Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2574/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMC İddia tələbi: “işə bərpa” Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(103)-7464/2020 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: - Cavabdeh MMC üzrə verilmiş *****saylı, 04.05.2017-ci il tarixli əmrdən görünür ki, hazırki iş üzrə İddiaçı MMC-nin 4 saylı X1 Xidmətləri Şöbəsinə 05.05.2017-ci il tarixdən əmək haqqı 170 manat olmaqla, müddətli əmək müqaviləsi ilə əməliyyatçı vəzifəsinə təyin edilmişdir. -MMC üzrə verilmiş 29.06.2020-ci il tarixli,*** nömrəli əmrdən görünür ki, həmin əmrlə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29.06.2020-ci il tarixdən xitam verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 055-13987-1220 saylı, 15.08.2020-ci il tarixli məktubundan görünür ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə (iddiaçı) İddiaçı barəsində Xəzər RPİ-si tərəfindən karantin qaydalarının pozmasına dair inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı, Cavabdeh MMC-nin 29.06.2020-ci il tarixli,*** saylı əmrinin ləğv edilməsi, Cavabdeh MMC-nin 4 saylı X1 xidmətləri şöbəsində “əməliyyatçı” vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1540/2020 saylı, 21 avqust 2020ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilərək, Cavabdeh MMCnin 29.06.2020-ci il tarixli,*** saylı əmrinin ləğv edilməsi, İddiaçı işlədiyi Cav abdeh MMCnin 4 saylı X1 xidmətləri şöbəsində “əməliyyatçı” vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(103)-7464/2020 saylı qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar q əbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası qanunun tətbiqində səhvə yol vermiş, işə birtərəfli yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili Səfərov Rövşən Hətəməli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -68.1-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68.2-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. -70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan h allarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqa viləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. -72-ci maddəsinin “f” bəndinə görə işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. -83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı ) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Şəxsin inzibati xəta törətməsi inzibati xəta haqqında protokolla təsdiq olunur. Lakin hazırkı iş üzrə iddiaçının karantin rejimini pozması ilə bağlı inzibati xəta haqqında protokol mövcud deyil və bununla bağlı təhqiqat aparılmamışdır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kass asiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı tərəfindən mübahisələndirilən əmrin məzmunundan görünür ki, “Əmək müqaviləsinin” ləğvi üçün əsas iddiaçının etik davranış qaydalarını və daxili nizam- intizam qaydalarını pozaraq, sosial şəbəkədə işəgötürənin qanuni mənafeyinə ziyan gətirən video görüntünün yayılması olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sosial şəbəkədə yayımlanan videoda iddiaçının görüntüləri olsa da, nə qədər ki, onun barəsində inzibati xəta haqqında p rotokol mövcud deyil, hesab edilməlidir ki, iddiaçı xüsusi karantin rejiminin qaydalarını pozmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hadisə iddiaçının əmək vəzifələrini yerinə yetirən zaman baş verməmiş, göstərilən hərəkət iş yerindən kənarda baş vermişdir. İş materiallarından məlum olur ki, qeyd edilən hərəkət nəticəsində müəssisənin qanuni mənafeyinə hər hansı ziyan dəyməsi də sübuta yetməmiş və cavabdeh MMC bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunsuz və əsassızdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə birtərəfli yanaşıldığını, qanunun tətbiqində səhvə yol veril diyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(103)-7464/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2574/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2574/2021
18.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver