Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2580/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2580/22 ( Açar sözlər: evdən çıxarılma, tələbin bir hissəsinə xitam verilməsi, MPM-in 420-ci maddəsinin tələblərinə əməl edilməsi) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “cavabdehin azyaşlı uşağı və əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq təhvil verilməsi, iddiaçının evə köçürülməsi və mü lkiyyət hüququnun həyata keçirilməsinə maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2904/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 kəndində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən bir otaqlı fərdi yaşayış evi 19.12.2014-cü il tarixdən İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətindədir.
2. Qanuni qüvvəsini almış Göygöl rayon Məhkəməsinin 2-347/2007 saylı, 5 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 (bundan sonra “cavabdeh”) həmin evə yaşamaq hüququ verilməklə bir nəfər azyaşlı uşağı ilə birlikdə ora köçürülməsi qət edilmişdir.
3. Göygöl rayon Məhkəməsinin 2(066)-735/2012 saylı, 7 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı cavabdehin və ailə üzvlərinin həmin torpaq sahəsində yerləşən yaşayış sahəsindən əmlakları ilə çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir.
4. Göygöl rayon Məhkəməsinin 2(066)-12/2016 saylı, 15 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı onun mülkiyyətində olan ünvan 2 kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən evə və torpaq sahəsinə onun köçürülməsi, cavabdehin və ailə üzvlərinin həmin torpaq sahəsi və üzərindəki yaşayış sahəsindən əmlakları ilə birgə çıxarılması, mülkün ona təhvil verilməsi, mülkiyyəti, əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən mane və qəsd olan hərəkətlərə son qoyulması t ələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək cavabdehin azyaşlı uşağı və əşyaları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq təhvil verilməsi, eləcədə iddiaçının evə köçürülməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göygöl rayonu Qızılca Bələdiyyəsindən 22 dekabr 2006-cı il tarixli alqı-satqı aktına əsasən 0,12 ha torpaq sahəsini almış və orada 1 otaqlı ev tikdirmiş və həmin daşınmaz əmlak hazırda onun mülkiyyətindədir. 2007-ci ilin fevral ayın da qohumu X1 və arvadı Cavabdeh1 azyaşlı qızı Cavabdeh2 ilə birlikdə evdə müvəqqəti yaşamağa icazə vermişdir. X2 Cavabdeh1 arasında münasibətlər korlanmış və 2007-ci ilin dekabr ayında nikahları pozulmuşdur. Nemət Hüseynov evdən getsə də, cavabdehlər həmin fərdi yaşayış evində yaşamağa davam etmişlər. Dəfələrlə cavabdehlərdən evdən çıxmalarını tələb etsə də, onlar bundan imtina etmişlər.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məclləsinin 152.1, 152.5-ci Mənzil Məcəlləsinin 30.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri ondan ibarət olub ki Göygöl rayon Məhkəməsinin 05.12.2007-ci il tarixli qətnaməsi ilə onun X1 qarşı yaşayış hüququ və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək ona ünvan 1 kəndində yerləşən yaşadığı bir otaqlı e və yaşayış hüququ verilərək bir nəfər azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrinin aktları ilə qanuni qüvvəsini almışdır. Göygöl rayon Məhkəməsinin digər, 07.09.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı azyaşlı uşağı və əşyaları ilə birlikdə yaşadığı evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. O, 2003-cü ildə qeyri rəsmi ailə qurduğu sabiq həyat yoldaşı Nemət Hüseynovla 2004-cü ildə Göygöl rayon Qızılca Bələdiyyəsinə məxsus 0.12 ha torpaq sahəsində bir otaqlı ev tikdirib yaşamış, həmin evdə yaşadığı müddətdə Nurtac adında qızları anadan olmuş, sonradan münasibətləri pozulmuşdur. İddiaçı onların məlumatı olmadan torpaq sahəsini və evi öz adına keçirərək mülkiyyət hüququna dair çıxarış almışdır. Göygöl r ayon Məhkəməsinin 15.02.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının 0.12 ha torpaq sahəsində yerləşən evə və torpaq sahəsinə onun köçürülməsi, mülkün ona təhvil verilməsi, mülkiyyəti, əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən mane və qəsd olan hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Odur ki, əsassız olduğundan iddia rədd edilməlidir.
9. Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(066)-1265/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. (hakim Qələmdar Abbasov)
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Göygöl rayonu Qızılca kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı mülkiyyətində olsa da, qanuni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh1 hə min evə yaşayış hüququ verilməklə bir nəfər azyaşlı uşağı ilə birlikdə köçürülüb.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.2, 157.8, 158.2, 158.4-cü, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələri ilə əsaslandırmışdrı. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə hər hansı hüquqları yoxdur. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbinin bir hissəsinə, yəni onun həmin evə köçürülməsi və mülkiyyət hüququnu həyata keçirməsinə cavabdehlər tərəfindən maneələrin son qoyulmasına, ümumiyyətlə, münasibət bildirməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-1578/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(066)-1265/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 26,4 kv.metrdən ibarət bir otaqlı fərdi yaşayış evinə köçürülməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh1 tərəfindən yaradılmış maneələrə son qoyulması qət edilmiş, iddia tələbi Cavabdeh1 azyaşlı uşağı və əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması, eləcə də evin boşaldılaraq təhvil verilməsi hissəsində təmin edilməmişdir. (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmm ədov)
15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 26,4 kv.metrdən ibarət bir otaqlı fərdi yaşayış evi 19 dekabr 2014-cü il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin sonuncu qeyd olunan hissəsinə hüquqi qiymət vermədən iddianı həmin hissədə rədd etmişdir. Halbuki iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisidir və onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququ vardır.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 139.1, 152.1 və 157.2-ci maddələri ilə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabde h kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv olunaraq iddianın rədd edilməsi, bu mümkün olmadıqda isə işin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin iş üzrə iddiaçıya heç bir aidiyyəti yoxdur. Torpaq sahəsi evlə birlikdə cavabdehin keçmiş həyat yoldaşına məxsus olmuşdur. Birgə nikah dövründə həyat yoldaşı ilə birlikdə orada ev inşa edərək yaşamışlar. Bələdiyyə qanunsuz olaraq torpaq sahəsini iddiaçıya satmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2692/2021 saylı, 4 may 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1578/20 20 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
20. Ali Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Göygöl rayonu Yeni Qızılca kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 26,4 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Eyni zamanda Xanlar Rayon Məhkəməsinin 05 dekabr 2007-ci il tarixli 2347/2007-nömrəli qətnaməsi ilə Cavabdeh1 ünvan 3ndə yerləşən, əvvəllər yaşadığı bir otaqlı evə (mübahisəli evə) yaşamaq hüququ verilməklə, azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. Apelyasiya Məhkəməsi işin qeyd olunan hallarını nəzərə alaraq mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir.
21. Ali Məhkəmə qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi işdə olan və 1-ci instansiya məhkəməsinin tədqiqat predmeti olan məhkəmə qərarlarına diqqət yetirməmiş, onlara hüquqi qiymət verməmişdir. Belə ki, Göygöl Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı onun mülkiyyətində olan ünvan 2 kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən evə və torpaq sahəsinə onun köçürülməsi, mülkün ona təhvil verilməsi, mülkiyyəti, əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən mane və qəsd olan hərəkətlərə son qoyulması barədə iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş materiallarında olan Göygöl rayon Məhkəməsinin 15 fevral 206-cı il tarixli qətnamələrinin mövcudluğuna diqqət çəkməmiş, həmin qətnamənin qanuni qüvvəsini alıbalmamasını aydınlaşdırmadan qətnamə qəbul etmişdir.
22. Qeyd olunan qətnamələrin nəzərə alınması ona görə vacibdir ki, həmin qətnamələr hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Qətnamələrdən göründüyü kimi iddiaçının eyni tərəflərə qarşı, eyni əsasla, eyni predmet barəsində iddiaları olmuş və məhkəmələr həmin işə baxaraq iddianın rədd edilməsi barədə qərarlar qəbul etmişlər. Hazırkı iddia tələbi əvvəlki tələblə nə tərəflərin dairəsi, nə əsasları və nə də predmeti ilə fərqlənmir. Qeyd olunan qətnamələrdə də iddiaçı mülkiyyətində olan evdən və torpaq sahəsindən çıxarılmanı, özünün ora köçürülməsini, mülkiyyət hüquqlarına edilən maneələrin aradan qaldırılma sını tələb edirdi. Tələbin əsası da eyni idi, iddiaçı evə mülkiyyət hüququnun mövcud olmasına istinad etməklə tələbini əsaslandırmışdı. Cavabdehlər də eynidir – Cavabdeh1 və onun azyaşlı qızı (Cavabdeh2) olmuşdur. Qeyd olunan qətnamələr qanuni qüvvəsini almışdırsa, apellyasiya məhkəməsi hazırkı tələbə 261.0.2. maddəsinin tətbiqi imkanlarını müzakirə etməlidir d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2904/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi “cavabdehlərin əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması, fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi və onun mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən maneə yaradılmasına sona qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. (hakimlər Rəşad Mamedov ( sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Azər Bayramov)
24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(104)-2904/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi evə köçürülmə hissəsində təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 2 kəndində yerləşən 26,4 kv. m ibarət bir otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakimlər Rəşad Mamedov ( sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Azər Bayramov)
25. Apellyasiya instans iyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və o, mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Buna görə də iddiaçı mülkiyyətinə olan evə köçürülməlidir.
26. Apellyasiya instansiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 139, 152, 157-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, izahatları a)Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğ u halda apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişini icra etməmiş və özündən əvvəl apellyasiya məhkəməsi tərəfindən yol verilmiş səhvi təkrar edərək MPM-in 261.0.2-ci maddəsinin tətbiqini müzakirə etmədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
35. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan evə köçürülməsini tələb edir və köçürülməsini tələb etdiyi ev iddiaçının mülkiyyətindədir
36. Nəzər alınsa ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, belə olan halda iddiaçının mülkiyyətində olan evə köçürül məsi barədə gəlinən nəticə əsaslı olmuşdur.
37. Məhkəmə kollegiyası iddiaçının mənzilə köçürülməsi tələbinə MPM-in 261.0.2-ci maddəsinin tətbiqinin müzakirə edilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, qeyd edilən münasibət davam edən münasibətdir. İddiaçı mülkiyyətində olan mənzilə köçürülmə tələbini həmin hüququnun pozulduğu halda istənilən vaxt irəli sürə bilər.
38. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi qarşılıqlı iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qarşılıqlı iddiaya dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.
39. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2904/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.