Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2580/2021 10.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ekspertin rəyi ilə məhkəmənin razılaşmamasının qətnamədə əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-1966/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qıza, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək Cavabdeh1 əsas borc 52127.07 manat, əsas borca hesablanmış faiz borcu – 2893,66 manat, cəmi 55050,73 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 1 08 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzildən və Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (Borcalan) arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi ilə Bank Borcalana 350.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kred itdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 16 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.
3. O da mübahisə edilmir ki, kredit müqaviləsinin təminatı qismində İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) ilə Cavabdeh2 arasında 26 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi, ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3,birgə borcalan Cavabdeh1 və birgə borcalan X3 arasında 14 mart 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müvafiq olaraq Cavabdeh2 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 34 nömrəli mənzil və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 1 46, mənzil 36 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2017-ci il tarixli kredit müqaviləsi ilə Bank Borcalana 75.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit 36 ay müddətinə verilmişdir.
5. İddiaçı ASC tərəfindən tərtib edilmiş 04 aprel 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1 04 aprel 2018-ci il tarixə Banka olan borcu 54.322,81 manat əsas borcu və 2.249,13 manat faiz borcu olmaqla, cəmi 56.571,94 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş 05 iyun 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05 iyun 2018- ci il tarixə Banka olan borcu 52.157,07 manat əsas borcu və 2.893,66 manat faiz borcu olmaqla, cəmi 55.050,73 manat təşkil edir.
6. «Leqal Prime» Hüquq şirkətinin 17.07.2018-ci il tarixli LP-078/18 saylı və LP079/18 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 manat təşkil edir; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat təşkil edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.02.2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 26.12.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 18.02.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; 05.06.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; 18.02.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənilmiş 301,55 manat təşkil edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mər kəzinin 11.10.2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 18.02.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; 05.06.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; 18.02.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənilmiş 301,55 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan s ənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan cıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 26 dekabr 2014cü il tarixli, kredit müqaviləsi üzrə Cavabdeh1 05.06.2018-ci il tarixə banka olan borcu 5.619,25 manat təşkil edir: əsas borc üzrə 5.591,91 manat, faiz borcu üzrə 27,34 manat. 26.07.2018-ci il tarixə isə onun borcu olmamış və 301,55 manat artıq ödəniş edilmişdir.
10. İş materiallarında olan 01 iyun 2020-ci il tarixli, Mərkəzi Bankın mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə 16% dərəcəsi ilə 48 ay müddətinə 350 min manat məbləğində kredit verilmişdir. Bu kredit 24.05.2016-cı ildə 5 826.94 manat, 13.12.2016-cı ildə 12 744.86 manat, 09.08.2017-ci ildə tarixlərində 5 51 2.10 manat kapitallaşdırılmışdır (borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılma əsassız hesab edilmiş və hesablama zamanı nəzərə alınmamışdır). Qeyd etmək lazımdır ki, mübahisələndirilən kreditin müddəti dövründə borcalana digər kredit verilmişdir (30.05.2017-ci il tarixində 75 min manat məbləğində kredit). Borcalan tərəfindən 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə edilmiş ödənişlər bir necə hallarda bank tərəfindən borcalanın digər kreditinə silinmişdir. Qeyd olunan formada silinmənin aparılması bank ilə müştəri arasında imzalanmış müqavilənin 5-ci bəndi (müqavilənin 5.1.5-ci bəndinə əsasən borcalanın bank qarşısında bir və ya bir neçə icra edilməli öhdəliyi olduqda, bank icra edilməli öhdəliyi seçmə hüququna malikdir) ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmiş dirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Qeyd olunan maddənin yarımbədindən tam aydın olur ki, borcalanın bir neçə öhdəliyi olduğu təqdirdə ödənilən vəsaitin təyinatı borcalan tərəfindən müəyyən edilir. Bu maddənin tələbi nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli,100850-45/14 nömrəli kredit müqaviləsi təyinatı ilə edilmiş ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsi əsasızdır. 05.06.2018-ci il tarixinə Cavabdeh1 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit borcu 35925.51 manat (əsas borc - 35750.73 ma nat, faiz borcu -174.78 manat) təşkil etmişdir.
11. İddiaçının nümayəndəsi bildirir ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında 26 dekabr 2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "İddiaçı" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 350.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq iki ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzil 26 dekabr 2014-cü il tarixli sonrakı ipo teka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzil 14 mart 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən hər iki ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyanlara bildirişlər göndərilmişdir. Belə ki, ipotekaqoyan Cavabdeh2 ipoteka predmetinə tutma yönəldilməsi barədə 27.02.2018-ci il tarixli, 001/007/1005/2018 nömrəli bildiriş göndərilmiş, ipotekaqoyan Cavabdeh2 həmin bildirişi 05.03.2018-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra, bildiriş 12.03.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, ipotekaqoyan Cavabdeh3 ipoteka predmetinə tutma yönəldilməsi barədə 27.02.2018-ci il tarixli, 001/007/1006/2018 nömrəli Bildiriş göndərilmiş, ipotekaqoyan Cavabdeh3 həmin bildirişi 05.03.2018-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra, bildiriş 12.03.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi ye rinə yetirmədiyinə görə, "İddiaçı" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır.
12. Cavabdeh1 bildirir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu tamamilə, hətta artıq miqdarda ödəmişdir.
13. Digər cavabdehlər heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbləri təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə tərəfindən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcunun olmaması, əksinə 301,55 (üç yüz bir manat əlli beş qəpik) manat məbləğində artıq ödəniş etməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçının cavabdehlərdən qalıq borcu tələb etməsi əsassızdır.
16. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 385-ci, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1966/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n 2(005)-115/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 29 655,15 (iyirmi doqquz min altı yüz əlli beş manat 15 qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat xərcin tutularaq "İddiaçı" ASCyə ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45 (qırx beş) manatın, 15 (on beş) manatının iddiaçıya aid edilməsi, 30 (otuz) manatının isə Cavabdeh1 tutularaq "İddiaçı" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 (səksən beş min) manat müəyyən edilməklə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh3 qaytarılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılm ası, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzilə 125.000 manat (yüz iyirmi beş min) manat müəyyən edilməklə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaitinin hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissələrdə təmin olunmaması, məhkəmə-mühasibatşünaslıq ekspertizalarının xərci olan 390 (üç yüz doxsan) manatın 300 (üç yüz) manatının Cavabdeh1, 90 (doxsan) manatının isə İddiaçı ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilməsi qət edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit (ipoteka) müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
20. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş eskpert iza tədqiqatına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı ASC-nin 11.03.2019-cu il tarixli vəsatətində ilkin ekspertiza zamanı Borcalan tərəfindən 21.08.2017, 26.09.2017, 09.03.2018, 09.04.2018, 24.05.2018, 21.06.2018, 24.07.2018, 26.07.2018-ci il tarixlərdə aparılmış ümümilikdə 18551 manat məbləğində ödənişin əsassız olaraq 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə nəzərə alındığı qeyd edilmişdir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi (i.v 135-136) 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi əsasında rəsmiləşdirilmiş 350.000,0 manat məbləğində kredit vəsaiti 29.12.2014-cü il tarixdə Borcalanın hesabına köçürülmüşdür. Həmin əməliyyatın təyinat kodu isə LD **********1 olmu şdur. Qeyd olunanlarla bağlı bildirilir ki, yuxarıda göstərilən tarixlərdə aparılmış ödənişlər digər tarixlərdə aparılmış ödənişlər kimi eynilə LD ********** əməliyyat kodu altında aparılmışdır. 21. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsində göstərilir ki, “banklar kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri” ilə məşğul ola bilərlər. Həmin Qanunun 36.1-ci maddəsinə görə “Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə ə sasında həyata keçirilir”. Eyni zamanda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsində qeyd edilir ki, “Banklar yerləşdikləri binada yazılı formada depozitlərin (əmanətlərin) qəbul edilməsinin, kreditlərin verilməsinin, hesablaşma-kassa xidmətinin və pul köçürmələrinin aparılması şərtləri və qaydaları haqqında müştərilərinə məlumat verməlidirlər” və həmin Qanunun 36.5-ci maddəsinə əsasən “Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.”
22. Bununla yanaşı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6cı maddəsinə əsasən “Hər bir bank müştəril ərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.”
23. Qanunun tələblərindən də göründüyü kimi bank müştərisinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ vardır və bu hüquq bank tərəfindən qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan qaydalarla məhdudiyyətləşdirilə bilməz. Eyni zamanda bank müştərisinin razılığı olmadan onun bank hesablarında olan vəsaitləri başqa kreditə silə bilməz.
24. Kollegiyanın qənaətinə görə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə aparılmış ödənişlər, cavabdeh ödəniş tapşırığı və ya sərəncam vermədən Bank tərəfindən digər kred itə silinə bilməz.
25. Məhkəmə iclasına dəvət edilən ekspertlər də ödənişin borcalanın istəyi ilə bankda olan digər borcların ödənilməsinə yönəldilə biləcəyini bildirmişlər.
26. Bundan başqa, Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli ekspert rəyində Cavabdeh1 kredit müqaviləsi üzrə 25.05.2016-cı il tarixdə 5826,94 manat, 05.12.2016-cı il tarixdə 570 manat, 13.12.2016-cı il tarixdə 12744,86 manat, 31.03.2017ci il tarixdə 41,34 manat, 09.08.2017-ci il tarixdə isə 5512,1 manat ödənişlər etdiyi, lakin Mərkəzi Bankın mütəxəssisi tərəfindən rəy verilərkən həmin ödənişlərin nəzərə alınmadığı qeyd edilmişdir. Mütəxəssis rəyində isə həmin tarixlərdə göstərilmiş məbləğlərin bank tərəfindən kapitallaşdırıldığı, borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılmanın əsassız hesab edildiyi və hesablama zamanı nəzərə alınma olmadığını qeyd edilmişdir. Həmçinin, məhkəmə iclasına dəvət edilmiş Mərkəzi Bankın eskperti göstərilən məbləğlərin niyə nəzərə alınmalı olmadığına aydınlıq gətirərək bildirmişdir ki, qeyd edilən tarixlərdə göstərilən məbləğlər bank tərəfindən kapitallaşdırılmış, həmin məbləğlərin kredit borcu üzrə ödənilmiş olması barədə bankın sistemində heç bir məlumat olmamaqla, Cavabdeh1 tərəfindən də həmin məbləğlərin ödənilməsi barədə qəbzlər təqdim edilməmişdir. Mütəxəssisin mövqeyinə görə həmin məbləğlər sistemdə Cavabdeh1 kredit ödənişlərində gecikmə olmasının göstərilməməsi üçün bank tərəfindən kapitallaşdırılaraq, ümumi qalığa əlavə edilmişdir. Həmçinin, bildirmişdir ki, hesabdan çıxarışda iki ödənişin “plastik karta” ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasına dəvət olunmuş Ekspertiza Mərkəzinin eksperti Mərkəzi Bankın mütəxəssisinin qeyd etdiklərinin əksini əsaslandıra bilməmişdir.
27. Yuxarıda göstərilənlərə əsasən kollegiya Mərkəzi Bankın mütəxəssis rəyində göstərilənləri əsas götürərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçı bankın xeyrinə 26 dekabr 2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə 29 655,15 manat borc tutulmalıdır. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən də görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə kreditdən istifadə müddəti bitdikdən sonra da ödənişlər edilmişdir. Kollegiya Mərkəzi bankın Mütəxəssis rəyində göstərilən məbləğdən kredit müqaviləsi üzrə kreditdən istifadə müddəti bitdikdən sonra ödənilmiş məbləğləri çıxaraq yerdə qalan 29 655,15 ( (35 750,73+174,78) – (5591,91+27,34+301,55) = 29 655,15 manat) manat məbləğində borcun Cavabdeh1 tutulmasını əsaslı və qanuni hesab etmişdir.
28. Kollegiya iddianın, “Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir:
29. Yuxarıda qeyd olunduğu kimi, həmin daşınma z əmlaklar Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı ASC ipoteka qoyanlara “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş, həmçinin həmin bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipo teka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
30. Kollegiya, iddianın “Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzildən və Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması” hissəsini əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Q anunun 59.3- cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpot eka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
31. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsinin baxışı zamanı qiymətləndirmə təyin olunmuş və ekspert rəyi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 14 6 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 manat və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat müəyyən edilmişdir. Bu qiyməti heç bir tərəf mübahisələndirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli, 11.10.2019-cu il tarixli və 18.02.2019-cu il tarixli ekspert rəyləri ilə borcunun olmadığı əksinə 301.55 manat artıq ödəməsinin olduğu müəyyən edilsə də apelyasiya instansiyası məhkəməsi əsasız olaraq 01 iyun 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
36. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar q əbul olunmasını xahiş etdi.
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikay ətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
39. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
42. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
43. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. (maddə 76.1) 44. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (maddə 76.2)
45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
47. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfi ndən qiymətləndirilir (maddə 103.1)
48. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. (maddə 103.2)
49. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
50. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
51. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktlar ı rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. (maddə 220.4)
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
53. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qi smən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
55. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (49)
56. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Mərkəzi Bankın mütəxəssisinin 01 iyun 2020-ci il tarixli rəyinə istinadla əsaslandırmışdır.
57. Bununla bağlı Cavabdeh1 kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli, 11.10.2019-cu il tarixli və 18.02.2019-cu il tarixli ekspert rəyləri ilə borcunun olmadığı əksinə 301.55 manat artıq ödəməsinin olduğu müəyyən edilsə də apelyasiya instansiyası məhkəməsi əsasız olaraq 01 iyun 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürmüşdür.
58. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə razılaşmamasını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır.
59. Halbuki, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. (48)
60. Bundan başqa iş materiallarından görünür ki, 01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət vardır.
61. Belə ki, 01 iyun 2020-ci il tarixli, Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16% dərəcəsi ilə 48 ay müddətinə 350 min manat məbləğində kredit verilmişdir. Bu kredit üzrə 24.05.2016-cı ildə ödənilmiş 5 826.94 manat, 13.12.2016cı ildə ödənilmiş 12 744.86 manat, 09.08.2017-ciildə tarixlərində ödənilmiş 5 512.10 manat kapitallaşdırılmışdır (borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılma əsassız hesab edilmiş və hesablama zamanı nəzərə alınmamışdır). Qeyd etmək lazımdır ki, mübahisələndirilən kreditin müddəti dövründə borcalana digər kredit verilmişdir (30.05.2017-ci il tarixində 75 min manat məbləğində kredit). Borcalan tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlər bir neçə hallarda bank tərəfindən borcalanın digər kreditinə silinmişdir. Qeyd olunan formada silinmənin aparılması bank ilə müştəri arasında imzalanmış müqavilənin 5-ci bəndi (müqa vilənin 5.1.5-ci bəndinə əsasən borcalanın bank qarşısında bir və ya bir neçə icra edilməli öhdəliyi olduqda, bank icra edilməli öhdəliyi seçmə hüququna malikdir) ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə m üvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Qeyd olunan maddənin yarımbədindən tam aydın olur ki, borcalanın bir neçə öhdəliyi olduğu təqdirdə ödənilən vəsaitin təyinatı borcalan tərəfindən müəyyən edilir. Bu maddənin tələbi nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi təyinatı ilə edilmiş ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsi əsasızdır. Qeyd edilən mü təxəssis rəyinin nəticə hissəsində isə 05.06.2018-ci il tarixinə Cavabdeh1 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit borcunun 35925.51 manat (əsas borc - 35750.73 manat, faiz borcu -174.78 manat) təşkil etdiyi qeyd edilmişdir.
62. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, borclu Cavabdeh1 kredit müqaviləsi ilə 24.05.2016-cı ildə ödədiyi 5,826.94 manat, 13.12.2016-cı ildə ödədiyi 12,744.86 manat, 09.08.2017-ci ildə ödədiyi 5,512.10 manat məbləğlər əsas borcun və faiz borcunun silinməsinə yönəldilməli olduğu halda həmin məbləğlər borcun silinməsinə yönəldilməmiş və kapitallaşdırılaraq borclunun üzərinə başqa məbləğdə əsas borc və faiz borcu qoyan yeni ödəniş qrafiki təqdim edilmişdir.
63. Mütəxəssis rəyində tərəflər arasında əlavə m üqavilənin imzalanmaması səbəbindən bu qaydada kapitallaşmanın əsassız olduğu vurğulansa da rəyin nəticə hissəsində bu hal nəzərə alınmamış və mütəxəssis kapitallaşmanı əsas tutmaqla qeyd edilən rəyi vermişdir.
64. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən ziddiyyətlərlə yanaşı bu kapitallaşmanın hansı normativ-hüquqi aktla, o cümlədən tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənib-tənzimlənmədiyini araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir.
65. Bundan başqa 01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş bəzi ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsinin əsassız olduğu vurğulansa da mütəxəssis r əyin nəticə hissəsində həmin ödənişləri 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlər kimi nəzərə almamışdır.
66. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
67. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
68. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cava bdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1966/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.