Məhkəmə qərarları › İş №2(102)-2579/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2579/2023

19.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2579/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, kassasiya şikayətindən imtina, kassasiya baxışına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı “əmrin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-330/2023 nömrəli, xx.xx.202 3-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdiri X2 tərəfindən ona töhmət verilməsi barədə 10 nömrəli, 11 fevral 2022-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Ağarza Səmədov) İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tofiq Heydərov) İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə işə baxan məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətindən imtina etdiklərini bildirmiş, və kassasiya şikayəti üzrə icraata xitam veirlməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxa rılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mə nafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətlindən imtinası qəbul edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar