Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2579/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X8 və vəkili X3, Cavabdeh “xxxx” ASC-nin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2767/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il ta rixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Fövqəladə Hallar Nazirliyinin DYMX rayonu X19 Hissəsinin xx.xx.xxxx-cı il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən də 21.03.2016-cı il tarixdə, saat 03:35-də rayonu, kənd sakini X13 məxsus yaşayış evində yanğın hadisəsi baş vermişdir. rayonu, kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 23.05.2018-ci il tarixli, 153 saylı arayışda qeyd edilmişdir ki, X5 məxsus evdə 21.03.2016-cı il tarixdə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində ev yanaraq yararsız hala düşmüşdür. Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.xxxx- cı il tarixli qərarına əsasən X9 21 mart 2016-cı il tarixdə evinin yanması hadisəsi ilə bağlı X7 aidiyyəti üzrə vəzifəli şəxsləri barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. rayonu, kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 19.08.2018-ci il tarixli, 207 saylı arayışda qeyd edilmişdir ki, X11 mərhum həyat yoldaşı X21 ilə həqiqətən bir evdə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – cavabdeh və ya ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rayonunun kəndində yerləşən fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş 80000 manat və yaşayış evinin içər isindəki əşyalara dəymiş 40000 manatdan çox maddi ziyanın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia ərizəsi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 mart 2016-cı il tarixdə yaşadıqları iki mərtəbəli fərdi yaşayış evində gecə saatlarında onlar yatmış vəziyyət onlara məlum olmayan səbəbdən yanğın hadisəsi baş vermiş və yaşadıqları ev tamamilə yanaraq məhv olmuşdur. Yanğını görən qonşuların səsinə yuxudan oyanan oğlu X55 evin yanması barədə dərhal onlara məlumat verib evdə olan bütün ailə üzvlərini evdən çıxararaq dərhal yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alaraq başqa qonşu binalarına keçməsinə imkan v erməsələr də, iddiaçının yaşadığı ev tamamilə yanaraq məhv olmuşdur. Evdə baş verən yanğın hadisəsinin səhəri günü məlum olmuşdur ki, kəndi qidalandıran transformatorda elektrik enerjisinin birdən-birə artması nəticəsində nasazlıq yaranmış və nəticədə stablizator vasitəsi ilə elektrik şəbəkəsinə qoşulmuş soyuducudan baş verməsi müəyyən edilmişdir ki, buna da birbaşa X7 həmin işə bilavasitə cavabdeh olan şəxslərinin günahı üzündən baş vermişdir. Belə ki, həmin gecə elektrik enerjisinin qəflətən artması nəticəsində kənddə yaşayan bir çox sakinlərin evlərində olan elektrik avadanlıqları sıradan çıxmışdır. Evdə baş vermiş yanğının səbəblərini araşdıran Fövqəladə Hallar Nazirliyinin əməliyyat istintaq idarəsində əvvəllər yanğın hadisəsinin X7 məsul işçilərinin səhlənkarlığı nəticəsində baş verm əsi qənaətinə gəlsələr də, sonrdan yanğın hadisəsinin guya evdə elektrik naqillərində baş vermiş qısa qapanma nəticəsində elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qalan soyuducuda baş vermiş nasazlıq səbəbindən baş verməsi qənaətinə gəldilər. Buna görə də baş vermiş yanğın hadisəsi nəticəsində əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək X7 vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin həll edilməsi üçün materiallar aidiyyəti üzrə Baş prokurorluq vasitəsilə rayon prokurorluğuna göndərilmişdir. rayon prokurorluğunda isə yanğın hadisəsinin baş verməsinə səbəb olan şəraiti tapmaq və buna cavabdeh olan vəzifəli şəxsi cəzalandırmaq və iddiaçıya dəyən maddi ziyanın ödənilməsi üçün qanuni tədbirlər görmək əvəzinə, cinayət işinin başlanılması rədd edilmişdir. Halbuki rayon prokurorluğunda aparılan araşdırma zamanı şahid qismində dindirilmiş kənd sakinləri yanğın hadisəsi baş verən gecə - 21.03.2016-cı il tarixdə elektrik enerjisinin qəflətən artıb azalması nəticəsində onların da evlərində olan elektrik avadanlıqlarının yanaraq sıradan çıxmasını göstərmiş, lakin araşdırma aparan prokuror köməkçisi həmin şahid ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. Yanğın baş verən gecə digər sakinlərin də evində olan elektrik cihazlarının sıradan çıxması yanğın hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edir. Yanğın hadisəsindən sonra iki ildən artıq müddət ərzində iddiaçının müraciət etmədiyi dövlət orqanı qalmamışdır, lakin bu günədək müsbət nəticə əldə olunmamışdır. Yanğın nəticəsində evlə bərabər, evdə olan əşyalar da yanmışdır. Nəticədə on a külli miqdarda ziyan dəymişdir. İddiaçıya dəymiş ziyan bu günədək ödənilmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi, ona məxsus fərdi yaşayış evində baş vermiş yanğında “xxxx” ASC-nin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Evdəki naqillərdə yaranmış nasazlıq səbəbindən yanğın baş vermişdir. rayonu, kəndində elektik enerjisinin qısaqapanmasından X12 məxsus yaşayış evində 21.03.2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi zamanı evin içində yanaraq məhv olmuş əşyaların siyahısı qeyd edilmiş, həmin siyahı icra nümayəndəsi X56 və şahidlər X57, X58, X59, X60, X61, X62, X63 tərəfindən təsdiq edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 27.07.2017-ci ildə rayonu, kənd sakini, X5 ünvanlanmış məktubda qeyd edilmişdir ki, 21.03.2016-cı il tarixdə X13 məxsus yaşayış evində yanğın hadisəsi Rayon Elektrik şəbəkəsinin işçilərinin səhlənkarlığı nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X23 göstərmişdir ki, o, iddiaçının qonşusudur, rayonunun kəndində yaşayır. 21 mart 2016-cı il tarixdə gecə saatlarında evlərində işıq artıb-azalmağa başladı. Ümumiyyətlə, həmin tarixdən əvvəl son bir neçə ay ərzində işıqda tez-tez problemlər olurdu. 21 mart 2016-cı ildə işığın artıb-azalması nəticəsində onların evində soyuducu, modem, stablizator, su qızdırıcı yanaraq xarab oldu. Bir neçə qonşunun evində də elektrik cihazları yanmışdır. Həyat yoldaşı ona bildirdi ki, ligilin evi yanır. Onlar tez həmin yerə getdilər. Ev dam hissəsindən yanırdı, aşağı mərtəbədə yanğın yox idi. Sonra yanğın şiddətləndi və ev yanaraq yararsız hala düşdü. X6 göstərmişdir ki, o, iddiaçının qonşusudur, rayonunun kəndində yaşayır. 21 mart 2016-cı il tarixdə gecə saatlarında evlərində işıq artıb-azalmağa başladı. Evində televizor yanaraq xarab oldu. Həmin günü qonşusu ligilin evi yandı. O da digər qonşular kimi ora getmişdir. Ev dam hissəsindən, üst hissədən yanırdı, aşağı mərtəbədə yanğın yox idi. Hazırda ev yararsız haldadır. Kəndlərindəki transformatorda tez-tez problemlər olurdu. X2 göstərmişdir ki, o, iddiaçının qonşusudur, rayonunun kəndində yaşayır. 21 mart 2016-cı il tarixdə gecə saatlarında evlərində işıq ar tıb-azalmağa başladı. Nəticədə lampalar partladı, televizor tüstüləyərək yandı. Bir neçə qonşunun evində də elektrik cihazları yanmışdır. Kəndlərindəki transformatorda tez-tez problemlər olurdu. Həmin günü bildi ki, Zahra xanımgilin evi yanır. O, tez həmin yerə getdi. Ev dam hissəsindən yanırdı. O, öz mənzilinin naqillərinin 2015-ci ildə dəyişmişdir, yanğın baş verən vaxtı onun mənzilindəki xətlər təzə olub. Lakin ümumi xətlərdə və transformatorda problem olduğuna görə həmin hadisələr baş vermişdir. X1 göstərmişdir ki, o, iddiaçının qızıdır. 21.03.2016-cı ildə evlərində işıq artıbazalmağı başlamışdır. Onlarda həmişə belə problemlər olurdu, çünki transformator və kəndin elektrik xətləri köhnə idi, hər gün müxtəlif problem olurdu. Həmin gün evlərində yanğın başladı. Evin damında yanğın baş lamışdır. Sonra isə evləri tamamilə yandı. Evdə onların əşyaları, gəlinin cehizləri, bacısının əşyaları vardı. Hamısı yanıb sıradan çıxdı. Hazırda evləri yararsızdır. Müxtəlif dövlət orqanlarına müraciət etsələr də, nəticəsi olmamışdır. Bu günə qədər onlara dəyən ziyan ödənilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 27061 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı hadisə yeri yanğından sonrakı qalıqlardan təmizləndiyi üçün, eləcə də otağın daxili elektrik xətləri və otaqda gərginliyə qoşulu olan soyuducu hadisədən sonra çıxarılaraq atıldığından baş vermiş hadisənin bilavasitə texniki səbəbini tam müəyyən etmək mümkün olmadı. Bununla da baş vermiş yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələ blərinin kimlər tərəfindən pozulması barədə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2019-cu il tarixli, 27326 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rayonu kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 2(006)-377/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən - mənzilə dəymiş zərərə görə qismən təmin edilərək cavabdehdən dəymiş maddi ziyana görə 60600 manat məbləğində pul tutulmuş, iddia tələbi qalan hissədə, o cümlədən mənzi ldəki əşyalarla bağlı hissədə təmin edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 10.1, 10.7, 10.17, 10.18.8-ci bəndlərinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, yanğın mənzilin elektrik naqillərində baş vermiş elektrik qəza (qısa qapanma və s.) hallarından baş verməsi üçün xarakterikdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid ifalərəri və iş materialları ilə müəyyən edilmişdir ki, həmin tarixdə qeyd olunan kənddə mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri norma l vəziyyətdə olmamış, elektrik enerjisinin verilməsində tez-tez problemlər və qəza olmuş, həmin tarixdə kənddə yerləşən digər evlərdə də elektrik enerjisinin verilməsində problemlər olmuş, digər qonşuların mənzillərində də elektrik avadanlıqları yanaraq xarab olmuşdur. Göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur (evə qədər). Sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və qəzaya və ya nğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə isə cavabdeh məsuliyyət daşıyır. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaiti tələb olunur. Məhkəmə iddia tələbinin yaşayış evinin içərisindəki əşyalara dəymiş 40000 manatdan çox maddi ziyanın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətdən alınıb iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissədə rədd edilməlidir. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiy ası məhkəməsində icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli, 9/2032 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rayonu kəndində yerləşən, ididaçıya məxsus olan fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləği təxmini olaraq 30144,00 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qismən, fərdi yaşayış evindəki əşyalara 21.03.2020-ci il tarixdə yanğın nəticəsində vurulmuş zərərlə ba ğlı hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri həmin hissədə qismən təmin edilmiş, cavabdehdən fərdi yaşayış evindəki əşyalara dəymiş zərərlə bağlı 30144 manat pulun alınaraq iddiaçıya ödənilməsi, həmin tələbin qalan hissədə təmin edilməməsi, qətnamə iddiaçının apellyasiya şikayətində qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, qətnamən onun apellyasiya şikayətində mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərin izahatları, Fövqəladə Hallar Nazirliyinin DYMX rayonu X19 Hissəsinin xx.xx.xxxx-cı il tarixli arayışı, Rayon Prokurorluğunun “cinayət işinin başl anmasının rədd edilməsi haqqında” xx.xx.xxxx-cı il tarixli qərarı, rayonu, kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 23.05.2018-ci il tarixli, 153 saylı arayışı, şahid ifadələri ilə elektrik enerjisinin qəfildən qalxıb-azalması səbəbindən qısaqapanma nəticəsində 21 mart 2016-cı il tarixdə yanğının baş verməsi və həmin səbəbdən də iddiaçıya məxsus fərdi yaşayış evinin tam yanması, eyni zamanda, həmin evin içində olan əşyaların da yanaraq məhv olduğu (yarasız hala düşdüyü) müəyyən edilmişdir. Məhkəmə evə dəymiş ziyanla bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2019-cu il tarixli, 27326 nömrəli ekspert rəyindən görünür ki, fərdi yaşayış evində 2 1 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilir. Belə olan halda, məhkəmənin iddia tələbinin fərdi yaşayış evinə dəymiş zərərlə bağlı hissəsdə ekspert rəyinə əsasən 60600 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi ev əşyalarına dəyən zərərlə bağlı hissədə qeyd etmişdir ki, iddiaçı məhkəməyə evdə yanmış əşyaların siyahısını vermiş, həmin əşyaların siyahısı həm şahid ifadələri, həm də rayon, kənd İnzibati Ərazi Dairəsinin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2020-c i il tarixli, 9/2032 nömrəli ekspert rəyindən görünür ki, fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləği təxmini olaraq 30144,00 manat dəyərində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavadehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf nə apellyasiya şikayətində, nə də məhkəmə iclasındakı izahatlarında baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləğini mübahisələndirməmişdir. Cavabdehin etirazının yeganə dəlili baş vermiş yanğın nəticəsində onların təqsirinin sübuta yetirilməməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, yanğın mənzilin elektrik naqillərində baş vermiş elektrik qəza (qısa qapanma və s.) hallarından baş verməsi üçün xarakterikdir. Rayon məhkəməində dindirilmiş şahid ifadərəri və iş materialları ilə müəyyən edildi ki, həmin tarixdə qeyd olunan kənddə mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri normal vəziyyətdə olmamış, elektrik enerjisinin verilməsində tez-tez problemlər və qəza olmuş, həmin tarixdə kənddə yerləşən digər evlərdə də elektrik enerjisinin verilməsində problemlər olmuş, digər qonşuların mənzillərində də elektrik avadanlıqları yanaraq xarab olmuşdur. Göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur. Sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, elektrik e nerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə isə cavabdeh məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.xxxx-cı il tarixli qərarında da rayonu, kənd sakinlərinin izahlarında da yanğın hadisəsi baş verən gün və əvvəlki günlərdə elektrik transformatorundan artıq gərginlikli elektrik ererjisinin verilməsi, qonşuların da evində bir sıra cihazların sıradan çıxması göstərilmişdir. Məhk əmə qeyd etmişdir ki, hər hansı əməldə cinayət tərkibinin olmaması mülki məsuliyyəti istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X15) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. iş materiallarında, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin aktında əmlakın bərp a edilmə dəyəri 80000 manat göstərilmlşdlr. Lakin, məhkəmə yalnız ekspertin rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəməyə ev əşyalarının siyahısı təqdim edllmlşdlr. Həmln əşyaların siyahısı şahidlərin ifadələri ilə və Rayon İcra X20 İnzibati Ərazi Dairəsinin möhürü ilə təsdiqlənmişdir. Həmln əşyaların dəyəri 40000 manat dəyərində qiymətləndirilmişdir. Lakin məhkəmə bu sübutları nəzərə almayaraq iş üzrə qeyd edilən hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh (vəkil X16) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə ilə bağlı eyni nəticəyə gələn hər iki ekspert rəyindən aydın olur ki, yanğının baş verməsinə səbəb fərdi yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində daxili elektrik naqillərində baş vermiş qısa qapanma olmuşdur. Lakin apellyasiya məhkəməsi iş üzrə cavabdeh ”xxxx” ASC-nin təqsirini istisna edən sübut kimi sayıla bilən hər iki ekspert rəyinə lazimi hüquq qiymət verməmiş və bu hal nəticə etibarilə tam əsassız qətnamənin qəbul edilməsinə gətirib çıxarılmışdır. Apellyasiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, rayon Prokurorluğunun ”Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.xxxxcı il tarixli qərarında rayonu, kənd sakinlərinin izahatlarında yanğın hadisəsi baş verən gün və əvvəlki günlərdə elektrik transformatorundan artıq gərginlikli elektrik enerjisinin verilməsi, qonşuların evində bir sıra cihazların sıradan çıxm ası göstərilmişdir. Lakin yanğın hadisəsinin konkret olaraq qeyd olunan səbəbdən baş verməsi faktı heç bir sübutla öz təsdiqini tapmamış və rayon prokurorluğunun yuxarıda adı çəkilən qərarında qeyd olunmuşdur ki, yanğın hadisəsi baş verən gün və hadisədən əvvəlki günlərdə gərginliyin artıb-azalması ilə bağlı kənd sakinləri tərəfindən X10 rəsmi və qeyri-rəsmi heç bir müraciət daxil olmarmşdır. Nə birinci instansiya, nə də apellyasiya məhkəməsi transformatordan gərginliyin artıb-azalmasının evdə yanğına səbəb olma ehtimalının texniki cəhətdən mümkün olub-olmamasını aydınlaşdırmaq məqsədilə mütəxəssis cəlb edilməmiş və bu hal tam, hərtərəfli araşdırılmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları İddiaçı, onun nümayəndəsi X18 və vəkili X15 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Cavabdehin vəkili X17 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.3. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hü ququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik dir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 və 1097.3. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə iddiaçı tərəfindən iddia tələbinin rədd edilən hissəsində (ev əşyalarına dəymiş zərərin rədd edilən hissəsi), cavabdeh tərəfindən isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir. Baxılan iş üzrə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə, iddiaçıya məxsus fərdi yaşayış evində 21.03.2016cı il tarixdə yanğın baş vermiş və yanğın nəticəsində fərdi yaşayış evi və evdə olan əşyalar məhv olmuşdur. İddiaçı həmin hadisə nəticəsində evinə və evdəki əşyalara dəymiş ziyanın ödənilməsini cavabdeh təşkilatdan tələb edir və hesab edir ki yanğın cavabdehin təqsiri ucbatından baş vermişdir. Cavabdeh “xxxx” ASC isə iddia tələbinə etiraz edərək yanğının baş verməsində təşkil atın heç bir təqsirinin olmadığını bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin qanuni əsası mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsidir, ona görə də mülki hüquq pozuntusunun (delikt) və ziyanın dispozitiv şərtlərinin mövcudluğuna diqqət yetirilmlidir. Belə ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yara nmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır v ə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Baxılan işdə iddiaçı baş vermiş hadisə ilə bağlı məhkəməyə müvafiq orqanlardan iddiaçıya ünvanılanmış sənədlər, digər materiallar təqdim etmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahidlər dindirilmiş, eyni zamanda həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə ekspertizaları keçirilmiş, rəylər iş materiallarına əlavə edilmişdir. Lakin işə baxan məhkəmələr yanğın hadisəsinin cavabdeh təşkilatın təqsiri üzündən baş verməsi nəticəsinə gələrkən iş materiallarında olan qeyd edilən sübutları MPM-nin 88ci maddəsinin tələblərinə əsasən qiymətləndirməmişlər. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işə baxan məhkəmələr yanğının mənzildə baş vermiş qısa qapanma nəticəsində olmasını qeyd etmişlər. Lakin baş vermiş qısa qapanmanın cavabdehin təqsiri ucbatından olub-olmaması müəyyən edilməmiş qalmışdır ki, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından olunb -olmamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçı və iş üzrə dindirilmiş şahidlər yanğının ərazidə olan transfromatırın nasaz olması səbəbindən baş verməsini, bundan əvvəldə də ərazidə yerləşən evlərdə işığın teztez artıb azalmasını qeyd etmişlər. Cavabdeh isə bu halları inkar edərək yanğının elektrik xətlərində baş vermiş qısaqapanma nəticəsində olmasını, qısaqapanmanın isə gərginliyini artıb azalmasından deyil, iddiaçıya məxsus yaşayış evindəki elektrik naqillərinin keyfiyyətsiz və istimar müddəti keçməsi nəticəsində qızmasından irəli gəldiyini göstərmişdir. İş materiallarında olan rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 29 iyul 2016-cı il tarixli qərarından görünür ki, yanğın baş verən vaxtda həmin evdə yaşayan, yanğının bilavasitə şahidi olmuş iddiaçının oğlu X55 Bədəlov yanğının baş verməsinin səbəbi kimi evlərindəki daxili elektrik naqillərinin keyfiyyətsiz və nasaz olmasını, soyuducunun elektrik naqilinə daimi qoşulu olmasını göstərmişdir. Məhkəmə baş vermiş hadisə ilə bağlı eyni evdə yaşayan və eyni vaxtda hadisənin şahidi olan şəxslərin izahatları arasındakı ziddiyyətin nədən irəli gəldiyini aydınlaşdırmamış, bunun yanğın hadisəsinin səbəbinin müəyyən olunmasına əhəmiyyət kəsb etdiyini diqqətdən qaçırmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi baş vermiş yanğın hadisəsi ilə cavabdeh təşkilatın hərəkəti arasında səbəbli əlaqənin olubolmamasını müəyyən etmək üçün sübutlara tam və hərətərəfli baxmamış, bu halın müəyyən etmək üçün mütəxəssis rəyinin alınması məsələsini müz akirə etməmiş, həmçinin keçirilmiş ekspertiza qarşısında bununla bağlı sualların qoyulmadığını nəzərə almamışdır. Qeyd edilən hallar müəyyən edilmədən zərərin cavabdehin hüquqa zidd əməli nəticəsində vurulması nəticəsinə gəlməyə əsas vermir. Əgər göstərilən hal müəyyən edilərsə tələbin ev əşyalarına dəymiş ziyana bağlı hissəsi yoxlanıla bilər. Bu hissə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbin qismən təmin edərkən iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad etmişdir. Lakin nəzərə almamışdır həmin rəyi verərkən ekspert iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əşyaların siyahısına istinad edilərək əşyaların təxmini qiymətlərinə əsaslanmışdır. Həmin əşyaların yanğından əvvəl mövcudluğu, əgər mövcud olmuşdursa hansı və ziyyətdə olması isə qeyri müəyyən olaraq qalmışdır. İşə baxan apellyasiya məhkəməsi göstərilən hala qiymət verməmişdir. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İddiaçının kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamami lə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2767/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Q