Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2574/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması 03.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)2417/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron Rayon Poli s İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Nadir qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuş, İddiaçı Cavabdeh və X1 17.600 manat pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.000 manat, ödənilmiş dövlət rüsumuna görə 143 manat olmaqla, cəmi 17.143 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qonşu olmuşd ur, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh 5 nömrəli şəhər xəstəxanasında işlədiyini, orada kollektivdə olan əməkdaşlara qızıl-zinət əşyaları lazım olduğunu demiş və ondan qızılları götürüb sata biləcəyini bildirmişdir. Beləliklə, cavabdeh ondan 2014- cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda qızıl-zinət əşyaları alaraq satmış və hissə-hissə pullarını ödəmişdir. Cavabdeh ondan qızılları nisyə almış, satmış və pullarını sonradan ödəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdeh yenidən ona müraciət edərək işlədiyi kollektivdə qızıl-zinət əşyaları istəyən əməkdaşların olduğunu bildirmiş və o, həmin gün saat 16 radələrində onun yaşadığı evdə ona dəyəri 21.200 manat olan qızıl-zinət əşyaları vermişdir. Cavabdeh qeyd olunan qızıl-zinət əşyalarının pulunu t əxminən 10 ay müddətində tam ödəyəcəyini bildirsə də, ona cəmi 3.600 manat ödəyib, qalan 17.600 manatı bu günədək ödəməmişdir. Dəfələrlə pulun ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamış, daha sonra isə ümumiyyətlə suallarına cavab verməmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçıya borcu yoxdur. Cavabdeh həmçinin göstərmişdir ki, o, iddiaçını qonşuluqdan tanımışdır, bir neçə dəfə ondan qızıl-zinət əşyaları satmaq üçün almış və pulunu qaytarmışdır. Rəna Məmmədovanı iddiaçı ilə o, tanış etmişdir. Rəna Məmmədova iddiaçıdan satmaq üçün qızıl-zinət əşyaları almış, satdıqdan sonra pulunu iddiaçının kartına ödəmişdir. Ödənilən pullardan onun məlumatı olmamışdır. 12.000 manat dəyərində qızılı isə Rəna Məmmədova dan iddiaçı özü götürmüşdür. İddiaçının xahişi ilə o, 2 dəfə Rəna Məmmədovaya çatdırmaq məqsədi ilə 2.000-3000 manat dəyərində olan qızıl əşyalarını iddiaçıdan götürüb Rəna Məmmədovaya vermişdir. 17.000 manat ondan tələb edilən borc Rəna Məmmədovaya aiddir və ona aidiyyəti yoxdur. Rəna Məmmədova ona qarşı dələduzluq etmiş, 27.800 manatını mənimsəmiş, bununla əlaqədar onun şikayəti əsasında cinayət işi açılmışdır. CD diskdə Rəna Məmmədovanın anası ilə onun danışığı yazılmışdır, Rəna Məmmədovanın anası bildirmişdir ki, evi satıb həm onun, həm də Rəna Məmmədovanın iddiaçıya olan 17.000 manat borcunu ödəyəcək. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-224/2025 saylı, 4 fevral 2025-ci il tarixli q ətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair münasibətlər olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə 21.200 manat qızıl-zinət əşyalarını şifahi müqavilə əsasında verilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının şikayət ərizəsi əsasında Abşeron rayon Pİ-nin İŞ-də aparılan araşdırma zamanı izahatı alınan cavabdehdə iddiaçıdan satmaq məqsədilə qızıl-zinət əşyalarını almasını etiraf etsə də, həmin əşyaları sataraq pulunu iddiaçıya verdiyini və ona hər hansı bir borcunun olmamasını qeyd etmişdir. Cavabdeh eyni zamanda məhkəmə iclasında dəyəri 2.000-3000 manat olan qızıl-zinət əşyalarını iddiaçının xahişi ilə Rəna Məmmədovaya verməsini qeyd etmiş, sonuncu tərəfindən iddiaçıya qaytarılan pulların isə şəxsən Rəna Məmmədova tərəfindən ödənildiyini göstərmişdir.
8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin cavabdeh tərəfindən 12.000 manat qiymətləndirilmiş qızıl-zinət əşyalarının iddiaçıdan almasını etirafı isə təqdim olunan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında müəyyən olunmur. Belə ki, cavabdeh izahatında 12.000 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının 3-cü şəxs tərəfindən nisyə alınmasını qeyd etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 389.1, 442, 443.1, 443.5, 448.1-ci, habelə MPM-in 14.2 v ə 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə özü də iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair münasibətlərin olduğunu, iddiaçının şikayəti əsasında Abşeron rayon Pİ-nin İŞ-də aparılan araşdırma zamanı izahatı alınan cavabdeh də iddiaçıdan satmaq üçün qızıl-zinət əşyalarını almasını etiraf etməsini bildirsə də və qəbul etsə də, öz subyektiv mülahizələrinə əsaslanaraq qeyd olunan 12.000 manat “qızıl-zinət əşyalarının 3-cü şəxs tərəfindən nisyə alındığın ı qeyd etmişdir” kimi qiymətləndirmişdir. Məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmaq olmaz. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iş üzrə Abşeron rayon Pİ-nin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilənlərə düzgün qiymət verməmiş, cavabdehin ifadəsini təhrif etmiş, ifadəsini qərarda olduğu kimi yox təhrif olunmuş formada qətnaməyə köçürərək öz istədiyi formaya uyğunlaşdırmışdır. Belə ki, məhkəmə cavabdehin ifadəsini “iddiaçıdan bir neçə dəfə qızıl-zinət əşyaları almış və pulunu ödəmişdir və iddiaçıya borcu olmamışdır.” cümləsi ilə yekunlaşdırmışdır. Halbuki, həmin cümlənin davamı olaraq bildirmişdir ki, borcları var və ona kömək etsin. Kömək məqsədilə qızılları iddiaçıdan alıb pulunu ödəməsi şərtilə Rəna Mə mmədovaya verib. İddiaçı barəsində göstərdikləri ilə razıdır. Təbii ki, cavabdehin və məhkəmənin arqumenti əsassızdır. Digər tərəfdən cavabdeh iddiaçıdan aldığı qızılzinət əşyalarını keçmiş iş yoldaşlarına satdlğını və iddiaçı barəsində dediklərinin həqiqət olduğunu bildirmişdir. Cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda qızıl zinət əşyalarını götürdüyünü, o cümlədən, 2023-cü ilin iyul-avqust aylarında iddiaçının yaşadığı evdə hissə-hissə olmaqla 4 ədəd boyunbağı, 3 ədəd qolbağı və 2 cüt sırğa aldığını iddiaçının həmin qızıl-zinət əşyalarını 12.000 manat qiymətləndirdiyini və qızılları nisyə aldığını etiraf etmişdir. Bu, işin mübahisəsiz halıdır. Qeyd olunan qızıl-zinət əşyalarının Rəna Məmmədovaya və yaxud 3-cü şəxsə verilib-verilməməsini cavabdeh sübuta yetirə bilməmişdir. Dolayısı ilə, qızılların kimə verilməsinin hazıki iş üçün əhəmiyyəti yoxdur. Cavabdeh qızılları özündə saxlaya, kiməsə bağışlaya və ya sata bilərdi ki, bunun da əhəmiyəti yoxdur. Qızılların 3-cü bir şəxsə satılması və həmin qızılların dəyərini cavabdehin ala bilməməsi onun iddiaçı qarşısında öhdəliyinə xitam vermir. Bu mənada cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə, rədd materialından görünür ki, Rəna Məmmədovaya cavabdeh heç bir qızıl-zinət əşyaları satmamışdır. Məhkəmənin bu xüsusatları araşdırmadan belə bir nəticəyə gəlməsi isə tamamilə təəssüf doğuran haldır. Bundan başqa, məhkəmə təkcə 26 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərara istinad etmiş, məhkəmənin hazırlıq iclası zamanı məhkəməyə iddiaçı tərəfindən təqd im olunmuş 07 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərarda cavabdehin ifadəsinə heç bir hüquqi qiymət verməmişdir. Belə ki, həmin Qərarda da cavbdeh iddiaçıdan qızıl-zinət əşyaları aldığını etiraf edərək bildirmişdir ki, “2023-cü il tarixdə iddiaçıdan 12000 manat dəyərində qızıllar götürüb satıb verəcəkdir. Həmin qızılları Rəna Məmmədova adlı qadına satmasına baxmayaraq, sonuncu pulu vermədiyi üçün qızılların pulunu iddiaçıya qaytara bilmədiyi üçün sonuncu ondan şikayət etmişdir, Rəna Məmmədovadan pulu aldıqdan sonra iddiaçıya olan borcunu ödəyəcəkdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2417/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəf ərov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 8.400 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehə verdiyi qızıl-zinət əşyalarının cəmi dəyərinin 21.200 manat olmasına dair nə cinayət təqibi zamanı, nə də hazırkı mülki iş üzrə mötəbər sübütları məhkəməyə təqdim etməmişdir. Ancaq Polis İdarəsində aparılan araşdırmalar zamanı cavabdeh izahatlarında şəxsən özü 21.200 manat deyil, iddiaçının qiymətləndirdiyi 12.000 manat dəyərində qızıl-zinət əşyaları aldığını etiraf etdiyi üçün, məhz bu məbləği, yəni 12.000 manatı iddiaçını sübut et mək yükündən azad etmişdir. Deməli iddiaçının cavabdehə sonuncu dəfə verdiyi qızılın dəyərinin 12.000 manat olduğu cavabdeh tərəfindən və həmin məbləğdən də 3.600 manat qaytarıldığı iddiaçının özü tərəfindən etiraf və təsdiq olunduğuna görə, cavabdehin iddiaçı qarşısında qızıl əşyalarının nisyə satışından 8.400 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır.
14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçıdan özünün deyil, Rəna Məmmədovanın 12.000 manat dəyərində qızıl əşyalarının aldığını qeyd etməsi, iddianın qeyd olunan məbləğdə əsaslı olmasına təsiri yoxdur. Çünki hazırkı iş üzrə Polis İdarəsində verdiyi izahatlardan fərqli məlumat verməsinin səbəbləri barədə hər hansı bir ciddi arqument, üstəlik cinayət təqibi zamanı izahat verərkən müstəntiqlər yaxud hansısa şəxs tərəfindən ona bu cür etirafedici izahat verməsi üçün hansısa təzyiq yaxud təsir göstərildiyini də bəyan etmir. Demək ki, hazırkı iş üzrə fərqli izahat verməsi onun iddiaçı qarşısında yaranmış öhdəliyinin icra olunmasından azad edilməsi üçün əsas ola bilməz.
15. Həmçinin, Penitinsar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Rəna Məmmədova da həm Polis İdarəsində aparılan araşdırma zamanı verdiyi izahatında, həm də hazırkı mülki iş üzrə məhkəməyə ünvanladığı izahatında iddiaçını tanımadığını, ondan heç vaxt qızıl-zinət əşyaları almadığını, bütün qızılları cavabdehin aldığını, satıb borcunu ödədiyini və öz işini onun üzərinə atdığını göstərmişdir. Belə ki, həm cinayət təqibi, həm də mülki iş üzrə iddiaçı ilə Rəna Məmmədovanın mövqeyi eyni olmuşdur. Cavabdehin iddiaçıdan qızıl- zinət əşyalarını Rəna Məmmədovanın şəxsən alması barədə dəlilləri heç bir sübutla təsdiq olunmamışdır.
16. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 442, 448.2, 528, 529.1, 600.1, 600.4 və 600.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin ifadəsində olan uyğunsuzluqları, xüsusilə cinayət işində verdiyi izahatla məhkəmə ic lasındakı izahat fərqlərini cavabdehin zərərinə qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hüquqi öhdəliyini fərziyyələrə əsaslanaraq müəyyən edərək, mötəbər sübutlar təqdim olunmadan iddianı qismən təmin etmişdir. Bu isə qanunların düzgün tətbiq edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi səbəbilə qətnamənin ləğv edilməsi üçün əsas yaradır. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən qəbul edilən nəticələr (məsələn, borcun 8.400 manat olduğu) cavabdehin ifadəsinə hissəvi və subyektiv istinadla formalaşdırılmışdır. Halbuki həmin ifadələrdə cavabdeh 12.000 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının 3-cü şəxs tərəfindən nisyə alınmasını qeyd etmişdir. Bundan başqa, cavabdeh tərəfindən 12.000 manat qiymətləndirilmiş qızıl-zinət əşyalarının iddiaçı dan almasının etirafı kimi təqdim olunan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda müəyyən olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
24. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
25. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
26. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci madd əsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. unun yaranmasından, elə cə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaş ır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehə verdiyi qızıl- zinət əşyalarının cəmi dəyərinin 21.200 manat olmasına dair nə cinayət təqibi zamanı, nə də hazırkı mülki iş üzrə mötəbər sübütları məhkəməyə təqdim etməmişdir. Lakin, Polis İdarəsində aparılan araşdırmalar zamanı cavabdeh izahatında iddiaçıdan şəxsən 21.200 manat dəyərində deyil, 12.000 manat dəyərində qızıl-zinət əşyaları aldığını etiraf etdiyi üçün, iddiaçını bu məbləği, yəni 12.000 manatı sübut etmək yükündən azad etmişdir.
42. Belə olan halda iddiaçının cavabdehə sonuncu dəfə verdiyi qızıl-zinət əşyalarının dəyərinin 12.000 manat olduğu cavabdeh tərəfindən və həmin məbləğdən də 3.600 manat qaytarıldığı iddiaçının özü tərəfindən etiraf və təsdiq olunduğu üçün, cavabdehin iddiaçı qarşısında qızıl əşyalarının nisyə satışından 8.400 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçıdan özünün deyil, Rəna Məmmədovanın 12.000 manat dəyərində qızıl-zinət əşyaları aldığını qeyd etməsi, iddianın qeyd olunan məbləğdə əsaslı olmasına təsiri yoxdur. Çünki cavabdeh, Polis İdarəsində verdiyi izahatında fərqli məlumatlar verməsinin səbəbləri barədə hər hansı bir ciddi arqument, habelə cinayət təqibi zamanı izahat verərkən müstəntiq və yaxud hansısa şəxs tərəfindən etirafedici izahat verməsi üçün ona təzyiq edilməsini göstərməmişdir. Ona görə də cavabdehin hazırkı iş üzrə fərqli izahat verməsi, onun iddiaçı qarşısında öhdəliyinə xitam verilməsi üçün əsas ola bilməz.
44. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsində cəza çəkən Rəna Məmmədova həm Polis İdarəsində aparılan ar aşdırma zamanı verdiyi izahatında, həm də hazırkı iş üzrə məhkəməyə ünvanladığı izahatında iddiaçını tanımadığını, ondan heç vaxt qızıl-zinət əşyaları almadığını, bütün qızıl-zinət əşyalarını cavabdehin aldığını, satıb borcunu ödədiyini və öz işini onun üzərinə atdığını göstərmişdir.
45. Belə ki, həm cinayət təqibi, həm də mülki iş üzrə iddiaçı ilə Rəna Məmmədovanın mövqeyi eyni olmuşdur və cavabdehin iddiaçıdan qızıl-zinət əşyalarını Rəna Məmmədovanın şəxsən alması barədə dəlilləri heç bir sübutla təsdiq olunmamışdır.
46. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətr aflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)-2417/2025 saylı qətnaməsi mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.