Məhkəmə qərarları › İş №2(102)-2580/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2580/2020

10.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2580/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, X4, onların vəkili Nümayəndə, cavabdeh X1 və vəkili X27 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdeh X5 (üçüncü şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi) qarşı “torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılma və həmin torpaq sahəsi və evi mülkiyyət hüq uqlarının həyata keçirilməsinə və çıxarışın alınmasına maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2019-cu il tarixli 2(105)-1396/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, X12 və onların vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdeh 14 aprel 2015-ci il tarixdə verilmiş 602 nömrəli arxiv arayışına əsasən Quba rayonu Amsar kənd X16 İcraiyyə Komitəsinin 1966-1968-ci illərə aid Amsar kəndi üzrə təsərrüfatbaşına kitabında X6 adına qeydə alınmış və X2 onlara miras qalmış Quba rayonu Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquql arının həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 sonradan iddiatələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adının ərizədə səhvən Nərminə kimi yazıldığını, əslində isə cavabdehin adının Gülnarə olduğunu, X1 X2 miras qalmış 0,13 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və evə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrin dən çıxarış alınmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradanqaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin (Zamin Tahirov) 2(027)-2273/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X1, X2 miras qalmış Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və evə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasına X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov sədrl iyi və məruzəsi ilə, Aqil Abbasov və Telman Məmmədov), apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2273/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1, X12 və onların vəkili Nümayəndə kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normaları pozulm uşdur. Belə ki, ekspert rəyi iddiaçılara verilməmiş, ekspert rəyi ilə iddiaçılar məhkəmə iclası vaxtı zalda tanış olmuşlar. İddiaçılar ekspert rəyi ilə tanış olsaydılar yenidən ekspertiza keçirilməsini tələb edərdilər, ekspert qarşısında qoyulmuş sualları dəqiqləşdirə bilərdilər. Ekspert rəyindən, cavabdehin özünün də apellyasiya şikayətindən və izahatından, iş materiallarında görünür ki, cavabdeh ailə üzvləri ilə birlikdə miras qoyan X24 oğluna məxsus fərdi yaşayış evindən yaşamasını təsdiq edir. İş üzrə keçirilmiş ekspertiza zamanı ekspert rəyindən də görünür ki, cavabdehin özünə məxsus olan şəhadətnaməyə əsasən torpaq sahəsi naturada yerində deyildir, cavabdehin yaşadığı ev və torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsi deyildir. Ekspert rəyi hərtərəfli və tam verilməmişdir. Mə hkəmə qeyd edilən halları ətraflı araşdırmamış, tez-tələsik qərar verməklə mübahisəni həll etmək əvəzinə daha da dərinləşdirmişdir. Miras qoyan X2 qalmış torpaq sahəsi və fərdi yaşayış evinə dair miras açıldıqdan sonra qüvvədə olan qanunvericliyin normasına əsasən vərəsənin mülkiyyəti sayıldığı üçün qeyd edilən əmlak da iddiaçıların mülkiyyətindədir. Məhkəmə iddiaçıların mülkiyyət hüququnun təmin edilməsinə, mülkiyyət hüququnun sahibliyin həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmaq əvəzinə mülkiyyətinin zəbt edilməsinə göz yummuşdur. Prosessual məsələlər: İddiaçılar İddiaçı1, X12 və onların vəkili Nümayəndə kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh X9 və vəkili X32 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.1.1., 152.1, 157.8, 1133.1, 1243.2, 1243.3, 1246, 1248.1-ci madd ələrinə əsasən gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, iddiaçılar sübut edə bilməmişlər ki, hazırda cavabdehin yaşadığı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mərhum X3 miras qalmış 0,13 torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evidir. Cavabdeh tərəfindən zəbt faktı iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçıların cavabdeh X1 Cəfərov AğazahidƏlihəsən oğlundan miras qalmış 0,13 torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdiyaşayış evindən çıxarılması və həmin torpaq sahəsi və evə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasına maneələrin aradan qaldırılması tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyas iya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun olaraq tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi, eləcə də gəlinmiş nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə riayət edilərək qəbul edildiyi üçün əsaslı və qanunidir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından müəyyən olunur ki, Quba rayonu, Amsar kənd X19 İcraiyyə Komitəsinin 1966-1968-ci illərə aid Amsar kəndi üzrə təsərrüfatbaşına kitabındakı məlumatlara əsasən X15 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmiş, X15 28 oktyabr 1955-ci ildə X13 ilə rəsmi nikaha daxil olmuş, İddiaçı1 həmin evə gəlin gəlmiş, X15 və İddiaçı1 həmin evdə yaşamış, onların nikahlarından digər uşaqları ilə bərabər İddiaçı2 da həmin evdə doğulmuş və evdə yaşamışdır. Sonradan İddiaçı2 ona verilmiş torpaq sahəsində fərdi yaşayış evi tikmiş, X15 və İddiaçı1 həmin evə gətirmişdir. Hazırda iddiaçılar hazırki iddianı X7 qanuni vərəsələri kimi qaldıraraq iddia edirlər ki, mərhum X3 miras qalmış 0,13 torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi Gülnarə Məhərrəmova tərəfindən zəbt edilmiş və onların mülkiyyət hüququna müdaxilə məhz sonuncu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka d igər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139-1.1 və 139-1.1.1-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 157.1-157.4-cü maddələrinin tələbinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yuxarıdakı normaların tələblərindən də görünür ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və əgər mülkiyyətə qəsd varsa, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki halda iddiaçıların mərhum X3 miras qalmış 0,13 torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə dair hüquqları qeydə alınmasa da, istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən iddiaçıların həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları mövcud olması və cavabdeh G.Məhərrəmova tərəfindən mübahisələndirilən daşınmaz əmlak (fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi) zəbt edilməsi və onların mülkiyyət hüququna müdaxilənin məhz sonuncu tərəfindən həyata keçirilməsinə dair dəlilərinə düzgün hüquqi qiymət verərək haqlı olaraq bu nəticəyə gəlmişdir ki, qanunvericiliyin tələ blərinə əsasən mülkiyyətçi özgəsinin yalnız qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bir halda ki, iddiaçıların tələbinin əsasını cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması təşkil edir, bu halda iddiaçı mülkiyyətə edilən qanunsuz müdaxiləni, eləcə də bu müdaxilənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini sübut etməlidir. Lakin hazırki işdə iddiaçılar tərəfindən iddianın əsasını təşkil edəcək halları sübut edən dəlillər məhkəməyə təqdim olunmamışdır. Cavabdeh isə nəinki bu halı təsdiq etməmiş, əksinə, mübahisəli evin onun atasına satılması, onun həmin evdə doğulması, orada yaşaması, hazırda yaşadığı evin isə yeni inşa edilməsi, Quba rayon AİK-nin 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə mərhum atası X10 adına Torpağın mülkiyyətə verilməs inə dair şəhadətnamənin verilməsinə dair əsaslı dəlillər irəli sürmüşdür. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara qiymət verilməsi və tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirilməsi məqsədilə tərəflərə məxsus torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi və zəbt faktının mövcud olub-olmamasını yoxlamaq üçün iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti “xxxx” MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş C-128 saylı, 06 avqust 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-321F say lı, KOD 30307018 saylı şəhadətnaməyə əsasən X18, X11 və Cavabdeh Quba rayon X17 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş 0.06 ha torpaq sahəsi naturada öz yerində deyil. İş materiallarının 11-14-cü səhifələrində olan yaşayış evinin texniki pasportuna əsasən mərhum X3 miras qalması iddia edilən 0,13 torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin yerini müəyyən etmək mümkün deyil. Quba rayonu, Amsar kəndində yerləşən və hazırda X1 yaşadığı sonradan tikilmiş ev yox, köhnədən qalmış mübahisə edilən yaşayış evi JN321F seriyalı, KOD 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən koordinatlar daxilində yerləşmir. İş materiallarının 11-14-cü və 81-83-cü səhifələrində olan yaşayış evlərinin texniki pasportlarının göstəriciləri f aktiki vəziyyəti əks etdirmədiyindən mübahisəli yaşayış evinin mərhum X8, yaxud X14 məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşadığı evin və onun yerləşdiyi torpaq sahəsinin məhz mərhum X3 miras qalmış 0,13 torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi olması faktını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən və iş üzrə təyin edilmiş ekspertiza ilə də bu hal müəyyən edilə bilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq, zəbt faktın öz təsdiqini tapmaması nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “M əhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təq dim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X22 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual M əcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanu nvericiliyin tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, onlar əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İd diaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2019-cu il tarixli 2(105)-1396/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar