Məhkəmə qərarları › İş №2(102)-2571/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2571/2020

24.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2571/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4060/2019 saylı qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov, iş № 2(029)-798/2018) İddiaçı1 Cavabdeh1 qarşı iddiası təmin edilərək Qusar Şəhəri, Məlikov küçəsi, 26 (30) ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün 0,06 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin və orada yerləşən yaşayış evinin plan sxemlərinin tərtib edilməsinə qarşı Cavabdeh1 tərəfindən edilən maneçiliklərə son qoyulması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı1 qarşı sonuncunun adına tərtib olunmuş xx xxxxxx 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və Qusar Şəhəri, Məlikov küçəsi, 30 (26) saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov, iş № 2(105)816/2019) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edil ərək Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən-İddiaçı1 iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(102)5229/2019) İddiaçı1 kasasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı1 iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş həmin hissəyə yenidən baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, G.F.Tağızadə və E.G.Rəhimov, iş № 2(105)-4060/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Qusar Şəhəri, Məlikov küçəsi, 26 (hazırda 30) ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair xx xxxxxxxx 1968-ci il tarixdə X1 adına torpaq qeydi verilmiş və Qusar Rayon Notariat Kontorunda təsdiq olunmuş xx xxxx 1977-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi İddiaçı1 satılmışdır. 2018-ci ilin iyun ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli 600 kv.metrdən ibarət torpaq sahəsini və onun üzərində ye rləşən fərdi yaşayış evini Cavabdeh1 ilə nikahda olduğu 1977-ci ildə əldə etməsini, 1979-cu ildə isə nikahlarının pozulmasını, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququ əldə etmək üçün rayon İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etməsini və həmin orqan tərəfindən evin və həyətyanı torpaq sahəsinin plan sxeminin tərtib edilməsi üçün göstərilən ünvana getdikdə keçmiş arvadı Cavabdeh1 buna mane olmasını və s. əsas göstərməklə bununla əlaqədar Cavabdeh1 hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək İddiaçı1la nikahda olarkən 0,06 ha torpaq sahəsini deyil, 1 otaqlı fərdi yaşayış evini satın almalarını, həmin evin yerində isə onun şəxsi vəsai ti hesabına 1992-ci ildə yeni evin tikilməsini, belə olduqda İddiaçı1 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünün qanunsuz olmasını və s. əsas göstərməklə onun adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasını, evə və torpaq sahəsinə özünün mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Həmin iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 kasasiya şikayəti verərək mübahisə predmeti olan evin yalnız yarı dəyərinin İddiaçı1 tərəfindən verilməsini, qalan məbləğin isə onun tərəfindən ödənilməsini, həmin evin onun tərəfindən 1992-ci ildə sökülüb yenisinin tikilməsini, torpaq sahəsinə görə verginin də onun tərəfindən ödənilməsini, iddiaçının mənbəyi bilinm əyən sənəddən istifadə etməklə torpaq sahəsini öz adına rəsmiləşdirməyə çalışmasını, iddianın sübutlara düzgün qiymət verilmədən təmin olunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini di nləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kimi mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi İddiaçı1 tərəfindən notariatda təsdiq olunmuş xx xxxx 2077-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, həmin müqaviləyə əsasən onun adına xx xxxx 1977-ci il tarixdə torpaq qeydi verilmiş, xx xxxxxx 2011-ci il tarixdə isə onun adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İşin həmin halları iddiaçıya sahiblik və istifadəsində olan əmlakın mülkiyyət hüququ əsasında adına sənədləşdirilməsini tələb etmək hüququ verdiyindən, Cavabdeh1 tərəfindən bu məqsədlə aparılan hərəkətlərə maneçilik törədilməsi əsassız olmuş və bununla əlaqədar iddiaçı ona törədilən maneçiliklərə son qoymasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsa sən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Kollegiya işin yuxarıda müəyyən olunmuş hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı1 iddia tələbinin təmin edilməsi qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar