Məhkəmə qərarları › İş №2(102)-2579/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2579/2025

26.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2579/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Saria İsmaılovanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, yaşayış yerinə ehtiyacın aradan qalxması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Saria İsmailovanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2679/2025 nömrəli, 12 may 2025-c i il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində istifadədə olan 0,1775 ha torpaq sahəsində yerləşən 16 nömrəli 9 mərtəbəli binada ümumi 46,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 103 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İsmayılova Səriyənin adına qeydiyyata alınmışdır.

2. Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 103 saylı mənzildə qeydiyyatdadırlar, lakin uzun müddətdir göstərilən ünvanda yaşamırlar.

3. Vərəsəlik hüququ haqqında şəhatnaməsinə əsasən, Bakı şəhəri, Q.Yəhya küçəsi (İ.İsmayılov küçəsi), ev 16, m 103-də 3 otaqlı şəxsi mənzil X1 əmlakı kimi Saria İsmailovaya miras qismində keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Saria (Səriyə) İsmailova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən 103 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 103 saylı mənzili təxminən 1990-cı ildən Gürcüstan Respublikasında yaşayan zaman mənzilləri dəyişməklə iddiaçının mərhum yoldaşının adına order verilmişdir. İddiaçının yoldaşı vəfat etdikdən sonra vərəsəlik qaydasında xx.xx.2006-cı il tarixdə MH № ******* nömrəli çıxarışla adına dövlət qeyddiyatına alınmışdır, hazırda da iddiaçının tam mülkiyyət hüququ ilə mülkiyyəti tanınmış və hazırda da istifadəsindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə qızının övladı olan nəvəsidir. Cavabdehlər ümumiyyətlə iddiaçının mülkiyyətində olan mənzildə yaşamamışlar. Sadəcə Bakı qeydiyyatına alınma üçün Cavabdeh1 razılıq verilərək qeydiyyata alınsada, nəvəsi olan Cavabdeh2 formal olaraq ananın qeydiyyatı üzrə yaşamadığı halda mənzilə qeydiyyata alınmışdır, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 103 saylı mənzil alınan tarixdən daimi olaraq nə iddiaçı, nə də ki, cavabdehlər yaşamayıb, çünki mütəmadi olaraq kirayəşinlər yaşamışdır. Cavabdehlər hazırda onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamır. Cavabdehlərin hər ikisidə evlidir və daimi əsasla yaşayış yerlərini seçərək həyat yoldaşlarının evində yaşayırlar. Hazırda cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxmaması mənzilin mülkiyyətçisi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, mülkiyyətçi kimi iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Beləliklə, cavabdehlərin iddiaçının tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən artıq xeyli müddətdir ki, iddiaçı cavabdehlərə görə əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Bu isə iddiaçıya maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Həmçinin cavabdehlə rin mənzildə qeydiyyatda olması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyinə imkan vermir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirmişdir ki, mübahisəli ev cavabdeh Dilşad xanımın atasının evi olub, atasının vəfatından sonra iddiaçının mülkiyyətinə keçib, Dilşad xanım həmin evə qeydiyyata alınıb, atası şifahi olaraq evi qızına vəsiyyət edib, daha sonra Dilşad xanım ailə qurub və Gürcüstanda yaşayıb, hazırda mübahisəli mənzildə yaşamasa da, Bakıya tez-tez gəlib gedir. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-625/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim - Şəhriyar Əliyev) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə tərəfindən iş material ları əsasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 103 saylı mənzil iddiaçıya məxsusdur, Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə nəvəsidir, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin evdə yaşamırlar. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə etməsinin hüquqi əsası, o cümlədən onların mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacları aradan qalxdığından, cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığından iddia tələbi təmin edilməli, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ kompensasiya ödənilmədən xita m verilməlidir.

9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7.1, 30.1, 9.2.5-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 103 saylı mənzildən istifadə hüququna xitam verilməsi nəticəsinə gələrkən onların mənzildən is tifadə hüququna xitam verilməsini qət etsə də, kompensasiya ödənilməsi məsələsinə münasibət bildirməmişdir. Məhkəmə işin hallarına qiymət verərkən nəzərə almamışdır ki, Cavabdeh1 sözügedən ünvanda mənzildə doğulub böyümüş, mülkiyyətçi olan iddiaçının doğma qızı və “ailə üzvüdür”. Eləcə də o, Bakı şəhərində olduğu müddətlərdə həmin mənzildə yaşayır və bu mənzildə yaşamasına ehtiyacı var. Son zamanlar anası qapının kilidini dəyişmək və başqa bu kimi vasitələrlə onun bu mənzilə daxil olmasına düşünülmüş şəkildə maneçilk göstərməklə cavabdehin guya bu mənzildə yaşamaması təsəvvürünü yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmi şdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Lakin cavabdehin bu mənzildə yaşamasına ehtiyacının olması onun barəsində qeyd edilən qərarın tətbiqini istisna edir. Göstərilən bütün bu hallar birinci instansiya məhkəməsində araşdırılmalı olduğu halda araşdırılmamış və ya düzgün qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin uzun müddət mübahisəli mənzildə yaşamamaları ailə üzvü olan cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ kompensasiya ödənilmədən xitam verilməsinə hüquqi əsas yaratmır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmamaqla Gürcüstan vətəndaşıdır, cavabdehlər isə Azərbaycan Respublikasının vətəndaşlarıdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2679/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzildə atasının adına özəlləşdirilməsindən və mülkiyyətinə verilməsindən əvvəl, yəni dövlət mülkiyyətində olarkən Cavabdeh1 həqiqətən yaşamasının belə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından ona hansısa toxunulmaz bir hüquq vermir. Belə ki, o, həmin dövrdə adına order v erilmiş şəxsin özü və ailə üzvü də ola bilərdi. Ancaq bu mənzildən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik ola bilməzdi. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrinin tələblərini nəzərə almalı və onlara riayət etməli idi.

14. Cavabdeh1 mübahisəli mənzildə yaşamaq üçün ehtiyacının olduğunu, buna görə də kompensasiya verilməklə istifadə hüququna xitam verilməli olduğunu göstərsə də bu dəlillər həm həqiqi, inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onların həqiqiliyini təsdiq etmir. Belə ki, o, mənzili daimi olaraq tərk etmədiyinə və mənzildə yaşamağa ehtiyacının olmasına dair məhkəməyə heç bir sübut təqdim etmir. İddiaçının onu mənzilə buraxmaması d a sübuta yetirilməlidir. Üstəlik iddiaçının başqa ölkənin vətəndaşı olması da iddianın əsaslı olmasına heç bir təsiri yoxdur. Ən azından ötən 30 ildən artıq müddətdə iddiaçının ona qarşı mənzillə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir. Başadüşülən ola bilər ki, Cavabdeh1 Bakı şəhərinə gələrkən mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamaq istəyə bilər. Amma bu hallar iddianın əsassızlığına qətiyyən əsas vermir. Məhkəmə qeyd etmişdir ki, əgər həqiqətən də mübahisəli mənzildən daimi yaşamaq üçün başqa ünvana, hətta ölkəyə köçməmişdirsə və mənzildə yaşamağa ehtiyacı vardırsa buna dair istənilən bir sübut təqdim etmək imkanı olardı. Belə b ir sübutların olmaması da onun gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir.

15. Apellyasiya baxışı zamanı cavabdeh tərəfin mövqeyindən bəlli oldu ki, əslində onun niyyəti heç də mübahisəli mənzildə yaşamaq ehtiyacı deyil, kompensasiya əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiaya gətirdiyi etirazı arasında ziddiyyət yaranır. Çünki mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün, həmin mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmək və yaşamağa ehtiyacın olması tələb olunur. Demək ki, Cavabdeh1 uzun müddət əvvəldən ailə qurub daimi yaşamaq üçün başqa ölkəyə köçdüyündən və mübahisəli mənzilin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi(itirilməsi) düzgün olm uşdur. Məhkəmə tərkibi hazırkı iddianın xarakteri və məqsədi baxımından tələbin “istifadə hüququna xitam verilməsi”, “istifadə hüququnun itirilmiş hesab edilməsi”, “istifadə hüquququn olmadığının müəyyən edilməsi” kimi göstərilməsində ciddi bir ziddiyyət görməmiş və qətnamənin yalnız bu ifadələrdən uyğun olanının seçilməməsinə görə dəyişdirilməsinə zərurət görməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil – Vəkil3) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləş ən 103 saylı mənzildən istifadə hüququna xitam verilməsi nəticəsinə gələrkən onların mənzildən istifadə hüququna xitam verilməsini qət etsə də, kompensasiya ödənilməsi məsələsinə münasibət bildirməmişdir. Məhkəmə işin hallarına qiymət verərkən nəzərə almamışdır ki, Cavabdeh1 sözügedən ünvanda mənzildə doğulub böyümüş, mülkiyyətçi olan iddiaçının doğma qızı və “ailə üzvüdür”. Eləcə də o, Bakı şəhərində olduğu müddətlərdə həmin mənzildə yaşayır və bu mənzildə yaşamasına ehtiyacı var. Son zamanlar anası qapının kilidini dəyişmək və başqa bu kimi vasitələrlə onun bu mənzilə daxil olmasına düşünülmüş şəkildə maneçilik göstərməklə cavabdehin guya bu mənzildə yaşamaması təsəvvürünü yaratmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin faktiki olaraq mənzildən istifadə hüququ olmasına v ə istifadəyə (yaşamağa) ehtiyacı baxmayaraq iddiaçının evin açarlarını dəyişərək başqa şəxslərə kirayə verməklə süni şəkildə cavabdehi mənzildə yaşamasından məhrum etməsi, istifadə imkanlarını məhdudlaşdırması, istədiyi halda mənzilə daxil ola bilməsinin qeyri-mümkünlüyü halına məntiqi olaraq düzgün yanaşmamış, arzuladığı halda belə mənzilə daxil ola bilməməsi səbəbindən başqa mənzildə qalmasını mənzilə ehtiyacı olmamaq kimi qiymətləndirməklə səhv qənaətə gəlmişdir. Kassasiya şikayətinə qarşı etiraz

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.1982-ci il 8 iyul tarixli (yəni xx.xx.2009-ci il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsi:

20. Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

21. Maddə

53. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

22. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatma mış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

23. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

24. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt ic arə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

25. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin r azılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı

26. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə get məsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh1 uzun müddət ərzində daimi olaraq başqa yerdə yaşamaqla mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. İşin araşdırılmış hallarından və cavabdehin dəlillərindən aydın olur ki, məqsəd mənzildə yaşamaq imkanı əldə etmək deyil, müvafiq məbləğdə kompensasiya əldə edilməsi ilə bağlıdıdr. Lakin nəzərə alınmalıdar ki, mənzilə ehtiyacın aradan qalxdığı müəyyən olunduğundan əkldə olunmuş istifadə hüququ itirilmiş olur. İstifadə hüququnun olmadığı halda isə kompensasiya ödənilməsi imkanı da aradan qalxır.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səl ahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Kollegiya cavabdehin dəlillərini əsaslı hesab etmir, ona görə ki, yaşayış sahəsindən istifadə etmək hüququnun qanuni əsaslarla aradan qalxa bilər. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrindəki istifadə hüququ ilə oxşar məzmundan olan şəxsi servitut sayılan mənzildən istifadə hüququ, qüvvədə olan mülki qanunvericilik baxımından yarandıqdan sonra müvafiq olaraq istifadə hüququ sahibi ayrı yaşayış sahəs i əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə bu kimi digər hallarda həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması yolverilən hesab edilir.

42. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvün ün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəli llərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-2679/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar