəstələnməsi ilə bağlı verdiyi məlumat növbəti gündən rəsmi tibbi sənədləşmənin aparılması ilə təsdiqlənir.

44. Bundan əlavə, işə çıxmama ilə bağlı göstərilən 2019-cu ilin 26, 29, 30, 31 may tarixlərindən 26 may bazar gününə təsadüf edir. Qalan üç gündə isə iddiaçı qızılca xəstəliyindən əziyyət çəkdiyinə görə işə çıxmadığını bildirir.

45. İddiaçının “ağır gedişli qızılca” diaqnozu ilə xəstələnməsi onun 04-21 iyun tarixlərində işdən azad olunması barədə 155709 nömrəli tibbi vərəqə ilə təsdiqlənir.

46. İşdə olan X8 Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda qeyd edilmişdir ki, İddiaçı özünü 7 gündür ki, xəstə hesab edir. Xəstəliyi yüksək tempratur, kəskin ümumi zəiflik ilə başlayıb. Ambulator olaraq hərarət salıcı parosoklar qəbul edib, lakin xəstənin vəziyyətində heç bir yaxşılaşma qeyd olunmayıb,... xəstəxananın YRİT şöbəsinə yerləşdirilmişdir.”

47. Göründüyü kimi tibbi sənədlərdə həkimlərin bir qayda olaraq xəstənin öz sözlərinə istinadən “qısa anamnez” kimi qeyd etməklə nəzərə aldıqları hallar iddiaçının 04 iyun 2019-cu il tarixdən yeddi gün əvvəl xəstə olmasına dəlalət edir. İşə gəlməməsinin üzrsüz səbəbi kimi göstərilən 29, 30, 31 may isə həmin müddətə daxil olan tarixlərdir.

48. Digər tərəfdən, “qısa anamnez”də qeyd olunan vəziyyətdə İddiaçı işə çıxması nəinki onun sağlamlığı baxımından məqbul sayıla, qızılcanın kəskin yoluxucu virus xəstəliyi olduğu nəzərə alındıqda hətta digər şəxslərin də həmin xəstəliyə yoluxmaması üçün iddiaçının təcrid olunması daha ağlabatan davranış hesab edilə bilər.

49. Bu baxımdan yuxarıda göstərilənlər lazımi şəkildə araşdırılmalı, zəruri olduqda iddiaçının xəstəlik vərəqələri ilə əhatə olunmayan tarixlərdə işə çıxmaq imkanında olub-olmaması işdəki məlumat və sənədlər əsasında mütəxəssis cəl b edilməklə və ya müvafiq ekspertiza keçirilməklə dəqiqləşdirilə bilər.

50. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 22-25).

51. Kollegiya onu da bildirir ki, əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə ən ağır tənbeh tədbiri olan əmək müqaviləsi ləğv edilərkən işçinin məsələyə münasibəti öyrənilməli, bu barədə izahatı alınmalı (§ 20), o cümlədən Həmkarlar təşkilatında müvafiq təqdimata baxılarkən araşdırma formal aparı lmamalı, işin həqiqi vəziyyəti yoxlanılmalı, işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalı (§ 19), mümkün olduqda istinad olunan pozuntularla bağlı işçinin dinlənilmək hüququ təmin edilməlidir.

52. Buna baxmayaraq 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar təşkilatının Şura üzvlərinin yığıncağı iddiaçı Lalə Haqverizadənin əmək qabiliyyətinin olmamasına görə işə çıxa bilmədiyi 12 iyul 2019-cu ildə keçirilmiş, ona istinad olunan əmək pozuntuları ilə bağlı dinlənilmək və öz dəlillərini bildirmək imkanı təmin edilməmişdir. Halbuki, həmkarlar ittifaqları təşkilatları (birlikləri) işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qan unvericilik əsasında fəaliyyət göstərən nümayəndəli orqanıdır (§ 15).

53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bu hallar isə qətnamənin ləğv edilməsi üçün əsasdır (§ 27-28).

54. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar