Məhkəmə qərarları › İş №2(102)-2573/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2573/2020

19.05.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2573/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Novruzəliyev Rəşid Şərəf oğlunun, Cavabdeh vəkili Məlikov Hacıbala Məlik oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3827/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkil i Məlikov Hacıbala Məlik oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(067)-2100/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Zeyazəddin oğlunun Xaçmaz şəhəri, M.Müşfiq küçəsi, ev 13, mənzil 9-da yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3827/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və A.Ə.Abbasov), Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsin in 29 iyul 2019-cu il tarixli, 2(067)-2100/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus X. ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, M.Müşfiq küçəsi, 13 saylı evin ümumi sahəsi 36,8 kv.m. olan iki otaqlı 9 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə hazırda o, həyat yoldaşı X6 ilə birgə yaşayır. Cavabdeh onun doğma oğludur. Cavabdeh onun mənzilində qeydiyyatda olsa da, 2009-cu ildən etibarən ona məxsus mənzildə yaşamır. Mənzili tərk edib getdikdən sonra Cavabdeh özbaşına olaraq ailə qurmuş, hazırda Köhnə-Xaçmaz kəndində arvadı və iki uşağ ı ilə birlikdə özlərinə yaşayış evi tikərək orada yaşayırlar. Cavabdeh, ümumiyyətlə, onlarla maraqlanmır, nə onu, nə də anasını saymır, onlarla əlaqə saxlamır. Cavabdehin onun evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun sərəncam verə bilmir. 10 ildən çox müddətdə ona məxsus mənzildə yaşamadığına görə cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edil ib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Məlikov Hacıbala Məlik oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Məlikov Hacıbala Məlik oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Novruzəliyev Rəşid Şərəf oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsi ni, Cavabdeh vəkili Məlikov Hacıbala Məlik oğlunun, İddiaçı, vəkili Novruzəliyev Rəşid Şərəf oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zərur i hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Xaçmaz rayon X3 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X. ünvanında yerləşən mənzili şəxsi mülkiyyət hüququ əsasında 17 dekabr 2001-ci il tarixdə İddiaçı adına 5090 nömrəli reyestrdə qeydə alınmışdır. İşdə olan Xaçmaz rayon Polis şöbəsinin 03 iyun 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh X. ünvanında yerləşən mənzilind ə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 29 oktyabr 2009-cu il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanılaraq 488 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X2 nikahından 10 sentyabr 2010-cu il tarixdə X19, 29 oktyabr 2016-cı il tarixdə Baratov Ziyazəddin Vüsal oğlu anadan olmuşlar. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzilİstismar İdarəsinin 1165 saylı, 02 dekabr 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh X. ünvanında yerləşən mənzilində qeydiyyatdadır, lakin orada yaşamır. İşdə olan Xaçmaz rayon X11 03 saylı, 20 fevral 2006-cı il tarixli qərarından görünür ki, X5 fərd i mənzil tikintisi üçün Xaçmaz rayon X11 ehtiyat fondundan 0,03 ha torpaq sahəsinin satılması qərara alınmış, Xaçmaz rayon X18 ilə X8 arasında 30 dekabr 2006-cı il tarixdə torpaqların alqı-satqısına dair akt bağlanmış, akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 30 dekabr 2006-cı il tarixdə 6650 sayla qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşgür kənd İƏD-nin nümayəndəsi tərəfindən verilmiş 1501 saylı, 14 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, X1 rayon Köhnə Xaçmaz kəndində yaşayır, özünə və ailəsinə məxsus yaşayış evi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Ko nstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxs lərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilm əlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəll ənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxsin daimi yaşa maq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2015-ci ildə mübahisəli mənzildən köçüb daimi yaşamaq üçün Xaçmaz rayon X11 03 saylı, 20 fevral 2006-cı il tarixli qərarı ilə arvadı X5 fərdi mənzil tikintisi üçün satılmış Xaçmaz rayon Köhnə Xaçmaz kəndində yerləşən 0,03 ha torpaq sahəsində inşa etdikləri evə köçmüş, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Apelyasiya instansiyası məhkəməs i hesab etmişdir ki, Cavabdeh qeydiyyatda olduğu mənzili tərk edib, uzun müddət mübahisəli mənzildə yaşamadığından, bu mənzillə bağlılığını itirdiyindən və daimi yaşayış yeri olduğundan, bununla da 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hallar Xaçmaz Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 1(067)-72/2015 saylı hökmü ilə də təsdiq olunur. Belə ki, həmin hökmlə müəyyən edilmişdir ki, X12, X13 və X15 qabaqcadan əlbir olub bir qrup şəxs halında 22 yanvar 2015-ci il tarixdə Xaçmaz rayon Köhnə Xaçmaz kəndində yerləşən Cavabdeh məxsus evdən 5937,5 manat dəyərində əm lakını oğurlamışlar. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəti cəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3827/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar