Məhkəmə qərarları › İş №2(102)-2578/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2578/2024

01.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2578/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin X1 İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekab r 2023-cü il tarixli, 2(104)2753/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1068/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin X1 İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)-1317/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(102)-4576/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(104)-498/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(102)-2667/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(104)-498/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2022-cü il tarixli, 2(104)-2753/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)1068/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmişdir.

7. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxı ldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada v ə məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətinə vəkilin cavabdehi kassasiya instansiyası məhkəməsində təmsil edilməsini təsdiq edən vəkil orderi əlavə olunmamışdır.

10. Belə ki, kassasiya şikayəti cavabdehin adından Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil2 tərəfindən imzalanmışdır.

11. Lakin, iş materiallarına Vəkil2 cavabdehə MPM-in 408.1.3-cü maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin tərtibi ilə bağlı hüquqi yardım göstərməsini təsdiq edən vəkil orderi əlavə edilməmişdir. Kassasiya şikayətinə Vəkil2 adına tərtib olunmuş 17 fev ral 2024-cü il tarixli vəkil orderi əlavə olunmuşdur ki, həmin orderdə hüquqi yardım göstərilən şəxs qismində X1 İdarəsi deyil, fiziki şəxs Nümayəndə qeyd edilmişdir.

12. Məhkəmə kollegiyasının qənaətinə görə, Nümayəndə cavabdeh İdarənin rəisi olsa da, ona fiziki şəxs olaraq hüquqi yardım göstərilməsinə dair vəkil orderi, həmin vəkilin hüquqi şəxsə də hüquqi yardım göstərilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz.

13. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, cavabdeh bundan əvvəl də, kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki kollegiyasının 06 aprel 2024-cü il tarixli, 2(102)-1696/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti vəkil orderinin təyinatının düzgün göstərilməməsi əsası ilə qeyri-mümkün hesab olunmuşdur.

15. Buna baxmayaraq, kassator yol verilmiş nöqsanı tam aradan qaldırmadan yeni kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizə vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli qərardadı ilə isə qeyd olunan nöqsan nəzərə alınmadan, cavabdehin ərizəsi təmin edilməklə, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməklə, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(104)-2753/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin X1 İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar