Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2580/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7900/2024 nömrəli 25 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 ilə sövdələşərək rəsmi sənədə saxta məlumatlar daxil etməklə qanunsuz olaraq birinciyə güzəştli şərtlərlə pensiya təyin olunmasına nail olmaları, bunun nəticəsində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 164.256,23 manat məbləğində maddi ziyan vurduqları müəyyən edilmişdir. Qeyd edilən məhkəmə hökmü qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məh kəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ (bundan sonra - iddiaçı) cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 cinayət nəticəsində əldə edilmiş 164.256,63 manat məbləğində pulun müştərək qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Günel Əkbərli) iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞnin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 nömrəli 07 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim Günel Əkbərli) iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(004)- 3084/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir
5. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə inzibati orqanının qərarı iddiaçı tərəfindən təqdim edilməmiş, eyni zama nda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qərar deyil, daxili əmrlə aidiyyətin müəyyən edildiyini bildirir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, inzibati orqanının sözügedən qərarı mövcud deyildir.
6. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında mübahisə əmək pensiyası ödənişi ilə bağlı olmaqla qeyd olunan mübahisə inzibati xarakterli olduğundan tələbə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxıla bilər. Məhkəmə iddiaçının hazırkı mübahisənin, yəni tələbin məhkəmənin hökmündən irəli gəlməsi ilə bağlı iddiasını əsaslı hesab etməmişdir. Belə ki, hökmlə cavabdehlərin təqsiri müəyyən edilməsinə baxmayaraq, vurulmuş zərər əmək pensiyası ilə bağlı ödənişlərlə əlaqədar olduğundan, bu münasibətlər isə müvafiq icra hakimiyyəti orqanı ilə vətəndaş arasında yaranan mü nasibətlərdən irəli gəldiyindən, hazırki mübahisənin aidiyyəti inzibati məhkəmədir.
7. Məhkəmə gəldiyi nəticəni Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 saylı Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı (Vəkil3) apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərardadının ləğv olunması və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə tərəflərdən biri inzibati orqan olsa da, mübahisənin predmeti ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı deyil, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tələb edilməsindən ibarətdir. Başqa sözlə inzibati hüquq münasibətinin yaranması üçün inzibati orqanın hakimiyyət səlahiyyətinin tətbiqindən söhbət getmir. Bu isə mübahisə tərəflərinin həm subyektiv tərkibinin, həm də məzmununun dəyişikliyə uğraması deməkdir. Göründüyü kimi, hazırki mübahisə cavabdehlərə ödənilmiş artıq pensiya məbləği ilə bağlı deyil, birbaşa Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş deliktlə, iddiaçıya (yuxarıda sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxsə) vurulmuş maddi ziyanın tələb edilməsi ilə bağlı olmuşdur. Mübahisə olunan qərardadda isə məhkəmə əsassız olaraq, tərəflər arasında olan mübahisəni əmək pensiyasının ödənişi ilə bağlı olduğuna əsaslanaraq mübahisənin inzibati xarak terli olması və tələbə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxılmalı olduğunu nəticəsinə gəlməkdə yanlışlığa yol vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7900/2024 nömrəli 25 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər: Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Məhəmməd Rüstəmli) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilərək, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instans iya məhkəməsi icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, prosessual hüquq normalarını işin hallarına uyğun şəkildə tətbiq etməmişdir.
12. Belə ki, hazırki mübahisənin tərəfləri hüquqi vəziyyətinə görə Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göst ərən publik hüquqi şəxsdir. “İnzibati orqanların Təsnifatı”-nın V bəndinə istinadən müəyyən edilir ki, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər – inzibati orqan sayılır.
13. Digər tərəfdən isə pensiya alan X1 və inzibati orqan adından pensiya təyin olunmasında birbaşa iştirak etmiş, həmin inzibati orqanla əvvəllər xidməti hüquq münasibətlərində olmuş əməkdaşları Cavabdeh4, X4 və Cavabdeh2dur. Belə ki, inzibati aktla əsassız olaraq artıq hesablamış pensiya məbləği həddində inzibati orqana dəymiş zərərin yaranmasında iştirak edən sonuncular inzibati orqanla işəgötürən-işçi münasibətlərində olmuşlar.
14. Vurulmuş zərərin ödənilməsinə görə qaldırılan iddiada mübahisə predmeti olan zərər məhz inzibati orqanın adından qanunla yalnız bu orqana həvalə edi lmiş inzibati funksiyanı yerinə yetirərkən və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edərkən inzibati hüquq sahəsindəki həyata keçirdikləri qanunsuz fəaliyyətləri ilə öz əməkdaşları tərəfindən vurulmuşdur. Bu zərərin yaranmasında həm də inzibati hüquq münasibətlərinin iştirakçısı olan və öz maraqları naminə qanunsuz şəkildə hərəkət edən pensiya alan şəxs olmuşdur.
15. Məhkəmə kollegiyası barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüququ, bununla əldə etməyə çalışdığı nəticəni və irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktların məcmusunu nəzərə alaraq qeyd etmişdir ki, tərəflərin arasındakı münasibətlərin ümumi (publik) predmetinə aid olduğu öz təsdiqini tapır. Kollegiya sərgilədiyi mövqeyin davamı olaraq Cavabdeh3 (“İ.Allahverdiyev” adına gəmi təmiri-gəmiqayırma zavodunun kadrlar şöbəsinin mütəxəssisi) münasibətdə də mübahisənin ümumi publik hüquq sahəsindən irəli gəldiyini nəzərə alaraq məhkəmə icraatı qaydasına dair eyni hüquqi nəticəyə gəlmişdir. Çünki bu hal (mübahisənin ümumi publik hüquq sahəsinə aidliyi) mübahisənin həllinin inzibati icraata aid edilməsini şərtləndirən məhz əsas amillərdəndir.
16. Eləcə də məhkəmə kollegiyası iddiaçının tələbin məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən irəli gəlməsi səbəbilə hazırkı mübahisəyə mülki icraat qaydasında baxılmalı olmasına dair dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki halda iddiaçının istinad etdiyi bu hökm məhkəmə icraatı növünün dəyişilməsi üçün əsas ola bilməz və yalnız inzibati mübahisəyə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyy əti hissəsində bu hökmlə öz təsdiqini tapmış hallar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır.
17. Yekunda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu halı qeyd etsə də, özü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş inzibati orqan tərəfindən məhkəməyə müraciət etməsi barədə qərarın təqdim edilmədiyinə, məhkəmə aidiyyətinin daxili əmrlə müəyyən edildiyinə istinad etmişdir. Qanunla müəyyən edilmiş prosessual aidiyyət qaydalarının hər hansı inzibati orqanın aktı ilə dəyişdirilməsi və ya müəyyən edilməsi imkanı nəzərdə tutulmur. Belə ki, məhkəmə, mübahisənin hansı icraat qaydasında baxılmalı olmasına dair məsələni həll edərkən ilk növbədə qanunvericiliyin normalarını yaranmış münasibətlərə tətbiq etməklə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların aras ındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğunu müəyyən etməlidir.
18. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 58.8, 261.0.1-ci maddələrinə; “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci və 2.0.2-ci bəndlərinə; Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının vəkili X3 oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7900/2024 nömrəli 25 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə b axılması üçün işin geri qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, cavabdeh Müqavimət Kələntərovun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ ümumiyyətlə yaranmamış və cavabdehlər cinayət əməlləri nəticəsində, saxta sənədlər tərtib edib iddiaçıya təqdim etməklə sonuncuya əsassız olaraq pensiya təyin olunmasına nail olmuşlar. Bu isə onu göstərir ki, hazırda iddiaçı və cavabdehlər arasındakı mübahisə ümumi publik hüquq sahəsindən irəli gəlmişdir. Hazırda iddiaçı zərərçəkmiş şəxs qismində ona dəymiş ziyanın bərpa edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edi lən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
28. Maddə 1.1. İnzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
29. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisə lərə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
30. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.
32. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama s almaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı
33. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradəl ərini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
34. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məh kəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
35. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
36. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş x idməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı k assasiya şikayətlərində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
41. Yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7900/2024 nömrəli 25 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.